Mövzu. AİLƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 165,41 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix26.10.2017
ölçüsü165,41 Kb.
#6730
1   2   3   4   5

 

 

ailədəki böhranlı  vəziyyətdən xəbər verirdi. Faktor kimi nigaha girmək müddətinin dəyişdirilməsi



doğumun azalması, boşanmaların sayının artması irəli sürülürdü.(5) Belə ki, Azərbaycanda (Azərbaycan 

Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci ilin məlumatları)  1990-cı ildən 2002-ci ilə  qədər 

doğumun səviyyəsi  182989-dan  110715-ə  qədər,  əhalinin təbii artımı  140170-dən 64193-ə  qədər 

azalmışdır. Bir ildə 1 yaşına qədər oğlanlar arasında ölənlərin sayı 793, qızların – 629 nəfərdir. Son illər 

xüsusiləşmiş müəssisələrdə yetim uşaqların sayı artmışdır.  

Bu  əvvəlki tarixi mərhələlərdə inqilabların, müharibələrin, represiyaların nəticəsi kimi qəbul 

olunmasına baxmayaraq, müasir dövrdə bu artıq «digər» «dinc faktorlarla» – valideynlərin asosial 

davranışı, alkoqolizm, narkomaniya ilə, məsuliyyətsizliyin ümumi fonu ilə bağlıdır. Bunların ümumi 

məxrəci isə bizim cəmiyyətin az səmərəli olmasıdır.  

Bəzi alimlər təsdiq edirlər ki, müasir əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın 

təsiri altında nə isə yeni, birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji 

tədqiqatlar (həm xarici, həm də yerli) göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, 

maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır.  

Bununla bağlı  fərdin ailədə davranışını nizama salmaqda ailə hüquqlarının imkanları üzərində 

dayanmaq lazımdır. Hüququn bu sahədə imkanlarının iki növü vardır. Birincisi, o mütləq prosedurlarla 

fərdin davranışını tənzimləyir (nigahın qeydə alınması, atalığın müəyyənləşdirilməsi), ikincisi, birbaşa və 

ya bilavasitə qanunun xüsusi qaydalarla müsbət və ya mənfi,  ədalətlə  və ya ədalətsiz qiymətləndirdiyi 

davarınışın bu və ya digər modelini nəzərdə tutur. Bu hüquqi modellər, öz növbəsində  dəyərlərin 

müəyyən sistemlərinə əsaslanır. Fərdlər dəyərlərin şəxsi sistemi ilə harmonik uyğun gələndə bu modeli 

qəbul edir və qavrayırlar.  

Ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur: bu qanun, ədalət və hüquq 

dəyrləridir. (6) Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Məcəllədə öz əksini tapmışdır; 

bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı 

tənzimləyir. (7) Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq 

əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları  bərabərdir». 

Respublikada ailə  və nigah barədə  Məcəlləyə nigah müqaviləsi haqqında  əlavə  qəbul edilmişdir. 

Müqavilədə ər və arvadın mülkiyyəti barədə müqavilə rejimi nəzərdə tutulmuşdur. 

Uşağa qayğı, onları tərbiyə etmək – hər iki valideynin həm hüququ, həm də borcudur. Əslində isə 

uşaqlar barədə bütün məsuliyyət çox vaxt yalnız qadınların üzərinə düşür. Boşanma zamanı  məhkəmə 

valideynlərin hansının uşaqlara daha yaxşı  tərbiyə verməsini nəzərə almaqla həddi-buluğa çatmayan 

uşaqların maraqlarını qorumalıdır. Lakin çox vaxt uşaqlar ana ilə qalır. Bu da öz növbəsində ataların 

hüquqlarının pozulması deməkdir.  

Ölkənin yeni iqtisadi münasibətlərə keçməsi ər və arvadın boşanma zamanı vəzifə və məsuliyyətini 

əhəmiyyətli dərəcədə  dəyişdirmişdir. Rəsmi statistikaya uyğun olaraq uzun illər boyu Azərbaycanda 

nigahın boşanmaya olan nisbəti sabitdir. Belə ki, əgər  1990-cı ildə nigahların sayı 73119 idisə, boşanma 

14040 idi, 1995-ci ildə müvafiq olaraq bu – 43130 və 5669 idi. 2003-cü ildə isə bu rəqəmlər 56091 və 6671 

idi (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2004-cü ilin əvvəlinə olan məlumatından). 

Bütünlükdə postsovet respublikalarının praktiki olaraq hamısının keçirdikləri sosial fəlakətlər 

dövründə ailə institutunda nə baş verir ən aktual sual olub. Bu onunla bağlı idi ki, ailəni həyatın dayağı 

hesab edən hər hansı bir cəmiyyət, ailənin dağılması və ya pozulması mümkünlüyü ilə narahat idi.  

Həm ailə, həm də  cəmiyyət üçün ailə  və  işin bir araya sığması prob-lemi bu gün kəskin olaraq 

qalır. Buradan da kişi və qadınların ixtisaslı  iş yerləri itə  təmin edilməsi, çevik iş qrafikinin müxtəlif 

formalarının yaradılması, ailənin maraqları  nəzərə alınmaqla kişi və qadınların iş vaxtının təşkili, ailəli 

qadınların hüquqlarının qorunması  cəmiyyət üçün heç də yenilik deyildir. Hələ XX əsrin 70-80-ci 

illərində ailə siyasəti çərçivəsində bu hüquqların qorunması üçün xüsusi tədbirlər sistemi hazırlanmışdı. 

Həmin sistemin xüsusiyyətlərindən biri onun yalnız qadınlar üçün olması idi və onun fəaliyyəti «qadının 

ailə-məişət və ixtisası üzrə işini uyğunlaşdırmaq üçün daha əlverişli şəraitin yaradılmasından ibarət idi».  

Ölkələrin bazar iqtisadiyyatına keçidi, qeyri-formal məşğuliyyətin artması ilə müşayiət edilən 

iqtisadi böhran əmək qanunvericiliyində möhkəm yer tutmuş  və qadınların  əməyini nizama salan ailə 

siyasəti ilə bazar münasibətlərinin arasında ziddiyyətin kəskin artmasına səbəb oldu. «İmtiyazlarla 

yüklənmiş» işçi qadınlar iş təklif edən sahibkarlar tərəfindən ikinci dərəcəli işçilər kimi qəbul edilməyə 

başladılar.  




 

 

Alimlər təsdiq edir ki, «ev əməyinin inqilabı  dəyişməsi»  1917-ci il Oktyabr inqilabından sonra 



başlanmışdır. Qadınların hüquq bərabərliyi uğrunda mübarizəsi yalnız kişi və qadın arasında 

qanunvericilik sahəsində bərabərliyin yaranması, onların maksimal dərəcədə ictimai əməyə cəlb edilməsi 

ilə yanaşı ev işlərindən qadınların azad edilməsi də nəzərdə tutulurdu. Bu səviyyənin həyata keçirilməsi 

üçün qadının bütün ailə-məişət vəzifələrinin ictimai istehsala (dövlətə) verilməsi ilə  həyata keçirilməsi 

planlaşdırılırdı. Ev əməyinin dövlətə verilməsi 60-cı illərə qədər ölkənin rəhbərliyinin fikrində idi. Hələ 

Sov.İKP-nin III proqramında (1961-ci il) 1980-ci ildə kommunizm qurulan dövrdə bütün ev işlərinin 

ictimailəşməsi nəzərdə tutulurdu. Həyat fəaliyyətinin bütün sahələrində qadın və kişilərin faktiki 

bərabərliyinə nail olmaq üçün «ikiqat» əmək yüklənməsinin qısaldılması  və ixtisas üzrə  məşğul olan 

qadınların sayının azalması  uğrunda mübarizənin ikinci mərhələsi hesab edilirdi. Əgər  1930-cu ildə 

işləyən ailəli qadın ev işlərinə həftədə 40 saat sərf edirdisə, 1963-cü ildə bu – 29,8 saat idi.  

Bərabər imkanların strategiyasının formalaşmasında mühüm rolu beynəlxalq təşkilatlara, məs. 

Beynəlxalq Əmək Təşkilatına (BƏT) ayrılır. Məs. Beynəlxalq Əmək Təşkilatının «Əməkçi kişi və qadınlar 

üçün bərabər müraciət və bərabər imkanlar haqqında: ailə öhdəlikləri olan işçilər üçün» adlı Konvensiya 

öhdəsində  uşaqları olan kişi və qadınlara aiddir; əgər bu vəzifələr onların, iqtisadi fəaliyyət sahəsində 

irəliləmək, iştirak etmək, hazırlaşmaq, müdaxilə etmək imkanlarını  məhdudlaşdırarsa, onda 

Konvensiyaya uyğun hərəkət etmək lazımdır. Bu konvensiyada əsas o idi ki, kişi və qadınlar üçün 

bərabər hüquq və  bərabər imkanların işlənilməsi çərçivəsində ölkə çalışmalıdır ki, ailə  vəzifələri olan 

şəxslər hüquq pozuntularına məruz qalmadan və  nə  qədər mümkünsə üzvi surətdə peşəsini və ailə 

vəzifələrini uyğunlaşdırmaqla öz hüquqlarını əldə edə bilsinlər.  

Patriarxal-kəndçi quruluşundan sənaye cəmiyyətinə sürətli keçid, qadın  əməyinin ümumilikdə 

proletarlaşması, tarixin bütün sovet dövründə çox ağır yaşayış böhranı ilə müşayiət edilən urbanizasiya, 

sosial siyasətin tədbirlərindən real tələbatların xroniki geri qalması – bütün bu və başqa faktorlar qadını 

və onun ailəsinin reproduktiv davranışına birbaşa təsir edirdi. Kiçik ailəyə olan yönüm analığın müsbət 

dəyərlərinin perspektini durmadan azaldırdı. (8) Eyni zamanda bu da aydındır ki, ailə  fərdə  və bütün 

cəmiyyətə «xeyir və məhəbbət» anlayışları ilə təsir edir. Məhz həmin anlayışlar ailənin əsas funksiyasını 

açır – bu insan nəslinin durmadan artmasıdır.  

 

Ailə münaqişələrinin səbəbləri. Qender müqaviləsi 

Kişilərin təsəvvür etdiyi kimi, ailə münasibətlərinin idealı  çətin  əldə edilir və müasir ailədə 

«münaqişələrə» səbəb olur. Kişilərin  əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya 

işləməməsindən asılı olmayaraq, əsas odur ki, evdə  həmişə rahatlıq və  səliqə olsun; qadının peşəkar 

fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır.  

İndiyə  qədər ailələrdə, o cümlədən azərbaycanlı ailələrində  əməyin  ənənəvi bölgüsü aparılır.  Ər 

pul qazanır – arvad təsərrüfatla məşğul olur, ya da kişiyə – kişi işi, qadına-qadın işi tapılırdı.  

Ev təsərrüfatının təşkilində öz rolunu daha da şişirdərək, kişilər boyunlarına alırlar ki, ev işləri və 

uşaqların tərbiyəsi ilə arvadlara nisbətən əhəmiyyətli dərəcədə az məşğul olurlar. Bu da öz növbəsində, 

ailədə gər-ginlik, müxtəlif rəylik, münaqişələr yaradır.  

Ailə münaqişələri  ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80-85%-ində 

münaqişələr, qalan 15-20%-ində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. 

Ailə münasibətlərinin unikallığı, ailədə münaqişələrin yaranması ilə davam etməsinin 

xüsusiyyətlərini şərtləndirməklə, «eyni» zamanda onun bütün üzvlərinin sosial və psixi səhhətinə xüsusi 

olaraq təsir edir.  

Ailə münaqişələri – bir-birinə qarşı qoyulmuş meyllər və görüşlərin toqquşması  əsasında ailə 

üzvləri arasında olan münaqişələr deməkdir. Onların belə münaqişələrin qarşısının alınması  və  həll 

edilməsi zamanı nəzərə alınması vacibdir.  

1. Hər  şeydən  əvvəl ailə münaqişələri xüsusi obyektlərlə seçilir, bunların xüsusiyyəti ailə 

münasibətlərinin unikallığı ilə şərtlənir. Bu münasibətlərin mühüm cəhəti ondan ibarətdir ki, onların 

əsas mahiyyətini həm  şəxsiyyətlərarası, həm də ailənin funksiyasının realizə edilməsi ilə bağlı olan 

hüquqi və mənəvi öhdəliklər təşkil edir.  

2. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan əhəmiyyətlisi: 

• 

ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması; 




Yüklə 165,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə