Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə98/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   94   95   96   97   98   99   100   101   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün səçilməsi vacib məsələlərdən biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb edir. İnformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.

5.Qeyri – verbal ünsiyyət
Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.
Qeyri -verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bizim indi söz açacağımız tipləri ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika (yunanca mimos, təqlid, simanın dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Müəyyən edilmişdir ki, mimikanın yeddi əsas sifət konfiqurasiyası var: onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insan sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın-emosiya və hisslərini ifadə etməklə şərtlənir. Son zamanlar vizual ünsiyyət- “gözlərin teması” problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünür, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
-Intonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. Intonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasiteələrlə qaynaqlanır. Informasiya mübadiləsində qeyri -verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? Insanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin belə ünsiyyət məqaında öz dili, öz əlifbasi var.
Qeyri -verbal kommunikasiya mürəkkəb prosesdir və müxtəlif amillərlə, ilk növbədə, şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, intravertlərə, nisbətən ekstravertlər qeyri – verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender ferqləri də önəmli rol oynayır. Məlum olduğu kimi, qeyri -verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar. Lakin araşdırmalar göstərir ki, onlar qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər. Buna da səbəb görünür qadınların hisslərinə asanlıqla aldanmalarıdır. Verbal kommunikasiya vasitələri ilə birlikdə qeyri-verbal ünsiyyət vasitələri insanların birgə fəaliyyət üçün zəruri olan informasiya mübadiləsini təmin edir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə