Mövzu Fənnin mahiyyəti və vəzifələri



Yüklə 374 Kb.
səhifə39/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   33   34   35   36   37   38   39   40   41
biznes-alaqalari

Korporativ idarəetmə dedikdə özəl sektorda cəmiyyətlərə maliyyə və insan resurslarını cəlb etməyə, təsərrüfat fəaliyyətini səmərəli həyata keçirməyə imkan verən qanunvericilik normalarının, normativ müddəaların və təsərrüfatçılq təcrübəsinin birləşdirilməsi başa düşülür. Bu birlik cəmiyyətlərin fəaliyyətlərinin davam etdirilməsinə, səhmlərinin dəyərinin artırılmsı yolu ilə uzunmüddətli iqtisadi dəyərinin artırılmasına, bununla səhmdarları və bütövlükdə cəmiyyətin maraqlarının qorunmasına riayət edir.


15.2 Korporativ idarəetmənin prinsipləri
Korporativ idarəetmənin prinsipləri bir sıra ölkələrdə fərqlidir. Məsələn, Ukraynada korporativ idarəetmənin prinsipləri aşağıdakılardır:
1. Strateji rəhbərlik və korporasiyanın fəaliyyətinə görə onun iştirakçılarına nəzarət.
2. Korporasiyanın idarə edilməsində iştirakçıların korporasiyadakı kapitala üzvlüklərinin ölçüsündən bilavasitə asılılıq dərəcəsi.
3. Korporativ azlıqların maraqlarının qorunması.
4. Korporasiyanın idarə edilməsinin mərkəzləşdərilməsi və orqanlarının səlahiyyətlərinin ayrılması (ali orqan – nəzarətedici orqan – icraçı orqan).
5. Korporasiyanın iştirakçıları olmayan şəxslərin onun idarə edilməsinə cəlb edilməsi imkanları.
Amerikanın hüquq institutunun əməkdaşları 1992 –ci ildə korporativ idarəetmənin 6 prinsipini dürüst ifadə etdilər:
1. Hesabatlıq 4. Səsvermə
2. Şəffaflıq 5. Kodekslərin prinsipləri
3. Ədalətlilik 6. Strateji planlaşdırma
Hesabatlıq seçilmiş yaxud təyin edilmiş idarəetmə orqanlarının səhmdarlar qarşısında əsas öhdəlikləri kimi şərh edilir. Bu mexanizm nəzarəti həyata keçirməyə, daimi müşahədələr aparmağa və rəhbərlərin, eləcə də bütün səhmdar cəmiyyətinin seçdiyi istiqamətlər və ayrı – ayrı səhmdarların maraqları nöqteyi – nəzərindən qiymət verməyə imkan verir.
Şəffaflıq əvvəlki prinsiplə sıx əlaqədardır. Bu hesabatların hazırlanmış standartlarına əsaslanır və səhmdarlarla qarşılıqlı əlaqənin prinsipləri kodeksinin saxlanmasının nəticəsidir. Şəffaflıq elan edilən və həyata keçirilən real məqsədlərin uyğunluğunu, istiqamətləri, korporasiyaların fəaliyyət prinsiplərini qiymətləndirməyə, kənarlaşmaları qeydə almağa, onların yaranma səbəblərini tədqiq etməyə imkan yaradır.
Korporativ idarəetmənin ədalətlilik prinsipi korporasiyanın fəaliyyətini bərabər hüquqluğun təmin edilməsinə, bütün səhmdarların vətəndaşlıqlarından, həmçinin onların sahib olduqları səhmlərin miqdarından asılı olmayaraq səhmdarlara eyni münasibətə yönəldir. Bu prinsipə müvafiq olaraq 1 səhmin 1 səs verməsi danılmazdır.
Səsvermə korporasiyasının fəaliyyətinə dair ən vacib qərarların qəbul prinsipidir. Bu prinsipin reallaşdırılması fərdi səsvermənin texnologiyasına və həvalə edilməyə görə səsverməyə tələblərin yüksəldilməsini, səhmdarların yığıncaqlarının təşkilini, onları aparılmasını (o cümlədən səslərin hesablanmasını ), səhmdarların hüquqlarının müdafiəsini və s. irəliyə çəkir.
Kodekslərin prinsipiin hazırlanması və istifadəsi səhmdar cəmiyyətinin rəhbər tərkibi, həmçinin menecmentlə səhmdarların bütün qrupların qarşılıqlı münasibətlərinə aiddir. Bu onu göstərir ki, korporasiyanın fəaliyyəti beynəlxalq standartlara uyğun sahibkar davranışının formalaşması yolu ilə rəqabət qabiliyyətini yüksəltməyə imkan verə səmərəli əlaqələrin qurulmasına istiqamətləndirilmişdir. Kodekslərin prinsiplərinə onların təkmilləşdirilməsi məqsədilə daim yenidən baxılmalıdır. Belə ki, korporasiyanın fəaliyyət göstərdiyi mühit dəyişkəndir.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə