Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

 
YUMA MAŞINLARI
Yuma prosesindən qida sənayesinin müxtəlif emal müəssisələrində
(konserv və şərab zavodlarında, süd kombinatlarında və s.) geniş istifadə edilir. 
Iaşə müəssisələrində isə yuma prosesinə meyvə-trəvəzlər, ət –balıq 
məhsulları, yeməkxana və mətbəx qabları, taralar və s. Məruz qalır. Lakin iaşə 
sistemində sənaye üsullarının tətbiqi ilə bağlı iri tədarük müəssisələrində 
konteyinlərin, taraların yuyulması proseslərinin mexanikləşdirilməsi həll 
olunmamış kimi qalmışdır. 


Yuma prosesi iki üsulla –hidravliki və hidromexaniki üsullarla həyata 
keçirilir. Birinci üsul su axının çirklənmiş səthə təsiri ilə xarakterizə olunur, ikinci 
–su axını ilə bərabər maşınmın işçi üzvlərinin (yuma şotkaları, diyircəklər və s.) 
bnirgə təsiri nəticəsində proses yerinə yetirilir. 
Yuma prosxsesinin intensivləşdirilməsi məqsədi ilə bu sahədə çoxlu sayda 
elmi işlər aparılmışdır. Yuma keyfiyyəti prosesdə istifadə olunan yuyucu dərman 
vasitələrinin fiziki-kimyəvi göstəriciləridnədn, yuma axının xassələrindən, maşına 
tətbiq edilən taxmaların konstruktiv parametirlərindən. Çirklənmə dərəcəsindən və 
s. amillərdən asılıdır. 
 
 
 
1. Fasiləli işləyən qabyuma maşınları 
Müasir qabyuma maşınlarında ümumiyyətlə qabların yuyulmasında ardıcıl 
olaraq aşağıdakı əməliyyatlar aparılır: xörək qalıqlarından qabların təmizlənməsi, 
yuyucu məhlulla yuma, birinci yaxalama, axar su ilə ikinci yaxalama və
qurudulma. 
MMU-500 tipli qabyuma maşını. 
Universal yuma maşını böyük olmayan 
iaşə müəssisələrində qabların yuyulması və yaxalanması üçün təyin edilmişdir. 
(şəkil 4.1.a.b,v). Əsasən yükləmə və boşaltma stollarından, yuma kamerasından 
ibarətdir. 
Yuma kamerası qalxan pərdə 5 ilə örtülmüş və yuyucu məhlul üçün 
nəzərdə 
tutulan 
vannadan 
18 
ibarətdir. 
Pərdə 
xüsusi 
mexanizimlə 
tarazlaşdırılmışdır və tutqacın 8 köməyi ilə açılır. Yuma kamerasının yuxarı və 
aşağı hissəsindən iki yuyucu 9 və iki yaxalayıcı 10 duşları kleektorları 
yerləşdirilmışdir.Bunlardan birinci cüt kollektorlar proses zamanı fırlanırsa, ikinci-
tərpənməzdir. Vannadan yuyucu duşlara məhlul mərkəzdənqaçma nasosla 19 
verirlir. Vannanın dibində yerləşmiş nasosun qısa borusu süzgəclə 20 təchiz 
edilmişdir. Yaxalayıcı duşlara təmiz axar su elektrik suqızdırıcıdan daxil olur. 
vannada suyun səviyyəsi axıtma borusu 21 vasitəsilə saxlanılır. 
Nasos 19 və solenoid klapanlarının 13,15, 16 təmirinin asanlaşdırılması 
üçün maşın şöbəsi hər tərəfdən asanlıqla çıxarıla bilən üzlüklərlə örtülmüşdür. 
Yükləmə stolu 2 çıxarıla bilən lotokdan 23 ibaraət olmaqla qaynaq 
edilmişdir. Stolda eyni zamanda əl su –çiləyəni 4 və qarışdırıcı 3 nəzərdə 


tutlmuşdur. Xörək qalıqları üçün çıxarıla bilən lotokun altında siyirmə 22 
yerləşdirilmişdir. Suqızdırıcıya su ventildən 17, süzgəcdən, sureduktiorundan və 
solenoid klapanından 15 daxil olur. yükləmə stolunun aşağısında qablar üçün 
kasetlər saxlanılır. 
Boşaltma stolunda 6 yuyucu dərman vasitələrinin dozalaşdırılmasından 
ötrü və elktrik idarəetmə sistem üçün şkaf vardır. Bununla yanaşı stolun alt 
hissəsinə elektrik mühərriki 14 quraşdırılmışdır. Dozalaşdırıcı sistemi solenoid 
klapanı 13 ilə tənzimlənən bakdan 12 ibarətdir. 
Maşının idarəetmə sistemi 7 elektrik şkafının qapısında quraşdırılmışdır. 
Qabların yuyulması bilavasitə proqramlaşdırılmış mexanizmin köməyi ilə 
həyata keçirilir və yuma prosesi maşının “işəsalma” düyməsini basmaqla proqram 
mexanizmin dövrəyə qoşulması zamanı başlanır. Bu zaman idarəetmə lövhəsində 
yaşıl siqnal lampasının yanması ilə işçi tsiklin başlanması haqqında məlumat 
verəcəkdir. Vannada yuyucu məhlulun müəyyən edilmiş qatılıqda saxlanılması 
məqsədi ilə hər işçi tsiklinin başlanğıcında 10 san müddətində dozatordan yuma 
dərman vasitələri lazımi dozalarla avtomatik şəkildə vannaya verilir. Həmin 10 san 
ərzində sukəmərində su, solenoid klapanından forsunkaya daxil olaraq qabların 
axınla təmizlənməsi prosesi başlanır. Yuma məhlulu vannadan yuyucu duşlara 
nasosla verilir və bu proses 70 san davam edir, sonra isə nasos dövrədən açılır; 5 
san fasilədən sonra soyuq və isti suyun verilməsi üçün solenoid klapanları işə 
qoşulur. Qabların birinci yaxalanması 10 san müddətində başa çatdıqda, yalnız isti 
suyun solenoid klapanı bağlı qalır və nəticədə 10 san ərzində temperaturu 95-98
0

olan su ilə qabların ikinci yaxalanması prosesi təmin edilir. Proqram mexanizminin 
başlanğıc tsikli 15 san. müddətdən sonra avtomatik açılaraq maşının yaşıl siqnal 
lampası sönəcəkdir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə