Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

 
MÖVZU 4.
ÇEŞIDLƏMƏ-KALIBLƏŞDIRMƏ AVADANLIQLARI HAQQINDA 
ÜMUMI MƏLUMAT 
 (2 SAAT) 
Plan: 
1. Dənəvər yeyinti məhsulları üçün çeşidləmə-kalibləşdirmə avadanlıqlarının 
təyinatı və təbiq sahələri 
2. Ələyi fırlanma hərəkəti edən ələyici maşınlar 
3. Rəqsi ələyici maşın 
4. Ələyici maşınların istismar qaydası 
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 


3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
1. Dənəvər qida məhsulları üçün çeşidləmə-kalibləşdirmə 
avadanlıqlarının təyinatı və tətbiq sahələri 
Emal müəssisələrinə daxil olan dənəvər yeyinti məhsullarının texnoloji 
tələblərindən asılı olaraq müxtəlif fraksiyalara (siniflərə) ayrılması əsas mexaniki 
proseslərdən biridir. Dənəvər məhsulların keyfiyyətinə görə müxtəlif siniflərə 
ayrılması- çeşidləmə, forma və ölçüsünə görə- kalibrləmə, kənar qarışıqlardan 
ayırılması prosesi -ələmə adlanır. 
Ümumiyyətlə, kalbrləmə və çeşidləmə maşınlarının texnoloji təyinatı eyni 
olub dənəvər yeyinti məhsullarının müxtəlif siniflərə ayrılması prosesidir. Bu 
maşınların işçi üzvləri müxtəlif konstruksiyaya malik olan ələklərdən ibarət 
olmaqla çörək və konserv zavodlarında, qənndaı və makaron fabriklərində və s. 
Qida istehsalı müəssisələrində geniş tətbiq edilir. 


Şəkil 3.1. Ələyici qurğuların sxemi.
a-barabanın ələmə qurğusu; b-müstəvi ələkli ələmə qurğusu 
Proses nəticəsində ilk məhsul işçi üzvlərin (ələklər) təsiri ilə iki hissəyə 
ayrılır. Məhsulun bir hissəsi ələyin deşiklərindən düşürsə- keçən hissə, ələkdə 
qalan hissə-ayrılma adlanır. 
Qeyd edək ki, yeyinti müəssisələrində ələmə prosesindən geniş istifadə 
edildiyindən vəsaitdə ələyici maşınların öyrənilməsinə daha çox diqqət yetirilir. 
Dənəvər məhsulların ələnməsi üçün ilk növbədə məhsulun ələk sthi üzrə 
hərəkəti vacibdir. Bunun üçün əsas şərtlərdən biri ələklərin hərəkətə gətirilməsidir. 
ələklərin quruluşundan asılı olaraq ələyici maşınlar müstəvi və slindrik 
ələkli maşınlara bölünürlər. Şəkil 3.1. də ələyici maşınların əsas tiplərinin 
prinsipial sxemi verilmişdir. 
Müstəvi ələkli maşınlarda dənəvər məhsulların kütləsini hərəkətə gətirmək 
üçün ələklər irəli və geri, dairəvi-irəli və yırğalanma (rəqsi) hərəkəti edirlər. Ikinci 
qrup maşınlarda isə əlkələr öz oxu ətrafında fırlanma hərəkəti edir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə