Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

3. Rəqsi ələyici maşın 
Iaşə müəssisələrində unun ələnməsi üçün kiçik ölçülü MPMB-300 tipli 
rəqsi ələyici maşınlardan da istifadə edilir. Adətən bu maşınlar elə müəssisələrdə 
tətbiq edilir ki, MPM-800 tipli ələyicidən istifadə edilməsi məqsəduyğun hesab 
edilmir. 
ələyici (şəkil 3.4a,b) əsasən gövdədən, ələkdən, yükləmə bunkerindən və 
elktrik mühərrikindən ibarətdir. 
Paslanmayan poladdan hazırlanmış slindrik formalı gövdə 14 üfüqi 
arakəsmə 13 ilə yuxarı və aşğıdakı hissələrə ayrılmışdır. Bunkerin əlayə və 
gövdəyə birləşdirilməsi üçün silindirin yuxarı hissəsinə sancaq 12 bağlanmışdır. 
Slindrin aşağı hissəsinə isə düzbucaqlı formada boşaltma qurğusu 7 bərkidilmişdir. 
Elektrik mühərriki 2 arakəsmənin mərkəzi hissəsinin aşağı tərəfindən qaynaq 
edilmiş dirsəklərə 4 bağlanır. Elektrik mühərrikinin lövhəsi isə öz növbəsində yaylı 
asmalı 6 səkkiz ədəd mil 5 vasitəsi ilə arakəsmənin əlt hissəsinə bərkidilir və bu
qurğunun əsası 3 üzəridnə yerləşdirilmişdir. Tarım çəkilmiş torlu 10 ələk 11 qurğu 
rezinli halqavari metaldan ibarətdir. ələyin yuxarı hissəsinə paslanmayan polad 
vərəqələrdən qaynaq edilmiş slindrik formalı binkerin 9 bərkidilmişdir. Bunkerin 
asanlıqla açıla bilən qapaqla 8 bağlanır. ələyici gözcüklərinin diametri 1,2 və 1,6 
mm olan iki ələklə komplektləşdirilmişdir. 
Debalanslaşdırıcı yüklər 1 elektrik mühərrikinin valına bağlanmışdır. 
ələyici maşının işəsalma qurğusu panel 15 üzərində yerləşmişdir. Elektrik 
mühərriki işləyən zaman debalanslaşdırıcı yüklərin təsiri ilə ələk mürəkkəb fəza 
yırğalanma hərəkəti etməklə unun ələmə prosessini həyata keçirilir. 
4. Ələyici maşınların istismar qaydası 
Maşını işə salmamışdan qabaq nasazlığını yoxlamaq lazımdır. Sonra 
ələnəcək dənəvər məhsullara uyğun olan ələklər işçi kameraya möhkəm bağlanır. 
MPP-11-1 və MC24-300 tipli mexanizimlərin gövdəsini yığarkən quyruq hissəsi 
intiqalın boğazına qoyulur, ancaq mexanizim valınmın fiqurlu çıxıntısı reduktorun 
xaricə çıxan valının yuvasına düşməlidir. Sonra isə vintlər ilə dəyişdirilən 
mexanizim intiqalın üstünə bərkidilir. Elektrik mühərrilini işə qoşur və unu 
yükləyirlər. Yükləmə qıfı un ilə tamailə ilə dolmalıdır, əks halda ventilyataor kimi 
işləyən baraban havanı soracaq, unu toza çevirəcəkdir. 
Ələyin zibillənmə dərəcəsinə görə, ələyicini dövrədən açır, çanağı çıxarır,
barabanın götürür və onu qarışıqlardan azad edirlər. Elektrik mühərriki işləyərkən 
qapağı açmaq qadağandır. 


Unu əl ilə yükləmə bunkerinə itələmək olmaz. MPM-800 tipli ələyicidən 
istifadə edtdikdə məhsul yükləmə bunkerinə bilavasitə un kisəsindən tökülür. 
Iş qurtardıqdan sonra elektrik mühərrikini söndürməli, ələyicinin üstündən 
quru şotka ilə un tozunu süpürülər, ələyici barabanı çıxarır və bunların hamısını 
quru əski ilə silirlər. Xarici səthi əvvəlcə nəm, sonmra isə quru əski ilə 
qurulayırlar.
MPMB-300 tipli maşının istismarı zamanı debalanslaşdırıcı yükün elektrik 
mühərrikinin valına düzgün bağlanmasını və yay –amartizatorların sazlığının 
etibarlığını izləməli. Yayın sınması ilə işçi kameranın rəqsi xarakteri dəyişəcək və 
maşının işgörmə qabiliyyətinə böyük təsir göstərəcəkdir. Buna görə də sıradan 
çıxmış yayı tezliklə dəyişmək lazımdır. 
Ələyici maşınların texnniki xarakteristikası cədvəl 3.1. də verilmişdir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə