Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   50   51   52   53   54   55   56   57   ...   84

115 
 
Atılmış başqa əmlak onu sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman 
daxil  olur  ki,  bu  əmlak  həmin  şəxsin  ərizəsi  ilə  məhkəmə  tərəfindən  sahibsiz 
hesab edilir. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  de  tapıntıdır. 
Tapıntı  o  əşyalar  hesab  olunur  ki,  mülkiyyətçinin  və  ya  onun  səlahiyyətlərini 
həyata  keçirən  şəxsin  iradəsindən  asılı  olmayan  səbəblər  üzündən  onun 
sahibliyindən çıxmış və kimsə tərəfindən tapılmış olsun. 
İtirilmiş  əşyanı  tapan  şəxs  tapıntı 
barədə 
onu  itirmiş  şəxsə 
(mülkiyyətçisinə),  əgər  mülkiyyətçi  məlum  deyilsə,  onda  polisə  dərhal  xəbər 
verməli  və  həmin  əşyanı  təhvil  verməlidir.  Əşyanı  tapan  şəxsə  mülkiyyətçinin 
məlum  olduğu  və  ya  mülkiyyətçinin  əşyaya  hüququnun  artıq  polisə  bildirildiyi 
hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan birillik 
müddət  keçdikdən  sonra  tapıntıya  mülkiyyət  hüququ  əldə  edir.  Mülkiyyət 
hüququnun  əldə  edilməsi  ilə  bir  vaxtda  həmin  əşyaya  bütün  başqa  hüquqlara 
xitam verilir. 
Əşyanı  tapan  şəxs,  onu  mülkiyyətçisinə  verdiyi  zaman  tapılmış  əşyanın 
dəyərinin 5 %-i miqdarında bəxşiş tələb edə bilər. 
Tapıntı ilə dəfinənin müəyyən oxşarlığı var. Bu hər ikisində gözlənilmədən 
özgə  əmlakının  tapılmasıdır.  Bununla  bərabər  dəfinənin  özünün  xüsusiyyətləri 
var.  Dəfinə,  yəni  müəyyən  niyyətlə  torpağa  basdırılmış  və  ya  sair  üsullarla 
gizlədilmiş  elə  pul  və  ya  qiymətli  əşyalardır  ki,  onun  mülkiyyətçisini  müəyyən 
etmək olmur və ya mülkiyyətçi qanuna əsasən, bu əşyalara mülkiyyət hüququnu 
itirmiş  olur.  Mülkiyyətçinin  iradəsindən  asılı  olmayaraq  itirilmiş  tapıntıdan  fərqli 
olaraq, dəfinəni düşünülmüş qaydada gizlədilən qiymətli əşya hesab etmək olar. 
Dəfinənin aşkar edilməsi üsulları müxtəlifdir. Əgər dəfinənin mülkiyyətçisini 
müəyyənləşdirmək  mümkün  olmasa,  onda  dəfinə,  onun  gizlədildiyi  torpaq 
sahəsinin  və  yaxud  tikilinin  mənsub  olduğu  şəxslə  dəfinəni  aşkar  etmiş  şəxsin 
mülkiyyətinə, bərabər paylar şəklində daxil olur. Dəfinənin aşkar edilməsi şəxsin 
əmək və ya qulluq vəzifələrindən irəli gəlmirsə, həmin şəxs dövlətə təhvil verdiyi 
qiymətli əşyanın dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdir. 
Mülkiyyət  hüququnun  əldə  edilməsi  üsullarından  olan  nəzarətsiz 
heyvanların  hüquqi  rejimindən  Mülki  Məcəllənin  192-ci  maddəsində  bəhs  edilir. 
Həmin maddəyə uyğun olaraq, nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı 
və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, 
heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə onları tutduğu 
andan  ən  geci  üç  gün  keçənədək  aşkar  etdiyi  heyvanlar  barədə  polisə  xəbər 
verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. 
Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay 
müddətində  onların  mülkiyyətçisi  aşkar  edilməzsə  və  ya  özü  onlara  hüququnu 
bildirməzsə,  heyvanları  saxlayan  və  onlardan  istifadə  edən  şəxs  onlara 
mülkiyyət  hüququ  əldə  edir.  Həmin  şəxs  saxladığı  heyvanları  mülkiyyətə 
götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur. 
Nəzarətsiz  heyvanlar  mülkiyyətçisinə  qaytarıldıqda,  onları  saxlamış  şəxs, 
heyvanlardan  istifadə  nəticəsində  götürdüyü  mənfəəti  çıxmaq  şərtilə,  onların 
saxlanması  ilə  bağlı  çəkdiyi  zəruri  xərclərin  əvəzinin  heyvanların  mülkiyyətçisi 
tərəfindən  ödənilməsi  hüququna  malikdir.  Nəzarətsiz  heyvanları  tutmuş  şəxs 
onların mülkiyyətçisindən tutduğu heyvanların dəyərinin 5 %-i miqdarında bəxşiş 
tələb  edə  bilər.  Bundan  başqa,  nəzarətsiz  heyvanları  tutan  şəxs  səlahiyyətli 
şəxsdən  həmin  heyvanlar  saxlanması  xərclərinin  əvəzini  ödəməyi  de  tələb  edə 
bilər.  Əgər  heyvanları  tutan  şəxs  bu  barədə  məlumat  verməmişsə  və  ya  onu 
gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. 
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından bırı də mülkiyyətin 


116 
 
əldəetmə  müddətidir.  Müddəti  əldə  edənin  mülkiyyət  hüququ  əvvəlki 
mülkiyyətçinin iradəsindən asılı olmayaraq əmələ gəlir. Həm fiziki, həm də hüquqi 
şəxslərin əldəetmə müddətinə görə mülkiyyət hüququ yarana bilər. 
Əldəetmə müddətinə  görə mülkiyyət  hüququnun  yaranması üçün qanunda 
nəzərdə tutulan müəyyən şərtlərin (rekvizitlərin) olması vacibdir. 
Birinci,  qanunda  nəzərdə  tutulmuş  əldəetmə  müddətinin  vaxtı  başa 
çatmalıdır. Bu zaman daşınmaz (məsələn, ev və s.) və daşınar (avtomobil və s.) 
əmlaka  mülkiyyət  hüququnun  əldə  olunması  bir-birindən  fərqlənir.  Daşınmaz 
əmlakın  mülkiyyətçisi  olmayan,  lakin  on  il  ərzində  ona  öz  əmlakı  kimi  vicdanla, 
açıq  və  fasiləsiz  sahiblik  edən  fiziki  və  ya  hüquqi  şəxs  bu  əmlaka  mülkiyyət 
hüququ əldə edir (Mülki Məcəllənin 179.1-ci maddəsi). 
İkinci,  müddətli  əldə  edən  əmlakı  öz  şəxsi  əmlakı  kimi  əldə  edərkən  onun 
digər  mülkiyyətçisinin  olmamasını  nəzərə  almalıdır,  əks  halda  müddətli 
əldəetmənin rekvizitləri yox olmuş olur, həm də sahibliyin vicdanlılıq və aşkarlığı 
şübhə altına alınmış olur. 
Üçüncü,  o  əmlakı  vicdanlı  əldə  etməlidir.  Bu  o  deməkdir  ki,  əmlakı  əldə 
edən  həmin  əmlak  üzərində  mülkiyyət  hüququna  malik  olmamasını  bilmir  və 
bilməməlidir. Belə ki, hüquq təsdiqedici sənədlərin olmaması (məsələn,  yaşayış 
evinə) hələ əldə edənin vicdansız olmasına dəlalət etmir. 
Dördüncü,  əmlakı  əldə  edən  onu  açıq  əldə  etməli,  gizlətməməlidir.  Əks 
halda  onun  həm  vicdanlı,  həm  də  qanunla  tələb  olunan  rekvizitlərinin  olmasına 
şübhə yaranar. 
Beşinci, müddətli əldəetmə yuxarıda deyilən şərtlərə cavab verməklə həm 
də  daimi  (fasiləsiz)  olmalıdır.  Müddətli  əldəetmə  üzrə  mülkiyyət  hüququnun 
əmələ gəlməsinin axma müddəti əldə edənin əmlakı sahibinə qaytarmaq barədə 
öhdəliklərinin  etiraf  olunması  və  ya  ona  səlahiyyətli  şəxs  tərəfindən  əmlakın 
qaytarılması barədə təqdim olunan iddia ilə kəsilmiş olur. 
Mülki  qanunvericilik  özbaşına  tikinti  və  onun  nəticələrini  də  mülkiyyət 
hüququnun  əldə  edilməsinin  ilkin  üsullarına  şamil  edir.  Tikinti  məqsədləri  üçün 
ayrılmayan  torpaq  sahəsində  və  ya  buna  lazımi  icazələr  almadan  və  ya 
şəhərsalma  və  tikinti  normalarını  və  qaydalarını  ciddi  surətdə  pozmaqla  tikilmiş 
yaşayış  evi,  digər  tikili,  qurğu  və  ya  başqa  daşınmaz  əmlak  özbaşına  tikinti 
sayılır.  Özbaşına  tikinti  aparmış  şəxs  ona  mülkiyyət  hüququ  əldə  etmir.  Onun 
tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər 
əqdlər  bağlamaq  ixtiyarı  yoxdur.  Belə  özbaşına  tikilmiş  tikintilər  məhkəmənin 
qətnaməsinə  əsasən,  əvəzsiz olaraq  alınıb  bələdiyyə fonduna verilə  bilər və  ya 
yerli  orqanların  qərarına  əsasən,  onları  tikdirən  şəxs  tərəfindən  və  ya  onun 
hesabına sökülə bilər. 
Belə tikintilərə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına 
bilər  ki,  tikinti  aparılmış  torpaq  sahəsi  onun  mülkiyyətində  olsun.  Əgər  tikintinin 
saxlanması  digər  şəxslərin  hüquqlarını  və  qanunla  qorunan  mənafelərini 
pozursa  və  ya  fiziki  şəxslərin  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yaradırsa, 
göstərilən  şəxsin  özbaşına  tikintiyə  mülkiyyət  hüququ  tanına  bilməz  (Mülki 
Məcəllənin 180.3-cü maddəsi). 
Mülkiyyət hüququnun əldə edilməsinin mühüm üsullarından biri də törəmə 
üsuldur.  Törəmə  üsulla  mülkiyyət  hüququnun  yaranması  dedikdə,  əmlak 
üzərində  mülkiyyət  hüququnun  əvvəlki  mülkiyyətçinin  hüququndan  törəməsi 
başa düşülür. 
Ölkəmizdə  vaxtilə  -  sosialist  inqilabı  nəticəsində  mülkiyyətin  hökmran 
növünün  əmələ  gəlməsində  milliləşdirmə  mühüm  rol  oynamışdır.  Milliləşdirmə 
dedikdə,  istehsal  vasitələrinin  normativ  qaydada  məcburi  dəyəri  ödənilmədən 
dövlətin xeyrinə olaraq alınması başa düşülür. 
Milliləşdirmə üçün aşağıdakılar səciyyəvidir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə