Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   51   52   53   54   55   56   57   58   ...   84

117 
 
1)  əsas istehsal vasitələrinin dövlətin xeyrinə məcburi alınması; 
2)  əmlakın dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçməsi; 
3)  maddi  dəyərlərin  normativ  qaydada,  başqa  sözlə,  rəhbərliyin  qərarı  ilə 
və başqa aktlarla alınması. 
Təəssüf  ki,  ölkəmizdə  milliləşdirmə  əvəzsiz  olaraq  aparılmış,  əvvəlki 
sahiblərə  heç  bir  kompensasiya  verilməmişdir.  Onilliklər  sübut  etdi  ki,  böyük 
istehsal  potensialını  öz  əlində  cəmləşdirməklə  dövlət  artıq,  onun  idarə 
olunmasının öhdəsindən gələ bilməmişdir. 
Artıq,  fiziki  və  hüquqi  şəxslərin  əmlakının  məcburiyyət  yolu  ilə  dövlətin 
müsadirə etməsi imkanları əsaslı  dəyişikliklərə uğramışdır. Belə ki, Azərbaycan 
Respublikasında «Mülkiyyət haqqında» Qanunun 23-cü maddəsində göstərilir ki, 
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna 
xitam  verən  qanunvericilik  aktları  qəbul  etdikdə  həmin  aktların  qəbul  olunması 
nəticəsində  mülkiyyətçiyə  dəyən  zərərin  əvəzi  məhkəmənin  qərarı  ilə 
Azərbaycan Respublikası və Naxçıvan MR tərəfindən mülkiyyətçiyə tam həcmdə 
ödənilir. 
Hazırda  ölkəmizdə  özəlləşmə,  yəni  dövlət  əmlakının  fiziki  və  hüquqi 
şəxslərin  mülkiyyətinə  verilməsi  prosesi  gedir.  Bu  zaman  dövlət  mülkiyyətinə 
xitam  verilməsi  və  bunun  əsasında  fiziki  və  hüquqi  şəxslərin  mülkiyyət 
hüququnun əldə edilməsi hüquq varisliyi qaydasında baş verir. 
Törəmə üsullardan biri də hüquqi şəxsin ləğvi və ya yenidən təşkili zamanı 
mülkiyyət hüququnun əldə edilməsidir. 
Yenidən  qurulması  zamanı  hüquqi  şəxsin  əmlakı  hüquqi  varislərə  keçir. 
Müəssisə  ləğv  edildikdə  isə  kreditorlarla  haqq-hesab  çəkildikdən  sonra  yerdə 
qalan  hissə  hüquq  varisləri  arasında  bölünür.  Bu  zaman  müəssisənin  təsis 
müqaviləsi  nəzərə  alınır.  Əgər  ləğv  olunan  hüquqi  şəxs  ictimai  təşkilatdırsa, 
onun əmlakı ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada rəftar olunur. Bütün 
bu sahədə mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur. 
Rekvizisiya və müsadirə də mülkiyyət hüququnun əldə edilməsinin törəmə 
üsullarındandır. 
Hüquq pozuntusu üçün sanksiya olaraq dövlət tərəfindən əmlakın məcburi, 
dəyəri  ödənilmədən  alınmasına  müsadirə  deyilir.  Belə  hallarda  dövlət  həmin 
əmlaka görə mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir. 
Cinayət hüququ müsadirəyə tamah məqsədilə edilmiş ağır və xüsusilə ağır 
cinayətlərdə  əlavə  cəza  növü  kimi  baxır.  Müsadirə  yalnız  məhkəmə  tərəfindən 
və qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı 
üçün  zəruri  olan  və  onun  himayəsində  olanın  əmlakına  yönəldilə  bilməz.  Belə 
əmlakın siyahısı qanunvericiliklə müəyyən olunur. 
Mülki-hüquqi  müsadirə  sanksiya  kimi  etibarsız  əqdlər  zamanı  da  tətbiq 
edilir. 
Müsadirənin  milliləşdirmə  ilə  oxşarlığı  var,  hər  ikisində  əmlak  məcburi, 
dəyəri  ödənilmədən  dövlət  mülkiyyətinə  daxil  edilir.  Bunların  bir-birindən  fərqi 
ondadır  ki,  milliləşdirmədə  əmlakın  alınması  normativ  qaydada  həyata  keçirilir, 
müsadirədə isə konkret hüquq pozuntusuna görə. 
Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün (təbii fəlakətlər, 
texnoloji  qəzalar,  epidemiyalar  və  s.)  dəyəri  ödənilməklə  əmlakın  dövlət 
tərəfindən alınması həcz və yaxud rekvizisiya adlanır. 
Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir: 
1. 
Rekvizisiyada  əmlakın  dövlət  mülkiyyətinə  keçməsi,  ancaq 
dəyəri ödənilməklə mümkündür; 
2. 
Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə 
alınması. Məsələn, təbii fəlakət zamanı yerli icra hakimiyyəti və 
bələdiyyə 
orqanları 
əhaliyə 
məxsus 
olan 
nəqliyyat 


118 
 
vasitələrindən istifadənin vacibliyi haqqında qərar çıxara bilər. 
3. 
Rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil, 
dövlət və ictimai maraqların təmini məqsədilə həyata keçirilir. 
Əmlakı  üzərində  qanunsuz  rekvizisiya  və  müsadirəyə  məruz  qalmış  şəxs 
ona  dəymiş  zərərin  dövlət  hesabına  ödənilməsi  barədə  məhkəmədə  iddia  ilə 
çıxış edə bilər. 
Törəmə  üsullardan  biri  də  müqavilə  üzrə  əmlak  əldə  edənin  mülkiyyət 
hüququnun  əmələ  gəlməsidir.  Müqavilə  üzrə  əmlak  əldə  edənin  mülkiyyət 
hüququ  (əməli  idarəetmə  hüququ)  qanun  və  ya  müqavilə  ilə  sair  hal  nəzərdə 
tutulmamışdırsa, əşyanın verildiyi vaxtdan əmələ gəlir. 
Mülki  Məcəllənin  181-ci  maddəsində  daşınar  əşyalara  mülkiyyət 
hüququnun  əldə  edilməsi  əsasları  göstərilmişdir.  Həmin  maddəyə  əsasən, 
daşınar  əşyaya  mülkiyyət  hüququnun  əldə  edənə  verilməsi  üçün  mülkiyyətçi 
əşyaya  sahibliyi  həqiqi  hüquq  əsasında  ona  verməlidir.  Əşyanın  verilməsi 
bunlardır:  əşyanın  əldə  edənin  birbaşa  sahibliyinə  verilməsi,  əşyaya  dolayı 
sahibliyin  müqavilə  üzrə  verilməsi,  bu  zaman  əvvəlki  mülkiyyətçi  birbaşa  sahib 
kimi  qala  bilər;  mülkiyyətçinin  üçüncü  şəxsdən  sahibliyi  tələb  etmək  hüququnu 
əldə edənə verməsi. 
Şəxsin  qanunvericiliyin  tələblərinə  əməl  etməklə  özü  üçün  hazırladığı  və 
ya  yaratdığı  yeni  əmlaka  mülkiyyət  hüququnu  onun  özü  əldə  edir.  Əmlakdan 
istifadə  nəticəsində  götürülən  bəhərə,  məhsula  və  gəlirə  mülkiyyət  hüququ  isə 
həmin əmlakın mülkiyyətçisinə məxsusdur. 
Mülkiyyətçisi  olan  əmlaka  mülkiyyət  hüququ  başqa  şəxs  tərəfindən  alqı-
satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninləşdirilməsinə 
dair digər əqd əsasında əldə edilə bilər. Fiziki şəxs öldükdə, ona mənsub olmuş 
əmlaka  mülkiyyət  hüququ  onun  vərəsələrinə,  hüquqi  şəxs  yenidən  təşkil 
edildikdə isə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə 
keçir. 
Mülki  qanunvericilik  daşınmaz  əşyalara  mülkiyyət  hüququnun  əldə 
edilməsində  bir  sıra  qaydalar  müəyyən  etmişdir.  Həmin  qaydalardan  biri  də 
daşınmaz  əmlakın  satılmasına  (verilməsinə)  dair  əqdlərin  dövlət  reyestrində 
qeydə  alınmasıdır.  Belə  ki,  bu  cür  əmlaka  mülkiyyət  hüququ  onun  verilməsinin 
daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alındığı  andan  əldə  edənə  keçir. 
Əgər  daşınmaz  əmlakın  dövlət  reyestrində  əsassız  qeydə  alınmış  mülkiyyətçi 
qeydə  alınanın  əsassız  olduğunu  bilməyərək,  torpaq  sahəsinə  10  il  ərzində 
fasiləsiz  və  etirazsız  sahiblik  etmişsə,  daha  həmin  sahə  barəsində  ona  etiraz 
edilə bilməz. 
Mülkiyyətçisi  olmayan  daşınmaz  əmlakın  əldə  edilməsində  isə  mühüm 
tələb  qanunvericiliklə  müəyyən  edilmiş  əldəetmə  müddətinin  şərtlərinə  riayət 
edilməsidir. 
Konstitusiya 
və 
mülki 
qanunvericiliyin 
mülkiyyət 
hüququnun 
toxunulmazlığını  təsbit  etməsi,  bu  və  ya  digər  əmlak  üzərində  bütün  hallarda 
fiziki  və  hüquqi  şəxslərin  mülkiyyət  hüququnun  təsdiq  olunmasını  təmin  etməsi 
demək deyildir. 
Biz,  bir  şəxsdə  mülkiyyət  hüququna  xitam  verilməsinin  digər  şəxsdə 
mülkiyyət  hüququnun  əldə  edilməsi  ilə  nəticələnməsi  barədə  çoxlu  misallar 
gətirmişik.  Lakin  ola  bilər  ki,  mülkiyyət  hüququna  xitam  verilməsi  onun  digər 
şəxsdə  əmələ  gəlməsi  ilə  nəticələnməsin.  Bu  əşyanın  mülkiyyətçi  tərəfindən 
istifadə olunması hallarından başqa, mülkiyyətçinin onu məhv etməsi zamanı da 
baş verə bilər. Məsələn, ona lazım olmadıqda və ya səlahiyyətli dövlət orqanının 
tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s. 
Deyilən səbəblər bəzən, ümumiyyətlə, hüquqi cəhətdən tənzimlənmə tələb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə