Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Müalicə prosesi:

   

 

 



 

 

 



 

 

 



 

Fobiyaların  müalicəsi  3  istiqamətdə  aparılır:  dərman  müalicəsi, 

psixodinamik terapiya, koqnitiv-bihevioral terapiya. 

 

 



 

 

 



 Silverman W.K. və Carmichael D.H. (1999) müalicə prosesində 3 istiqaməti 

qeyd etmişdirlər:   

 

 

 



 

 

 



 

 

 



 

-Xəstəlik haqqında məlumatlandırma;  

 

 

 



 

 

 



-Tədbiq etmə; 

 

 



 

 

 



 

 

 



 

 

-Təkrarlama. 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 




              Mövzu 5. Davranış pozuntuları. Diqqət əskikliyi və hiperaktivlik 

Plan: 

1.

 

Davranış pozuntuları  

2.

 

 Diqqət əskikliyi və hiperaktivlik 

Ədəbiyyat siyahısı: 

Child Psychology and Psychiatry- David Skuse, Helen Bruce, Linda Dowdney, 

David Mraze.  

Davranış  pozuntuları  ən  azı  6  ay  çəkən  evdə,  məktəbdə,  müxtəlif 

situsiyalarda  özünü  göstərən  davranış  sferası  ilə  əlaqəli  pozuntudur.  Uşaqlarda 

davranış pozuntularının yaranmasında əsas risk faktorları aşağıdakılardır:   

 

-Gender  aspekti:  oğlanlarda  qızlara  nisbətən  daha  çox  davranış  pozuntusu 



müşahidə olunur.   

 

 



 

 

 



 

 

 



 

 

-Hamiləlik  və  doğuş  zamanı  yaranan  problemlər:  çətin  keçən  hamiləlik, 



erkən doğum, aşağı çəki ilə doğulma;  

 

 



 

 

 



 

 

-Öyrənmə  çətinlikləri:  öyrənmə  problemləri  əsasən  davranış  pozuntuları  ilə 



əlaqəlidir.    

 

 



 

 

 



 

 

 



 

 

 



-Əqli gerilik: əqli gerili olan uşaqlarda davranış pozuntusu 2 dəfə daha çox 

özünü göstərir.    

 

 

 



 

 

 



 

 

 



 

-Beyinin  inkişafı:  diqqət  əskikliyi  və  hiperaktivliyi  olan  uşaqlarda  beynin 

müəyyən bölgələrinin aktivliyinin zəif olduğu müəyyən edilmişdir.    

 

 



Diqqət  əskikliyi  və  hiperaktivlik  uşaqlıq  dövründən  başlayan  neyroinkişaf 

pozuntusudur.  Diqqət  əskikliyi  və  hiperaktivlik  pozuntusu  DSM  IV  diaqnostik 

kateqoriyasıdır.  Hiperkinetik diaqnostika Xəstəliklərin Beynəlxalq Təsnifatı üçün 

hazırlanmışdır. Beynəlxalq Təsnifata görə  aşağıdakı kriteriyaları vardır:   

 

Hiperaktiklik: 



 

 

 



 

 

 



 

 

 



 

-Lazım olan yerdə oturmaqda, gözləməkdə çətinlik

 

 

 



 

-Oyun  oynadıqları  vaxt  çox  səs-küylü  olurlar,  yalnız  bəzi  aktivliklərində 

sakit olurlar. 

 

 



 

 

 



 

 

 



 

 

 



-Motorikanın aktivliyi yüksəkdir. 

 

 



 

 

 



 

 

Diqqətsizlik: 



 

 

 



 

 

 



 

 

 



 

-Oyun  fəaliyyətində  və  tapşırıqların  həllində  diqqətlərini  cəmləşdirə 

bilmirlər;   

 

 



 

 

 



 

 

 



 

 

 



- Çox vaxt başqalarının təlimatlarını yerinə yetirmirlər;   

 

 



 

-Zehni fəaliyyət tələb edən işlərdən çəkinirlər; 

 

 

 



 

 

-Çox asanlıqla fikirləri yayınır;  



 

 

 



 

 

 



 

-Detallara diqqət edə bilmirlər, yaxud etdikləri səhvlərə biganə yaxınlaşırlar;




 

-Gündəlik işlərini və tapşırıqlarını planlaşdıra bilmirlər.   

 

 

 



İmpulsivlik:  

 

 



 

 

 



 

 

 



 

 

-Qrup işlərində və oyunlarda sırasını gözləyə bilmirlər;   



 

 

 



- Tez-tez başqalarının işlərinə müdaxilə edirlər

 

 



 

 

 



-Çox tez-tez danışırlar.   

 

 



 

 

 



 

 

 



 Müalicə  prosesində  medikamentoz  müalicənin  vacibliyi  özünü  göstərir. 

Həkimlər həmçinin müxtəlif terapiyaların keçirilməsinidə məsləhət bilirlər. Burada 

əsas  müalicə  üsulu  kimi  multimodal  müalicə  üsuludur.  Diqqət  əskikliyi  və 

hiperaktivlik  olan  uşaqlarda  planlı  şəkildə  görülən  işlərdən daha  çox inkişaf  əldə 

edilir. Aşağıdakı terapiyaların keçirilməsi məqsədəuyğundur:   

 

 



 

Sosial  bacarıqların  inkişafı:  Bu  proqram  uşaqların  digər  insanlarla 

əlaqələrinin inkişafına köməkdir.  Problemlərin öhtəsindən gəlməyi, həll yollarının 

müəyyənləşdirilməsində effektli müalicə üsulu hesab edilir.    

 

 

 



Davranış terapiyaları: Davranış terapiyaları diqqət əskikliyi və hiperaktivliyi 

olan  məktəbəqədər  yaş  dövründə  uşaqlarda  istifadəsi  daha  yaxşı  nəticələr  verir. 

Burada əsasən koqnitiv-bihevioral terapiya, istifadə olunur. Uşaqlarla  aparılan bu 

terapiya  zamanı  uşaqlar  düşüncələrini,  fəaliyyətlərini  təhlil  edib,  daha  yaxşı  başa 

düşürlər. 

 

 



 

 

 



 

 

 



 

 

Valideynlər  üçün  təlim  proqramları:  Bu  proqramlar  əsasən  məktəbəqədər 



yaşda uşaqları olan valideynlər üçündür. Webster-Stratton proqramı kimi valideyn 

təlim  proqramları  əsasən  davranış  yönümlüdür,  uşaqlarla  birlikdə  qrup  işlərində 

tədbiq olunur. Onların mükafatlandırılması, davranışlarını inkişaf etdirməkdən ötrü 

həvəsləndirmə kimi vasitələrdən istifadə olunur.    

 

 

 



 

 

DSM IV təsnifatına əsasən diqqət əskikliyi və hiperaktivliyin kriteriyaları: 



 

Diqqətsizlik: 

 

 

 



 

 

 



 

 

 



 

-Fəaliyyəti diqqətli şəkildə izləyə bilməmək; 

 

 

 



 

 

-Diqqətlərini etdikləri bir işə, oyuna verə bilmirlər



 

 

 



 

-Edəcəkləri işlər üçün vacib olan əşyaları itirirlər;   

 

 

 



 

-Unutqandırlar; 

 

 

 



 

 

 



 

 

 



 

-Diqqətləri çox tez dağılır; 

 

 

 



 

 

 



 

 

-Səliqəsiz görünürlər; 



 

 

 



 

 

 



 

 

 



-Zehni işləri yerinə yetirməkdə çətinlik çəkirlər.   

 

 



 

 

Hiperaktivlik: 



 

 

 



 

 

 



 

 

 



 

-Sakit şəkildə biryerdə dura bilmirlər;  

 

 

 



 

 

 



-Çox danışırlar və yersiz müdaxilə edirlər;   

 

 



 

 

 



-Onlara verilən sualları cavablandırmaqda tələsirlər; 

 

 



 

 

-Həmişə nə iləsə məşğul olurlar



 

 

 



 

 

 



 

-Sakit şəkildə oynamaqda çətinlik çəkirlər;   

 

 

 



 

 

-Sıra gözləməkdə çətinlik çəkirlər; 



 

 

 



 

 

 




 

Zehni  inkişafları:  zehni  inkişaflarında  intellekt  göstəriciləri  normal  və 

normaldan  yuxarı  olmasına  baxmayaraq,  diqqəti  konsentrasiyası  problemləri 

öyrənə  problemlərinə  gətirir.  Başladıqları  işi  axıra  çatdıra  bilmirlər.  Diqqət  və 

məsuliyyət  tələb  edənm  işlərdən  yayınırlar.  Hər  hansı  tapşırığı  yerinə  yetirərkən 

plansız,  qarmaqarışıq  şəkildə  edilər.  Bu  uşaqlarda  yaddaş  saxlama  prosesində 

müəyyən problemlər özünü göstərir.   

 

 



 

 

 



 

 

Motorikanın  inkişafı:  Motorikanın  koordinasiyası  zəifdir.  Bu  uşaqlar  yazı 



yazmaqda çətinlik çəkir.  

 

 



 

 

 



 

 

 



 

Sosial  və  emosional  inkişaf:  Diqqət  əskikliyi  və  hiperaktivliyi  sosial 

normalara uyğunlaşmaqda problem yaradır. Qrup daxili oyunlrı yerinə yetirməkdə, 

dostları ilə münasibət qurmaqda çətinlik çəkirlər.   

 

 

 



 

 

Nitq  inkişafları:  Nitqlərində  müəyyən  sözlərin  və  səslərin  düzgün  ifadə 



edilməməsi özünü göstərir.  

 

 



 

 

 



 

 

 



 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə