Dəniz sularının temperaturu dərinlik və coğrafi vəziyyətlə əlaqədardır. Suyun səthində
temperatur 2°C-dən 30°C-yə qədər dəyişir. Bəzi hallarda suyun temperaturu 35°C (Qırmızı
dənizdə), hətta 45,6°C-ə (İran körfəzində) qədər yüksəlir.
Dərinlikdən asılı olaraq, temperatur tədricən azalır və çox vaxt suyun dibində l-3°C-yə
çatır. Suyun səthində temperatur coğrafi en dairələrinə müvafiq dəyişir. Bəzən, isti dəniz cərə-
yanlarının təsiri ilə temperatur anomaliyası yaranır. Dənizlərdə suyun temperaturunun kəskin
fərqlənməsinə, onun həm horizontal və həmdə şaquli dövr etməsi səbəb olur.
Dəniz sularının sıxlığı 1,0220– 1,0275 kq/m
3
arasında dəyişir. Sıxlığın dəyişməsi okean
sularının temperaturundan və duzluluğundan asılıdır.
Dəniz sularında başlıca yer tutan duz NaCl-dur. O, sularda olan duzların 78,3%-ni təşkil
edir. Sulfatlar 10,3%, Mg və K xloridləri 11,1% və başqa elementlər isə 0,3% təşkil edir. Dəniz
sularında J, F, P, Zn, Pb və başqa bir çox elementlər vardır.
Dəniz suyunda həll olunmuş başlıca qazlar azot, oksigen və karbon qazlarından ibarətdir.
Suda bu qazların nisbəti havanın tərkibinə nisbətən dəyişir. Məsələn,
suyun qaz tərkibində
azotun miqdarı 68% (havada 78%), oksigenin miqdarı isə 30% təşkil edir. Ancaq oksigenin
miqdarı dəniz suyunun miqdarından asılı olaraq dəyişir. Normal duzluluq və 0°C temperatur
şəraitində 1 ℓ dəniz suyunda 8 sm
3
-ə qədər oksigen həll olunur. Temperatur artdıqca, həll olunma
azalır. Belə ki, 10
°
C-də 6,4 sm
3
, 20°C-də isə 5,35 sm
3
oksigen suda həll olur.
Su oksigeni atmosferdən və dəniz bitkilərindən alır. Dərinliyə getdikcə, oksigenin miqdarı
əvvəlcə azalır, fitoplanktonun yayıldığı dərinlikdə müəyyən qədər artır, sonra isə yenidən azalır.
Karbon qazı dəniz suyunda böyük miqdarda həll olur. O, suya müxtəlif yollarla:
atmosferdən, çay suları, dəniz orqanizmləri və sualtı püskürmələr vasitəsilə daxil olur. Suda
karbon qazı həm sərbəst halda, həm də karbonat və bikarbonatların tərkib hissəsi kimi iştirak
edir. Dəniz suyunda bu qazın miqdarı 10-15°C-də 45 mq/ℓ-ə yaxındır. Bu miqdarda sərbəst CO
2
suda mövcud olan ümumi qazların miqdarının 1,6%-ni təşkil edir. Temperaturun yüksəlməsi ilə
CO
2
-nin suda həllolma dərəcəsi azalır.
Bütün okeanlarda suyun şaquli hərəkəti ilə əlaqədar olaraq, müəyyən bir qaz rejimi yaranır.
Bu rejim oksigenin kifayət qədər olması, СО
2
-nin azlığı və H
2
S qazının yoxluğu ilə xarakterizə
olunur. Suda təbəqələşmə baş verdikdə, onun şaquli dövranı zəifləyir. Su dövranı ancaq 175 m
dərinliyə qədər baş verir ki, bunun nəticəsində dənizdəki su kütləsinin 15%-i qarışa bilir. Bu isə
dənizin qaz rejimini pozur. Bələ ki, oksigenin normal miqdarı ancaq 40-50 m dərinliyə qədər
müşahidə edilir. 150 m-də onun miqdarı 15%-ə qədər azalır. Oksigenin azalması
dərin su
təbəqələrində bərpa olunma prosesinə təsir edir.
Dəniz suyu müxtəlif səbəblər nəticəsində hərəkət edir. Bunlardan aşağıdakıları göstərmək
olar:
– Küləyin təsiri ilə yaranan dalğa və ləpələr;
– Ay və Günəşin cazibəsi nəticəsində yaranan qabarma və geriçəkilmə;
– Dəniz cərəyanları;
– Ekvator ilə yüksək en dairələri arasında baş verən qapa- lı hərəkətlər.
Bunlarla yanaşı, müxtəlif duzluğa və sıxlığa malik hövzələr arasında gedən kompensasiya
hərəkətləri mövcuddur.
Dəniz orqanizmlərinin hərəkəti, sualtı vulkan püskürmələri və zəlzələlər də dəniz suyunun
hərəkətinə səbəb olur.
Qeyd etmək lazımdır ki, dəniz və okeanlarda küllü miqdarda canlı və bitkilər yaşayır.
Bunların içərisində mikroorqanizmlərdən tutmuş kütləsi 100 tona çatan canlılara da rast gəlmək