Mücərrəd 2 Məntiqi ardıcıllığı tamamlayın: təmizlik, insanlıq, firavanlıq… a



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.10.2018
ölçüsü0,62 Mb.
#76887
növüMücərrəd
1   2   3   4   5   6   7

78

Cümlələrin birində  yer zərfinin sualı digərlərindən fərqlidir:A) 

Projektorlar aşağı göyərtədə tuşlanmışdı B) Uzaqda sayrışan işıq 

topası tədricən düzüm –düzüm cərgələnirdi (S.Əhmədov) C) Bahar 

diqqətlə oraya baxdı (M.Cəlal) D) Arabamız dağ yolu ilə yuxarıya 

qalxdıqca təbiət və hava başqalaşırdı (A.Şaiq) E) İçəriyə təmiz hava 

sürüşürdü (H.Abbaszadə)

79

Qoşmaya aid fikirlərdən biri səhvdir: A) İsmin adlıq, yiyəlik, yönlük, 



çıxışlıq hallarında işlənən sözlərə qoşularaq müəyyən məna çaları 

yaradır B) Qoşmalar bəzən xəbərlik şəkilçisi də qəbul edir C) 

Qoşmalar cümlədə ancaq qoşulduğu sözlə birlikdə yerini dəyişir D) 

Müəyyən bir sözə qoşularaq həmin sözlə fel arasında sintaktik əlaqə 

yaradır E) Ayrılıqda cümlənin müəyyən bir üzvü olur

80

Feilin təsriflənməyən növləri hansılardır? A) məsdər,lazım şəkli, feili 



bağlama B) feili bağlama, məsdər, feili sifət C) feili sifət, feili 

bağlama, arzu şəkli D) məsdər, məhcul növ, feili sifət E) şəxssiz növ, 

məhcul növ, əmr şəkli

81

Təsirli feillər ilk növbədə əlaqəyə girir: A) yiyəlik halla B) yönlük 



halla C) təsirlik halla D) yerlik halla  E) çıxışlıq halla

82

Cümlələrdəki feillərin qrammatik məna növləri hansı sırada düzgün 



verilmişdir? 1 İdmançılar güləşdilər 2 İdmançılar güləşirdilər 3 

İdmançılar güləşdirildilər A) məlum, məlum, məhcul B) qarşılıq, 

məlum, məhcul C) məlum, icbar, məhcul

D) məlum, məlum, icbar E) qarşılıq, icbar, icbar

83

Cümlələrin birində  düzəltmə zərf  işlənməmişdir: A) Faytonçu 



könülsüzcəsinə süfrəyə yaxınlaşdı B) Əhməd onu çəpəki süzərək 

dilləndi C) Mən bu sözü zarafatyana demişəm D) Müəllim siyahını 

adbaad oxudu E) Onlar layihəni birlikdə  hazırladılar

84

Fikirlərdən yalnız biri qoşmaya aiddir: A) Cümlə üzvləri və cümlələr 



arasında əlaqə yaradır B) Sözlərin və cümlələrin təsir gücünü artırır 

C) Danışan ifadə etdiyi fikrə münasibəti bildirir

D) Cümlədə ismin müxtəlif  hallarında olan sözlərlə işlənərək 

müəyyən məna çaları yaradır E) Abzaslar arasında da əlaqə yarada 

bilir

85

Əmr ədatı işlənmiş cümləni göstərin: A) Qoy qızların üzü gün kimi 



gülsün (S.Vurğun) B) Bəs Trabzondan Fateh Sultan Məhəmmədlə 

niyə danışığa getmişdin? (F.Kərimzadə) C) Od olub məni 

yandırmayacaqsan ha! D) Dayan bir kəlmə mən deyim də 

(C.Cabbarlı) E) Nə üçün mən Güldəstəni addımbaaddım izləyirəm 

ki? (H.Seyidbəyli)

86

Feilin əmr şəkli hansı cümlənin xəbəri ola bilmir? A) əmr cümləsinin 



B) nəqli cümlənin C) sual cümləsinin D) nida cümləsinin E) həm 

sual, həm nida cümləsinin

87

Feillərdəki  qrammatik şəkilçilərin düzgün sıralanması hansı 



bənddədir? A) İnkar-zaman –şəxs şəkillərin şəkilçisi B) İnkar –şəxs 

–zaman  C) Zaman –inkar –şəxs D) İnkar –şəkillərin şəkilçisi –şəxs 

E) Şəxs –zaman –inkar 



88

Cümlələrin birində mürəkkəb zərf işlənməmişdir: A) Yayın isti 

günlərindən birində təzə binaya köçhaköç başlandı B) Cahandar ağa 

Molla Sadığa gözaltı baxıb onun sözünü kəsdi. (İ.Şıxlı) C) Quşlar 

səhər –səhər  ağız –ağıza verib oxuyudular D) Biz hərdənbir 

yaxınlıqdakı meşəyə gedərdik E) Ovçu gözlərini  birbəbir qonşusuna 

danışdı

89

Verilmiş cümlədə qoşmanın mənaca hansı növləri işlənmişdir? 



İnqilabdan sonra hər ikimiz Ali Pedaqoji İnstitutda müəllim kimi 

çalışırdıq (A.Şaiq) A) Zaman, bənzətmə B) səbəb –məqsəd, aidlik C) 

Birgəlik, bənzətmə D) fərqlənmə, zaman  E) hüdud, istiqamət

90

Modal sözlərə aid edilmiş fikirlərdən biri səhvdir: A) Danışanın ifadə 



etdiyi fikrə münasibətini bildirir B) Modal sözlər  cümlədə müstəqil 

mənalı, müəyyən bir suala cavab verən söz kimi işlənir C) Modal 

sözlərin işlənmə yeri sərbəstdir D)  Modal sözlərin bir qismi  əsas 

nitq hissələri ilə qrammatik omonimliyə malikdir E) Modal sözlərin 

əksəriyyəti quruluşca sadədir

91

Sənin ki, halını billəm əzəldən Elə deyib, canan, dilbər ağlarsan 



(M.V.Vidadi) Fərqləndirilmiş sözlər feilin hansı zamanında hesab 

olunmalıdır? A) Birincisi indiki, ikincisi qeyri –qəti gələcək zaman 

B) Birincisi qeyri –qəti gələcək, ikincisi indiki zaman C) Hər ikisi 

indiki zaman D) Hər ikisi qeyri –qəti gələcək zaman

E) Bu sözlər zamana görə dəyişməmişdir

92

Hansı cümlədə feili sifət səbəb zərfliyidir? A) Xəstələndiyindən on 



gün keçir B) Xəstələndiyindən toya gedə bilmədi C) Belə zəif olması 

xəstələndiyindən idi D) Xəstəlikdən sonra bizə az –az  gəlirdi E) 

Xəstələndiyi artıq bilinirdi

93

Sadə zərfləri seçin: 1 Bildir 2 Bərkdən 3 Saymazyana 4 İnişil



5 Srağagün 6 Şəxsən 7 Arabir A)  1,2,3 B) 2,3,7 C) 3,4,5  D) 1,4,7 E) 

1,4,5


94

Hansı cümlədə ilə qoşma deyil:? A) Bahar ürəkaçan gözəlliyi ilə 

bizim ellərə gəlirdi B) Barıtla odun dostluğu olmaz (Atalar sözü) C) 

Adamı hünəri ilə tanıyarlar (Atalar sözü) D) Onda gərək faytonla 

gedəsən E) Balta ilə kəsilməyəni sözlə kəsərlər (Atalar sözü)

95

Görəsən, indi də əvvəlki kimi oynaya bilərmi? Nümunədə işlənmiş 



köməkçi nitq hissələrinin təhlili ilə bağlı səhv haradadır? A) Görəsən 

– güman, şübhə bildirən modal sözdür, sintaktik baxımdan ara söz 

kimi götürülür B) də -  iştirak bağlayıcısıdır, əvvəl gələn cümlə ilə 

daxil olduğu cümlə arasında əlaqə yaratmışdır C) Kimi – hüdud, 

məsafə qoşmasıdır, qoşulduğu sözlə xəbər arasında  əlaqə yaratmışdır 

D) –mi  sual ədatıdır

E) Köməkçi nitq hissələrinin işləndiyi bu cümlə sadə, geniş, müəyyən 

şəxsli cümlədir

96

Neçə vaxtdı səngərdə hey toplaşdılar, Gülüstan kəndində  



sevdalaşdılar (B.Vahabzadə) Nümunədəki fellər haqqında hansı fikir 

səhvdir? 1 Biri sadə, biri düzəltmədir 2 Hər ikisi qarşılıq –birgəlik 

növdədir 3 Hər ikisi xəbər şəklindədir 4 Biri feildən, digəri isimdən 

düzəlmişdir 5 Hər ikisi təsirsiz feildir A) 2,4,5 B) 1,2  C) 2,5  D) 

1,3,4 E) 3,5



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə