MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl


Araşdırma nəticəsində məlum oldu ki, qurumlar gecikmələrini aşağıdakı müxtəlif səbəblərlərlə izah edirlər



Yüklə 351,16 Kb.
səhifə6/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

Araşdırma nəticəsində məlum oldu ki, qurumlar gecikmələrini aşağıdakı müxtəlif səbəblərlərlə izah edirlər:

- Qurumların öz saytlarında bu xidmətlərin mövcud olması;

- Maliyyə çatışmamazlığı;

- E-hökumət portalının təhlükəsizlik problemi;

- E-hökumət portalının texniki gücünün lazımı səviyyədə olmaması;

- Qurumların xidmətlərinin yaxın zamanda inteqrasiya olunması deyilir.

Əlbəttə bunlar bəhanədir. İnteqrasiyanı gücləndirmək üçün ilk növbədə qurumların gecikmələrini rəsmi səbəblə izah etməlidir. Səbəblər araşdırılmalı və birgə tədbirlər görülməlidir. Hər bir dövlət qurumunun inteqrasiyası üzrə konkret siyahı üzrə vaxtlar planı qurulmalıdır. Bu işə cavabdeh işlər təqdim olunmalı və ictimaiyyətə daima bu barədə xəbər verilməlidir. Bunlardan əlavə bəzi qurumlar 1-2 xidmət təklif etməklə bununla işlərini bitmiş hesab edirlər, bu səbəbdən təsdiqlənmiş xidmətlərin 25%-dən az xidmət təqdim etmiş qurumlar haqqında da tələsdirici tədbirlər görmək lazımdır.


7. Elektron hökumət sektoru üzrə kadrların hazırlanması.

Elektron hökümətin qurulması İKT sahəsində radikal dəyişikliklər etmədən mümkün deyil. Bu işin təşkili, qurulması və davam etdirilməsi dövlət işçilərindən yeni biliklər tələb edir. Son dövrlər yeni texnologiyaların qurulması səviyyəsi onların kütləvi öyrənilməsi səviyyəsini keçmişdir. Hal-hazırda respublikamızda elektron hökümətə keçid başlayıb. Son qəbul olunmuş qanunların tətbiqi nəticəsində İKT-nin inkişaf indeksi, əhalinin komputer və internetdən istifadəsi artsa da hələ də bu istənilən səviyyədə deyil (Cədvəl 10).




 

2005

2006

2007

2008

2009

2010

2011

2012

Kompüteri olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

7,3

8,6

10,1

14,6

18,2

30,3

38,0

47,7

Kompüterdən istifadə etmiş əhalinin ölkə üzrə bütün əhalinin sayında xüsusi çəkisi, faizlə

15,0

16,8

21,5

24,9

30,8

38

48,0

56,0

Evdə İnternetə çıxışı olmuş ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, faizlə

16,6

21,1

27,8

30,2

33,3

45,1

53,7

64,4

Əhalinin hər 100 nəfərinə düşən İnternet istifadəçilərinin sayı, nəfər

8

10

11

17

27

46

65

70

Ay ərzində İnternetdən 20 saatlıq istifadə üçün orta tarif, manat

5,0

4,8

4,0

2,1

2,0

1,9

1,5

1,4

İKT-nin inkişaf indeksi





2,91

3,11

3,63

4,9

5,95

7,52

Cədvəl 10

İKT sistemlərinin mövcudluğu və istifadəsi

Mütəxəssislərin fikrincə Azərbaycan elektron hökümətə keçidini ləngidən amillərdən biri dövlət işində çalışan (İnformasiya Texnologiyaları) İT mütəxəssislərinin olmamasıdır. Bunun üçün yeni amilləri nəzərə alaraq bu sahəni inkişaf etdirmək üçün aşağıdakı tədbirlər görülməlidir:

- Sistemli yanaşmanın tətbiqi (E-hökumətin bütün komponentlərinin tənzimlənmməsi: informasiya, normativ baza, texniki infrastruktur və işçi heyyət);

- Əsas inzibati proseslərin analizi, optimallaşdırılması və informativ təbəbini müəyyən etmək məqsədilə modelləşdirilməsi;

- Risklərin idarə olunması;

- Elektron xidmətlərin keyfiyyətinin idarə olunması və s.

Aparılmış araşdırmalar göstərir ki, bir çox dövlət işçilərinin informasiya texnologiyalarının öyrənilməsi yalnız çalışdığı sahələr üzrə proqramlarla və ofis proqramlar üzrə məhdudlaşır və İKT sahəsi üzrə ümumi biliklərin artmasına yönəlmir.

Həmçinin qeyd etmək lazımdır ki, araşdırmalar görə İKT sahəsi üzrə çalışan işçilərin özünü qiymətləndirilməsi ilə reallıq arasında kəskin fərq var. Bu onların obyektiv qiymətləndirilməməsi və iş yerlərində İT üzrə tələblərin lazımı səviyyədə olmaması ilə izah olunur. Bunun nəticəsi olaraq E-hökümətə keçid mərhələsində bir çox dövlət müəssisələri ləngimələr baş verir (Qrafik3).





Qrafik 3

Dövlət qulluqçularının İT bilik səviyyəsi
İT üzrə dövlət işçilərinin qənaətbəxş səviyyədə olmaması səbəbləri içərisində əsas səbəblər kimi Elektron hökümətə keçid dövründə İT üzrə vahid ümumdövlət metodik göstərişlərinin və onların tətbiqi sahəsi üzrə nümunələrin olmamasını göstərmək olar.

Bütün bu çatışmamazlığı aradan qaldırmaq üçün İKT üzrə təhsil və təlim səviyyəsini qaldırmaq lazımdır. Azərbaycan Respublikası müstəqillik qazandığdıqdan sonra İKT üzrə təhsil və təlimi artıran əsas aşağıdakı qanunlar qəbul olunmuşdur:



1. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiq edilməsi. Bu sənəddə İKT sahəsinin inkişafı üçün dövlət siyasətinin tətbiqi nəzərdə tutulub.

Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə