MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl



Yüklə 351,16 Kb.
səhifə4/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

- “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə (2013-cü il 5 fevral) Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasında dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə hazırlanmışdır. .
- “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu”nun (2012-ci il 15 mart) yaradılmasının əsas məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir.
- Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə “Yüksək Texnologiyalar Parkı”nın (YTP) yaradılması qərara alınmışdır. “YTP”nın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə RİTN-in tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC yaradılmışdır. Fərmanın məqsədi İqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər - Yüksək Texnologiyalar Parkının yaradılmasını təmin etməkdir. Parkın Sumqayıt şəhəri ərazisində yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Sözügedən Fərmanla müəyyən edilmiş həlli vacib məsələrin icrası üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) müvafiq tapşırıqlar verilib.


- Bu yaxınlarda təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır. Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dollar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 milyard dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. 

- Hal-hazırda e-hökumət istiqamətində hazırlanacaq sənəd “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın müzakirəsi gedir. Bu Dövlət Proqramı hal-hazırda layihə şəklindədir və bu layihəyə aşağıdakı təkliflər vermək olar:

1. E-hökumətə keçidlə bağlı bəzi qanunvericiliklərdə dəyişikliklərin edilməsi. Məs: “İnformasiya əldə etmək” haqqında qanuna görə sorğuya cavab verilməsi 7 gün vaxt verilir. Lakin informasiya cəmiyyətinə keçidlə və artıq e-hökumətin tətbiqi ilə baqlı olaraq xüsusi elektron şəkildə verilmiş sorğuların daha tez vaxta cavablandırılması;

2. E-hökumət portalı daxilində hər Nazirliyə aid məlumatların alınması üçün Telefon sorğu mərkəzlərinin (Call Center) təşkili. Portalın özünün sorğu mərkəzi olsa da Əsas dövlət qurumlarının sorğu mərkəzləri haqqında məlumat yerləşdirilməyib.

3. Qurumların e-hökumətə xidmətlərinin inteqrasiya olunması üçün konkret vaxt qrafiklərinin hazırlanması (ilk öncə vətəndaşlar tərəfindən tələbatı artıq olan xidmətlərin inteqrasiyası) və hər dövlət qurumda bu prosesə nəzarət edən şəxsin təyini;

4. Hazırki dövrdə E-hökumətə aid qanunverciliklərin texniki və hüquqi cəhətdən bir-birinə uyğun gəlməsinin təmin edilməsi, uyğunsuzluqların aradan qaldırılması;

5. E-hökumətin BMT tərəfindən müəyyən 3 inkişaf indeksinin (elektron xidmət, İKT inkişaf strukturu, insan inkişaf potensialı) göstəricilərinin inkişafı üçün konkret layihələr hazırlamaq;

6. Görüləcək bütün tədbirlərin dəqiq maliyyə plan-hesabatlarının hazırlanması ;

7. “Elektron ticarət haqqında” qanunvericiliyin mövcud vəziyyətə uyğun təkmilləşdirmə;

8. Bütün dövlət qulluqçuları üçün vahid elektron poçt mərkəzinin yaradılması. Müstəqil dövlətimizdə xarici ölkələrin elektron poçtları vasitəsilə məlumatların göndərilməsi təhlükəlidir və suverenliyimizə təhlükədir. Bu səbəbdən bu haqda qanunvericilik hazırlanmalıdır;

8. E-hökumət portalının inkişaf etmiş ölkələrin E-hökümət portallarındən nümunələrin götürülməsi;

9. E-hökumətin reklamı, təbliği və təşviqinin genişləndirilməsi üçün tədbirlərin görülməsi;

10. Elektron xidmətlərin qiymətləndirilməsi üçün “Elektron monitorinq haqqında” qanunvericilik sənədi hazırlamaq.
3. Elektron hökumətin inkişafına mane olan amillər və onların aradan qaldırılması.

Azərbaycanda e-hökumət sistemi qurulsa da hələdə bütün işlər qaydasında deyil. Bu problemlər meydana çıxdıqca həlli yolları axtarılır və sistem get-gedə inkişaf edir.Gəlin elektron hökümətin inkişafına mane olan amillərə baxaq:



1. İnternetə kütləvi çıxışın təmin edilməməsi. Avropa Birliyi və ABŞ sakinləri əsasən ev komputerləri vasitəsilə internetə çıxışı varsa, Qrafik 1-dən göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev komputerleri vasitəsilə daxil olurlar, digər hissəsi məktəblər, internet kafe, iş internet istifadə edir. Buna görə də, vətəndaşların e-hökumət portallarına rahat çıxışının təmin edilməsində bu fakt nəzərə alınmalıdır.



Qrafik 1

İnternet istifadəçilərinin internetdən istifadə yerlərinə görə bölgüsü
2. Məhdud maliyyələşmə. Bir çox ölkəllərdə bu layihənin maliyyələşməsi bütün infrastrukturun yeniləşməsini tələb etdiyindən çox maliyyələşmə tələb olunur, buna görə də uyğun və sərfəli yol tapılmalıdır. Hesab edirəm ki, Ruminiya təcrübəsi ən yaxşısıdır. Burada hökumət orqanları kiçik və orta bizneslə internet vasitəsilə əlaqə qurur və ən yaxşı vartiant elektron satınalma və tenderlər sayılırlar. Bu sistemdəm istifadə nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilmişdir.

3. Siyasi iradə və Bürokratik əngəllər. Elektron hökümətin qurulması üçün əsas şərt komputerlərin alınması və veb-saytın qurulması deyil. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və “kağız dünyasından” çıxmağa kömək edəcək.Elektron idarəetmədə daha çox hökümətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi iradə və lazımlı resursların formalaşmasını tələb edir. Öz-özlüyündə nə yeni texnologiyaların alınması, nə çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini inkişaf etdirə və ya dövlət idarəçiliyində iştirak səviyyəsini artıra bilməz. E-hökümət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab köhnə fikirli idarəedicilərin sonu olmalıdır. Hər bir məmur bu sistemin özü və dövləti üçün nə dərəcə də əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namimə bir çox kphnəyönlü fikirlərinlərindən əl çəkərək elektronlaşmaya kömək etməlidirlər.

4. Inzibati informasiya sistemlərinin keyfiyyəti. Dövlət orqanları ilə cəmiyyətin qarşılıqlı virtual əlaqəsi əlbəttə müxtəlif icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin keyfiyyəti, tamlığı və bütövlüyündən asılıdır. Sistemlərin əlaqəsi, informasiya resurslarının üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi üçün imkanlar təmin edilməsi, dövlət informasiya ehtiyatlarında sadə axtarış e-hökumətin inkişafında mühüm məsələlərdəndir.

5. İnternetdən istifadə üçün əlavə motivasiya. Estoniyada Dünya Bankı tərəfindən aparılan tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş internetə çıxış sisteminin olması belə vətəndaşların hökümət orqanlarına geniş müraciətinə zəmanət vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri yaratmaq olar.Məsələn vergiləri daima online ödəyən ödəyicilərə müəyyən faiz güzəşt edilə bilər.Aşağıdakı Qrafik 2-dən də göründüyü kimi əhalinin elektron vasitələrlə hökümət orqanlarına müraciət və xidmətlərdən istifadə yalnız 12 faiz təşkil edir ki, bu da çox azdır.



Qrafik 2

İnternet istifadəçilərinin İnternetdən istifadə məqsədlərinə görə bölgüsü
6. Bələdiyyə problemi. “E-hökumət” portalı idarəetmə orqanları ilə vətəndaşlar və hüquqi şəxslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanlarının çoxu artıq “E-hökümət portalına” inteqrasiya olunsada bələdiyyələrdən hələ təəssüflər olsun ki, heç bir yenilik yoxdur. Bələdiyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumatları, bələdiyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin etməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də bələdiyyələrin elektronlaşması gecikir. Bələdiyyələrin elektronlaşması ilə bələdiyyələr yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, vətəndaşa və digər qurumlara internet vasitəsilə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətinin təşkilini etməlidirlər. Bələdiyyələrin portala keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya portaldan götürələcək. Burada həm vətəndaş, həm də bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur. Çünki bələdiyyədə vətəndaşlar bürokratiya ilə qarşılaşmamalıdırlar, bütün görülən işlər şəffaf olmalıdır. Bələliyyələrin portala inteqrasiyasından əvvəl bələdiyyələrin özünün elektronlaşması təmin edilməli sonra isə bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin elektronlaşması proqramı 3 mərhələdə gerçəkləşdirilməlidir:1) bələdiyyələrin tam komputerləşməsi, internet saytlarının yaradılması, yerli özünüidarəetmədə maliyyə-büdcə komputer proqramlarınının tətbiqi işlənməli; 2) bələdiyyələrdə sənəd dövriyyəsinin elektronlaşması, ön ofisin elektronlaşması prosesi aparılmalı; 3) kommunal xidmətlərin elektronlaşması başa çatdırılmalıdır. 

7. E-hökumətin təhlükəsizliyi. “E-hökumət” portalında vətəndaş qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə identifikasiya olunması tədqirə layiq hərəkət olsa iş bununla bitmir. İnformasiya təhlükəsizliyi ilə vətəndaşın məlumatları portalda qeydiyyatdan sonra da təmin olunmalıdır. Çünki gələcəkdə e-hökümət portalında vətəndaşları məlumatları və əməlyyatları daha geniş təsvir olunacaq və bu tip məlumatlara digər bir şəxsin kiber hücum nəticəsində malik olması həmin vətəndaşı və ya müəssisəni təmamilə müflis edə bilər. E-problemlər təhlükəsizliyin 2 istiqamətdə pozulmasından yarana bilər:

- Daxildən sistemin dağıdılması (bu sistemə sistemə daxildən girişi olan insanlar tərəfindən edilə bilər);

- Xarici təhlükə (bu sistemə xaricdən müdaxilə edilməsidir ki, əsasən kibercinayətkarlar tərəfindən həyata keçirilir); Həmçinin təbii amillər nəticəsində sistemə girişin dayandırılmasına (buna misal olaraq maqnit dalğası nəticəsində informasiyanın silinməsi, təbii fəlakətlər və s.) səbəb ola bilər.

Digər təhlükəsizlik tədbiri kimi viruslardan müdafiədir. Hal-hazırda gündə 10-15 virus yaradılır və bu say artımı həndəsi silsilə ilə artır. Bu cəhətdən təklif edərdim ki, “E-hökumətin” təhlükəsizliyi üçün hər hansı bir dünyaşöhrətli antivirus şirkəti müqavilə imzalansın və bu saytda işıqlandırılsın. Məsələn www.mail.ru elektron poçt saytı “Kaspersky Lab” antivirus şirkəti tərəfindən müdafiə olunur və bu istifadəçilərdə güvənlik hissi yaradır.



8. Elektron hökumətlə bağlı digər problem bu sistemə cavabdeh olan şəxslərin hələ də elektron sistemi və ya İKT sistemini tam öyrənməməsidir. İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq bütün dövlət qurumlarında İKT bilikləri tələb olunur. Lakin bu sistemdə çalışan işçilərin İKT lazımi səviyyədə bilməməsi əmək məhsuldarlığını azaldır. Bu səbəbdən bu sahədə çalışan işmilər üçün ya xüsusi təlim mərkəzləri, ya da ixtisasartıtmakursları təşkil olunmalıdır;

9. Qərb dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların informasiyadan yararlanmaq kimi konstitusion hüququnu reallaşmasına nəzarət edən xüsusi dövlət vəzifəsi yaratmaq. Məsələn ABŞ-da bu vəzifə “İnformasiya üzrə əsas nəzarətçi” (Chief information officer), Böyük Britaniyada “Elektron elçi” (e-envoy) adlanır, Azərbaycan isə bunu “Elektron nəzarətçi” adlandırmaq olar.

10. Dövlət Qulluğu vəzifələrinə qəbul zamanı 1ci mərhələdə 100 test-dən yalnız 10-nu İnformatika sahəsinə aid olunur. Bütün dövlət orqanlarında İKT vasitələrindən geniş istifadəni nəzərə alaraq təklif edərdim ki, 1-ci mərhələdə ya İKT-yə aid test suallarının sayı artırılsın ya da 10 testdən minimum 5-ni yazmaq məcburi olmağı barədə qərar qəbul olunsun.
4. Elektron hökümət layihəsi beynəlxalq təcrübədə və Azərbaycan ilə müqayisəsi.

Azərbaycan e-hökumət layihəsinə yeni başlayan ölkə sayılır. Bir işə yeni başlayanda isə həmişə dünya təcrübəsinin öyrənilməsi əhəmiyyətli rol oynayır.

Hal-hazırda elektron hökumətin qurulması üzrə əsasən 3 inkişaf modelini göstərmək olar:

- Kontinental Avropa modeli (Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri);

- İngilis-Amerikan modeli (ABŞ, Kanada, Böyük Britaniya);

-Asiya modeli (Cənubi Koreya, Sinqapur).

1. Kontinental Avropa modeli

Kontinental Avropa modelinin elektron höküməti aşağıdakılarla xarakterizə olunur:



  • Qanunların həyata keçirilməsini yüksəldən və effektivliyini artıran bölüşdürmə;

  • Dövlətdə öz partnyorunu görməli olan vətəndaşa diqqət;

  • Bütün Avropa informasiya sistemini idarəetməyə yönələn ciddi qanunvericilik;

  • Dövlət xidmətlərinin təkmilləşdirilməsi.

Dünya ölkələri üzrə öndə e-hökumətin inkişafına görə öndə gedənlərdən biri Hollandiyadır (www.government.nl ). Əsas üstünlüyü elektron “bir pəncərə” sisteminin qurulmasında dövlət orqanlarının sıx əlaqəsidir. Burada vətəndaşlar və müəssisələr üçün e-ID uğurla tətbiq edilir. Mütəxəssislərin fikrincə şəbəkəyə genişzolaqlı çıxış Hollandiyaya uğurla elektron hökumətini inkişaf etdirməyə kömək edəcək.

Danimarkanın elektron hökuməti ( www.borger.dk ) eyni şəbəkədə dövlət, işəgötürənlər və ictimai birlikləri birləşdirən ölkə üzrə elektron əməliyyatların mərkəzidir. Elektron hesabatlarda hər il vətəndaşlar 150 milyon və müəssisələr isə 50 milyon avro qənaət edir. Hər Danimarkalının elektron hökumət portallarında bütün dövlət qurumları və şirkətlərdən gələn mesajları toplayan şəxsi e-mail qutusu var. Portalın xidmətləri arasında tələbə kreditləri, pensiyanın idarəedilməsi, gəlir və ailə vəziyyətinin qeydə alınması var.

Dünyada ilk elektron xidmətlər haqqında qanun qəbul edən ölkə Finlandiyadır (2001-ci il). Qanunda hökumət orqanlarının elektron xidmətlərlə bağlı hüquq və vəzifələri, vətəndaşlara göstərilən xidmətlərin xüsusiyyətləri və onların qarşılıqlı əlaqəsi əks olnub. Finlandiyanın rəsmi veb səhifəsi ( www.om.fi ) çoxlu miqdarda ixtisaslaşdırılmış xidmətlər təklif edir: islehlakçılara xidmət üzrə agentlik, hüquqi sənədlərin təqdimatı (Ədliyyə Nazirliyi), boş iş vakansiyaları, təhsil müəssisələri, “Virtual Finlandiya” xidməti, Rabitə İnformasiya Nazirliyinin proyektləri və s.

İrlandiyanın elektron hökuməti ( www.gov.ie ) müəssisələrin inkişafı üçün şərait yaradır, belə ki, burada lazımı tender tapmaqdan savayı, ordan qeydiyyatdan keçmək və tenderin iştirakçısı olmaq üçün də ərizə vermək olar.

2 .İngilis – Amerikan modeli.

Dünyada hər zaman liderlər sırasında olması ilə fərqlənən ABŞ-ın elektron hökumətinin veb-portalı ( www.usa.gov ) aşağıdakı üsullarla federal idarəetmə keyfiyyətin artırır: informasiya xidmətinin təqdimatının asanlaşdırılması; vətəndaşlar, müəssisələr, hökumət və federal işçilər üçün informasiya axtarış xidmətinin asanlaşdırılması, hökümət orqanlarının vətəndaşların müraciət və işlərinin həllərinin tezləşdirilməsi və s. “Elektron hökumətin” inkişafı üçün siyasi və sosial hüquq, resurs təminatı, kənardan yüksək rütbəli məmurlardan köməklik, strateji planlaşdırma və əməkdaşlıq qurulmuşdur. Hazırlanmış strategiyaya uyğun olaraq əsas məsələ oxşar funksiyaları yerinə yetirən müxtəlif qurumlardakı xidmətlərin vətəndaşların rahatlığı üçün ixtisar edilməsidir. ABŞ-da əsas ideya vətəndaş və məmur asılılığını təmamilə aradan götürmək informasiya “ magistralı” yaratmaqdır. ABŞ elektron hökumətinin əsas şüarı da “Daha çox aşkarlıq, şəffaflıq və vətəndaş qarşısında cavabdehlik”dir. Veb-texnologiyaların istifadəyə verilməsi 1 il ərzində Vergilər Nazirliyinin təxminən 32 mln., Təhsil Nazirliyi isə 23 mln. dollar qənaət edir. ABŞ ümumi prinsiplərini analiz edəndə belə qarara gəlmək olar ki, hökumət dövlətin vətəndaşlarla rahat əlaqə qurmasına şərait yaradır, elektron iqtisadiyyatda lider olmağa qərarlıdır və elektron kommersiyanın inkişafına çalışır. ABŞ-da “E-hökumət”in qarşısında hal-hazırda 2 vəzifə durur: Vətəndaşlar və müəssisələr tərəfindən informasiyadan istifadəni maksimumlaşdlrmaq; “açıq məlumatlar” prisipindən isitfadə edərək informasiyanın hamı üçün daha da əlçatan eləmək;

Kanadanın hökumət portalı ( www.canada.gc.ca ) “Kanadanın dövlət orqanı” adlanır. Bu sayt bütün Kanada vətəndaşlarına demək olar ki, bütün mərkəzləşmiş xidmət və proqramlara istənilən vaxtında və istənilən yerdə girişini təmin edir. İlk dəfə Kanada 1994-cü ildə dövlət strukturlarının informasiya açıqlılığına şərait yaratdı. Kanadalılar inkişaf modelini 3 hissəyə bölərək ümumi 5 ilə “E-Hökumət”i qurublar.

Böyük Britaniya elektron hökumət “Elektron vətəndaş, elektron biznes, elektron idarəetmə” süarı altında qurulub ( www.gov.uk ). Burada əsas strategiya vətəndaş və biznes tələbatlarının ödənilməsini təmin edən sistemin qurulmaslıdır. Burada internet sistemin yenidən qurulmasına kömək edən əsas vasitələrdən biri kimi seçilmişdir. Müxtəlif internet resusrları bir portalda birləşib. 4000 alternativ idarəetmə saytından islahat nəticəsində 1000-i bağlanmışdır. Elektron xidmətlərdən istifadəni artırmaq üçün vətəndaşlara 10 funt, müəssisələr isə 150 funt güzəşt əldə edirlər. Böyük Britaniya əsasən xidmətlərini internet üzərindən qurmaqla böyük miqdarda vəsaitə qənaət etmiş olur. Ölkənin portalında maraqlı elektron petisia xidməti mövcuddur. Bu xidmət vasitəsi vətəndaşlar hər hansı məsələ ilə bağı qanun üçün müəyyən miqdarda səs toplaya və hazırladığları qanunları parlamentə baxılmaq üçün göndərə bilərlər.

3.Asiya modeli.

Singapur hökumətinin rəsmi veb-portalı ( www.gov.sg ) həyat fəaliyyəti ilə bağlı bütün sahələri birləşdirir, bura dövlət idarəetməsi, biznes, təhsil, elm, səhiyyə və hətta əyləncə sektoru da daxildir. Proqramın icrasına hökumət təxminən ilə 500 mln. dollar sərf edir. Bu yaxınlarda elekron sənəd dövriyyəsin 100%lik həddə çatdı, kağız üzərinə yalnız ən vacib sənədlər yazılır. Portal bir-biri ilə əlaqəli 4 bölməni birləşdirir: “Hökümət”, “Rezident əhali”(daimi sakinlər), “Biznes” və “Qeyri-rezidentlər”. Bütün sektorlar üzrə real vaxt rejimində böyük miqdarda informasiya xidməti və interaktiv əlaqə təklif olunur. Bütün bu xidmətlərdən yararlanmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır (login, parol, istifadəçi şifrəsi).

Sinqapur elektron hökumətin inkişafının 5 əsas strategiyası tərtib olunmuşdu:


  1. Dövləti rəqəmsal iqtisadiyyat üzrə yenidən qurmaq;

  2. İnteqrasiya edilmiş e-xidmətlər göstərmək;

  3. Vətəndaşların e-hüquqları üçün cavabdeh olmaq;

  4. İKT-ni yeni imkanların inkişafı üçün istifadə etmək;

  5. İKT vasitəsilə innovator ( yenilikçi) olmaq.

Cənubi Koreyanın “Elektron hökumət” portalı ( www.korea.go.kr ) 2012-ci il üçün Elektron Hökümət sektoru üzrə lider ölkə seçilmişdir. O bu yerə iPhone və Android sistemləri üçün çoxlu sayda mobil programların və bütün ölkəni 3G interneti ilə əhatə etdiyinə görə qazanmışdır. Dünya rekordu olaraq bütün xidmətlərin 87%-ni bir portalda toplanılıb. Hər bir vətəndaş portalı öz istəyinə uyğun olaraq düzəldə və mobil programlar vasitəsilə çıxışı təmin edə bilər. Maraqlıdır ki, bütünlüklə sistemi online elektron öyrənmək və online-əmək birja əməliyyatı da portala daxil edilib.

Cənubi Koreya həmçinin “Elektron iştirak” indeksi (“e-Participation” İndex) üzrə də lider ölkədir. Bu göstərici bloglar, Sosial şəbəkələr və internet-müzakirələr vasitəsilə dövlət və vətəndaş arasında online əlaqə yaratmaq imkanını göstərir.

Koreya hökuməti hal-hazırda İKT sahəsini daha da təkmilləşdirmək üçün “Ağıllı Hökumət” (“Smart government”) strategiyasını tətbiq edir. Hesab olunur ki, bu sistemin tətbiqi ilə vətəndaşlarda dövlət xidmətlərinə asan və pulsuz giriş olacaq.

Azərbaycan öz e-hökumət modelini cədvəl 4-də göstərilən E-hökumət modellərinin istiqamətlərinin formalarının tətbiqi ilə daha yaxşı inkişaf edə bilər. Göstərilənlər Azərbaycanın e-hökumətinə düzgün inteqrasiya olunsa cəmiyyətinin və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, elektron hökümətin əhəmiyyətinin yüksəldilməsi, Azərbaycan İKT bazarının inkişafı, İnformasiya texnologiyalarına əsaslanan iqtisadiyyata keçid, regonlarda informasiyalaşma fərqinin aradan götürülməsi, informasiya təhlükəsizliyi təmin edilmiş olar.

Ümumi götürsək 2012-ci il dünya ölkələri üçün uğurlu il olub və e-hökumətə inteqrasiyada mühüm addımlar atılıb. 2012-ci ildə əsas tendensiya “e-hökumət” portallarının inkişafı oldu. Hökumətlər aydın olaraq online ödəmənin əhəmiyyətini dərk edirlər. 2012-ci ildə ölkələrin 40%-də vergi və digər ödənişlərin elektron formada ödənilməsi üçün şərait yaradılmışdır. Dünyanın 34 ölkəsində vətəndaşlar elektron portal vasitəsilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ala bilərlər.


Cədvəl 4

Xarici ölkələrinin inkiaf modellərinin Azərbaycanın “E-hökuməti”nə inteqrasiyası
Hesab olunur ki, bir çox ölkələr hələ də elektron dövlət xidmətlərindən lazımınca geniş istifadə etmirlər. Kiosklardan, pulsuz Wi-Fi və mobil şəbəkə vasitəsilə e-hökumətdən istifadə ölkələri EGHİ indeksi üzrə liderlər kimi göstərir (EGDİ indeksi – bu əsas elektron hökumət üçün vacib aşağıdakı göstəricilərin birləşməsidir: elektron formada təklif olunan xidmət, telekomunikasiya infrastrukturun inkişafı və insan resursu).

Vətəndaşlara dövlət ödənişlərini öz mobil hesablarından imkan verən Mobil hökümət ( m-hökumət) hələki 33 ölkədə uğurla realizə olunur. 27 ölkədə məmulardan SMS bildirişləri alınır. Analitiklərin fikrincə m-xidmət sektoru bu yaxınlarda daha da inkişaf edəcək. Mobil əlaqə həmçinin yaşlı, əlilliyi olan və kəndlərdə yaşayan əhalinin imkanlarını da artırır. Nəzərə alsaq ki, mobil telefon əsasən şəxsi predmetdir onda dövlət konkret şəxsə hər hansı məsələ ilə bağlı da kömək edə bilər.

Sosial şəbəkələrin sürətli inkişafı da 78 dövləti Facebook və Twitter-də rəsmi səhifə açmağa vadar edib. Sözsüz ki , 66% bütün dövlət bildirişlərinin SMS vasitəsilə aparılmasında ABŞ liderdir. Latın Amerikasında ən çox istifadə olunan xidmətlərdən biri dövlət orqanları ilə online-danışıqlardır.

“2013-2015-ci illərdə elektron hökumətin inkişafı” adlı dövlət programı Azərbaycan Respublikasında e-hökumətin əsas istiqamətini müəyyən edir. Bu proqramda nəzər salınmalı amillərdən biri Azərbaycanda “E-hökumətin inkişaf indeksidir”. Dünyanın 191 ölkəsinin e-hökümət layihəsinə başlama səviyyəsi BMT-nin (Benchmarking E-government: A Global Perspective) İqtisadi və sosial inkişaf demartamenti göstərilir və hər il bu barədə hesabatlar (E-Government Readiness Report) dərc olunur, indeksləşdirmə aparılır.

Qiymətləndirmənin əsasını dövlət orqanlarının saytlarının veb-monitorinqi təşkil edir. Hər il dərc olunan hesabatlarda indekslər ölkələrin elektron inkişafı (E-Government Readiness ) və elektron iştirakı (eParticipation) qiymətləndirilir. Elektron hökümətin inkişafına təsir edən 2 aspeks fərqləndirilir:

- Potensial (Capacity). Bu əhali, biznes və İKT-nin e-hökumətə keçidinin inkişaf potensialının səviyyəsini müəyyən edir.

- Hazırlıq (Willingness). Dövlət tərəfindən əhalinin bu barədə informasiya və biliklərlə təmin olunmasını göstərir.

Elektron hökumətin inkişaf reytinqi özündə 3 komponentin inkişaf göstəricilərini təcəssüm etdirir: e-xidmətlərin inkişafı, İKT infrasturunun inkişafı və insan inkişaf potensialı.

E-xidmətlərin araşdırılması 4 qiymətləndirmə istiqaməti əsasında aparılır:

- Şəbəkədə ilkin informasiya iştirakı (emerging online presence);

- Şəbəkədə genişlənmiş informasiya iştirakı və e-xidmətlər (enhanced presence);

- Elektron qarşılıqlı əlaqə nəticəsində xidmət göstərilməsi (transactional presence);

- Dövlət orqanlarının öz aralarında və dövlətlə vətəndaş əlaqələrini göstərən e-xidmətlər (connected presence).

Qiymətləndirmə suallara cavab əsasında tərtib edilir, hər “hə” cavabına görə 1, “yox” cavabına görə “o” xal verilir. İstisnaya yalnız e-xidmtələrin formalarının istifadəsinə əhatə edən suallar daxildir ki, bunlarda 10 ballıq sistem üzrə aparılır.



2012-ci lin nəticələrinə görə BMT-nin hesabatlarında (E-Government Readiness Report) “Elektron hökümət”in inkişaf indeksi liderləri sırasında ilk 5-likdə Cənubi Koreya, Hollandiya, Böyük Britaniya, Danimarka və ABŞ yer alıb (Cədvəl 5).


Elektron hökümətin inkişaf indeksi

Reytinqdə sıralama

Ölkə

EH inkişaf indeksi

Komponentlər

Elektron xidmət

İKT infrastrukturu

İnsan inkişaf potensial

1

Cənubi Koreya

0,9283

1,0000

0,8356

0,9494

2

Hollandiya

0,9125

0,9608

0,8342

0,9425

3

Böyük Britaniya

0,8960

0,9739

0,8135

0,9007

4

Danimarka

0,8889

0,8562

0,8615

0,9489

5

ABŞ

0,8687

1,0000

0,6860

0,9202

...

 

 

 

 

 

95

Maldiv Adaları

0,4994

0,3268

0,3599

0,8114

96

Azərbaycan

0,4984

0,3260

0,3033

0,8259

97

İndoneziya

0,4949

0,4967

0,1897

0,7982

Cədvəl 5

Elektron hökumətin inkişaf indeksi üzrə lider ölkələr ( BMT 2012)

Qeyd etmək lazımdır ki, uğurlu siyasi inkişaf nəticəsində Azərbaycanın “E-hökumətin inkişaf göstəricisi dünya üzrə orta göstəricini keçmişdir (Cədvəl 6).




İndeks / indeks komponentləri

Azərbaycan

Dünya üzrə orta göstərici

Liderlərin göstəriciləri




E-hökumətin inkişaf indeksi

0,4984

0,4960

0,9280




Elektron xidmət

0,3260

0,4390

1,0000




İKT infrastrukturu

0,3033

0,3260

0,8780




İnsan inkişaf potensialı

0,8259

0,7210

0,9680




Cədvəl 6




Azərbaycanın və dünyanın e-hökumətin inkişaf göstəriciləri üzrə orta göstəriciləri




Azərbaycanın göstəricilərinin 2003-cü ildən başlayan dinamikası Cədvəl 7-də göstərilib. Göstəricilərdəndə aydın görmək olur ki, Azərbaycanın insan resursları üzrə inkişaf indeksi daima yüksək səviyyədə olub. Həmçinin İKT ifrastrukturunda da əhəmiyyətli artım hiss olunur. Göstəricilər yalnız 2012-ci əhatə etdiyinə görə e-xidmətlər burada nisbətən aşağı dərəcələrlə göstərilib, lakin E-hökümət portalının istifadəsinin artması ilə demək olar ki bu göstərici 2013-cü ilin hesabatında əhəmiyyətli dərəcədə artıq olacaq.

İllər

2003

2004

2005

2008

2010

2012

İndeks

0,3640

0,3860

0,3773

0,4609

0,4571

0,4984

Reytinqdə sıralama

94

89

101

89

83

96

Elektron xidməəti inkişafı

0,1310

0,2010

0,1808

0,3946

0,3238

0,3260

İKT infrastrukturu

0,0800

0,0770

0,0712

0,1077

0,1329

0,3033

İnsan kapitalı

0,8800

0,8800

0,8800

0,8822

0,9185

0,8259

Cədvəl 7

Azərbaycan Respublikasında e-hökumətin illər üzrə inkişaf indeksləri







Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə