MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl


Elektron hökumətin və xidmətlərin təbliği və təşviqi



Yüklə 351,16 Kb.
səhifə5/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

5. Elektron hökumətin və xidmətlərin təbliği və təşviqi.

İqtisadiyyatın təməl qanunu “tələb-təklif”dir. E-xidmətlərdən istifadə edilməsi vətəndaşın tələbinə uyğundur. Əgər vətəndaş tərəfindən keyfiyyətli tələb olmasa dövlətin də keyfiyyətli təklifi gecikər. Bu üzdən biz vətəndaşı e-xidmətlərdən istifadə etməyə “təklif”i artırmağa sövq etməliyik ki, o e-xidmətlərə üstünlük versin. “Elektron hökumət” portalı bütün vətəndaşlar üçün nəzərdə tutulub. Bu üzdən bütün vətəndaşların bu xidmətin varlığından xəbərdar olması vacibdir. E-hökumətin təbliğ və təşviqini aşağıdakı yollarla aparmaq olar:

- “Elektron-taksi” layihəsi. “Elektron hökumət” layihəsinin inkişafına xidmət edəcək bu taksi sizi istədiyiniz yerə pulsuz aparmağı təklif edəcək, əvəzində isə vətəndaş “E-hökumət”in vətəndaşlar üçün yaratdığı üstünlüklərdən bəhs edən mühazirələri dinləməlidir. Bu elektron xidmətlərin reklamının özünəməxsus bir növüdür;

- İctimai nəqliyyat olan avtobusların üzərində reklam lövhələrinin yerləşdirilməsi; Hər gün ictimai nəqliyyatdan istifadə edən insanlarını sayını və indiki zamanda bu cür reklamın artığını nəzərə alaraq bu cür reklam portalın istifadəsinin artımında böyük rol oynayar.

- “İnternet portallarında” birdəfəlik banner keçidi olan reklam lövhələrinin yerləşdirilməsi;

- “157” - Məlumat Hesablama Mərkəzinin sorğu mərkəzinin çağrı mərkəzinin nömrəsinin reklamı; Məsələn Vergilər Nazirliyinin 195 nömrəli Sorğu Mərkəzinin istifadənin genişləndirilməsi sahəsində gördüyü işləri nümunə götürə bilərik.


- TV-lərdə və Metrolarda videoreklamlar. Nəzərə alsaq ki, metrostansiyalarında stansiyalar arası məsafə ən azı 2 dəqiqədir, bu zaman orada olan qisa videorolikə hər bir vətəndaşın ən azı 1 dəfə baxması və ya eşitməsi mümkün və qaçılmaz olacaq.

- “E-hökümət” portalında mümkün olan bütün xidmətlərdən online istifadə edən vətəndaşlara bəzi ödənişlər zamanı güzəştlərin edilməsi.

- Junallarda, qəzetlərdə, ödəniş kartlarının üzərində www.e-gov.az internet portalının və E-hökumət haqqında məlumatın verilməsi;

- E-hökumət portalının cəmiyyət içində tanınması üçün digər üsul “E-hökumət” süarı altında yarışların, müsabiqələrin keçirilməsidir.


6. Elektron hökumət portalında xidmət göstərməyən qurumlar və səbəbləri.

Elektron xidmətin portala inteqrasiyası barədə” 2012-ci il 17 oktyabr tarixli Nazirlər Kabinetinin qərarında konkret Mərkəzi icra hakimiyyətləri tərəfindən göstərilməli olan xidmətlərin siyahısı göstərilib. E-hökümət portalı yaradılandan bu günə kimi E-hökumət portalına təsdiq olunmuş 426 xidmətlərdən 146-ı inteqrasiya olunub.Portaldan istifadə olunan xidmətlərin tezliyinə baxsaq burada avqust ayı üçün ən çox istifadə olunun qurumların siyahısı aşağıdakı kimidir (Cədvəl 8):


S/N

Xidmət göstərən qurum

Xidmətlərdən istifadə sayı

Elektron xidmətlər

1

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

57769

24

2

Daxili İşlər Nazirliyi

1525

3

3

Dövlət Sosial Müdafiə Fondu

11014

7

4

Vergilər Nazirliyi

1359

10

5

Ədliyyə Nazirliyi

1172

9

6

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

875

6

Cədvəl 8

2013-cü ilin avqust ayı üzrə “Elektron hökumət” portalı vasitəsi istifadə olunan

e-xidmətlərin statistikası.

E-hökumət portalı 1 ildən çox fəaliyyət göstərməsinə baxmayaraq hələ də bəzi qurumlar inteqrasiya olunmağa sanki tələsmir. İnterqasiyası gecikən qurumlar aşağıdakılardır (Cədvəl 9):


S/N

Dövlət Qurumunun adı

Təqdim olunmuş e-xidmətlərin sayı

Təqdim olunmuş e-xidmətlərindən portalda olanların sayı

Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı

1

Xarici İşlər Nazirliyi

3

0

3

2

Maliyyə Nazirliyi

4

0

10

3

Mədəniyyət və turizm Nazirliyi

17

0

9

4

Dini Qurumlarla işlər üzrə Dövlət Komitəsi

5

0

5

5

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

5

0

2

6

Satınalmalar üzrə Dövlət Agentliyi

3

0

3

7

Dövlət Mülki Aviasiya Administrasiyası

3

0

3

Cədvəl 9

Elektron xidmətlərin portala inteqrasiyası statistikası.

Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə