MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl



Yüklə 351,16 Kb.
səhifə7/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

2. 3 iyul 2007-ci ildə Prezidentin əmri ilə “Azərbaycan Respublikasında texniki - peşə təhsilinin inkişaf konsepsiyası (2007- 2012-ci illər)” qəbul olunub. Təhsil Naziri 30 iyul 2007-ci ildə göstərilən planın icrası məqsədi ilə ümumi ictimai plan təsdiq olundu.

Programın əsas prioriteləri ictimai statusun artırılması, peşəkar təhsilin maddi-texniki bazasının gücləndirilməsi və 21 əsrin tələblərinə uyğun kadrların hazırlanmasıdır. İKT inkişaf nüfuzunun artırılması və təşkilatlar, işəgötürənlər və təhsil müəssisələri arasında qarşılıqlı faydalı əlaqələrin artırılması üçün dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradılmışdır. Şura peşə təhsilində yaranan problemlərin həllinə kömək üçün nəzərdə tutulmuşdur.


3. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyalar üzrə ilk təminatı proqramı 2005-2007-ci illəri əhatə edir. Bu programın tətbiqi ilə ölkədə yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək, təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalinin informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədi daşıyır. Proqram həyata keçirildikdən sonra təhsil sisteminin vahid informasiya məkanının qurulması, komputer texnikası əsasında qurulan yeni informasiya texnologiyalarıının mənimsənilməsi və onun imkanlarından istifadə olunması, ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi, elmi-metodiki işlərin səmərəliliyin artması təmin olunmuşdur.

4. Təhsil sisteminin informasiyalaşması üzrə 2-ci olan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı” Preziden İlham Əliyev tərəfindən 10 iyun 2008-ci ildə imzalanmışdır. Bu təhsil sisteminin informasiyalaşdırılması üzrə ilk dövlət proqramıdır və infrastrukturun inkişafını, kadr potensialının gücləndirilməsi, elektron təhsil sisteminin gücləndirilməsini nəzərdə tutur.Bu programın tətbiqi nəticəsində:

a. Texniki-peşə litseylərindən 108-dən 44-ü daxil olan Azərbaycanın təhsil şəbəkəsi olan AzEduNet ( www.azedunet.az ) yaradılmışdır. Şəbəkələrin idarəedilməsi və təhlükəsizliyi sistemi 2009-cu ildə İnformasiya və resurs mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzin texkini və program təminatı ona distant olaraq olaraq antivirus programlarının yenilənməsinə imkan verir. Informasiya təhlükəsizliyi təmin etmək üçün Kompüter Şəbəkə Təhlükəsizlik (CERT / CSİRT) Mərkəzi yaradılıb. Mərkəz AzEduNet-də yaranan təhdidlərin qarşısının alınması ilə məşğul olur.


b. Milli təhsil portalı olan Edu.az yaradılıb. Portala giriş yalnız onların oxunmasına icazə verilən informasiya üzrə 4 qrup istifadəçi üçün nəzərdə tutulub: müəllim, şagird, tələbə və onların valideynləri. Ümumi olaraq portal özündə təhsil üzrə portal (www.portal.edu.az ), idarəetmə portalı (ASM), “Elektron məktəb (www.ict.edu.az/az/ layiheler/elektronmekteb.html ), elektron dərslərin idarəedilməsi (AeL), elektron dərslər (SCORM standartı) və Təhsil üzrə milli informasiya bazasını (NED) birləşdirir.

c. 65000-dən təhsil işçisi komputer biliklərinə yiyələnmək üçün kurslara göndərilmişdir. Tədris “Madad” təşkilatı tərəfindən aparılıb və “İntel-gələcək üçün təhsil”, “Müəllimlərin tədrisi” programlarla həyata keçirilib.

5. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyası 12 dekabr 2012-ci ildə təsdiq olunub. Konsepsiayaya görə 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaqdır. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcəkdir.

Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar müasir standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər görüləcəkdir.

Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaqdır. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə yerləşən məktəblər) İnternet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaqdır. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər.

Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaqdır. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün "bulud" texnologiyaları tətbiq olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcəkdir. "Elektron məktəb"lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcəkdir. Özünütəhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaqdır.

6. Təhsil sistemində İKT təhsili üzrə son uğur “İnformasiya Texnologiyaları Universitetin”in (İTU) yaradılması olmuşdur (2013-cü il 1 fevral). Ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq fəaliyyətə başlayan universitet informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının  formalaşdırılmasını təmin etmək məqsədi daşıyır. Bu ildən artıq universitetə tələbə qəbulu başlayıb. Keçirilən ilk imtahan nəticələri abituriyentlərin informatika elminə yüksək marağa malik olduğunu göstərdi. Yeni qəbul olunanlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanacaq, məzunlar RİTN-in birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni zamanda İTU məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün nazirlik tərəfindən dəstək veriləcək.Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar  (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.), eyni zamanda aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və s.-lə təminat da nəzərdə tutulur.

Elektron biliklərin alınmasında da vətəndaşlar arasında fərqlər var. Qrafikdən göründüyü kimi təhsil ocaqları, təlim və peşə təlim kursları vasitəsilə bilikləri əhalinin heç tam yarısı almır (Qrafik 4).





Qrafik 4

Elektron bilik və bacarıqların necə əldə olunması statistikası

Təhsil sistemində olan elektron xidmətləri 3 qrupa bölmək olar:

1-ci qrup – Öyrədici elektron xidmətlər (Elektron dərslik, elektron tədris vasaitləri, distant təhsil və s.);

2-ci qrup - İnformativ elektron xidmətlər (təhsil müəssisələrinin rəsmi saytı, pedaqoqların informasiya resursları, ədəbiyyatların elektron sifarişi). İnformativ elektron xidmətlər müəssislər haqqında aktual məlumatları, görülmüş və metodik işləri əhatə edir;

3-cü qrup – İnzibati prosedurlar (arayışlar üçün elektron müraciət, elektron gündəlik, elektron jurnal, dərsdənkənar vaxtda pedaqoji tədbirlər və s.).

İnformasiya cəmiyyətinin formalaşması üçün təhsilin ilk pilləsindən başlayaraq İnformasiya texnologiyalarının mənimsənilməsinə fikir vermək lazımıdır. Uğurlu inkişaf üçün hər pilləyə uyğun aşağıdakı tədbirlərin görülməsi vacibdir.

Orta məktəblər bidəfəlik 2 məsələnin həllini bacarmalıdır:

- Gündəlik həyatında uğurla İKT –ni tətbiq etməyi bacaran məzunlar hazırlamaq;

- Gələcək təhsilini İKT sahəsində davam etməyə imkan verən İnformatikanı elm kimi öyrənmək.

Peşə kolleclərində İnformatika sahəsini genişləndirmək və təkmilləşdirmək. Əsas məqsəd burda təhsil alan tələbələrin təhsil səviyyəsini o dərəcədə təkmilləşdirmək ki, ali təhsilə artıq ehtiyac olmasın.

Ali təhsil sistemində:

- Daima İKT sahəsində tələbatlara uyğun ixtisasların açılması, yeni tədris planlarının, metodiki göstərişlərin hazırlanması;

- İKT üzrə ixtisaslara qəbul prosesində dəyişiliklər etmək. Hal-hazırki dövrdə İKT üzrə təhsil almaq istəyən abituriyentin kimya fənni üzrə imtahanı əsas fənn kimi verməsi bir qədər absurddur və bu proses dəyişdirilməlidir;

- İKT üzrə peşəkar sahələrdə uğurlu nəaliyyətlər əldə etmək üçün düzgün praktika sahəsinin seçilməsi;

- Elmi-pedoqoji elektron kitabxanaların yaradılması;

- İKT üzrə elmi biliyi daha dərindən öyrənmək üçün müasir laborotoriyaların açılması.

İşçi kadrların kvalifikasiyasını artırılması sistemində aşağıdakı tədbirlər görülməlidir:

- Kadrların təlim prosesinin artırılmasl üçün distant təhsil formasının tətbiqi;


- Dövlət qurumlarında və bələdiyyədə çalışan işçilərin İKT bacarığını təkmilləşdirmək üçün “Tədris-Təlim mərkəzi”nin açılması. Tədris mərkəzləri həm Bakı, həm də rayonları əhatə etməli və bunlar vahid mərkəzdən idarə olunmaldır. Burada həm elektron hökumət sektoru üzrə çalışan həm də arzu edilən fiziki və hüquqi şəxslər təhsil almalıdır. Buralarda həm əyani, həm də distant təhsil sistemi qurula bilər. Bu qurulacaq layihə kimi nümunəni Vergilər Nazirliyindən götürmək olar, belə ki, Vergilər Nazirliyi öz əməkdaşlarının daima təkmilləşdirilməsi üçün Şamaxı rayonunda yüksək keyfiyyətli və hər lazımi texnologiyalarla təhciz olunmuş Tədris Mərkəzi inşa edib və vergi əməkdaşları daima orada təmkilləşdirmə kurslarında iştirak edirlər.

- Təlim müəsissəsi üçün qlobal elmi-tədris internet şəbəkəsinə çıxışın təmin edilməsi.



8. Elektron hökumət portalında əsas yeniliklər və onun təkmilləşdirilməsi yolları.

E-hökumət” portalının 1-ci fazası (www.ehdis.az) 2012-ci ilin aprel ayının 25-də istifadəyə verildi. İlk olaraq portala 16 mərkəzi icra orqanı qoşuldu və ümumilikdə 60 elektron xidmət təklif etmişdirlər. Bu ilk layihə idi və vətəndaşları qane edən səviyyədə deyildi, bir çox ekspertlər fikrincə burada qeydiyyat çox qəliz idi ki, bu səbəbdən də portaldan istifadə etməkdənsə vətəndaşlar birbaşa Nazirlərin öz elektron ünvanlarında olan xidmətlərindən istifadə edirdilər. Bütün iradları nəzərə alaraq RİTN portal istifadəyə verilməsindən təxninən 1 il sonra tam yeni tərtibatda “E-hökumət portalı”nı (www.e-gov.az) istifadəyə verdi. Portala yeni funksiyalarla zənginləşdirilən “Elektron hökumət”, “Elektron imza”,“Yeniliklər”, “Reyestr və aktlar”, “Sənədlər” bölmələri daxil edildi. Yeni xidmətlər əlavə edildi. E-hökumət portal vasitəsilə Azərbaycan ərazisində bütün vətəndaşlara, hüquqi və fiziki şəxslər, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə elektron xidmətlər göstərməyə şərait yaradır. Burada olan dövlət qurumları elektron xidmətlərini “Bir pəncərə” prinsipi əsasında təqdim edir. Təqdim olunan xidmətlər istifadə edilmə icazəsinə görə 2 yerə ayrıldı: qeydiyyatdan keçən vətəndaşlar üçün və qeydiyyatsız vətəndaşlar üçün. Portalda qeydiyyat sektoru sadələşsə də hələ də arzuolunan səviyyədə deyil. Bu prosesin sadələşdirilməsi üçün müəllimlər üçün xüsusi sadələşdirilmiş üsul seçilmişdir, digər peşə sahibləri üçün də bu cur yollarla sadələşdirlimiş qeydiyyat olsa daha rahat olardı. Online qeydiyyatdan keçə bilməyənlər poçtlar vasitəsilə də qeydiyyatdan keçə bilərlər, bu səbəbdən poçt işçilərinin marifləndirilməsi vacibdir. Qeydiyyat üçün ünvanları qeyd olunan bəzi müraciət etsəkdə bəzi poçt işçiləri ümumiyyətlə bu prosesdən xəbərsiz idi. Portalda olan əsas vacib sosial yeniliklərdən biri Sağlamlıq imkanları məhdud vətəndaşlar üçün online müraciətin formasıdır. Bu xidmət bərabərlik prinsipi ilə qurularaq sağlamlıq imkanları məhdud vətəndaşlar üçün sadələşdirilmiş qeydiyyat təklif edir. Qeydiyyatdan sonra qurum əməkdaşları özləri gəlib əlil vətəndaşı xidmətlərdən istifadə ilə tanış edəcəklər. Xidmət hələki Bakı şəhəri vətəndaşları üçün nəzərdə tutulub.


Elektron hökümət portalı ümumən xoş təsir bağışlasa da hələ də arzu olunan səviyyədə deyil. Portal inkişaf etmək üçün daima müasir şəraitə, tələblərə uyğun dəyişməlidir və bu səbəbdən portalın inkişafı üçün aşağıdakı təklifləri vermək istərdim:

- Portalda “sayt üzrə axtarış” bölməsinin olmaması. Vətəndaş bəzən xidmətdən istifadə zamanı həmin xidmətin saytda olub-olmadığını və ya hansı bölmədə olduğunu bilməyə bilər. Bu üzdən “sayt üzrə axtarış” bölməsinin yaradılması zəruri hesaab edirəm;

- Portalda bəzi nazirliklər üzrə online müraciət və məlumat xidmətləri eyni sırasındadır. Təklif edərdim ki, Qazaxstanın e-hökümət portalında ( www.egov.kz ) olduğu kimi online xidmətlərin qarşısında qırmızı şriftlə “online” yazılsın və ya xüsusi online xidmətlər bölməsi yaradılsın ki, vətəndaş daha rahat istədiyi xidmətdən istifadə etsin;

- Portalda təəssüflər olsun ki, “Ölkə haqqında” məlumat bölməsi yoxdur. Məsələn Kanadanın elektron portalında olduğu kimi bu bölməni yaradıb aşağıdakı formada altqruplar əlavə etmək olar: Himn və rəmzlər, Tarix, Azərbaycan fotolarda, Xəritə, Bayramlar;

- E-hökümət portalı yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Lakin Azərbaycan beynəlmilər dövlət olduğunu və burada digər dillərin nümayəndələrinin yaşadığını və turistlərində ölkəyə gəlməmişdən əvvəl bu xidmətlə maraqlanacağını nəzərə alaraq ən azı 3 dildə (Azərbaycan , ingilis və rus dili) portalın işləməsini təklif edirəm ;

- Portala giriş zamanı “Kömək” bölməsindəki düyməni basarkən yüklənən yeni kömək səhifəsində bütün məlumatlar rus dilində olur. Təklif edərdim ki, yüklənən səhifədəki məlumatların dil seçimini vətəndaş özü seçsin ;

- Portalda “Şəxsi Kabinet” yaradılsın. Buradan vətəndaş e-mail göndərə və ya qəbul edə, bank əməliyyatları, ödənişlərinə nəzarət və s. əməliyyatları həyata keçirə bilər;

- Elektron hökumət portalı həm də vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsidir, dövlətin vətəndaşlara təsir göstəricisi ilə yanaşı vətəndaşında dövlət işlərində iştirakını təşkil etməlidir. Bu üzdən təklif edərdim ki, portalda dövlət qanunvericiliyin qəbulunda vətəndaşların da iştirakı və ya köməyi təmin edilsin. Bunlara misal olaraq Böyük Britaniyada parlamentə petisiyaların göndərilməsi və ya Vergilər Nazirliyin rəsmi internet səhifəsində ( www.taxes.gov.az ) daima yerləşdirilən “Vergi Məcəlləsi: birgə yazaq” kompaniyasını göstərmək olar ;

- Sinqapurun “e-hökumət” portalında olduğu kimi Azərbaycanın portalında da “Qeyri-rezident” bölməsinin açılması və ya Azərbaycana son dövrlər turist axınının artmasını nəzərə alaraq “Turistlər üçün” bölməsinin açılması;

- “Turizm” bölməsi - bu bölmə ölkə daxili vətəndaşlar üçün nəzərdə tutulmalıdır və 2 hissəyə ölkədaxili və ölkəxarici turistik səfərlər haqqında məlumatlar olmalıdır. Burada turistik maşrutlar qeyd olunmalı, hər hansı ərazinin nə dərəcədə turistik olması haqqında məlumatlar yerləşdirilməli, qeyd olunan vaxt aralığında istirahətin hansı qiymətə başa gələcəyi haqqında məlumatlar qeyd olunmalıdır;

- Türkyənin “e-hökumət” portalında ( www.e-devlet.com ) olduğu kimi Azərbaycanın portalında da “Xəbərlər qaynağı” bölməsi yaradılsın və 8 altqrup yaradılsın: Qəzetlər, Xəbər saytları, Jurnallar, Televiziya kanalları, radio, xarici Media, İdman və Agentliklər;

- “E-hökumət” portalına hal-hazırda 4 cür giriş mümkündür, lakin 5-ci növü də əlavə etmək olar bu - “sahibin səs dalğası” texnologiyasından istifadə edilməsidir. Cünki səs dalğası insanın əl izləri və göz qişası strukturu kimi idendifikdir. “Sahibin səs dalğası” texnologiyası vasitəsilə demək olar ki, hər bir komputer insanın səs dalğa nümunəsin götürə bilər. Digər üsul kimi “Barmaq izi” vasitəsilə daxil olmaqdır. Düzdür bu texnologiya hələki əsasən “iPhone 5S”də mümkündür, amma yenə də bu istiqamətdə işlər aparmaq olar;

- Vətəndaşların portala cəlbi üçün bəzi dövlət əyləncə sektorunun da portala inteqrasiyası yaxşı olardı. Bu xidmətin istifadəyə verilməsində əsas fikir gənclərin portala cəlbi olar;

- Təhsil Nazirliyinin “Elektron gündəlik” xidmətinin təklif olunması. E-gündəlik vasitəsilə valideyn məktəbə getmədən və şagirdin kağız formada olan gündəliyini yoxlamadan elektron formada olan gündəliyini yoxlaya bilər və övladının dərslər üzrə aldığı qiymətləri statistik rəqəmlər şəklində araşdıra bilər;

- Portalda hava haqqında meteoroloji xəbərlərin yerləşdirilməsi;

- Almaniyada olduğu kimi ( De-mail ) dövlət elektron poçtunun yaradılsın və bu poçt E-hökumət portalı tərəfindən nəzarətdə olsun;

- Yeni sosial xidmət kimi “Həkimə online qeydiyyat” xidməti vətəndaşları xəstəxanada gözləməkdən azad edər. Bu xidmət aktiv olunsa əsas məsələ vətəndaşın təkcə qeydiyyatda olduğu yerdə deyil həm də faktiki yaşadığı ərazinin xəstəxanalarında həkimə qeydiyyata yazılması olar. Çünki adi diş ağrısı üçün Qazaxda qeydiyyatda olan Bakıda təhsil alan tələbənin Qazaxda xəstəxanaya getməsi yorucu və mənasız olar;

- Portalda hər bir Dövlət qurumunun və bələdiyyələrin illik hesabatlarının dərci;

- Portalda canlı rejimdə Valyuta məzənnəsi dəyişmə qrafikinin və cədvəllərinin yerləşdirilməsi. Bu bir çox iqtisadçıları portaldan istifadəyə təhrik edər və valyutasını digər valyutaya dəyişdirmək istəyən vətəndaşların işini asanlaşdırar.

- Portalda həmçinin digər G2G prinsipi üzrə digər dövlət orqanlarının və Respublikanın rayonlarının rəsmi internet səhifəsinə keçidlərin yerləşdirilməsini təklif dərdim;



- “Yeniliklər haqqında elektron poçt gəlsin” xidməti aktiv olunsa yaxşı olardı. Bu xidmət vasitəsilə xidmətə qoşulan hər hansı bir sektor üzrə yenilik olan zaman məlumat bildirişi gələr.

Ədəbiyyat siyahısı


  1. www.e-gov.az / Azərbaycan Respublikasının “Elektron Hökümət” portalı.

  2. UN Global E-government Survey (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012) / BMT-nin E-hökumətlə bağlı hesabatı (2003/ 2004/ 2005/ 2008/ 2010/ 2012).

  3. Elektron hökumət bülleteni (2013 yanvar/ fevral/ mart/ aprel/ may/ iyun/ iyul/ avqust/ sentyabr ayı).

  4. www.mincom.gov.az / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı

  5. Rabitə və informasiya texnologiyaları nazirliyi Əli Abbasovun çıxışları.

  6. www.stat.gov.az / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytı

  7. M.A. Sedinkin: “Xarici ölkələrin elektron təcrübəsindən istifadə”.

  8. Y. İrxin: “Elektron hökumət”in nəzəriyyəsi, metodologiyası və innovasiya təhlili üsulları.

  9. Y. İrxin “ “Elektron hökumət”: nəzəriyyə və praktika”.

  10. Trutnev D.R., Çuqunov A.V.: “Elektron hökumət sahəsində dövlət və bələdiyyə üçün kadrların hazırlanması.”

  11. D.Tanskot : “Elektron – rəqəmsal cəmiyyət: şəbəkə intelektinin müsbət və mənfi cəhətləri

  12. www.taxes.gov.az / Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı

  13. www.vergiler.az / Vergilər qəzeti

  14. Nyankina E.S, Poqodina E.S.: “Elektron hökumətin perspektivi”.

  15. Poçepçov Q.Q: “İnformasiya siyasəti”.

  16. Çelişova: “Elektron idarəetmədən elektron dövlətə.”

  17. Trifalenkov İ.A.: “Elektron hökumət:şəxsi məlumatların müdafiəsi”

  18. Bondorenko SV : “ Elektron hökumətin təhlükəsizliyi: bürokratiya və “resolutique”nin formalaşma ehtimalı”.



Bu məqalə “Elektron hökumət”lə bağlı yazı müsabiqəsinin 2-ci mərhələsi üçün hazırlanmışdır.
Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə