MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl



Yüklə 351,16 Kb.
səhifə2/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

- “E-hökumət”in formalaşması üzrə respublikada aparılan fəaliyyətin əsası 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ( 2003-2012-ci ilər )” ilə qoyulmuşdur. Həmin dövrdən sonrakı illərdə müxtəlif sahələrin inkişaf etdirilməsi üzrə qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarında İKT-nin tətbiqinə, sahədə idarəetmənin səmərəliliyinin, göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə yönəlmiş məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur. Milli strategiya sənədi Azərbaycan prezidentinin 2002-ci il 9 yanvar tarixli sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə hazırlanıb.


   Milli strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir.

   Milli strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli strategiya İKT-dən istifadə etməklə sosial yönümlü sahələrin inkişaf etdirilməsi, telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, elektron hökumət, İKT ilə əlaqədar hüquqi-normativ bazanın yaradılması, elektron iqtisadiyyatın formalaşdırılması, elmi-texniki və istehsal potensialının yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin olunması kimi məsələlərin həllini vacib hesab edilmişdir.


- Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani (2004-cü il 10 avqust).Bu əsasnamənin təsdiqi ilə Nazirliyin əsas vəzifələri, funksiyaları, hüquqları, fəaliyyəti təşkili məlum oldu.

- “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına (2004-cü il 29 dekabr). Fərmanda informasiya təhlükəsizliyin qurulması yolları, dövlət sirri təşkil edən informasiyanın qorunması və digər təhlükəsizlik tədbirləri öz əksini tapmışdır.


- Elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyənləşdirən, aralarında yaranan münasibətlər“Elektron imza və elektron sənəd haqqında” (2004-cü il 9 mart) qanunla tənzimlənir. Qanunda elektron sənədin tərifi informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd kimi verilir. Bu qanun elektron sənədin yazılı sənəd  statusu əldəetmənin hüquqi əsaslarını tənzimləyir. Belə ki, AR-nın Mülki Məcəlləsi elektron sənəd elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd olaraq qəbul edilir. AR-nın Mülki Məcəlləsinin 331.3 maddəsində elektron imza (Eİ) imzanın faksimilesi ilə yanaşı şəxsi imzanın analoqu kimi qeyd edilir. Beləliklə, bu qanunlar Eİ-nin maddi-hüquqi əhəmiyyətini elektron formada təqdim edilən məlumata sənədin və ya yazılı sənədin hüquqi statusunu verməklə əlaqələndirir. Eİ aşağıdakı məsələri həll etməlidir: elekron imzanın yalnız imza sahibinə məxsus olmanının identikləşdirilməsi, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməsi. Beləliklə, Eİ elektron sənədin identikləşdirilməsini (sənəd müəyyən şəxs tərəfindən imzalanmışdır) və autentifikasiyasını (məlumat imzalandığı andan dəyişilmədi) təmin etməlidir.

- Elektron Azərbaycan qurulması üzrə 1-ci Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” (2005-ci il 22 oktyabr) Milli Strategiyanın 2005-2008-ci illər üzrə ilkin mərhələsinin icrasını təmin etdi. Birinci proqramda görülmüş işlər sayəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı. Sahənin normativ hüquqi bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görüldü. Bütün bunlar Milli Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratdı.

- Elektronlaşan dünyada bütün xidmətlər elektron müstəviyə keçirilir və nağd ödənişlərində bu formaya keçidi labudləşmişdir. Bu prosesi tənzimləyən qanunvericilik “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunu (2005-ci il 10 may) qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Lakin bu qanunun dövrümüzə uyğun təkmilləşdirilməsi vacibdir. Diqqət yetirsək burada bəzi boşluqlar olduğunu görərik. Məsələn istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunda da elektron ticarət sahəsində istehlakçı hüquqlarını pozularsa, onun qorunması mexanizmi yox dərəcəsindədir. Azərbaycan yeni olaraq elektron ticarətə keçdiyindən burada vətəndaşları bu xidmətdən istifadə etməyə şirnikləşdirmək lazımdır, məsələn elektron xidmətlərdən istifadə edənlərə cüzi də olsa güzəştlərin verilməsi və s.

- Telekommunikasiya ölkənin istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti orqanlarının, fiziki və hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin telekommunikasiya xidmətlərinə olan tələbatlarını təmin edir. Bu baxımdan həmin fəaliyyəti tənzimləyən Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu” (2005-ci il 14 iyun) qəbul edildi və bu qanun Azərbaycan Respublikasında telekommunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyir.

- Elekronlaşan digər sahə biometrik tanınma sistemidir və bu sahəni tənzimləyən “Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu” (2008-ci il 13 iyun) qəbul olunub. Bu Qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Məhz bu qanunun əsasında indi “biometrik pasport”lar yaradılıb. Əvvəllər vətəndaşlar xarici ölkələrə getdikdə onların pasportunda barmaq izinin olmaması bəzi maneələr yaradırdısa, artıq biometrik pasportlar dünyanın hər bir yerində qəbul olunacaq. Çünki, biometrik pasportlarda pasportun sahibi ilə bağlı daha çox informasıyalar cəmləşib, eləcədə sahibinin barmaq izləri. Burada informasiyaların çoxunun xaricdən görünməzdir, yalnız pasportdakı məlumatların xüsusi aparatla oxunur. Yeni pasportların daha bir üstünlüyü uşaqlara da tətbiq olunmasındadır. 2013-ün sentyabr ayından Azərbaycanda biometrik pasportlar veriləcək. Biometrik pasportlar ümumvətəndaş pasportunu əvəzləyir.  Əgər kiminsə ümumvətəndaş pasportu varsa, həmin şəxs pasportun müddəti başa çatanadək xaricə səfərlərdə ondan istifadə edə bilər. Dəyişdiriləndə həmin vətəndaşlara biometrik pasportlar veriləcək. . 

- Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə fəaliyyət proqrami ( 2010-cu il 14 may). Bu proqramın əsas məqsədi respublikada “e-hökumət”in formalaşdırılmasının təmin edilməsi və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, e-xidmətlərin göstərilməsinin təşkili, vətəndaş və təşkilatların bu xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi olmuşdur.

“E-hökumət”in formalaşdırılması ardıcıl və mərhələli qaydada dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, vahid infrastruktur əsasında öz aralarında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsini, funksional vəzifələr üzrə e-xidmətlər göstərilməsini, mövcud informasiya təhlükəsizliyinin təmin edilməsini, səriştəli istifadəçi və mütəxəssislər hazırlanmasını və digər vacib istiqamətlərdə həyata keçiriləcək fəaliyyəti nəzərdə tutur.



- Dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması, dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi və s. reyestrin formalaşdırılması məqsədilə Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında əsasnamə” (2010-ciu il 17 may) qəbul olunub.

Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə