MüƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl



Yüklə 351,16 Kb.
səhifə3/7
tarix18.02.2018
ölçüsü351,16 Kb.
#27155
1   2   3   4   5   6   7

Respublikada beynəlxalq təcrübə əsasında və yerli şərait nəzərə alınmaqla, “e-hökumət”in fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edən dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktları reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxsləri reyestri və digər bir çox vacib olan reyestrlərin formalaşdırılması respublikada dövlət orqanlarının fəaliyyətində keyfiyyət yüksəlişinə səbəb olacaqdır. Bu reyestrlərdə hər bir şəxsə aid olan məlumatların ümumi qaydada qeydiyyatının aparılması gələcəkdə onların fəaliyyətinin əlaqəli təşkilinə, vətəndaşlara xidmət göstərilməsində “bir pəncərə” prinsipinin tətbiqinə, əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib formaya çevrilməsinə və daha çevik həyata keçirilməsinə şərait yaradacaqdır.


- Təəssüflər olsun ki, elektronlaşmada təkcə dövlət və sıravi vətəndaşlar yox, həmdə cinayətlərkarlıq da elektronlaşıb kibercinayətlər yaranıb. Son illər ərzində təkcə Azərbaycanda deyil, həm də bütün dünyada kibercinayətkarlıqla mübarizə məsələlərinin aktuallığı artır. İnternet istifadəçilərini sayı ildən-ildən çoxalır. Bununla paralel olaraq kibernetik təhdidlərin də sayı artır. Son məlumatlara görə, hər il dünyada 500 milyondan artıq adam belə təhdidlərin qurbanı olur. Bunu nəzərə alaraq məhkəmə ekspertizası və hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması başlıca vəzifəyə çevrilir. Məhz bu cür tədbirlərə qarşı mübarizə üçün Azərbaycanda “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiya aid müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq edilib (2010-cu il 1 iyul).

- Elektron Azərbaycanın qurulması üzrə 2-ci proqram olan Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” (2010-cu il 11 avqust) 4 əsas istiqamət - milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Proqramın müddəti 2012-ci ildə başa çatsa da müəyyənləşdirilən istiqamətlər üzrə tədbirlər davam etdirilir.

   İkinci Dövlət Proqramının həyata keçirilməsi İKT-nin daha geniş tətbiqinə və informasiya cəmiyyətinə keçid üçün şərait yaratdı, şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsini bir qədər də artırdı, respublika daxilində "rəqəmsal geriliyi" azaltdı, şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması yüksəldi, e-imzanın və e-sənəd dövriyyəsi tətbiq olundu, bu dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərcləri azaltdı. Bunlarla bərabər "E-hökumət" həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha da səmərəli təşkili, İKT üzrə yerli sənayenin inkişafı, yeni iş yerlərinin açılması, sektorun ixrac potensialının yüksəldilməsi, şəxslərin poçt şəbəkəsindən istifadə etməklə, respublikanın bütün ərazisində poçt-maliyyə xidmətlərindən istifadəsinə imkan yaratdı.



- Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. Göstəriləcək elektron xidmətləri konkretləşdirmək üçün “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi  Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı” (2011-ci il 24 noyabr ) təsdiq edilib. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydalar həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsində iştirak edən digər təşkilatlara da şamil edilir.

- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə (2012-ci il 25 iyun). Bu qayda Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi, layihələrin açıq müzakirəsi, həmçinin müzakirədə iştirak etmiş şəxslərə informasiya sahibləri tərəfindən cavab verilməsi qaydalarını müəyyən edir.

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında əsasnamə (2012-ci il 5 sentyabr­). Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr 708 nömrəli Fərmanı ilə Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, əhalinin və qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi məqsədi ilə RİTN-in yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

Yüklə 351,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə