MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə12/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   ...   5   6   7   8   9   10   11   12   13

On üçüncü fəsil



ƏL-ƏHKAMUL-XAMSƏ
Müsəlmanın yerinə yetirəcəyi hər bir əməlin müqəddəs İslam dinində özünəməxsus hökmü vardır. İnsanlara onların əməli vəzifələrini öyrədən sahə “əhkam” (hökmlər) adlanır. Bu hökmlərə “əl-əhkamul-xamsə” (yəni, “beş hökmlər”) deyilir və bu da aşağıdakılardan ibarətdir:

1-Vacib əməl: Görülməsi lazım olan, tərk olunması isə, Qiyamətdə İlahi əzaba səbəb olan əməldir. Məsələn: Namaz qılmaq, oruc tutmaq, salamın cavabını qaytarmaq və s. Yəni bu əməlləri yerinə yetirmək vacib, tərk etmək isə günahdır.

2-Haram əməl: Tərk edilməsi vacib, görülməsi isə Qiyamət əzabına səbəb olan əməldir. Məsələn: Yalan danışmaq, qumar oynamaq, zülm etmək və s. Yəni bu əməlləri yerinə yetirmək günah, tərk etmək isə vacibdir.

3-Müstəhəb (bəyənilmiş) əməl: Görülməsi yaxşı və savablı olan, tərk edilməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Salam vermək, sədəqə vermək, hər bir işə başlayarkən “bismillah” demək və s. Yəni bu əməlləri yerinə yetirən şəxs savab qazanır. Lakin belə əməlləri tərk etməyin nə savabı və nə də günahı vardır.

4-Məkruh (bəyənilməmiş) əməl: Tərk edilməsi yaxşı və savablı, görülməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Məsciddə yatmaq, ölüm anında olan insanı otaqda tək buraxmaq, cənabətli halda yemək-içmək və s. Yəni bu işləri görməmək daha yaxşıdır. Amma görülsə də Axirətdə heç bir əzabı yoxdur.

5-Mübah (adi) əməl: Görülməsi və tərk edilməsi eyni səviyyədə olan əməldir. Yəni bu işlərin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Bu kimi işlərin özü-özlüyündə nə savabı var, nə də günahı. Məsələn: Su içmək, yol getmək, yatmaq və s. Amma mübah işi də Allahın razılığı üçün olsun deyə, niyyət edib savab qazanmaq olar. Məsələn, - bu suyu içirəm ki, ibadət etməyə qüdrətli olum - deyə su içərsə, onda bu əməl savab sayılacaq.




On dördüncü fəsil



TÖVBƏ1
Tövbə – ərəb kəlməsi olub “günahları tərk edib Allaha doğru qayıtmaq” mənasını verir. Başqa sözlə, insan ruhundakı dərin dəyişikliyə həqiqi tövbə deyilir. Belə ki, insan etdiyi xətanı anlayıb onu islah etdikdə vücudunun dərinliklərində dəyişiklik yaranmağa başlayır və o, etdiyi günahlardan peşiman olub Allaha tərəf qayıdır. Bu kəlmə Quranda 87 dəfə zikr olunmuşdur.

Cəmiyyət arasında tövbəyə aid üç yanlış fikri yada salmaq istərdik:



Tövbəni təxirə salmaq: Bəziləri “hələ cavanam, qocalanda tövbə edərəm”-deyə özlərini aldadır və gələcəkdən xəbər verirlər. Görəsən, onların neçə il, hətta neçə saniyə belə ömür sürəcəklərindən xəbəri varmı? Belələri bilməlidir ki, son nəfəsdə edilən tövbə qəbul deyil. Quran buyurur:
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمً
«Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) mən indi tövbə etdim” deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır1

Allahın rəhmətindən ümidini üzmək: Başqa bir qrup Allahdan naümid olur və deyirlər: “Mənim o qədər günahım var ki, bağışlanmağıma inanmağım gəlmir.” Onlardan soruşuruq: “Allahın rəhməti çoxdur, yoxsa, sənin günahların?”

Belələri çox təhlükəli bir vəziyyətdədir və nə qədər gec deyil, necə deyərlər, “tövbə qapısı açıqdır.” Bu barədə Quran buyurur:


وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ
«Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz2

Bir sözlə insan Allahın rəhmətindən naümid olmamalı, Allahın rəhmətinə ümid bəsləməli və etdiyi günahlardan peşiman olub tövbə etməlidir. Qurani-Kərim bu barədə belə buyurur:

وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

«Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayan və rəhm edəndir3



Allahın qəzəbindən arxayın olmaq: Bəziləri isə ömür boyu günah edərək “Allah Öz bəndəsinə zülm etməz. O, Mehribandır və günahlarımızı bağışlayacaqdır”- deyə, özlərinə ürək-dirək verməklə hətta Allaha belə töhmət vurub Onun adından danışırlar. Görəsən, belələri Allah-təala ilə nə vaxt şərt (Allaha pənah aparırıq) kəsiblər?!

Allah günahkarı məhz peşiman olduğu, xəcalət çəkdiyi üçün bağışlayır. Amma bəziləri Allahın bu rəhmət və mehribanlığı müqabilində günahını elə bir həddə çatdırır ki, tövbə və istiğfar ləyaqətini itirir. Belələri bir yolluq unudur ki, tövbə edib bağışlanma diləməlidir. Belə şəxslər haqqında Quran buyurur:


وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ
«Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır2

Bir çoxları tövbəni öz istədiyi kimi anlatmaq istəyir. Məsələn, şəraba yaxud qumara qurşanmış bir nəfər bunlardan əl çəkərsə, elə güman edir ki, tövbə edib. Lakin əslində o, tövbə yox, bunları tərgitmişdir. Həqiqi tövbənin nə və necə olduğunu bizə Quran və hədislər başa salır. “Təhrim” surəsində buyurulur:


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا
«Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin1

İmam Əli (ələyhissəlam) buyurur: “Xalis və həqiqi tövbənin altı şərti vardır. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmisən.



1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan.

2. Bir daha günah etməmək qərarına gələsən.

3. Allahın haqqını ödəyəsən. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirəsən.

4. Xalqın (camaatın) haqqını ödəyəsən. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən.

5. Günahın ləzzət və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən.

6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, dəri sümüyə yapışıb2 halaldan təzə ət əmələ gəlsin.”3

Bir sözlə, haram və batil yoldan qayıdan bəndə öz tövbəsində sabitqədəm olub daima həqiqi tövbə etməli və Allahdan günahlarının bağışlanmasını istəməlidir.


Birlikdə düşünək
Necə olur ki, hər gün dəfələrlə güzgüyə baxır və necə gözəl göründüyümüzdən bəhs edirik?! Amma bunun üçün bizi gözəl yaradan Gözəl Allaha təşəkkür edirikmi?!

Necə olur ki, məktəbdə, universitetdə iti zehnimizin gücünə əldə etdiyimiz nəaliyyətlər üçün alqışlanırıq?! Amma bu qabiliyyəti bizə bəxş edən Alim olan Allaha təşəkkür edirikmi?!

Necə olur ki, qarşımıza fiziki və ya zehni cəhətdən qüsuru olan biri çıxdığında, daxilən: “nə yaxşı ki, mən belə deyiləm” – deyə düşünürük?! Amma ona şəfa1 verməsi üçün və bu cür qüsurların bizdə olmadığına görə, bizi sağlam yaradan Şafi olan Allaha təşəkkür edirikmi?!

Necə olur ki, dostumuzun bizə verdiyi hər hansı bir hədiyyəyə görə ona öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk?! Amma bizə bütün nemətləri təmənnasız hədiyyə edən Mehriban və Qüdrətli olan Allaha təşəkkür edirikmi?!

Necə olur ki, bir manatı məsciddə sədəqə verdikdə bu məbləğ bizə çox görünür?! Amma alış-verişə yüz manat xərclədikdə isə az görünür?!

Necə olur ki, Allaha, Qurana inanır, müsəlman olmağımızı, habelə xümsün vacibliyini qəbul edir, lakin ildə bir dəfə öhdəmizdə olan xümsü ödəmək istəmirik?! Amma pulumuzun çox hissəsini haramlarda, o cümlədən barlarda, qumarda, haram toylarda və s. batil yollarda rahatlıq və sevinc hissi ilə xərcləyirik?!

Necə olur ki, namaza və ibadətə sərf etdiyimiz yarım saatlıq müddət bizə uzun, lakin televizor qarşısında isə qısa görünür?!

Necə olur ki, Qurandan bir hissəni könülsüz oxuyuruq?! Amma xoşladığımız roman və ya poema əlimizdən düşmür?!

Necə olur ki, Qurandan bir hissəni əzbərləməkdə nə qədər çətinlik çəkirik?! Amma edilən dedi-qoduları, qeybəti və boş söhbətləri isə tez yadda saxlayırıq?!

Necə olur ki, qəzetlərdə yazılanlara tez inanırıq?! Amma Allahın Kitabı Quranda yazılanlara isə şəkk və tərəddüdlə yanaşırıq?!

Necə olur ki, hamımız Cənnəti arzulayırıq?! Amma bunun üçün zəhmətə qatlaşmaq istəmirik?!

Necə olur ki, hər birimiz başqalarının günahlarını gördükdə “hakim” oluruq?! Amma öz günahlarımızı gördükdə isə “vəkil”ə çevrilirik?!

Necə olur ki, tez-tez - “Allaha qurban olum, Onun yolunda canımdan da keçərəm” – deyirik?! Amma gündəlik ibadətləri yerinə yetirməyə belə tənbəllik edirik?!

Necə olur ki, ömrümüz boyu başqalarının hörmətini, razılığını qazanmaq üçün əlimizdən gələni edirik?! Amma Allahın razılığını qazanmağa gəldikdə isə “vaxtım yoxdur” bəhanəsilə oranı tərk edirik?!

Necə olur ki,........?!
Quran bizə xəbərdarlıq edir
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا
«Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək, mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki, Axirət daha xeyirli və əbədidir1
يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنوبُهُمْ وَظُهُورُهُمْ هَـذَا مَا كَنَزْتُمْ لأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ
«O gün (Qiyamət günü) (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızdırılıb həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): “Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!” (deyiləcəkdir)2

İlahi! Bizi bu dünya və Axirətdə Quran və Əhli-beytdən ayırma! Əxlaqımızı gözəlləşdir və elmimizi artır. Müsəlmanların vəhdətini gücləndir və izzətini artır! Bizi bir an da olsun öz başımıza buraxma və aqibətimizi xeyirlilərdən et!


Kitabın içindəkilər
Ön söz ........................................................................... 3
Birinci fəsil
Allah .............................................................................. 5

Allahın varlığı aydın bir həqiqətdir ............................. 11


İkinci fəsil
Din .............................................................................. 14

Ağıl kifayət edirmi? .................................................... 15

Dinin zərurəti .............................................................. 16

Üçüncü fəsil


İslam ............................................................................ 18

İslam mötədil dindir .................................................... 19

İslam ictimai dindir ...................................................... 21
Dördüncü fəsil
Quran .......................................................................... 27

Ən böyük möcüzə ....................................................... 33

Bir neçə hədis ............................................................. 34
Beşinci fəsil
Əhli-beyt (ələyhimussəlam) ........................................ 36

Əhli-beyt (ələyhimussəlam) Peyğəmbərin (səlləllahu

ələyhi və alihi və səlləm) sünnəsində............................38

Səqələyn hədisi ............................................................ 39

Səfinə hədisi ................................................................. 39

Altıncı fəsil


Din ilə elmin qarşılıqlı münasibəti ............................. 45

Elm Quranda ............................................................... 47

Elm hədislərdə ............................................................ 52
Yeddinci fəsil
Üsuliddin .................................................................... 59

İslam cəmiyyətində rəhbərin rolu ............................... 64

Nə üçün ölümdən qorxuruq?....................................... 69
Səkkizinci fəsil
Füruiddin .....................................................................70

Namazın sözləri və tərcüməsi .................................... 73

Yeddi bəhanə .............................................................. 76

Bəhanə, yoxsa araşdırma? .......................................... 79

Bir söhbət .................................................................... 80

Pak niyyət və vicdanın tərbiyəsi ................................. 82

Orucun faydaları və təsirləri ....................................... 83

Mən nə üçün oruc tutmalıyam? ................................... 87

Oruc tutmaq barədə yanlış fikirlər .............................. 89

Xümsün xərclənməsi ................................................... 90

Nələrə xüms düşür? ..................................................... 90

Xümsü tərk etməyin təsirləri ....................................... 90

Xüms ödəməyin təsirləri ............................................. 93

Xümsün fəlsəfəsi ......................................................... 97

Bir şübhəyə cavab ........................................................ 99

Seyyidlik nə vaxtdan başlamışdır? ............................. 100

Xüms və vergi ............................................................ 102

İki bəhanə ................................................................... 103

Zəkatın tərki ................................................................107

Ehram libası ............................................................... 111

Həcc – böyük İslam konfransıdır .............................. 112

Həccin təsirləri və yönümləri .................................... 113

Bir neçə tövsiyə ......................................................... 126

Əmr be məruf və nəhy əz münkərin şərtləri .............. 127

Əmr be məruf və nəhy əz münkərin mərhələləri ....... 128

Məsumların (ələyhissəlam) nəzərində təvəlla və təbərranın əhəmiyyəti ..................................................132

Saleh əməllərin qəbulunda təvəlla və təbərranın rolu..133
Doqquzuncu fəsil
Təqlid ......................................................................... 136

Kimə təqlid etməli? …................................................ 140

Rəvayətlərdə təqlidin vacibliyi................................... 144
Onuncu fəsil
Xurafat........................................................................ 148

Xurafatın əsirlik zəncirləri ......................................... 148

Ərəb cahiliyyəti dövründə xurafat ............................. 152

Elm və inkişaf əsrində xurafat ................................... 154


On birinci fəsil
Bidət............................................................................ 161
On ikinci fəsil
Günah ......................................................................... 163

Bəzi günahların qeydi................................................. 166

Pozğun mühit ..............................................................169

Hamını razı salmaq istəyirsən? .................................. 170

On üçüncü fəsil
Əl-əhkamul-xamsə .................................................... 174
On dördüncü fəsil
Tövbə ......................................................................... 176

Birlikdə düşünək ........................................................ 179

Quran bizə xəbərdarlıq edir ........................................181

Kitabın içindəkilər ......................................................183


İrad və təklifləriniz üçün:


kitabullah-14@mail.ru skype: kitabullahi-14

1 “Salam olsun Onlara.”

1 Əslində bu müqəddəs kəlam “Əllah” kimi tələffüz edilir.

1 “Salam olsun Ona”.

2 “Dənəndə” fars kəlməsi olub “alim, bilən” mənasını verir.

3 “Hənəfi” məzhəbinin banisi.

1 “Qəlbe səlim”, səh. 213.

2 Əslində bu mübarək ad “Muhəmməd”dir.

3 “Allahın rəhmət və salamı Ona və ailəsinə olsun.

4 “İbadət olunası varlıq.”

1 “Yaradan”.

2 “Qüdrətli”.

3 “Çox ruzi verən”.

4 “Çox Bilən”.

5 “Mehriban”.

6 “Tərbiyə edən”.

1 Yəni mən Səni mədh etmək qüdrətində deyiləm və acizəm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən.

2 Yəni Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək mümkün deyil. İbrahim surəsinin 34-cü ayəsində buyurulur: “Allahın nemətlərini saymaq istəsəniz, buna qüdrətiniz çatmaz.” Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər?

3 Əslində bu kəlam “təvhid”dir. Yəni Allahı hər bir cəhətdə Yeganə və Misilsiz bilmək.

4 Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır.

5 Məsələn, «Allahın elmi Onun zatına artırılmış, Özündən xaric bir sifətdir» deyilməsin. Bu düşüncə tovhidə ziddir.

6 Yəni bölünüb-parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.

1 Yəni «Harada deyil», «nəyin üstündədir» deyərsə, Onu materiya və tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır.

2 Yəni Haqq-təala müəyyən bir zamanda yaranmayıb. Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq-təaladan istisna edir.

3 Yəni hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur.

4 Çünki hərəkət materiyanın (maddənin) xüsusiyyətidir. O isə, materiyadan uzaqdır.

1 “Möminlərin əmiri” (rəhbəri).

2 İstək, səy.

3 “Onlara salam olsun”.

1 “Biharul-ənvar”, adabus-səlat babı, c. 81, səh. 254.

2 “Loğman” surəsi, ayə 25.

1 “Ənkəbut” surəsi, ayə 65.

1 İnşəallah, 7 və 8-ci fəsillərdə bu barədə məlumat veriləcəkdir.

1 “Ali-İmran” surəsi, 19 və 85-ci ayələr.

1 Əslində bu kəlmə “musəlman”dır.

1 Yəni Əli (ələyhissəlam), Məhəmməd Peyğəmbərdən (salləllahu ələyhi və əlihi və səlləm) sonra bütün müsəlmanların rəhbəridir.

2 Əslində bu kəlmə “mumin”dir.

3 “İsra” surəsi, ayə 9.

1 Oğlan 15, qız isə 9 yaş. (Əlbətdə ki, hicri-qəməri təqvim nəzərdə tutulur).

1 Naməhrəmlə cinsi əlaqə.

2 Naməhrəmə baxıb şeytani fikirlərə düşmək.

1 “Ənfal” surəsi, ayə 28.

1 “Fatir” surəsi, ayə 15.

2 Əslində “Husəyn”dir.

1 “Rəd” surəsi, ayə 11. Bu mübarək ayə atalar sözündə: “Səndən hərəkət, Allahdan bərəkət”.

1 “Nisa” surəsi, ayə 174.

1 “Sad” surəsi, ayə 29.

1 Allaha pənah aparırıq.

1 “Fussilət” surəsi, ayə 20-21.

1 Yəni pak, günahsız, səhvsiz, xətasız, ədalətli, bir sözlə tam kamil insan.

1 “İsra” surəsi, ayə 88.

1 “Nəhcul-fəsahə”, səh. 460.

2 “Tərbiyəte fərzənd”, səh. 75.

1 Yəni “ev əhli”.

1 “Əhzab” surəsi, ayə 33.

1 “Şura” surəsi, ayə 23.

2 “Maidə” surəsi, ayə 35.

3 “Nisa” surəsi, ayə 59.

1 Yəni “iki ağır əmanət”.

1 “Səhihu-Tirmizi”, c. 2, səh. 380, “Əhli-beytin mənaqibi” fəsli.

2“Musnəd”, Əhməd ibn Hənbəl, c. 3, səh.17, “Zəxairul-uqba”, Təbəri, səh.16 və s. kitablar.

3 Yəni “gəmi”.

1 Əslində Ğaffəri.

2 “Əl-ithafu bi hubbil əşraf”, Şərbavi Şafeyi, səh.26, “Hilyətul-əvliya”, c. 4, səh. 306, “Zəvaidu musnədil bəzar”, Əhli-beyt vəl-ərvah fəsli, səh.277, “Məcməuz-zəvaid”, c. 9, səh. 163, “Mucəmul-kəbir”, Təbərani, c. 1, səh.125 və s.

1 “Yənabiul-məvəddət”, c. 3, bab 78, hədis 2, səh. 25 və s.


1 İkiüzlü.

2 “Bəşəriyyətin nicat yolu”, səh. 86.

1 “Ənam” surəsi, ayə 50.

2 İmam Cəfər Sadiqin (ələyhissəlam) tələbəsi. Tarixdə deyilir ki, bu İmamın (ələyhissəlam) dörd mindən çox şagirdi var idi və onlara dini elmlərindən əlavə dünyəvi elmlərdən (fəlsəfə, astronomiya, tibb, fizika, kimya, riyaziyyat, həndəsə və s.) də dərs keçirdi.

3 “Cəmiyyət və din”, səh. 88.

4 “Din ilə elmin vəhdəti”, səh. 3.

1 “Usulu-kafi,” c. 1, s. 37.

1 “Rəd” surəsi, ayə 2.

1 “Qiyamət” surəsi, ayə 1-4.

1 “Muminun” surəsi, ayə 13-14.

1 “Hicr” surəsi, ayə 22.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə