MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə6/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   2   3   4   5   6   7   8   9   ...   13

Yeddinci fəsil



ÜSULİDDİN 1
Müqəddəs İslam dininin maarifi iki hissədən ibarətdir:

1) Üsuliddin (dinin əsasları və ya kökləri).

2) Füruiddin2 (dinin qolları və ya budaqları).

Başqa sözlə desək, din – “iman” və “əməl”dən ibarətdir və hər bir müsəlman dinin köklərinə inanmalı, budaqlarına isə əməl etməlidir. Məhz belə olan surətdə insan Allahın razılığını, əbədi olan Cənnəti qazanacaq, məqsəd və hədəfinə çatacaqdır.

Bir qanadlı quşun öz məqsəd və hədəfinə yetişməsi qeyri-mümkün olduğu kimi insanın da bu iki qanadı (iman əməli) olmasa, bir qanadlı quş tək məqsəd və hədəfinə heç vaxt yetişməyəcəkdir. Quran buyurur:
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
«Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.»1

Üsuliddin beş, füruiddin isə on maddədən ibarətdir. Üsuliddinin maddələri aşağıdakılardır:


1)Tovhid – yəni Allahı hər bir cəhətdən yeganə, misilsiz və şəriksiz bilmək.

Məhz “tovhid” bütün İslam təlimlərinin ruhu və əsasıdır. O, İslam dininin bünövrəsi, kökü və dayaq nöqtəsidir. Dinimizin hər bölməsi bir növ, tovhidlə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, tovhidə əsaslanır. İlahi Peyğəmbərlərin (ələyhimussəlam) bir Allaha doğru çağırışları, İlahi dinin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, Müqəddəs Kitabımızın bir olması, həmçinin İlahi qanunvericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti və Qiyamət gününə olan etiqadın birliyi də, tovhiddən xəbər verir. Qurani-Kərim buyurur:

وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
«Sənə və səndən əvvəlki bütün Peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik1 olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.»2
2) Ədl - yəni Allahın ədalətli olduğuna inam.

Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Çünki Allah-təala dəfələrlə Quranda zalımların və günahkarların əbədi Cəhənnəmdə olmasını vəd edir. Deməli, Onun Öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə peyğəmbərlik və imamət məqamı bəxş etməsi və onların ixtiyarında müxtəlif möcüzələr qoyması da, mümkün deyil. O, Adildir və zərrə qədər heç kimə nahaq yerə zülm etməz. Quran buyurur:


إِنَّ اللّهَ لاَ يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ
«Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.»3

Yaxud:


إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ
«Həqiqətən, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz4

Ağılın hökmünə əsasən kainatın Xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah-təalanın sifətlərindən biri sayılan “Hikmət”in mənası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq olmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-təala isə bütün bunlardan pak və uzaqdır.

Görəsən, insanları ədalət və yaxşılığa əmr edən Allahın Özü ədalət və insafdan kənar ola bilərmi?!

Əgər Allah-təala Öz işlərində ədalətli olmasaydı, onda Onun bütün işləri hikmətsiz sayılar, belə işlər isə əbəs və mənasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır.

Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə buyurulur:

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ
«Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə, heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.»1

Əməllərimizi çəkmək istəyən bu tərəzi nədir? Xatırladaq ki, bu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir. Bu, Allah-təalanın xalis ədalət tərəzisidir.


3) Nubuvvət - yəni Həzrət Adəmdən (ələyhissəlam) sonuncu Peyğəmbər Həzrət Məhəmmədə (salləllahu ələyhi və əlihi və səlləm) qədər insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin (ələyhimussəlam) haqq olmasına inanmaq və onları təsdiq etmək.

Allah-təalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin (ələyhimussəlam) vasitəsi ilə olmuşdur. Onların hədəfi Allahın yeganəliyini, ədalətini təbliğ etmək, dini hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.

Peyğəmbər göndərilməsinin digər bir səbəbi də budur ki, insanlar üçün bütün bəhanə yollarını bağlayır ki, Qiyamət günü heç kəs - Ey Allah, bizə bir Peyğəmbər göndərsəydin, biz də ona tabe olub yolumuzu azmazdıq - deməsin.

Allahın bizlərə yüz iyirmi dörd min Peyğəmbər (ələyhimussəlam) göndərməsində hədəfi vardır. Bu, o deməkdir ki, ey insan, Mənim səninlə işim var və sənin də vəzifələrin vardır və verdiyim vəzifələrə necə əməl etdiyini Axirətdə yoxlayacağam. Bunu əməl tərəzisi ilə ölçəcəyəm. Əgər tərəzi ağır olsa, deməli yerin Behiştdir.

Bilməliyik ki, biz öz ağlımız vasitəsilə düz yolu tapa bilmərik. Buna görə də İlahi elçilərə ehtiyac vardır. Quran buyurur:

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ


«Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) Kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.» 1
İslam cəmiyyətində

rəhbərin rolu
Bütün hərəkətlər bir neçə ünsürdən ibarətdir; başlanğıc, yol, vasitə, bələdçi və məqsəd. Bu beş ünsür arasında bələdçi daha mühüm rol oynayır. Əgər bələdçi və ya rəhbər elmli və pərhizkar2 olarsa, yolçular yolunu azmaz. Layiqli rəhbərə xalq itaət etsə, bütün çətinliklər həll olar.

Misal: İynənin ucu iti və sap da möhkəm bağlı olarsa, istənilən bir parçanı tikmək olar. Sap iynədən çıxdıqda isə ən nazik parçanı belə tikmək mümkünsüzdür. Sapsız iynə gecə-gündüz işləsə belə, faydasız olar.

Yaxud, mahir sürücü nasaz maşını təmir edib yoluna davam etdiyi kimi, Peyğəmbərlər (ələyhimussəlam) də ən çətin ictimai şəraitlərdə insanları tərbiyələndirə bilmişlər. Ləyaqətsiz rəhbər isə naşı sürücü kimi ən qiymətli avtomobili hərəkətə gətirə bilmədiyi tək, öz xalqını işığa çıxara bilmir.

Beləliklə, Allah, səadət yolunda ucalıb kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini başçısız qoymamış, onlara Peyğəmbərlər və İmamlar göndərmişdir.
4) İmamət – Sonuncu Peyğəmbərimiz Məhəmməddən (salləllahu ələyhi və əlihi və səlləm) sonra insanları doğru yola hidayət etmək üçün Onun haqq canişinləri olan 12 İmama (ələyhimussəlam) inanmaq və Onları təsdiq etmək.

İmamət - peyğəmbərlik kimi İlahi bir məqamdır. Bu məqam Allah tərəfindən ləyaqəti olan insanlara əta edilir. Bəzi Peyğəmbərlər (ələyhimussəlam) bu məqamı daşımışlar. Qeyd etmək lazımdır ki, imamət məqamı peyğəmbərlik məqamından üstün sayılır. Bu barədə Quranın iki ayəsini xatırlatmaq istərdik:


وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلًّا جَعَلْنَا صَالِحِينَ

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ


«Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən İmamlar qərar verdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.»1

Həmçinin Bəqərə surəsinin 124-cü ayəsində oxuyuruq:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
«İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona - səni insanlara İmam (dini rəhbər, başçı) təyin edəcəyəm - dedi. İbrahim isə - nəslimdən necə? - deyə soruşdu. Allah buyurdu: - Zalımlar mənim imamlıq rütbəmə nail ola bilməzlər.»

Yəni İbrahim (ələyhissəlam) nübuvət və rəsulluq (peyğəmbərlik) məqamına çatdıqdan və Allahın imtahanlarından başı uca çıxdıqdan sonra “imamət” məqamına nail olur və camaatın zahiri, batini, maddi və mənəvi rəhbərliyini öhdəsinə götürür.


5) Məad - yəni dirilib əbədi yaşamağa inanmaq.

Adəm Peyğəmbərdən (ələyhissəlam) Qiyamət gününə kimi gəlib-getmiş bütün insanlar bir daha dirilib, dünyada etdiyi əməllərə görə Allah qarşısında cavab verəcəkdir.

Məad - lüğətdə, “qayıdış” mənasındadır. Yəni insanlar öldükdən sonra dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Hər bir şəxs inanmalıdır ki, insan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir.

Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər, hətta dirilməyi əfsanə sayır və küfrə düşürlər. Quran buyurur:


كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

«Nə üçün Allaha kafir olursunuz (inanmırsınız), halbuki siz ölü idiniz. O, sizi diriltdi, sonra öldürəcək və yenidən sizi dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.»1

Əgər insan keçmişinə bir nəzər salsa, görər ki, bir gün yox idi və birdən insan şəklində bu dünyada yaşamağa başladı. Bu, Allahdır ki, biz insanları xəql etmiş və bizə can vermişdir. Hər bir meyvə ağacdan dərilən kimi, hər bir insan da bir gün bu dünyadan dərilərək, gedəcəkdir.

Özümüzü tanımaq yolu ilə Allahı da dərk etdikdən sonra görürük ki, Allah bizə ölülərin yenidən dirildilməsi haqqında ayələr buyurur. Bəs Allah bizləri necə dirildəcəkdir? Biz axı torpaq olacağıq?!

Onu yaddan çıxartmayaq ki, biz insan kimi xəlq edilməmişdən qabaq da torpaq idik və Allah bizi xam torpaqdan xəql etmişdi. Elə isə yenidən bunu edə bilməzmi?!

Rəvayətdə deyilir: Dirilməyə inanmayan bir şəxs qəbiristanlıqdan götürdüyü çürümüş sümüyü gətirib Peyğəmbərimizin (salləllahu ələyhi və əlihi və səlləm) qarşısında ovxaladı və istehza edərək dedi: “Bu çürümüş sümükləri kim dirildəcək?”

Bu zaman Allah-təala Yasin surəsinin 78 və 79-cu ayələrini nazil etdi:
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ

قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ


«Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: (Bu) çürümüş və toz-torpaq olmuş sümükləri kim dirildəcək?! De: Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir.»

Bir neçə misala nəzər salaq:

1-Nehrəyə bir qədər qatıq və su töküb çalxalayın. Yağ dənəciklərinin bir yerə yığışdığını görəcəksiniz. Allah da yeri hərəkətə gətirməklə əzaları bir yerə toplayacaqdır.

2-İnsanın yarandığı nütfə1 müxtəlif qidalardan zərrə-zərrə toplanır. Torpaqdakı maddələr buğdanın, meyvənin canına sovrulur, sonra insan orqanizminə keçib nütfəni formalaşdırır. Demək, insan torpaq zərrələrindən vücuda gəlir.

3-Məgər mal-qaranın əti və südü yediyi otlardan yaranmırmı?! Otdan süd çıxaran Allah ölünü torpaqdan çıxara bilməzmi?

İnsan gərək Xaliqi ilə məadına aid vəzifələrini tanısın. Yəni bilsin ki, Allah onu yaradandan sonra ondan nə istəyir, vəzifələri nədir?! Yoxsa - Allah məni sadəcə xəlq etdi, sonra da öz başına buraxdı - deyə səhv və batil fikirlərə dalmasın!



Nə üçün ölümdən qorxuruq?
Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sürət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır və s.

Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən heç vaxt qorxmur və çəkinmir. O, bu dünyanın imtahan olduğunu bilir və buna görə də həmişə çalışır ki, bütün əməlləri Allaha xatir olsun.

Quranda təqribən iki mindən çox ayə “məad” barəsindədir və bu da Quranın üçdə iki hissəsini təşkil edir. Bəlkə də bu ona görədir ki, əgər insanlar öləndən sonra dirilib əbədi yaşayacaqlarına inansalar, onda heç kim günah etməyə can atmaz və hamı səadət içində ömür sürər. Bir ayəni də yada salaq:

وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنسِلُونَ

قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
«Sura1 üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. Deyərlər: - Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhmanın (Allahın) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun Peyğəmbərləri doğru deyirlərmiş - (Bu zaman) üfürmə və bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla Bizim hüzurumuzda hazır durarlar.»1


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə