MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə5/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   2   3   4   5   6   7   8   9   ...   13

Altıncı fəsil



DİN İLƏ ELMİN

QARŞILIQLI MÜNASİBƏTİ
İslam dini elm və təhsilə xüsusi əhəmiyyət verir. Hər bir müsəlman dindarlıqla yanaşı ayıq, agah və mərifət sahibi olmalıdır. Qurani-Məcid qısa və mənalı bir cümlədə belə buyurur:

قُلْ هَلْ يَسْتَوِي الأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ


«(Qəlbən) kor (cahil) insan, görən (agah) insanla birdirmi?! Bəs nə üçün fikirləşmirsiniz?!»1

Məşhur kimyaçı Mendeleyev öz xatirələrində yazır: “Əgər Cabir ibn Həyyanın2yazdığı kitabları oxumasaydım, kimyəvi elementlər cədvəlini aşkar edə bilməzdim.”3

İlk təhsillərini dini mədrəsədə almış ibn Sina, Nəsrəddin Tusi, Farabi və s. tanınmış alimlər həmişə elmi nəaliyyətlərini İslam dini ilə əsaslandırmışlar. Məsələn, fəlsəfə, astronomiya, tibb, fizika və kimya elmlərini gözəl bilən ibn Sina deyir: “Mən elmi məsələlərdə çətinliyə düşdüyüm zaman əvvəl dəstəmaz alar, sonra namaz qılar və Allahdan kömək istərdim. Nəhayətdə isə həmin elmi məsələ mənim üçün aşkar olardı.”4

Bildiyimiz kimi bəzi elmlər dini, bəzisi isə qeyri-dinidir. Dini elmlər dedikdə əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş olan ərəb qrammatikası, məntiq və s. nəzərdə tutulur.

Qeyri-dini elmlərə isə mühəndislik, həkimlik və s. qeyd etmək olar.

İstər dünyəvi, istərsə də dini elmləri öyrənmək vacibdir. Başqa sözlə desək, elm iki hissədən ibarətdir:

1-Bütün insanlara vacib olan elm;

2-Bəzi insanlara vacib olan elm;

İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Vacib olan elm üçdür: “Ayətun muhkəmə” (üsuliddin), “fərizətun adilə” (füruiddin) və “sunnətun qaimə” (əxlaq-yəni, fərdi və ictimai hüquqlar). Bunlardan başqa nə varsa, fəzilətdir.”1

Hədisdən aydın olur ki, həddi-buluğdan başlayaraq bütün insanlar dini elmləri üsuliddini, füruiddini və əxlaqı) öyrənməli və ömürlərinin sonuna kimi bu üç elmdən faydalanıb ona əməl etməlidirlər. Çünki hədisdə “vacib” kəlməsi işlənibdir. Çox aydın bir məsələdir ki, Qiyamətdə Quranın buyuruqlarına əməl edib-etməməyimizdən sorğu-sual olunacağıq.

Lakin qeyri-dini elmləri isə bütün insanların öyrənməsi “vacib” deyil və buna görə sorğu-sual olunmayacaqlar. Bu elmləri bəzi insanlara öyrənmək vacibdir ki, cəmiyyətə xeyir verib, onun maddi yönümünü həll etsinlər.

Beləliklə, Qiyamətdə bizdən – “Nə üçün həkimliyi və ya mühəndisliyi öyrənmədin?” – deyə, soruşulmayacaq. Əksinə - “Nə üçün namaz qılmadın, xüms ödəmədin? Nə üçün zülm etdin, tərəzidə aldatdın və s.?” – deyə soruşulacaqdır.


Elm Quranda
Din və elmi bir-birindən ayırmaq insafsızlıqdır. Tarixə nəzər saldıqda elmlə din arasında ziddiyyət yox, əksinə vəhdət və sıx əlaqə olmuşdur. Bəzən elə insanlara rast gəlmək olur ki, dini elmdən ayırır və bunların tamamilə bir-birinə zidd olduğunu isbat etmək istəyir. Halbuki, onlar az da olsa, bu barədə araşdırma aparsalar, onda bu ikisinin bir-birindən ayrılmaz olduğunu müşahidə edərlər. Diqqət edək:

---Hər bir şeyin, o cümlədən canlı və cansızın yaradıcısı tək olan Allahdır. Deməli, bütün elmlərin yaradıcısı – Odur.

---Elm - ərəb kəlməsidir. Ana dilimizdə isə “bilik” mənasındadır. Quranda “elm” sözü 779 dəfə işlənmişdir. Bu da öz növbəsində Quranda kəlmə sayına görə altıncı yerdə durur. Birinci yerdə duran “Allah” kəlməsidir ki, Quranda iki mindən çox təkrar olunmuşdur.

---Qurani-Kərimin ən böyük möcüzə olmasının səbəbi budur ki, yüzlərlə ayə elmdən xəbər verir. Bunu hətta materialist alimlər belə təsdiq edir. Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq:



Cazibə qanunu

اللّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لأَجَلٍ مُّسَمًّى يُدَبِّرُ الأَمْرَ يُفَصِّلُ الآيَاتِ لَعَلَّكُم بِلِقَاء رَبِّكُمْ تُوقِنُونَ

«Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (Qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.»1

Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: “alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü”?

Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Bu qanunun kəşfi nəticəsində Günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi.

Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq buyurub. Bu ayə barədə İmam Rzadan (ələyhissəlam) söylənilən hədisdə oxuyuruq: İmam Rza (ələyhissəlam) üzünü rəvayət söyləyənə tutub xitab etdi: “Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyirmi?” Ravi cavab verdi: “Bəli, deyir.” İmam (ələyhissəlam) buyurdu: “Deməli, sütunlar var, lakin siz onları görmürsünüz.”

Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün “gözə görünməz sütun” sözündən daha yaxşı nə ifadə var? Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.

Barmaq izləri
بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ

أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَجْمَعَ عِظَامَهُ بَلَى قَادِرِينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ

«Bağışlayan və Mehriban Allahın adı ilə. And içirəm Qiyamət gününə! Və and içirəm özünü məzəmmət edən nəfsə! Yoxsa insan elə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi (sirli) xətlərlə düzəltməyə qadirik!»1

İnsanın barmaq izləri onun “şəxsiyyət vəsiqəsi”dir. Ümumiyyətlə Quranda insanları ölümündən sonra dirilmənin Allah üçün çox asan olması bildirilir. Bu ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz, təkrarsız və tamamilə özünəməxsusdur. Tibb elminin “doktilaskopiya” sahəsi də barmaq izlərini müəyyənləşdirən əsas vasitədir. Cinayətkarın tapılmasında və s. mühüm işlərdə həmin cizgilər köməyə çatır. Bu da on doqquzuncu əsrin axırları kəşf edilmişdir.



Ana bətnində körpənin inkişafı
ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ

خَلْقًا آخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

«Sonra onu nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə, sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi - ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!»1

Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi “embriologiya”dır. Mikroskop icad olmamışdan qabaq bu elm yaxın zamanlara qədər elə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Lakin mikroskopik araşdırmalar göstərdi ki, dölün ana bətnindəki inkişaf prosesi məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir.



Mayalanma
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ

«Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.»1

Orta məktəb dövründən bilirik ki, küləklər tozlandırıcı xüsusiyyətə malikdir. Belə ki, əksər açıq toxumlu və çiçək verən bütün toxumlu bitkilər, şam ağacları, palmalar, habelə çəmənlik otları və s. küləklərlə mayalanır. Külək, çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.

Bir sözlə bu elmi həqiqətlər 14 əsr bundan öncə Quranda öz əksini tapmışdır.



Elm hədislərdə
İslam dini həm cəmiyyətə, həm də tək-tək insanlara, şəriətə aid bəzi məsələlərdə zaman, məkancins baxımından məhdudiyyətlər təyin etmişdir. Lakin yeganə sahə elmdir ki, İslam dini ona heç bir hədd qoymamış və elmə daha geniş yer vermişdir. Deyilənləri izah etmək istərdik:

Zaman baxımından: Bilirik ki, zaman baxımından oğlan 15, qız isə 9 yaşına çatarkən “namaz” onlara vacib olur. Yəni bu yaşdan qabaq namaz qılmaq vacib deyil və şəxsin öz ixtiyarındadır. Deməli, bu ibadətdə Allah-təala insana zaman cəhətindən məhdudiyyət qoymuşdur.

Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Beşikdən qəbrədək elm öyrənin!”1

Hədisdən aydın olur ki, elmi 9 və ya 15 yaşından deyil, körpənin dünyaya göz açmasından öyrənməsi lazımdır. Yəni insanın tərbiyəsinin o vaxtdan başlanması zəruridir. Çünki, körpənin zehni tər-təmizdir. Ora nə həkk olunsa, o da qalacaqdır. Əgər valideyn haram musiqiləri onun qulağına eşitdirərsə, onda həmin musiqi körpənin mənəviyyatında mənfi izlər buraxacaq, yox əgər körpə Quran eşidərsə və Onunla böyüyərsə, məlumdur ki, onun vücudunu müsbət xüsusiyyətlər əhatə edəcəkdir.

Məkan baxımından: Dinin bəzi hökmlərini məxsus yerdə və ya məxsus məkanda yerinə yetirmək lazımdır. Məsələn, “həcc” kimi ibadət yalnız Məkkə şəhərində yerinə yetirilməlidir. Başqa şəhərdə bu ibadəti yerinə yetirmək haramdır. Deməli, həcc məsələsində Allah-təala insana məkan cəhətindən məhdudiyyət qoymuşdur.

Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Elm Çində də olmuş olsa, gedin, öyrənin!”1

Çin əhlinin müsəlman olmamasından belə bir qənaətə gəlmək olar ki, bəşəriyyət üçün faydalı olan hər bir elm və bilik dəyərlidir. İnsanı kamilliyə aparan, özü və ətrafı ilə daha artıq tanışlığa yönəldən, onu Allaha yaxınlaşdıran istənilən bir elm və bilik İslamda diqqət mərkəzindədir. Çünki İslam dini bəşəriyyətin hidayəti və onun Allaha doğru hərəkəti üçün göndərilmişdir.

Bir sözlə hədisdən göründüyü kimi kafir və bütpərəst ölkəsində belə faydalı elm varsa, müsəlmanların həmin elmi öyrənməsi və xalqa mənfəət verməsi zəruridir.



Cins baxımından: Həmçinin bəzi hökmlərin kişilər tərəfindən yerinə yetirilməsi vacib, qadınlar tərəfindən isə vacib deyildir. Buna misal “cihad”ı göstərmək olar. Yəni Allah-təala cinsiyyət məsələsində qadınlara məhdudiyyət təyin edir və düşmənlə üzbəüz vuruşmağı onlara vacib bilmir.

Lakin, elm cəhətindən isə Allah-təala kişi və qadına heç bir hədd qoymur. Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) bu barədə buyurur: “Elm öyrənmək bütün müsəlman kişilərə və qadınlara vacibdir.1

Yuxarıdakı bu üç hədisdən aydın olur ki, haqq olan dinimiz bir sıra ibadi əməllərdə məhdudiyyət qoymuş, elmdə isə heç bir məhdudiyyət qoymamışdır. Və bu da elmin üstünlüyünün açıq-aşkar nümunəsidir.

Həzrət Əli (ələyhissəlam) buyurur: “Dini elm və maarifin var-dövlətdən yeddi üstün cəhəti var:

1-Elm Peyğəmbərlərin, var-dövlət isə fironların mirasıdır.

2-Elmi əta (öyrətdikcə) etdikcə artır, var-dövlət isə azalır.

3-Elm alimin qoruyucusudur, var-dövlət isə özü qorunmağa möhtacdır.

4-Elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox.

5-Var-dövlət kafirə də məxsus ola bilər, möminə də, lakin, elm yalnız möminlərə məxsusdur.

6-Alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil.

7-Elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar.2

İmam Sadiq (ələyhissəlam) buyurur: “Dini məsələlərin dərkində dərinə varın! Dində dərinliyə varmayan və onu anlamaq üçün çalışmayan kəs bədəvi1 ərəblər kimi qalacaq.”2

Əmirəl-möminin Həzrət Əli (ələyhissəlam) necə də gözəl buyurmuşdur:


Yerdən cücərirsə həm gül, həm tikan,

Sual da, cavab da elm babından.


Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır.

14 Məsumun (ələyhimussəlam) dualarından biri də bu olmuşdur: “İlahi! Heç bir xeyiri olmayan elmdən, təvazökarlığın nə olduğunu bilməyən qəlblərdən, qəbul olunmayan dualardan və azğın nəfsdən Sənə sığınıram.”3

Demək, heç bir xeyiri olmayan elmlərə yiyələnmək üçün sərf olunan vaxt və istedad olduqca əbəs və əhəmiyyətsizdir.

Əldə olunan elm, dildə yox, əməli olaraq həyata keçirilməlidir. Allah-təala deyilən sözlərə əməl etməməyi məzəmmət edərək belə buyurur:


يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək, Allah yanında böyük qəzəbə səbəb olar. 4«

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) başqa bir hədisdə belə buyurur: “Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar: “Alimlərlə mübahisə aparmaq üçün, nadan və cahillərin qarşısında öyünmək üçün, camaatın nəzərini özünə cəlb etmək üçün və yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək üçün.”2
Maraqlı bir rəvayət
Ayətullah Məhəmməd Təqi Tustərinin “Əmirəl-möminin Əliyyibni Əbi Talibin (ələyhiməssəlam) qəzavətləri” adlı kitabının 16-cı fəslində oxuyuruq: “Bir yəhudi İmam Əlinin (ələyhissəlam) yanına gəlib dedi: “Mənə elə bir ədəd de ki, birdən ona kimi bölünəndə nəticəsi qalıqsız olsun.

Əli (ələyhissəlam): “Əgər cavabını desəm, İslamı qəbul edərsənmi?”

Yəhudi bir an fikrə gedib cavab verdi: – “Bəli.”

Əli (ələyhissəlam) buyurdu: “Həftənin günlərini vur, çevrənin tam dərəcəsinə! İstədiyin ədəd alınacaqdır.”

Yəhudi həftənin günlərini (7-ni), çevrənin tam dərəcəsinə (360-a) vurub 2520 ədədini alır və onu 1-dən 10-a kimi bölüb nəticənin qalıqsız olduğunu gördükdə İslamı qəbul edir.

Həmçinin ərəb rəqəmlərində 1-dən 10-a kimi olan rəqəmlərin hansında "əyn" hərfi varsa, onları bir-birinə vur! İstədiyin ədəd alınacaqdır.1

Mərhum Şeyx Bəhai “Xülasətul-hesab” kitabının 136-cı səhifəsində belə qeyd edir:

“Əgər ayların sayını (12) ayın günlərinin sayına (30)2 və onun hasilini (360) də həftənin günlərinə (7) vursan, elə bir ədəd (2520) alınar ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünər.”

Bəli, hörmətli oxucu! Əgər 14 Məsumun (ələyhimussəlam) elmi haqqında yazmaq istəsək, cildlərlə kitablar əmələ gələr. Lakin diqqət olunası məqam budur ki, qeyd etdiyimiz kimi bütün elmlər Allahdandır və elmlər də iki hissəyə bölünür: “Lədunni|” və “iktisabi”. Allah-təala “lədunni” elmi Özünün layiq bildiyi və seçdiyi bəndələrinə əta edir. Bu bəndələr Peyğəmbərlər və İmamlardır (ələyhimussəlam). Belə ki, Allah-təala məsləhət bildiyi elmləri ləyaqəti olan insanların - Peyğəmbərlərin və İmamların (ələyhimussəlam) qəlbində yerləşdirir. Yəni Onlar heç kimdən dərs almırlar. Qısa sözlə desək, bu müqəddəs insanların müəllimi birbaşa Allah-təalanın Özüdür.

“İktisabi” elmə gəldikdə isə yerdə qalan bütün insanlar bu elmdən istifadə edir. Yəni hər hansı bir məlumatı, yaxud hər hansı bir elmi kəsb etmək (qazanmaq) üçün ya müəllimdən, ya kitabdan və ya başqa vasitələrlə öyrənirlər. Ona görə də insan özünü başqalarından elmli və üstün saymamalı, özünü Yaradanın hüzurunda aciz və zəif sanmalı, Peyğəmbərləri və İmamları (ələyhimussəlam) özü üçün örnək tutub kamilliyə doğru addımlamalıdır. Məhz belə olan surətdə həm bu dünya, həm də Axirət səadətinə qovuşmuş olar.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə