MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə4/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   2   3   4   5   6   7   8   9   ...   13

Beşinci fəsil



ƏHLİ-BEYT 1 (ələyhimussəlam)
Qurani-Kərimdə buyurulur:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
«Həqiqətən, Allah siz Əhli-beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi paklığın bütün cəhətlərində pak etmək istəyir.»1

Əhli-beyt (ələyhimussəlam) dedikdə 14 Məsum nəzərdə tutulur. Onların mübarək adlarını və ləqəblərindən bəzilərini yada salırıq:

1-Məhəmməd Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), ləqəbi: Mustafa, Xatəmul-Ənbiya (Peyğəmbərlərin sonuncusu).

2-Həzrət Fatimə (səlamullahi ələyha), ləqəbi: Zəhra, Tahirə, Siddiqə.

3-İmam Əli (ələyhissəlam), ləqəbi: Əmirulmuminin, Əbu Turab.

4-İmam Həsən (ələyhissəlam), ləqəbi: Muctəba.

5-İmam Hüseyn (əleyhis-salam), ləqəbi: Seyyiduş-şuhəda.

6-İmam Əli (ələyhissəlam), ləqəbi: Zeynulabidin, Səccad.

7-İmam Məhəmməd (ələyhissəlam), ləqəbi: Baqir.

8-İmam Cəfər (ələyhissəlam), ləqəbi: Sadiq.

9-İmam Musa (ələyhissəlam), ləqəbi: Kazim.

10-İmam Əli (ələyhissəlam), ləqəbi: Rza.

11-İmam Məhəmməd (ələyhissəlam), ləqəbi: Təqi, Cavad.

12-İmam Əli (ələyhissəlam), ləqəbi: Nəqi, Hadi.

13-İmam Həsən (ələyhissəlam), ləqəbi: Əskəri.

14-İmam Məhəmməd (ələyhissəlam), ləqəbi: Məhdi, Sahibəzzəman.

Allahın əmr etdiyinə əsasən insanların Əhli-beytə (ələyhimussəlam) qarşı üç vacib və mühüm vəzifəsi vardır:


  1. Əhli-beytə (ələyhimussəlam) məhəbbət;

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى


«De: Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) əvəzində qohumlarım (Əhli-beytim) barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.»1


  1. Allaha yaxınlaşmaq üçün Əhli-beyti (ələyhimussəlam) vasitəçi tutmaq;

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

«Ey iman gətirənlər, Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və nicat tapasınız deyə, Onun yolunda cihad edin!»2


  1. Əhli-beytə (ələyhimussəlam) itaət;

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
«Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin Məsum canişinləri olan) əmr sahiblərinizə (İmamlara) tabe olun!»3

Əhli-beyt (ələyhimussəlam) Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) sünnəsində
Hər kim Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) sünnəsində (keçdiyi həyat yolunda) tədqiqat aparıb mütaliə etsə və o Həzrətin Əhli-beytə (ələyhimussəlam) qarşı olan məhəbbət və əhəmiyyətini görsə, başa düşər ki, bu müqəddəs ailənin İslamda nə qədər böyük, əsaslı rolu və təsiri vardır. Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) müxtəlif zamanlarda bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə həmin məsələni qəbul etməyə şərait yaradırdı. O, (səlləllahu ələyhi və alihi və səlləm) bu işi mərhələ-mərhələ həyata keçirirdi. İlkin mərhələdə Allahın əmri ilə qızı Fatimə (səlamullahi ələyha) ilə Həzrət Əlinin (ələyhissəlam) əqdini oxudu və bununla da mübarək Əhli-beyt (ələyhimussəlam) ağacının gövdəsini əkdi ki, tarix boyu bu ağacın budaqları İslam ümmətinin bütün üfüqlərinə ucalsın.
Səqələyn”1 hədisi
Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Həqiqətən mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-təalanın Kitabı, digəri isə itrətimdir. Allahın Kitabı göydən yerə endirilən ipi xatırladır, itrətim isə mənim Əhli-beytimdir. Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz!”1

Yaxud başqa bir təbirlə belə buyurur: “Mən sizin aranızda iki şey qoyub gedirəm. Əgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın Kitabı və mənim Əhli-beytimdir. Onlar Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz?!”2


Səfinə”3 hədisi
“Səqələyn” hədisi bizə Əhli-beyti (ələyhimussəlam), Quranın məna və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı.

“Səfinə” hədisi isə Onların (ələyhimussəlam), müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Əhli-beytin (ələyhimussəlam) nicat gəmisinə minməyən şəxs, insanları hidayət və mənəviyyat sahilləinə aparan İlahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.

Əbuzər Qəffari1 belə rəvayət edir: “Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Əbuzərəm! Mən Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) belə eşitdim: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə, Cəhənnəm oduna düşər. Mənim Əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin! Şübhəsiz, bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.”2
Bir neçə hədis:
1- Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) dəfələrlə buyurmuşdur: “Hər kim mənim Əhli-beytimlə pis rəftar etməklə məni narahat etsə, Allahın qəzəbi o adam üçün şiddətli olar.”

2-“Qiyamət günü bütün bəndələrə bu dörd sualları verməmiş, bir addım belə irəliləməyə icazə verməzlər: Ömrünü hansı şeylərə fənaya verdiyindən, bədənini nələrdə qocaltdığından, mal-dövləti haradan qazanıb harada məsrəf etdiyindən və biz Əhli-beytin məhəbbət və dostluğundan.”

3-“Həqiqətən məndən sonra ümmətim üçün olan canişimlərim, vəsilərim və Allahın bəndələrə olan höccətləri və İmamları on iki nəfərdir. Onların əvvəli Əli, axırıncısı isə nəslimdən olan övladım Məhdidir”1

Bir sözlə Əhli-beyt (ələyhimussəlam) haqqında nazil olan ayələr və rəvayət olunan aşkar hədislər, tarix boyu müxtəlif zaman və məkan şəraitində müsəlmanların qəlblərində yaşamışdır. Bu etibarlı mənbələr, elm və mərifət xəzinələri, zaman keçdikcə daha da canlı və önəmli bir şəkildə müsəlmanların namuslu təfəkkürlərində kök salaraq, bir daha onları İslamın ülvi hədəflərinə doğru istiqamətləndirir. Bu müqəddəs insanlarla (ələyhimussəlam) tanışlıq - Allah, Quran və varlıq aləmi ilə həqiqi tanışlıq səbəbidir. Belə bir mərifət həqiqətlərin dərki üçün nuraniyyətə səbəb olur. Bu yolla nəfs saflaşdırılır, batini aləm bəzənir.

Bəli, ayə və rəvayətlərdən göründüyü kimi, Əhli-beyt (ələyhimussəlam) bütün maddi və mənəvi bərəkətlərin mənbəsidir. İnsan Onları tanımadan, Onlara bağlanmadan heç bir bərəkətə nail ola bilməz.

Demək olar ki, bütün səmavi dinlərdə hər bir Peyğəmbərin on iki canişini olmuşdur. Məsələn, İsa Peyğəmbərin (ələyhissəlam) on iki həvarisi (apostol) O Həzrətin gətirdiyi dini yaymış və insanları düzgün yola hidayət etmişlər. Həmçinin İslam Peyğəmbərindən (salləllahu ələyhi və əlihi və səlləm) sonra sonuncu dini insanlara düzgün tanıtdırmaq və onları doğru yola hidayət etmək üçün İmamların (ələyhimussəlam) vücudu zəruridir. İmam Rza (ələyhissəlam) həqiqi İmamın məqam və sifətlərini belə sadalayır:



  1. İmam - Öz nuru ilə dünyanı işıqlandıran Günəş kimidir.

  2. İmam - on dörd gecəlik ay, nurlu çıraq, aydınlıq, yol göstərən ulduz kimidir.

  3. İmam - susuz üçün şirin su, yolunu azan insan üçün isə bələdçidir.

  4. İmam - hərarət axtaran üçün şölənənən od, təhlükə zamanı sığınacaqdır. Ondan ayrılan həlak olur.

  5. İmam - Allahın halalını halal, haramını haram edir. Allahın buyurduğu hədlər qorunur, din müdafiə olunur, insanlar hikmət və moizə ilə Rəbbinin yoluna dəvət edilir, aşkar dəlillərlə haqq yol açıqlanır.

  6. İmam - daimi və bərəkətli yağış, kölgə salan bulud, məhsuldar torpaq, sulu çeşmə, bəhrəli bağ-baxçadır.

  7. İmam - vəfalı dost, mehriban ata, candan üstün qardaş, qayğıkeş ana, etibarlı sığınacaqdır.

  8. İmam - xalq üzərində Allahın nəzarətçisi, bəndələr üçün dəlil, yer üzündə canişin, Allaha doğru dəvət edib dini qoruyan kəsdir.

  9. İmam - bütün günahlardan, nöqsanlardan pak və uzaqdır. O elm və biliklə, səbir və dözümlə bəzənmişdir.

  10. İmam - dinin nizamı, müsəlmanların izzəti, münafiqlər1 üçün qəzəb səbəbi, kafirlər üçün ölümdür.

  11. İmam - məqam və mərtəbəsinə kimsənin çatmayacağı bir kəsdir. Onunla eyni biliyə malik olan yoxdur. Ona oxşar tapılmaz, Onun vücudu Allah tərəfindən əta olunmuş fəzl qoynundadır.

  12. İmamın sifətlərinin bəyanında öz acizliyini hamı etiraf etmişdir. Axı İmamın bütün fəzilətlərini, məqamlarını, üstünlüklərini necə əhatə etmək olar?!

  13. İmam - danışan Qurandır. Elə isə Quran və İslam maarifinə İmamsız yaxınlaşmayın!

  14. Heç şübhəsiz, imamət məqamı dinin cilovu, müsəlmanların nizamı, dünyanın salamatçılığı, möminlərin izzətidir.

  15. Həqiqətən, imamət - uca mərtəbəli İslamın sütunu və bu geniş həqiqətin cismidir. Yetərli namaz, zəkat, oruc, həcc, cihad, qənimət, sədəqə, hədd və ölkənin qorunması, yalnız İmamın varlığına bağlıdır...2



Fərəc duası:
اللَّهُمَّ کُنْ لِوَلِیِّکَ الحُجَهِ بنِ الحَسَن صَلَواتُکَ علَیهِ و عَلی آبائِهِ فِی هَذِهِ السَّاعَةِ وَ فِی کُلِّ سَاعَةٍ وَلِیّاً وَ حَافِظاً وَ قَائِداً وَ نَاصِراً وَدَلِیلًا وَ عَیْناً حَتَّى تُسْکِنَهُ أَرْضَکَ طَوْعاً وَ تُمَتعَهُ فِیهَا طَوِیلا
Əllaahummə kulli vəliyyikəl huccətibnil Həsən. Saləvəətukə ələyhi və ələə əəbəəih. Fii həəzihissəəti və fii kulli səəh. Vəliyyəv və həəfizəə və qaaidəv və nəəsiraa. Və dəliiləv və əynəə. Həttəə tuskinəhuu ərzakə təv`əə və tuməttiəhuu fiihəə taviiləə. Bi Rahmətikə yəə Ərhəmərraahimiin.
Tərcümə: “İlahi! İndi və hər an Ona və əcdadına rəhmət və mərhəmətin olan Hüccət ibn Həsən (ələyhissəlam) (İmam Zaman ağamıza) himayəçi, gözətçi, rəhbər, kömək və yol göstərən ol. O vaxta qədər ki, Onu yer üzərində izzət və şərəflə rəhbər edəsən və Onu (yer üzərində) uzun müddət bəhrələndirəsən”.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə