MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə9/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   ...   5   6   7   8   9   10   11   12   13

Doqquzuncu fəsil



TƏQLID
Təqlid lüğətdə “bir kəsin ardınca getmək” mənasındadır. Ağıl və fitrət tələb edir ki, insan bilmədiyi və mütəxəssis olmadığı sahələrdə həmin biliklərə sahib olan mütəxəssisə müraciət etsin. Mütəxəssisin sözlərini qəbul etmək təbii bir ehtiyacdır. İstənilən bir millətdən, istənilən bir dindən olan düşüncəli insanlar cahilin alimə müraciətini qəbul edir. Beləcə, bilmədiyimiz sahələrə ehtiyac duyduqda mütəxəssislərə üz tutur, onların biliklərindən faydalanırıq.

Xəstələnən insan həkimə, ev tikmək istəyən insan mühəndisə, məhkəmə iddiası qaldırmaq istəyən şəxs vəkilə müraciət edir. İstənilən bir sahədə cahilin, yəni bilməyən bir şəxsin alimə müraciəti fitrət və ağılın tələbidir. Xəstəni məcbur etmək lazım deyil ki, o həkimə üz tutsun. Çünki o özü yaxşı bilir ki, xəstəlikdən yaxa qurtarmaq üçün həkimə müraciət olunmalıdır.

Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olar ki, dini vəzifələrini, şəri hökmləri bilməyən insanın uyğun sahədə mütəxəssislərə müraciət edib ehtiyac duyduğu məlumatı alması təbii bir addımdır. Din sahəsində mütəxəssis müctəhid adlanır. Deməli, müctəhidə tabe olmaq, yəni öz əməllərini onun fətvasına uyğun şəkildə yerinə yetirmək – “təqlid” adlanır.

Hətta ayə və rəvayətləri bir kənara qoysaq, müctəhidə təqlidi qəbul etməliyik və bilməliyik ki, belə bir müraciət cahilin alimə müraciətinin bir növüdür. Hansı sahədə bilməyən insan bilənə müraciət etmirsə, səhvə yol verir və zərərə düşdükdə üzürlü sayılmır.

Düşüncə sahibləri ixtiyarında şəri məsələlərin açıqlandığı risalə olduğu halda bu risaləyə müraciət etməyib özbaşına addım atan və nəticədə xətaya yol verən şəxsi məzəmmət edirlər. Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq. Demək, ağıl və fitrətin tələbi olan alimə müraciət məsələsinə diqqətsizlik, insan üçün problemlər yaradır. Alim həm şifahi, həm də yazılı şəkildə göstəriş verə bilər. Əsas məsələ uyğun göstərişlərdən istifadədir.

Əgər təqlid olmasaydı, insanın danışıq dili, yazı xətti olmazdı. Təqliddən imtina edən insan yazıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməzdi. İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, öz ictimai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onlara təqlid etməlidir. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil təqliddir. Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən faydalanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz problemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət təqliddən imtina etsəydi, hazırkı təkamüldən məhrum olardı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili məhz “təqlid”dir.

Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır?!

Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir. Rəvayətlərə əsasən agah, ədalətli, nəfsinə qalib gələn alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.

Qanunlar və ədalət bəşəriyyətin mütəxəssislərə, alimlərə təqlidi sayəsində təmin olunur. Düzgün təqlid nəticəsində cəmiyyətdəki nizamsızlıqlar, hərc-mərcliklər aradan qaldırılır. İnsan məlumatsız olduğu peşə və ixtisaslara müdaxilə etməməli, rəy bildirməməlidir. Buna əsasən də Quran buyurur:
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

«(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun!».1

İnsanın bir çox məlumat və bilikləri təqlid yolu ilə əldə etdiyini nəzərə alsaq, şübhə yeri qalmaz ki, hər hansı sahədə məlumatlanmaq üçün ən yaxşı yol layiqli ideal bir insana müraciət edilməsidir. Bütün bunlardan agah olan Allah-təala insana xeyirxahlıq göstərərək Həzrət Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) və onun Məsum canişinlərini (ələyhimussəlam) təyin etmişdir. Bu İlahi nümunələr insanın maddi və mənəvi təkamülü üçün geniş üfüqlər açır. Səadət və təkamül yolunda addım atanlar bu nümunələrdən parlaq Günəş kimi faydalanır.

Məsumların (ələyhimussəlam) olmadığı, eləcə də İmam Məhdinin (ələyhissəlam) qeyb dövründə İslam cəmiyyətinin məlumatlandırılması, hidayəti din alimlərinin və müctəhidlərin üzərinə düşmüşdür. Bu layiqli davamçılar öz həyatlarını dinin qorunmasına və təbliğinə sərf etmişlər. Onlar dinimizin dəyərlərini bədxahların və vəsvəsəçilərin hücumlarından qorumağa çalışmış, öz İlahi missiyalarını yerinə yetirmişlər. Bütün bunları nəzərə aldıqda şübhə yeri qalmır ki, İmam Məhdinin (ələyhissəlam) qeyb dövründə bu insanlara təqlid zəruridir. Həqiqətin kəşfi və məqsədə çatmaq üçün mütəxəssislərə təqlidin zəruriliyi aydın olsa da, bəziləri din rəhbərinə təqlidə qarşı çıxır, saxta arqumentlərlə əsaslandırmağa çalışırlar ki, insanın seçim azadlığı var və o istədiyi kimi hərəkət edə bilər. Onlar bu təbliğatları ilə cəmiyyətin, xüsusi ilə gənc nəslin düşüncəsini zəhərləyirlər.

Bəli, təqlidə qarşı şeytani təbliğatlar planlı şəkildə həyata keçirilir. İlk növbədə müqəddəsliklərə və dinə münasibətdə biganəlik yaradılır. Uyğun yönümdə fəaliyyətlər dünya imperializmi tərəfindən himayə olunur, hər yolla dini dəyərlərin insanların həyatından sıxışdırılıb çıxarılmasına cəhd göstərilir. Təqlidə münasibətdə şübhə yaradanlar təkcə təqlid mövzusunu yox, bütün dini dəyərləri sual altına alırlar.
Kimə təqlid etməli?
Həyatımız əsasən iki əsas üzərində qərar tutmuşdur. Əsasların biri bilmək, digəri isə həmin bilikdən istifadə etməkdir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Demək, həyatda ilk addım bilikdən başlayır.

Məhz bu məqamda daxilimizdəki bir meyl bizim köməyimizə çatır və səadət qapılarını bizim üzümüzə açır. Bu meyl “təqlid”dir. Bilirik ki, körpə həmin bu meyllər əsasında danışmağa başlayır, oturub-durmağı öyrənir, hər gün mərhələ-mərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləmindəki mövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.

Amma burada əsas bir nöqtəyə diqqət yetirmək lazım gəlir. Bütün işlərdə başqalarına təqlid etmək düzgün deyil. Təqlidin bir neçə növü var:

1. Cahilin cahilə təqlidi (bilməyənin bilməyənə təqlidi):

Məlum məsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etmir, hətta onu süquta uğradır. Təəssüf ki, bizim cəmiyyətimizdə bir çox insanlar kor-koranə şəkildə müxtəlif məsələlərdə başqalarına təqlid edirlər. Onlar müxtəlif həyat məsələlərində, eləcə də geyim, yemək, ad qoyma və digər işlərdə başqalarını yamsılamağa çalışırlar. Bəzən insanlar heç bir əsas olmadan iman və əxlaq baxımından da başqalarına təqlid edirlər.
Təqlid düçar etdi bəşəri dərdə,

Min bir lənət olsun belə təqlidə.


Qurani-Kərimdə də bu növ təqlidi məzəmmət edən ayələr nazil olmuşdur. Məsələn, bütpərəstlər Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) etirazları müqabilində deyirdilər:
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَى عَذَابِ السَّعِيرِ
«Onlara “Allahın nazil etdiyinə (Kitabına və dini qayda-qanunlarına) tabe olun” deyildikdə, “(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!” deyə cavab verərlər. Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə, necə?! (Yenədəmi onlara tabe olarlar?!)»1

Quran belə bir məntiqi şiddətlə məzəmmət etmişdir.

2. Alimin cahilə təqlidi: Şübhəsiz ki, belə bir təqlid əvvəlki təqliddən də pisdir. Çünki alim öz elm və biliyi əsasında hərəkət etməlidir. Elm və biliyə sahib bir insanın öz elmindən faydalanmayıb, kor-koranə nadan bir şəxsə təqlid etməsi ən çirkin təqliddir.

3. Alimin alimə təqlidi: Alim olan şəxs mütəxəssis və nəzər sahibi olduğu sahədə öz həmkarına təqlid etməməlidir. Və öz elmi biliklərinə əsaslanaraq vəzifəsini müəyyənləşdirməlidir. Fəqihlər buyururlar ki, ictihad mərhələsinə çatmış şəxs öz ictihadına əməl etməlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etməsi haramdır.” İctihada çatmış şəxs öz nəzərinə əsasən əməl etməlidir. Əlbəttə ki, elmi məsələlərdə başqa alimlərlə məsləhətləşməyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, alim qərar çıxararkən araşdırma aparmamış başqalarının nəzərinə təslim olmamalıdır.

4. Cahilin alimə təqlidi: Belə bir təqlid ağıl və fitrətin tələbidir. Həmin bu məntiqə əsasən, biz bina tikmək üçün memara, bənnaya müraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkimə müraciət edilməsi təbii bir işdir. Biz sözlə, ağıl və fitrət bizi mütəxəssis ardınca göndərir.

Elə bu məntiqlə də dini təlimlərdə, İlahi qanunlarda hökmləri ayırd etməkdə mütəxəssis olan fəqihlərə müraciət olunması tapşırılır. Fəqihlər öz istedadları ilə illər uzunu elm və bilik sorağınca gəzmiş və uca ictihad məqamına çatmışlar. Müctəhid ilkin qanunu İlahi mənbədən çıxarıb, sübuta yetirən və xalqa təqdim edən alimdir. Bu uca mənsəb fəqihlərə İmamlar (ələyhimussəlam) tərəfindən əta olunmuşdur. Əlbətdə ki, əsas məqsəd insanların səadət yoluna istiqamətləndirilməsidir.

Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dünyəvi elmlərin müxtəlif sahələri var. Bir şəxs müəyyən elm sahəsində fövqəladə istedada malik olduğu halda, digər bir sahədən tamamilə xəbərsiz qala bilər. Ona görə də o, bilmədiyi sahədə mütəxəssisə müraciət etməli, onun dediklərinə tabe olmalıdır.

Məsələn, astronomiya sahəsində böyük kəşfləri olan alim xəstələndiyi vaxt onun həkimə müraciət etməsi zəruridir. Bu şəxs astronomiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin müalicəsi ilə tanış deyil. Həkim öz elminə əsaslanaraq astronomun xəstəliyini müəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronom da həkimi heç bir sorğu-suala tutmadan onun dediklərinə əməl edir.

Deməli, aydın olur ki, dini məsələlərdə xalqın müctəhidə müraciət etməsi vacibdir. Həkim tibbdə mütəxəssisdirsə, müctəhid də ilahiyyatda mütəxəssisdir. Müctəhid bir ömür sərf edərək, sərf, nəhv, lüğət, kəlam, məntiq, təfsir, rical, dirayə, hədis, fiqh üsulu elmlərini oxumuşdur.

Bizim tez-tez müraciət etdiyimiz risalə1 fəqihin bir ömür zəhmətinin məhsuludur. Həmin risalələr alimlərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. İctihad asan iş deyil. İctihad dedikdə fərdi və ictimai həyatımızı əhatə edən İlahi qanunlar külliyatının öyrənilməsi nəzərdə tutulur.

Bunu da qeyd etməliyik ki, müctəhidin göstərişlərinə etiqadi yox, təkcə “əməli məsələlər”də təqlid olunmalıdır. Yəni təqlid “füruiddin”ə aiddir, “üsuliddin”ə yox! Allahı tanımaq, dirilməyə inam kimi üsul məsələləri İslam məktəbinin əsasını təşkil edir. Bu məsələləri möhkəm dəlillər əsasında qəbul etmək zəruridir. Etiqad məsələləri ilə elm və agahlıq yolu ilə tanış olan insan “əməli hökmlər”də bu sahədə mütəxəssis olan müctəhidlərə müraciət etməlidir. Allah-təala hətta hamıya cihadı vacib etmir və bir qisminin din elmini öyrənməsinin zəruriliyini vurğulayır. Belə ki, “Tövbə” surəsində oxuyuruq:
وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُواْ كَآفَّةً فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
«Möminlərə hamılıqla döyüş cəbhəsinə köç etmələri yaraşmaz. Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər?!»1

Namazın, həccin, əmr be mərufun və nəhy əz münkərin və bir sıra digər “əməli hökmlər”in vacibliyini insan özü dərk etməlidir. Yəni müctəhiddən öyrənilən namazın vacibliyi yox, namazın necəliyidir. İnsan əvvəlcə öz ağıl və düşüncəsi ilə namazın vacibliyini dərk etməli, sonra isə namazı necə yerinə yetirmək barədə müctəhiddən məlumat almalıdır. Bir sözlə, təqlid yalnız “əməli hökmlər”ə aiddir.


Rəvayətlərdə təqlidin vacibliyi
Hicri-qəməri təqviminin 329-cu ilindən başlayaraq on ikinci İmam Məhdinin (ələyhissəlam) “böyük qeyb”2 dövrü başlayır. Bu dövrdə müctəhidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Ümumi nümayəndə odur ki, İmam nümayəndə üçün lazım olan ümumi şəraiti başa salır və bütün dövrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq müsəlmanların dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir.

Məsum İmamlar (ələyhimussəlam) xüsusən də, İmam Məhdinin (ələyhissəlam) özü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları böyük qeyb dövründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:

İbn Hənzələ deyir: “İmam Sadiqdən (ələyhissəlam) soruşdum ki, əgər iki nəfər müsəlmanın borc, yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün dövlət qazisinə müraciət edə bilərlərmi? İmam (ələyhissəlam) buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (dövlət qazilərınə) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun hökmü ilə əlinə gələn bütün şeylər hətta onun öz haqqı da olsa belə, haramdır. Çünki onu zalımın hökmü ilə ələ gətirmişdir. Halbuki, Allah-təala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur:

يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا

«Onlar tağut (zalım) məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara müraciət etməmələri əmr olunmuşdur. Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.»1

Soruşdum ki, bəs onda nə etsinlər? İmam (ələyhissəlam) buyurdu: “Bizim rəvayətlərimizi söyləyəni, halal-haramımıza nəzər salıb hökmləri tanıyanı hakim təyin etməlidirlər. Çünki, Mən onu sizin üçün hakim təyin etmişəm. Əgər o, bizim buyurduğumuza əsasən hökm versə və hər kəs onun hökmünü qəbul etməsə, Allahın hökmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər.”1

İmam Sadiqin (ələyhissəlam) bu əmri ümumi bir əmr olub bütün müctəhidlik səlahiyyətinə malik olan alimlərə aid olur. Əgər İmam Sadiq (ələyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə, şübhəsiz ki, müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna görə də, O Həzrət (ələyhissəlam) bu kimi işləri ədalətli müctəhidlərin öhdəsinə buraxmışdır.

İshaq ibn Yəqub deyir: “Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdiyə (ələyhissəlam) çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam (ələyhissəlam) məktuba Öz mübarək xətti ilə cavab yazmışdı. Yazdıqlarımdan biri də bu idi ki, (böyük) qeyb dövründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam (ələyhissəlam) sualımın cavabında belə yazmışdı: Qarşılaşdığınız məsələlərdə bizim hədisləri söyləyənlərə müraciət edin! Onlar Mənim sizə olan hüccətim, Mən isə Allahın (sizə olan) hüccətiyəm.”2





Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə