MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   6   7   8   9   10   11   12   13   ...   149
2018-1050-5

Fərrux Rüstəmov, 
 ADPU-
nun İbtidai təhsil fakültəsinin dekanı, 
pedaqogika üzrə elmlər doktoru, professor
Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji 
 
Akademiyanın həqiqi üzvü, Pedaqoji vəSosial 
ElmlərAkademiyasının akademiki 
 
 


13 
 
 
 
 
Giriş 
 
Son ill
ər müəllimlərin  peşəkarlığı  və  səriştəliliyi tez-tez 
günd
əmə gətirilir. Peşəkarlıqla səriştəliliyin müəllimdə cəmləş-
m
əsi onun pedaqoji ustalığının və müəllim novatorluğunun əsas 
əlamətləri kimi qeyd olunur. Təsadüfi deyil ki, 2013-cü ildəqə-
bul edil
ən, 2020-ci ilədək uzun bir dövrü nəzərdə tutanAzərbay-
can Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasın-
da da bu m
əsələ dönə-dönə vurğulanır və buna böyük əhəmiyyət 
verilir.Strategiyada deyilir: “T
əhsilalanın  savadlı  və  səriştəli 
şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik 
bacarıqlarından,  tədris təcrübəsindən və  peşəkarlıq  səviyyəsin-
d
ən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların 
nailiyy
ətləri arasında sıx korrelyasiya mövcuddur” (1).Peşəkar-
lıq və səriştəlilik müəllimin fəaliyyət strukturunun əsasını təşkil 
edir.  Respublikamızın  təhsil siyasətində  əsas yerlərdən birini 
tutan bu problem mü
əllim  hazırlığında  və  müəllimin  peşəkar 
f
əaliyyətində diqqət yetirilən məsələlərdən biridir. Bu keyfiyyət-
l
ərin tərbiyə  olunması  pedaqoji  fəaliyyətin səmərəliliyini,  şəx-
siyy
ətyönümlülüyünü və  nəticə-yönümlülüyünü təmin edən 
amill
ərdən biri və birincisi kimi aktuallıq kəsb edir. Müəllimin 
peşəkar  olması,  səriştəliliyi müəllim  peşəsini daha nüfuzlu, 

əllim əməyini daha maraqlı, daha məzmunlu və daha səmə-
r
əli edir. Heç kimə sirr deyildir ki, müəllim peşəsinin, müəllim 
nüfuzunun aşağı düşməsində bir sıra müəllimlərin peşəkarlığının 
az, s
əriştəliliyinin isə aşağı səviyyədə olması heç də az rol oyna-
mır. Müəllimin peşəkarlığı, peşəsində səriştəli olması təhsilalan-
la
rın  daha  yaxşı  oxumalarına,  təhsil prosesində  daha dərin və 
h
ərtərəfli bilik, bacarıq və vərdişlər qazanmalarına, mənəvi-əxla-
qi  d
əyərlərə  daha mükəmməl yiyələnmələrinə, rəqabətqabiliy-


14 
y
ətli mütəxəssislər  kimi  formalaşmalarına,  hər bir vətəndaşın 
c
əmiyyətin layiqli üzvü kimi tərbiyə  olunmalarına,  milli  və 
ümumb
əşəri dəyərləri mənimsəmələrinə əlverişli zəmin yaradır. 
Son ill
ər respublikamızda  təhsilin  inkişafı,  onun  maddi- 
texniki  bazasının  möhkəmləndirilməsi, yeni informasiya-kom-
munikasiya v
ə təlim texnologiyalarının tətbiqi,müəllimlərin ixti-
sas v
ə  peşəkarlıq  səviyyələrinin  artırılması  sahəsində  bir  sıra 
uğurlu işlər görülmüş və görülməkdədir. Bunlarla yanaşı,“sürət-
l
ə  modernləşən Azərbaycan  Respublikasında  təhsil sisteminin 
insan  kapitalının  inkişafı  çağırışlarına  cavab  verməsi istiqamə-
tind
ə  yeni  addımların  atılmasına  və  ümumi təhsilin keyfiyyət 
göst
əricilərinin Avropa standartlarına uyğunlaş-dırılmasına ehti-
yac vardır”(1). Azərbaycan təhsilində səriştəli və peşəkar müəl-
liml
ərə,  yeni  texnologiyaları  dərindən mənimsəyən, onlardan 
t
ədrisdə  müvəffəqiyyətlə  istifadə  edən,  innovasiyaları,  yenilik-
l
əri özünün fəaliyyətinə tətbiq edən, məktəbə, öz peşəsinə bağlı 
olan, mü
əllimliyi özünün həyat kredosu hesab edən, sözün əsl 
m
ənasında onunla nəfəs alan müəllimlərə tələbat çoxdur. 
Respublikamızda aparılan təhsil islahatları pedaqoji inno-
va
siyalara geniş yol açmaqla yanaşı, Avropa təhsil standartlarına 
uyğun  gələn yeniliklər  aparmağı,  innovasiyaları  tətbiq etməyi 
z
əruri edir. Müəllimlərin  peşəkarlıq  və  səriştəlilik səviyyəsinin 
artırılması  bu  zəruriyyətdən irəli gələrək günümüzün prioritet 
v
əzifələrindən birinə çevrilir. Dünyada baş verən pedaqoji yeni-
likl
əri mənimsəmək, onlardan istifadə etmək və yeniliklər yarat-
maqla pedaqoji f
əaliyyətin məzmununu dərinləşdirmək aktual 
problem olaraq t
əhsilimizin qarşısında durur.  
Dünya t
əhsil sistemlərində mövcud olan pedaqoji yenilik-
l
ərin  öyrənilməsi və  tətbiq edilməsi, həmçinin,  yaradıcı  peda-
qoqlar, mü
əllimlər tərəfindən yeniliklər  yaratmaqla  onların 
t
ətbiq edilməsi müəllimlərdən yaradıcı pedaqoji təfəkkür, təşəb-
büs
karlıq  tələb etdiyindən  onların  peşəkarlıq  və  səriştəlilik 
s
əviyyələrinin artırılması, innovasiyaları öz fəaliyyətlərinə gətir-
m
ələri mühüm əhəmiyyətə malikdir. 


15 

əllimlərin peşə və ixtisas hazırlığının təkmilləşdirilmə-
si, onların özlərinin yeniliyə maraq göstərməsi, daim öz peşə və 
ixtisas  bilik,  bacarıq  və  vərdişlərini  artırması,  özünütəhsil, 
özünüt
ərbiyə  və  pedaqoji  yaradıcılıqla  məşğul  olması  onun 
peşəkar və səriştəli pedaqoq kimi formalaşmasının əsasında du-
rur. Mü
əllim aliməktəbdə aldığı biliklərlə, yiyələndiyi metodika 
il
ə  kifayətlənməyərək və  daim öz üzərində  işləməklə  peşəkar 

əllim kimi formalaşa bilər. 

əllimin  peşəkarlıq  və  səriştəlilik səviyyəsinin  artması 
onun pedaqoji f
əaliyyəti ilə birbaşa bağlı olan bir prosesdir. Bu 
h
ər  şeydən  əvvəl pedqoji fəaliyyətin özünün daim yeniliklərə 
t
ələbatının olması ilə bağlıdır. Pedaqoji fəaliyyət yenilik, inno-
vasiya t
ələb edən  bir  işdir.  Onun  olmaması  pedaqoji  fəaliyyəti 
yekn
əsək edir, onun cəlbediciliyini, rəngarəngliyini  azaldır  və 
şagirdlərin inkişafını  ləngidir, müəllim fəaliyyətinin səmərəsini 
aşağı salır. 
C
əmiyyətin inkişaf sürəti, şagirdlərin daha çox yeniliklərə 
meyl etm
əsi, məktəbdə aparılan təlim və tərbiyə işlərinincəmiy-
y
ətin artan tələbləri ilə uzlaşdırılmasını tələb edir. Məktəb, dərs, 

əllim  şagirdləri özünə  cəlb etməlidir.  Şagirdlər hər gün bir 
yenilikl
ərlə  qarşılaşacaqlarını,  yeni  biliklər  əldə  edəcəklərini 
s
əbrsizliklə gözləməli, məktəbə getməyə, müəllimlərlə ünsiyyət-
d
ə olmağa maraqlı olmalıdırlar. Bunu yaradan isə müəllimlərdir. 
O mü
əllimlər ki, onlar pedaqoji prosesin bütün incəliklərinə 
b
ələddirlər, şagirdlərlə işləməkdən nəinki yorulurmurlar həm də 
bu  işdən  zövq  alırlar,  məktəblə, dərslə, öyrətməklə 
yaşayırlar.Yüksək  peşəkarlığa  və  səriştəliliyə  malik olan belə 

əllimlərin  işi  də, dərsləri də  maraqlıdır,  məzmunludur. 
Şagirdlər  onları  sevirlər,  onlara hörmətlə  yanaşır  və  dərslərinə 
h
əvəs göstərirlər. Bütün bunlar müəllimdən daim öz üzərində 
işləməyi,  peşəkarlığını  təkmilləşdirməyi tələb etməklə  yanaşı, 
yaradıcılıq imkanlarını genişləndirməyi, yeniliklər axtarmağı da 
t
ələb edir. 
Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli, 


16 
h
əm də  çətin  bir  işdir.  Buna  nail  olmaq  təkcə  “bu  peşə  üçün 
doğulanlar”, müəllimliyə müəyyən mənada fitri qabiliyyəti, iste-
da
dı olanlara nəsib olmur. Daha çoxöz peşəsinin zirvəsinə yük-
s
əlmək  üçün  inadla  çalışan,  daim  axtarışda  olan,  yeniliklər 
axtara-axtara özü d
ə  yenilikçi olan, yeni pedaqoji 
t
əfəkkürəyiyələnən müəllimlər belə  bir  adın  sahibi  ola  bilirlər. 
Bu  ad  onları  ucaltdığı  kimi,  onlar  da  müəllim  adını  müqəddəs 
tutur, onun nüfuzunu yüks
əldir və  ona maraq  və  məhəbbəti 
artırır.  
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə