MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.

səhifə7/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   34

26
 
İcbari işlər 
     
Əlavə işlər
 
9 kredit bal 
     
4 kredit bal
Qeyd etdiyimiz kimi, təcrübəçi müəllimdən fərqli olaraq, baş müəllimin imkanı var ki, 
öz təcrübəsi müddətində qeyd edilən statusu saxlasın. Bunun üçün müəllim daha az icbari və 
əlavə işləri saxlaya bilər. Status üçün müəyyən edilmiş hər 4 ildə müəllim tərəfindən statusun 
saxlanılması üçün 13 kredit bal toplaması kifayət edir.
  Statusun saxlanılması üçün baş müəllim:
  Öz-özünü qiymətləndirmə anketini doldurmalı;
  Peşəkar inkişafın fərdi iş planını tərtib etməli;
  Müəllimin qiymətləndirmə qrupu tərəfindən dərsin müşahidəsini keçirməli;
  Xarici dərs müşahidəsini keçirməli;
  əlavə fəaliyyətləri həyata keçirməli.
Öz-özünü  qiymətləndirmə  anketinin  doldurulması  və  analiz  edilməsi  müəllim  üçün 
vacibdir,  çünki  onun  fikirləşməyə  və  öz  güclü  və  zəif  tərəflərini  tapmağa  imkanı  olur. 
Öz-özünüqiymətləndirmə anketi onun peşəkar inkişafının vacib atributudur.
Öz-özünü qiymətləndirmə anketinin əsasında müəllim peşəkar fəaliyyətini planlaşdırır, 
bu da peşəkar inkişafın fərdi iş planında təsvir olunur. Onun tərtib edilməsində müəllim 
məsuliyyət daşıyır.
Doğrudur, müəllim nə öz-özünün qiymətləndirmə anketinin doldurulmasında və nə də ki 
fəaliyyət planının tərtib edilməsində kredit ballar almır, amma bu onun peşəkar inkişaf planının 
icbari hissəsidir. Öz-özünü qiymətləndirmə anketinin doldurulması və iş planının işlənilməsi 
xaricində müəllimin qiymətləndirmə qrupu onun peşəkar qovluğunu qiymətləndirmir. 
Baş  müəllim  iki  növ  dərs  müşahidəsindən  keçir:  daxili,  bu  zaman  onu  müəllimin  qi-
ymətləndirmə  qrupu  müşahidə  edir  və  xarici,  bu  zaman  onun  dərsi  xarici  qiymətləndir-
icilər  tərəfindən  qiymətləndirilir.  Hər  iki  müşahidə  Qiymətləndirmə  və  İmtahanların  Milli 
Mərkəzi tərəfindən işlənib-hazırlanmış qiymətləndirmənin vahid şəklə salınmış – dərsin qi-
ymətləndirmə rubrikasına əsaslanır.
 Statusun saxlanılması üçün baş müəllim 4 il ərzində daxili dərs müşahidəsini iki dəfə 
keçir. Müşahidənin əsas məqsədi müəllimə dərs prosesinin yaxşılaşdırılmasında inkişafetdiri-
ci şərhlərlə yardım etməsidir. Dərsin müşahidə qrafiki əvvəlcədən müəllimlə razılaşdırılır və 
belə ki, onun gözlənilməz xarakteri olmur.
Dərs planının əvvəlcədən təqdimatından sonra müəllim dərsi keçir, onda qiymətləndirmə 


27
qrupu  iştirak  edir.  Bir  həftə  ərzində  müəllim  öz-özünü  refleksiya  anketini  doldurur,  qi-
ymətləndirmə qrupu isə müəllimin refleksiya anketini doldurur və bundan sonra görüş təyin 
edilir. Müsbət qiymətləndirmə halında, müəllimə 2 kredit bal veriləcəkdir.
Əgər  qiymətləndirmə  qrupu  keçilmiş  dərsin  nöqsanlarının  olduğunu  hesab  edərsə,  o 
zaman müəllimə müvafiq inkişafetdirici şərhi verməlidir. Müəllim 1-dən 3 ay ərzində yax-
şılaşdırılmış dərsi planlaşdırır və həyata keçirir. Bundan sonra qiymətləndirmə qrupu müəllim 
üçün kredit balların verilməsi haqqında qərar qəbul edir. 
  Qiymətləndirmə və İmtahanlar Mərkəzinin keçirdiyi xarici müşahidəyə gəldikdə isə, 
statusla müəyyən edilmiş müddətdə baş müəllim bir dəfə bu müşahidədən keçir. Bu pros-
eslə əlaqədar onu bilməliyik ki:
  Müəllim dərsi xüsusi ayrılmış sinif otağında keçir, bu otaqda videokamera quraşdırılmışdır. 
O, dərsin planını əvvəlcədən Qiymətləndirmə və İmtahanların Milli Mərkəzinə verir;
  Müəllimin özü xüsusilə ayrılmış məkanda yüklədiyi dərsi seçir,o qiymətləndiriləsi dərsi 
dəyişə bilər.
  Dərsi fənn mütəxəssisləri– sertifikatlı müəllimlər və əvvəlcədən ixtisaslaşdırılmış təhsil 
ekspertləri qiymətləndirirlər. Dərsin qiymətləndirmə rubrikası müəllim üçün 2015-ci ilin 
sonunda  əlçatan  olacaqdır,  bu  vaxta  qiymətləndirmə  vasitəsi  pilotlaşdırma  nəticəsində 
təkmilləşdiriləcək və İmtahanların Milli Mərkəzinin direktorunun fərdi hüquqi aktı ilə təs-
diqlənəcəkdir;
  Müəllimlər 2016-cı ildən xarici müşahidədən keçə biləcəklər;
  Əgər birinci müşahidə nailiyyətli olmazsa, o zaman müəllimin ildə 2 dəfə imkanı olacaq 
ki, dərsin videoyazısını qiymətləndirmə üçün yükləsin.
  Baş müəllim statusun saxlanılması üçün əlavə işlərlə 4 kredit balı toplayır. Əlavə işlərdir:
  Qiymətləndirmə qrupuna üzvlük (3 illik müddəti ilə);
  Peşəkar  inkişaf  məqsədilə  keçilmiş  tədbirlərdə  (konfranslarda,  seminarlarda)  məruzəçi 
kimi iştirak etmək;
  Dərs resursunun və ya rəy verilmiş peşəkar ədəbiyyatın yaradılması;
  Stajdan keçmə;
  Tələbəyə/müəllimə məsləhət vermə;
  Treninq modulların müəllifliyi;
  Akkreditə edilmiş və ya mərkəz tərəfindən təklif edilmiş treninqdən keçmək, hansının 
məqsədi müəllimin statusuna uyğun bilgilərin inkişafıdır;
  Nazirin fərdi hüquqi aktı ilə təsdiqlənmiş proqramlar və layihələrdə iştirak.


28
Baş müəllim aparıcı müəllim statusunun əldə edilməsi üçün nə edir?
Statusla təyin edilmiş müddətdə baş müəllim 19 kredit bal toplayır ki, aparıcı müəllimin 
statusunu qazansın. Kredit balların toplanılması imkanı ona icbari və əlavə işlərlə verilir, bu 
da növbəti qaydada tarazlaşdırılmışdır:
 
İcbari işlər 
     
Əlavə işlər
 
13 kredit bal     6 kredit bal
Aparıcı müəllimin statusunun əldə edilməsi üçün baş müəllim statusun saxlanıl-
ması üçün lazımi fəallıqlardan başqa, təcrübənin tədqiqatını keçirməli, əlavə olaraq 
üçüncü daxili dərs müşahidəsindən keçməli və əlavə fəallıqlarda statusun saxlanıl-
ması üçün lazımi 4 kredit bala əlavə 2 kredit bal da toplamalıdır.
Təcrübənin tədqiqatını, əsas fəallıq kimi, baş müəllim aparıcı müəllim statusunun qa-
zanılması üçün keçirir. Statusun saxlanılması üçün ondan tədqiqatın keçirilməsi tələb olun-
mur. Təcrübənin tədqiqatı zamanı vacibdir ki, müəllim öz peşəkar tələbatlarını öyrənsin və 
aşkarlanmış problemlərin həlli üçün tədqiqatı keçirsin. Tədqiqat onun hər bir mərhələsinə 
əməl etməklə keçirilməli və son nəticə tədqiqatın hesabatı olmalıdır. Tədqiqatın qiymətləndi-
rilməsi kriterilərini, eləcə də, onun həyata keçirilməsi üçün lazımi tövsiyələri kitabın ikinci 
hissəsində təklif edəcəyik. Bu mərhələdə onu deyə bilərik ki, aparıcı müəllim üçün  tədqiqi 
bacarıqların olması vacibdir, çünki təcrübədə yaranmış problemlərin həlli üçün müəllimə vax-
tında kənardan məsləhət qəbul etmək çətin olacaqdır.
Baş müəllimin icbari və əlavə fəallıqları və onların müvafiq kredit balları:
Əsas fəallıqlar
Əlavə fəallıqlar
Baş müəllimin 
statusunun 
saxlanılması üçün
 
Öz-özünü qiymətləndirmə sorğu an-
ketinin doldurulması;
 
Peşəkar inkişafın fərdi fəaliyyət 
planının tərtib edilməsi;
 
Müəllimin qiymətləndirmə qrupu 
tərəfindən dərsin müşahidəsi – 2 
müşahidə, hər bir müşahidə 2 kredit 
balla qiymətləndirilir, bu da ümumi-
likdə 4 kredit balı təşkil edir;
 
Xarici dərs müşahidəsini keçmək 
 
(5 kredit bal);
 
Qiymətləndirmə qrupuna üzvlük 
 
fasilitator (3 kredit bal)
 
 
başqa üzvlük (1 kredit bal)
 
peşəkar inkişaf məqsədilə keçirilmiş 
tədbirlərdə (konfranslar, seminar)
məruzəçi kimi iştirak etmək (1 kredit 
bal)
 
Stajdan keçmə (1 kredit bal)
 
Dərs resursununvə ya rəy verilmiş 
peşəkar ədəbiyyatın hazırlanması
 
 
Dərs resursu - (1 kredit bal) 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə