MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.

səhifə5/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   34

20
Bölgü nəticəsində müəllim öz statusuna müvafiq sertifikatı əldə edir, onu Müəllimlərin 
Peşəkar İnkişafı Milli Mərkəzi verir.
Müəllimlərin sxemdə bölgüsündən sonra müəllim tərəfindən sxemlə müəyyənləşdi-
rilmiş statusun əldə edilməsi, saxlanılması və ya dayandırılması onun peşəkar fəali-
yyətinin qiymətləndirmə nəticəsindən asılıdır, bu da müəllimin yeni maaş siyasətinə 
əsaslanır.
SXEMDƏ BÖLÜNMÜŞ MÜƏLLİMLƏRİN FƏALİYYƏTİ VƏ MÜVAFİQ 
KREDİT BALLARI
Hər  növbəti  statusun  əldə  edilməsi  üçün  müəllim  peşəkar  inkişafın  ardıcıl  yolunu 
keçməlidir. Aşağıda  təsvir  edilmişdir  ki,  müəllim  nəyi  və  hansı  müddətlərdə  etməlidir  ki, 
mövcud statusu saxlasın və ya karyera yolunda irəli getsin.
TƏCRÜBƏÇI MÜƏLLIM
Təcrübəçi müəllim sxemlə müəyyənləşdirilən fəaliyyəti hansı müddətlərdə həyata 
keçirir?
Təcrübəçi müəllim baş müəllim statusunu alması üçün 19 kredit balı ən çoxu dörd il 
ərzində toplayır. 2015-2016-cı dərs  ili Gürcüstan Qanunvericiliyi ilə müəllimin qiymətləndi-
rilmə sisteminin pilotlaşdırılması ili kimi elan edildiyindən ona baş müəllim statusunu əldə et-
məsi üçün əlavə bir il verilir. Bu, fənn imtahanının verilməsi üçün müəyyən edilmiş müddətə 
aid deyil. Təcrübəçi müəllim fənn imtahanını sxemin fəaliyyətə düşdüyü müddətdən 3 il 
ərzində verməlidir.
Baş müəllim statusunu əldə etmək üçün təcrübəçi müəllim nə edir?
Sxemin əsasında, təcrübəçi müəllim üçün yalnız məcburi fəallıqlar müəyyənləşdirilmişdir.
  Təcrübəçi müəllim təyin edilən vaxt ərzində 19 kredit balı yalnız icbari fəallıqlarla to-
playır. Bu fəallıqlar arasındadırlar:
  Öz-özünü qiymətləndirmə sorğu anketinin doldurulması;
  Peşəkar inkişafın fərdi fəaliyyət planının tərtib edilməsi;


21
  Fənn imtahanının verilməsi;
  Peşəkar qabiliyyətlər üzrə peşəkar inkişaf kursunun  keçilməsi; 
  Müəllimin qiymətləndirməsi qrupu tərəfindən dərsin müşahidəsi.
Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz 
öz-özünüqiymətləndirmə an-
ketini 
işləyib-hazırlamışdır, müəllim öz-özünüqiymətləndirməni onun əsasında 
həyata keçirir. Onun analizi əsasında müəllim peşəkar fəaliyyəti planlaşdırır, bu da 
peşəkar inkişafın fərdi iş planında əksini tapır, onun tərtibatında da müəllim mə-
suliyyət daşıyır. Bu fəallıqda müəllim kredit balları yığmır, amma bu onun peşəkar 
fəaliyyətinin vacib hissəsidir. 
Öz-özünü qiymətləndirmə anketinin doldurulması 
və iş planının işlənib-hazırlanması xaricində müəllimin qiymətləndirmə qrupu 
müəllimin peşəkar qovluğunu qiymətləndirməyəcəkdir. Müvafiq olaraq, onu daha 
yüksək status əldə etmək üçün təqdim etməyəcəklər
.
Sxemə əsasən, təcrübəçi müəllim Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi tərəfindən 
təşkil edilmiş və Milli Tədris Planı ilə nəzərdə tutulmuş fənn qrupuna daxil olan tədris etdiyi 
fənn üzrə fənn imtahanını nailiyyətlə verməlidir. Bu, sxemin müəllim üçün irəli sürdüyü 
minimal, lakin vacib olan şərtlərdən biridir. Fənn imtahanını verməklə müəllim tədris etdiyi 
fənn üzrə biliyini təsdiq edir. Fənn imtahanı ildə iki dəfə keçirilir. Üçillik müddət keçdikdən 
sonra bu komponentdə nailiyyət əldə edilmədikdə, müəllimlə əmək müqaviləsi dayandırılır 
və onun yerinə vakansiya elan edilir.
Fənn imtahanının keçirilməsi təmin edilməyən fənlərdə üç ilin hesablanması belə 
bir imtahanının ilk dəfə keçirildiyindən sonra başlanacaqdır. Bu, idman, musiqi, 
eləcə də etnik azlıqların dilində fənn imtahanlarına aiddir.
Təcrübəçi müəllim fənn imtahanını nailiyyətlə verdikdən sonra pedaqoji bacarıqlar üzrə 
peşəkar inkişaf kursunu keçməlidir, bunun məqsədi müəllimə onun statusunun müvafiq 
kompetensiyalarının inkişafında köməkliyin göstərilməsi, eləcə də təcrübədə qazanılan bi-
lik və bacarıqların tətbiq edilməsidir. Qeyd edilən kursu keçməklə müəllim 5 kredit bal to-
plamalıdır.
Həm ümumi peşəkar, eləcə də fənn metodikasında treninq-modulları  birləşdirən qeyd 
edilən kursu müəllimlərə Müəllimin Peşəkar İnkişafı Milli Mərkəzi, eləcə də Keyfiyyətin 
İdarəetmə  Milli  Mərkəzində  akkreditə  olunan  digər  təşkilatlar  təklif  edirlər.  Müəllimlərin 


22
Peşəkar İnkişafı Milli Mərkəzi treninqləri  Gürcüstanın müxtəlif regionlarında keçirəcəkdir 
ki, müəllimlərin yaşadıqlara yerə maksimum yaxın olan yerdə hazırlıqdan keçmək imkanları 
olsun.
5-kreditlik kurs bir neçə moduldan ibarətdir və müəllimin  onu mərhələlərlə keçmək im-
kanı olacaqdır. Müəllim hər bir modul üzrə bu modu üçün müəyyən edilmiş kredit-balı ala-
caqdır.
Təcrübəçi  müəllimin  dərsini  müəllimin  qiymətləndirmə  qrupu  müşahidə  edəcəkdir
Dərs Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi tərəfindən işlənib-hazırlanmış standart-
laşdırılmış vasitə ilə qiymətləndiriləcəkdir – dərsin qiymətləndirmə rubrikası ilə.
Müəllimin qiymətləndirmə qrupu baş müəllim statusunun əldə edilməsi üçün 4 il ərz-
ində  ən  azı  iki  dəfə  təcrübəçi  müəllim  tərəfindən  keçilən  dərsləri  müşahidə  edir.  Xari-
ci dərs müşahidələrindən fərqli olaraq, qiymətləndirmə qrupu tərəfindən həyata keçirilmiş 
müşahidənin başlıca məqsədi müəllimə dərs prosesinin yaxşılaşdırılmasında inkişafetdirici 
şərhlərin vasitəsilə köməyin göstərilməsidir. Dərsin dinlənilməsi cədvəli əvvəlcədən müəl-
limlə razılaşdırılmışdır.
  Prosesin gedişi belədir:
  Ümumtəhsil müəssisəsinin direktorunun rəhbərlik etdiyi müəllimin qiymətləndirmə qru-
pu ilin əvvəlində müəllimlə dərsin müşahidəsi qrafikini razılaşdırır.
  Müəllim  qiymətləndiriləsi  dərsin  planını  bu  dərsin  keçirilməsindən  1  həftə  əvvəl  qi-
ymətləndirmə qrupuna təqdim edir. Qısa təqdimatın müsahibə forması vardır, o, dərsin 
mühüm komponentlərinin təhlilinə aiddir ki, dərsin gedişində qiymətləndirmə qrupu nəyə 
diqqət verməlidir. 
  Qiymətləndirmə  qrupu  ilə  görüşdən  sonra  müəllim  təqdim  edilən  planda  dəyişikliklər 
əlavə edə və ya müşahidə üçün başqa dərsi seçə və müvafiq planı yenidən məktəbin qi-
ymətləndirmə qrupuna təqdim edə bilər. Dərsin planı elektron sistemə yüklənir.
  Müəllim dərsi keçir, onu qiymətləndirmə qrupunun ən azı 3 üzvü dinləyir (direktor, fasil-
itator və fənn kafedrasının nümayəndəsi-müəllim).
  Dərsin keçirildiyindən bir həftə sonra, bir həftə ərzində, müəllim öz-özünün refleksiya an-
ketini doldurur. Anket müəllimə imkan verir ki, dərsini özü analiz etsin və lazımi nəticələr 
çıxarsın. Öz-özünürefleksiya elektron sistemə yüklənir.
  Dərsin müşahidəsindən sonra, bir həftə ərzində görüş təyin edilir, onun məqsədi müəllimin 
qiymətləndirmə qrupu tərəfindən dərsin qiymətləndirilməsi və müəllimin öz-özünüreflek-
siyasının bir-biri ilə müqayisə edilməsidir. Bu görüşün əməkdaşlıq mühitində keçirilməsi 
və onun konstruktivist xarakter daşıması çox vacibdir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə