Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə21/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

İçkilər


Qıcqırdılmış çovdardan və ya çovdar çörəyindən hazırlanan kvas içkisi
Ölkədə ənənəvi sərt içki araq və ya harelkadır (belar. гарэлка), o cümlədən ağcaqayın şirəsindən hazırlanmış byarozavik (belar.бярозавік) və ya meşə otları ilə ətirləndirilmiş zubrovka (belar. зуброўка). Bal arağı, habelə bal və ədviyyatdan hazırlanan oxşar spirtli içkilər 19-cu əsrə qədər geniş yayılmışdı və milli mətbəxin son dirçəlişinə qədər yoxa çıxmışdı. Bu qəbildən olan ən məşhur içkikrambambulya (belar. крамбамбуля) adlandırılan su qatılmış, balla qarışdırılmış və ədviyyatla (muskat, darçın, mixək, qırmızı və qara bibər) ətirləndirilmiş araqdır. 18-ci əsrdə Belarusda bu içki fransız şampanı ilə yarışırdı və yalnız var-dövlətli insanların bu içkiyə imkanları çatırdı. Bu gün bu içki öz dirçəlişini yaşayır.[2][3]
Kvas ənənəvi yerli spirtsiz içki olub və indi də belə qalmaqdadır, lakin hazırda o daha çox şəkər və süni dadlandırıcılar qatılmaqla hazırlanır. Kompot da məşhur içkidir və quru, yaxud təzə qaynadılmış meyvələrdən hazırlanıb sonra soyudulur. Hər kiçik şəhər öz yerli mineral suyu ilə fəxr edir. Belaruslar qazlı suya üstünlük verirlər.
Yeməyi müşayiət edən ənənəvi maye desertlərə çovdar unu və baldan hazırlanan və 18-ci əsrdə məşhur olan saladuxa (belar.саладуха) və meşə giləmeyvələrinin lətindən və ya bişirilmiş meyvələrdən hazırlanmış və yulaf unu ilə qatılaşdırılmış (hazırda kartof nişastası və ya qarğıdalı unu ilə əvəz olunub) Şərqi Avropa üçün ənənəvi sayılan jeleşəkilli kisel içkisi aiddir.

Milli azlıqların mətbəxləri


Belarus kartof babkası
Belarus mətbəxi yəhudi mətbəxinə çox şey borcludur. 19-cu əsrdə yəhudi təsiri daha çox babka kimi alman mənşəli kartof yeməklərinin Belarus mətbəxinə gətirilməsində özünü göstərirdi. Amma bu mübadilə qarşılıqlı idi, Şərqi Avropa yəhudilərinin kartofdan hazırlanan yastı kökəşəkilli məşhur bulbe latkeləri Belarus mətbəxindəki dranikidən götürülmüş ola bilər.
Belarus mətbəxinə təsir edən digər mühüm etnik qrup Lipka tatarlarıdır. Onların mətbəxi içi doldurulmuş xəmir xörəkləri, qoyun əti və tərəvəzdən hazırlanan xörəklərlə zəngin idi.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə