MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Mühazirə 3 Texnogen xarakterli təhlükələr və onların xarakteristikası



Yüklə 336,78 Kb.
səhifə3/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   2   3   4   5   6   7   8   9   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Mühazirə 3
Texnogen xarakterli təhlükələr və onların xarakteristikası

Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə - sülh dövründəki fövqəladə hallar (FH) deyilir.


Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə-sənayedə, energetikada və kommunal təsərüfatda böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükə, habelə yanğın və partlayış qorxusu ilə sərtlənir. Respublikamızda təxminən yüz min belə istehsalatlar mövcüddur. Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi, müvafiq təmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, istehsalat ve texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.
Texnogen xarakterli təhlükələrin əsas səbəbləri aşağıdakılardır:
1) istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə istehsalda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;
2) bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
3) sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazır məhsulun keyfiyyətinin kəskin dərəcədə aşağı düşməsi;
4) istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanmaması və onların keyfiyyətsiz olması;
5) sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlərinin texnoloji etibarlılığının zəif olması;
6) zərərli və təhlükəli potensiallı müəssisələrdən kadrlarının, xüsusən də yüksək ixtisaslı kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi;
7) ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan tətbiqi tətqiqatların keyfiyyətinin aşağı olması;
8) partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələrin və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
9) qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;
10) iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;
11) ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;
12) potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;
13) sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə obyektlərinin inşaası və istehsalı həcmlərinin kəskin sürətdə azalması;
14) təhlükə potensiallı obyektlərdə qəzalar barədə məhdud xəbərdarlıq sistemlərinin olması;
15) təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;
16) qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;
17) qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyyatların olmaması;
18) avtomobil yolları şəbəkəsinin zəif inkişafı;
19) FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlərin yaranması.

İri istehsalat qəzaları və onların nəticələri.


İstehsalat qəzalarının başvermə səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyətcə onları iki əsas qrupa bölmək mümkündür:


Birinci qrup - müəssisələri layihələşdirən bəzi mütəxəsislərin təhlükəsizlik texnikasının tələblərinə kifayət dərəcədə məsuliyətlə yanaşmaması, eləcədə bir sıra sex rəhbərlərinin bu tələblərin yerinə yetirilməsinə səhlənkar münasibəti, partlayış və tezalışma təhlükəsi olan sahələrə daimi nəzarətin olmaması;
İkinci qrup səbəblər - isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə şərtlənir. Məsələn bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özüdə belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müssisədə, hətta nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur.
İstehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun layihə-istehsalat qüsurlarının, onların istismarı qaydalarının və istehsalatda texnoloji prosesin pozulması nəticəsində də baş verə bilər.
Sənaye müəssisələrində partlayışlar adətən qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət olunur.
Qazanxanalarda qazanın partlayışına, kimya müəssisələrində qazın, cihazların, hazır məhsul və yarımfabrikatların; neftayırma zavodlarında - benzin buxarları və digər qarışıqların, lak-boyaq buxarlarının partlayışları və s. daha çox müşahidə edilir.
Bir çox ölkələrdə kömür və filiz mədənlərində kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən yanğınlar, uçqunlar və s. törədir.
Məişətdə işlədilən qaz balonlarının partlayışları da tez-tez baş verir, nəticədə yanğınlar törəyir, insanlar məhv olur.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə