Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası


Sözün leksik mənası, yaxınmənalı və əksmənalı sözlər



Yüklə 0,79 Mb.
səhifə2/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

12.2 Sözün leksik mənası, yaxınmənalı və əksmənalı sözlər.

Sözün həqiqi və məcazi mənası

Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən – lexikos (söz) və loqosdan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn; kərə - əridilmiş yağ, şit yağ.

Bütün sözlərin leksik mənası olmur. Sözün leksik mənası onun məzmununu əks etdirir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:


  • Həmin sözə yaxın mənalı söz seçməklə (özül-təməl-bünövrə, qaçmaq-yüyürmək);

  • Əşyanın, hərəkətin əlamətlərini izah etməklə (şütümək-sürətlə ötüb keçmək);

  • Sözün hissələrinin mənasını açmaqla (meşəbəyi-meşə gözətçisi);

  • Sözə uyğun əksmənalı sözü seçməklə: gözəl-çirkin

Leksikologiyadan verilən biliklər I sinifdən başlanır. “X” hərfini keçərkən şagirdlərə yaxınmənalı sözləri tapmaq tapşırığı verilir. Səh.70-də 2 sütunda qarışıq sözlər verilir və yaxınmənalı sözləri oxla birləşdirmək tapşırığı verilir (xeyr-yox, daxma-koma, qoxu-iy, xəbər-məlumat, xoşbəxt-bəxtəvər). “T” hərfini keçən zaman sözün izahına aid (səh.80) uyğun gələn sözü tapmaq tapşırığı verilir. 2 sütundan ibarət sözlər verilir. Sözlərin düzgün izahı oxlarla birləşdirilir (odlu silah növü-tüfəng, masa üçün örtük-süfrə, topla oyun növü-futbol, zərb musiqi aləti-dəf, ilin bir mövsümü-fəsil). Səh.82-də yaxınmənalı sözləri tapmaq tapşırığı verilib.

Şagirdlər 2 sütunda verilmiş sözlərin yaxınmənalı olanlarını oxla birləşdirirlər.



müjdə pərdə

jest münsif

juri xəbər



jalüz şeh

jalə hərəkət

Səh.88-də “Çovğun” mətni verilmişdir. Mətndə altından xətt çəkilmiş sözləri digər sözlərlə əvəz etmək tapşırığı verilmişdir. Verilən sözlər üzünə, fikirləşdi – bunları da şagirdlər rahatca sifətinə, düşündü sözü ilə əvəz edə bilər. Səh.90-da “Nənənin eynəyi” adlı mətnə verilən tapşırıq eynək sözünü əvəz edə bilən sözü tapmaqdır.

Səh.104-də “Ana yurdum” şeiri verilmişdir. Bu şeirdə qırmızı rəngdə Vətən, yurdum, göy rəngdə şən, qəm, yaşıl rəngdə bucağın, torpağın sözləri verilmişdir. Şeirin sonunda hansı rəngdə verilmiş sözlər yaxınmənalıdır sualı verilir ki, bu da sinonimləri öyrətmək üçün başlanğıc sayıla bilər.

Səh.112-də “Cücə və tülkü” təmsili verilib. Ilk tapşırıq belədir: “xırpaladı” sözünü yaxınmənalı sözlə əvəz et. (Tülkü çıxıb kol dibindən, xırpaladı tez cücəni) – bu sözü tutdu sözü ilə əvəz etmək olar.

Deməli, I sinifdən uşaqlara yaxınmənalı, sinonim, antonim və omonimlər haqqında ilkin təəssürat yaradırlar. Artıq II sinifdən yaxınmənalı və əksmənalı sözlər başlığı altında şagirdlərə dil qaydaları öyrədilir.

Yaxınmənalı sözlər aşağıdakı qaydada tədris olunur: elə sözlər var ki, mənaca yaxın və tamamilə eynidir. Məsələn;

ad bildirənlər: dalğa, ləpə, əlamət bildirənlər: gənc, cavan, say bildirənlər: çox, xeyli, hərəkət bildirənlər: fikirləşmək, düşünmək.

Bu mövzunu mənimsətmək üçün şagirdlərə çoxlu sayda həm dərslikdə, həm də iş dəftərində tapşırıqlar verilmişdir.

Əksmənalı sözlər II sinifdə aşağıdakı qayda əsasında öyrədilir: əksmənalı sözlər ad, əlamət, say və ya hərəkət bildirən sözlər ola bilər. Məsələn;

ad bildirənlər: alıcı-satıcı, əlamət bildirənlər: asan-çətin, say bildirənlər: az-çox, hərəkət bildirənlər: itirmək-tapmaq.

Əksmənalı sözləri daha dərindən öyrətmək üçün həm iş dəftərində, həm də dərslikdə müxtəlif tipli tapşırıqlar verilmişdir. II sinifdə eyni zamanda, “sözün izahı” qaydası da şagirdlərə öyrədilir. Bu, aşağıdakı şəkildə olur: bir çox sözləri

yaxın və ya əksmənalı sözün köməyi ilə izah etmək olar. Məsələn; güclü-qüvvətli (yaxınmənalı sözün köməyi ilə), güclü-zəif olmayan (əksmənalı sözün köməyi ilə).

Bütün bu qaydalardan başqa I sinifdə olduğu kimi, bütün dərslikdə yaxınmənalı, əksmənalı sözlərlə əlaqədar çoxlu tapşırıqlar verilmişdir.

III sinifdə artıq eynimənalı və yaxınmənalı sözlərlə yanaşı, əksmənalı, sözün məcazi mənası, çoxmənalı sözlər, terminlər də öyrədilir.

III sinif dərsliyində və iş dəftərində eynimənalı və yaxınmənalı, həm də əksmənalı sözləri öyrətmək üçün maraqlı tapşırıqlar verilnişdir.

IV sinifdə dil qaydaları, daha dəqiq desək, leksikologiyadan verilən biliklər tapşırıqlar vasitəsilə iş dəftərində həyata keçirilir. Məsələn; IV sinif iş dəftərində belə bir tapşırıq verilib: Hansı cümlədə “göz oxşayırdı” ifadəsi ilə yaxınmənalı ifadə var?

a) onlar gözlərini pəncərədən çəkmirdilər

b) meydança işə gəl-gəl deyirdi (düzgün cavab)

c) sinfin başqa oğlanları kimi, Adilin də bir gözü pəncərədə idi.

Terminlərlə əlaqədar da müxtəlif tipli düşündürücü və maraqlı tapşırıqlar var. Məs: “Futbol terminləri” cədvəlindəki boş xanaları doldur.

futbol – topla oynanılan kollektiv oyun

qol - ?

aut - ?


hakim-? və s.

IV sinifdə sözlərin izahına dair də maraqlı tapşırıqlar var. Buna misal olaraq aşağıdakını göstərmək olar.



Sözlər

Təxmin etdiyinə görə

Lüğətə görə

Buterbrod







Rejim







Piştaxta







IV sinifdə sözün həqiqi və məcazi mənası yalnız tapşırıqlar vasitəsilə praktik şəkildə öyrədilir. Bu barədə elmi məlumat verilmir. IV sinif iş dəftərində belə bir tapşırıq var: “göz” sözü hansı cümlədə həqiqi mənada işlənib?



  1. O, bir göz qırpımında özünü bizə çatdırdı.

  2. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan

  3. Onlar indi birgözlü köhnə evdə yaşayırlar.

Beləliklə, leksikologiyadan verilən biliklər I-IV sinifləri əhatə edir. Düzgün və mədəni nitqə yiyələnmək üçün dərsliklərdə leksikologiyadan verilən tapşırıqlar yetərincədir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə