Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə105/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Doppler effekti. İşığın aberrasiyası. Əgər sükunətdə olan koordinat sistemində müəyyən tezlikli monoxromatik dalğa müəyyən istiqamətdə yayılırsa, onda həmin dalğa hərəkət edən koordinat sistemində fərqli tezliklə, fərqli istiqamətdə yayılacaqdır. Bir hesablama sistemindən digərinə keçdikdə dalğanın tezliyinin dəyişməsi Doppler effekti, istiqamətinin dəyişməsi isə işığın aberrasiyası adlanır.

Dopler müəyyən etmişdir ki, mənbə və ya qəbuledicinin bir birinə nəzərən hərəkəti zamanı qəbuledicinin qəbul etdiyi tezlik mənbəyin şüalandırdığı dalğanın tezliyindən fərqlidir. Bu hadisə onu müəyyənləşdirmiş alimin şərəfinə Dopler hadisəsi (effekti) adlanır. Dopler effekti mənbə və qəbuledicinin hər cür hərəkəti zamanı deyil, yalnız mənbə və qəbuledicinin bir birinə nəzərən nisbi hərəkəti zamanı müşahidə olunur.

  1. İşığın aberrasiyası. (Bredli, 1725-ci il). Bredli Yerin orbit müstəvisinin (ekliptikanının) qütbündə yerləşmiş tərpənməz ulduzu müşahidə edərkən, onun bir il ərzində ellips cızdığını görmüşdür. Tərpənməz ulduzun bu hərəkəti (görünən hərəkəti) o vaxt qəribə görünürdü. Bredli işığın aberrasiyası adlanan bu hadisəni izah etmək yolunda çətinliyə rast gəldi.

Bir dəfə Bredli başqa səyahətçilərlə birlikdə Temza çayı boyunca gəzintiyə çıxıbmış. Hər gəzinti zamanı qayıq çay boyunca dəfələrlə gah aşağı, gah da yuxarı hərəkət edirdi. Bredli qayıq üzərindəki yelkənə nəzər saldıqda görmüşdür ki, hər dəfə qayıq geriyə dönəndə yelkən elə yellənir ki, sanki bu anda küləyin istiqaməti dəyişir. O, matroslara müraciət edərək bu qəribə hadisənin səbəbini soruşmuşdur. Matroslar izah etmişlər ki, qayıq dönərkən küləyin istiqaməti dəyişmir. Yelkənin bu sayaq yellənməsinin səbəbi küləyin istiqamətinin deyil, qayığın hərəkət istiqamətinin dəyişməsi ilə əlaqədardır. Bredli, matrosların izahına qulaq asdıqdan sonra ulduzun il ərzində ellips üzrə görünən hərəkətini işığın sonlu sürətlə
294
yayılması və Yerin Günəş ətrafında fırlanması ilə əlaqələndirdi. O, qayığın dövri hərəkətini Yerin orbit üzrə hərəkəti, müəyyən bir istiqamətdə əsən küləyi isə işığın yayılması ilə əvəz etdi.

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə