Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə104/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

2. Lorens çevrilmələrinə görə Maksvell tənliklərinin invariantlığı. 1904-cü ildə Lorens göstərdi ki, əgər qəbul etsək ki, sahənin intensivliyi də uyğun şəkildə çevrilir, hazırda Lorens çevrilmələri adlandırdığımız koordinat çevrilmələrinə nəzərən Maksvell tənlikləri invariantdır. Fərz edərək ki, bütün maddələr elektromaqnit təbiətlidir və buna görə də onlar üçün Maksvell tənlikləri doğrudur, Lorens uzunluğun qısalması qanununu ala bildi. Sonra Puankare göstərdi ki, yüklərin və cərəyanların uyğun çevrilmələri zamanı elektrodinamikanın bütün tənlikləri Lorens çevrilmələrinə nəzərən invariantdır.
292
1905-ci ildə Eynşteyn özünün xüsusi nisbilik nəzəriyyəsini verdi ki, Lorens və Puankarenin aldığı nəticələr buradan xüsusi hal kimi alınır. Eynşteynin verdiyi hipotez Maykelson təcrübəsi ilə uzlaşırdı.

  1. Elektromaqnit sahəsinin elektrik maqnit sahələrinə bölünməsinin nisbiliyi. Maksvellin ideyasına görə dəyişən maqnit sahəsi həmişə elektrik sahəsi yaradır, dəyişən elektrik sahəsi də öz növbəsində həmişə maqnit sahəsinin yaranması ilə əlaqədardır. Beləliklə, elektrik və maqnit sahələri bir birindən ayrılmazdır və vahid bir elektromaqnit sahəsini əmələ gətirirlər.

Maykelsonun fundamental təcrübəsinin və digər təcrübi faktların nəticələrinin təhlili Eynşteyni bələ qənaətə gətirdi ki, Qalileyin mexaniki hadisələr üçün müəyyən etdiyi nisbilik prinsipi bütün digər fiziki hadısələrə də aid edilməlidir. Eynşteynin ifadə etdiyi nisbilik prinsipinə görə bütün fiziki hadisələrin, o cümlədən elektromaqnit hadisələrinin qanunları bütün ətalət hesablama sistemlərində eyni şəklə malikdir.
Nisbilik prinsipindən belə nəticə alınır ki, elektrik və maqnit sahələrinə ayrılıqda baxılması yalnız nisbi məna daşıyır. Həqiqətən də, elektrik sahəsini hərəkətsiz yüklər sistemi yaradır. Lakin, əgər yüklər bir ətalət hesablama sisteminə nəzərən sükunətdədirlərsə digər inersial sistemdə bu yüklər hərəkət edir və beləliklə, nəinki elektrik sahəsi həm də maqnit sahəsi yaradırlar (hərəkət edən yük cərəyana ekvivalentdir). Hərəkətsiz sabit cərəyanlı naqil fəzanın hər bir nöqtəsində sabit maqnit sahəsi yaradır. Lakin digər inersial hesablama sistemlərinə nəzərən bu naqil hərəkət edir və onun x, y, z koordinatlı istənilən nöqtədə yaratdığı maqnit sahəsi dəyişəcəkdir və beləliklə burulğanlı elektrik sahəsi əmələ gələcəkdir. Beləliklə, müəyyən ətalət hesablama sisteminə nəzərən “sırf” elektrik və ya “sırf” maqnit sahəsi digər inersial
hesablama sisteminə nəzərən elektrik və maqnit sahələrinin məcmusundan ibarət olacaqdır.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə