Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə22/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Enerjinin saxlanmasının ümumfiziki qanunu. Fizikada enerjinin saxlanması qanunu yalnız mexanikada baxılan hadısələrə deyil, istisnasız olaraq təbiətdə baş verən bütün proseslərə aid edilir. Izolə edilmiş cisimlər sisteminin sahələrin tam enerjisi həmişə sabit qalır; enerji yalnız bir formadan digərinə çevrilə bilər.

Enerjinin saxlanması qanununun əsasında zamanın bircinsliyi, yəni bütün zaman anlarının eyni hüquqlu olması durur. Cismin koordinatı və sürətinin qiymətini dəyişmədən t1 zaman anının t2 zaman anı ilə əvəz edilməsi sistemin mexaniki xassələrini dəyişmir. Sistemin özünü aparması t1 zaman anından başlayanda necədirsə, t2 zaman anından başlayanda da elə olacaq.
Enerjinin saxlanmasının ümumfiziki qanunu mexanika tənliklərindən çıxarıla bilməz, ona çoxsaylı təcrübi faktların ümumiləşməsi kimi baxmaq lazımdır.

68

MÜHAZIRƏ 6

Mexanikada nisbilik prinsipi





    1. Qalileyin nisbilik prinsipi. Qaliley çevrilmələri. Çevrilmələrin invariantlığı. Fizika qanunları yalnız əvvəlki dərslərimizə baxdığımız fəza-zaman simmetriyasına görə deyil, ətalət hesablama sistemlərinə görə də invariantdır. Orta məktəbdən bizə məlumdur ki, fizika qanunları iki mühüm fundemental prinsipi - fəza zaman simmetriya prinsipini və nisbilik prinsipini ödəməlidir. Əgər hesablama sistemləri bir- birinə nəzərən düzxətli bərabərsürətli hərəkət edirsə və onlardan birində Nyutonun 1-ci qanunu doğrudursa, onda bu sistemlər ətalət sistemlərdir. Qaliley müəyyən etmişdir ki, bütün ətalət (inersial) hesablama sistemlərində klassik mexanika qanunları eyni formaya malik olur. Bu Qalileyin nisbilik prinsipinin mahiyyətini əks etdirir.

Onun isbatı üçün bir-birinə nəzərən OX oxu boyunca sabit
V0 sürəti ilə hərəkət edən iki hesablama sisteminə baxaq (şəkil 6.1).
Şəkil 6.1

Onlardan birini K hərfi ilə işarə edək və hesab edək ki, o


hərəkətsizdir, V0 sürəti ilə hərəkət edən digər sistemi isə K '
ilə işarə edək. Fərz edək ki, t=0 başlanğıc zaman anında O ilə
O' üst üstə düşür. Fərz edək ki, t anında hərəkət edən nöqtə M

vəziyyətində yerləşir, onda
r

burada
OO' r '






OO'  V0t

Beləliklə,


r V0t r ',
Bu ifadəni proyeksiyalarda yazaq
t t'
(6.1)

x x'  V0t,
y y',
z z';
t t'
(6.2)

Əks çevrilmələrin ifadələri bu şəkildə olacaq

r' r V0t; t' t;
(6.3)

x' x V0t,
y' y,
z' z;
t' t
(6.4)

(6.2) və ya (6.4) ifadələri Qalileyin koordinat çevrilmələri adını daşıyır. Onlarda zaman mütləq hesab olunur və çevrilmirlər. (6.1)-(6.4) ifadələri yalnız klassik mexanika çərçivəsində, yəni V< olduqda doğrudur. (6.1)-i zamana

görə differensiallasaq alarıq
→ → →


V
dr / dt
0

  • dr / dt

və ya
V V0

  • V '


(6.5)

burada V - M nöqtəsinin K hasablama sistemində, V ' -isə K'
hesablama sistemindəki sürətləridir.
Bu düstur trin qeyri relyativistik toplanması qanununu və ya klassik mexanikada (bu V0 -ın sabit olmadığı
halda da doğrudur) sürətlərin toplanması qaydasını ifadə edir.


V0const qəbul edərək (6.5)-i differensiallasaq, alarıq

dV / dt

dV '/ dt
və ya
a a'
(6.6)

Beləliklə, hər iki inersial hesablama sistemində təcil eynidir və ya deyirlər ki, təcil Qaliley çevirmələrinə nəzərən invariantdır (dəyşmir, asılı deyil).
70



Beləliklə,
ma

hərəkət tənliyi bir inersial sistemindən




F
digərinə keçdikdə dəyişmir. Deməli: Nyuton mexanikasının tənlikləri Qaliley çevrilmələrinə nəzərən invariantdır. Bu Qalileyin nisbilik prinsipi adını almışdır. Buradan belə bir nəticə alınır ki, verilmiş ətalət hesablama sistemi daxilində aparılan heç bir mexaniki təcrübə ilə müəyyən etmək olmaz ki, sistem sükunətdədir yoxsa düzxətli bərabərsürətli hərəkət edir.


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə