Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə24/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

irəliləmə ətalət qüvvəsi adlanır.
Bu halda ətalət qüvvəsi fəzaca bircinsdir. Yəni, qeyri ətalət hesablama sisteminin irəliləmə hərəkəti zamanı, bu sistemin bütün nöqtələrində ətalət qüvvəsinin qiyməti eynidir. Bu (6.9) ifadəsindən də görünür. Ətalət qüvvəsi yalnız K/ qeyri ətalət sisteminin başlanğıcının K ətalət sisteminə nəzərən hərəkət etdiyi təcildən asılıdır.
Beləliklə, baxılan qeyri ətalət sisteminə nəzərən hərəkəti iki
üsulla öyrənmək olar. Hər hansı ətalət sistemində Nyutonun ikinci qanununun standart formasından istifadə etməklə maddi
nöqtənin r(t) hərəkət qanununu müəyyən etmək olar, sonra isə
koordinatın (6.1) çevrilməsi qanunundan istifadə etməklə onu
qeyri ətalət sistemində hesablamaq (qeyri ətalət sisteminin

R(t)
hərəkət qanunu məlum olduqda), yəni r(t) -ni tapmaq

F
olar. Nyutonun ikinci qanununun şəkli dəyişmiş (6.10) formasından (bərabərliyin sağ tərəfinə baxılan cismin digər

cisimlərlə qarşılıqlı təsirini müəyyən edən real

qüvvəsinə

(6.9) ifadəsi ilə təyin edilən F ətalət qüvvəsi əlavə edilimişdir)
istifadə etməklə də məsələni həll etmək olar. Qeyri ətalət hesablama sisteminə nəzərən hərəkətə baxarkən bu əlavə qüvvənin meydana gəlməsi koordinatın çevrilməsinin formal nəticəsi olub, maddi nöqtəyə digər cisimlər tərəfindən hər hansı yeni təsirin meydana gəlməsini əks etdirmir. Bu mənada qeyri ətalət sistemindəki müşahidəçi

üçün, həmin qiymətə malik real qüvvə ilə eyni nəticəyə gətirməsinə baxmayaraq ətalət qüvvəsini fiktiv qüvvə adlandırmaq olar.
Ətalət qüvvəsinin təsirini aşağıdakı misalda izah edək. Ona bərkidilmiş kronşteyndən sapla kürə asılmış arabaya baxaq (şəkil 6.3).




Şəkil 6.3

qədər ki, araba sükunətdədir və ya təcilsiz hərəkət edir



P

Fg
sap vertikal yerləşir və ağırlıq qüvvəsi gərilmə qüvvəsi
ilə tarazlaşır. Arabanı təcili ilə irəliləmə hərəkətinə gətirək.
A → →
Sap vertikaldan elə bucaq altında meyl edəcəkdir ki, P Fg

A
qüvvələrinin əvəzləyicisi kürəyə sanki təcili vermişdir. Yəni
ətalət hesablama sistemində sapın meyl bucağı Nyutonun ikinci qanununun nəticəsi olan şərtdən təyin edilir. Araba ilə bağlı

P
olan qeyri ətalət hesablama sistemində qüvvələrinin
Fg
əvəzləyicisi sıfırdan fərqli olsa belə kürə sükunətdədir. Bu hesablama sisteminə nəzərən kürəciyin təcilinin olmamasını
formal olaraq belə izah edə bilərik ki, kürəciyə cəmi mA
→ → → →

bərabər olan P Fg qüvvələrindən əlavə F ətalət = -m A
ətalət

qüvvəsi də təsir edir.
Indi də fırlanan qeyri ətalət hesablama sistemi halına baxaq və sadəlik üçün fərz edək ki, K/ qeyri ətalət hesablama

74


sistemi, K ətalət sisteminin y oxu ilə üst-üstə düşən y/ oxu ətrafında  bucaq sürəti ilə fırlanır. Həmçinin fərz edək ki, bu sistemlərin koordinat başlanğıcları üst-üstə düşür (şəkil 6.4).

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə