Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə27/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Ətalət qravitasiya kütlələrinin ekvivalentliyi. Ətalət qüvvələrinin özünü göstərdiyi ən maraqlı hadisə çəkisizlik halıdır (şəkil 6.6 və şəkil 6.7).



Şəkil 6.6




Şəkil 6.7

Sərbəst hərəkət edən (sürtünmə və cazibə qüvvəsinin təsirinə məruz qalmayan) kosmik gəmi daxilində çəkisizlik şəraitində olan cisimlərə çəki vermək olarmı? Yerin cazibə sahəsində cazibə qüvvəsinin təsirindən xilas olmaq olarmı? Bu suallara cavab vermək üçün qeyri ətalət hesablama sistemi lazımdır. Kosmik fəzada hərəkət edən kosmik gəmiyə Yerin ağırlıq qüvvəsi təcilinə bərabər təcil verdikdə gəmi daxilindəki


 

hər bir cismə bu təcilin əksinə yönəlmiş
Fat  m g
ətalət

qüvvəsi təsir edir. Bu səbəbdən gəmi daxilindəki cisimlər sanki bilavasitə Yerin cazibə sahəsində yerləşmiş və çəkiyə malikdir. Gəmi daxilində aparılan heç bir təcrübə gəminin Yerin cazibə

sahəsində olduğunu, yoxsa g təcili ilə hərəkət etdiyini bir-
birindən fərqləndirə bilmir. Deməli, hərəkət təcili sərbəstdüşmə təcilinə bərabər olduqda, cisimlər cazibə sahəsində və qeyri- ətalət hesabat sistemində özlərini eyni cür aparır, başqa sözlə, ətalət və cazibə qüvvələri analoji (oxşar) qüvvələrdir. Bu oxşarlıq, ekvivalentlik prinsipinin əsasını təşkil edir. Müasir fizikada ekvivalentlik prinsipi fundamental rol oynayır. Bu prinsipə görə cazibə sahəsi kiçik oblastda və zamanda (onu bircins və zamana görə sabit hesab etmək mümkün olduqda) təcilli hesablama sistemi ilə eynilik təşkil edir. Ekvivalentlik prinsipi ətalət və qravitasiya kütlələrinin bərabərliyindən alınır.
80

Nyutonun ikinci qanununun qeyri-ətalət hesabat sistemində ödənməsi üçün ətalət qüvvəsi anlayışı daxil etməli olduq. Lakin Nyutonun üçüncü qanunu ətalət qüvvələrinə tətbiq oluna bilmir. Bu qüvvələr qarşılıqlı təsirdə olan ayrı-ayrı cisimlərlə əlaqədar olmadığından qarşılıqlı təsir qüvvələri deyildir. Ona görə qeyri ətalət hesabat sistemi həmişə açıq sistemdir. Ətalət qüvvəsi bu sistem üçün xarici qüvvə rolunu oynayır. Odur ki, qeyri ətalət hesabat sistemi üçün tam mexaniki enerji və impulsun dəyişmə qanunları, ətalət qüvvələri xarici qüvvələr kimi qəbul olunduqda öz gücündə qalmalıdır. Beləliklə, qeyri ətalət hesabat sistemindəki cisimlər arasında yalnız konservativ qüvvələr təsir edirsə, həmin sistemin tam mexaniki enerjisinin dəyişməsi sistemə daxil olan cisimlərə təsir edən ətalət qüvvələrinin gördüyü işlərin cəminə, sistemin impulsunun vahid zamanda dəyişməsi isə həmin cisimlərə təsir edən ətalət qüvvələrinin vektorial cəminə bərabərdir.

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə