Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə26/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

koriolis ətalət qüvvəsi adlanır. Ümumi halda Koriolis qüvvəsi
üçün ifadə aşağıdakı şəkildədir


FK
 2m
(6.16)

(6.16) ilə təyin edilən Koriolis qüvvəsinin fərqləndirici
xüsusiyyəti ondan ibarətdir ki, o yalnız fırlanan hesablama
sisteminə nəzərən hərəkət edən cismə təsir edir. O  və 

vektorlarının vektori hasili ilə mütənasib olub bu vektorlara perpendikulyardır və istiqaməti vint qaydası ilə təyin edilir.
Müşahidələr göstərmişdir ki, cisimlərin yerin səthinə nəzərən hərəkəti ilə bağlı hadisələrin öyrənilməsi zamanı Koriolis qüvvəsinin təsirini nəzərə almaq lazımdır. Çaylar cənub yarımkürəsində cənuba, şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol, şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması (bu hadisə Bera qanunu adlanır) Koriolis qüvvəsinin təsiri ilə izah olunur. Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ, cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır.
Koriolis qüvvəsinin təsiri ilə sərbəst düşən cisimlər şaquli istiqamətdən şərqə doğru meyl edir. Şimal yarımkürəsində tropik küləklərin (passatların) yaranması da Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır. Koriolis qüvvəsi mərmilərin hərəkət istiqamətinə də təsir göstərir. Şimal qütbə doğru hərəkət edən mərmi Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə, cənub yarımkürəsində isə qərbə doğru meyl edir. Mərmi meridian üzrə cənuba doğru hərəkət etdikdə isə müvafiq meyllər yuxarıdakıların əksinə olur. Ekvator boyu qərbə doğru hərəkət edən mərmi Koriolis qüvvəsinin təsiri ilə Yerə sıxıldığı halda, şərqə doğru hərəkət zamanı Yerdən uzaqlaşır. Hərəkət istiqamətində (hərəkətin şimala, yaxud cənuba doğru baş verməsindən asılı olmayaraq) baxdıqda şimal yarımkürəsində Koriolis qüvvəsi sağa, cənub yarımkürəsində sola doğru yönəlir.
Beləliklə, ətalət hesablama sistemində cismin təcili ona digər cisimlər (və sahələr) tərəfindən təsir edən “real” qüvvələrlə təyin edilir. Qeyri ətalət hesablama sistemində bu sistemə nəzərən təcili təyin etmək üçün ətalət qüvvəsini də əlavə etmək lazımdır.
78
Ümumi halda hesablama sistemi ətalət hesablama sisteminə nəzərən eyni zamanda həm irəliləmə, həm də fırlanma hərəkəti edə bilər. Bu zaman yekun ətalət qüvvəsi ümumi halda belə

ifadə edilir:
→ → → → →

Fat
 m( A r 2  2
nis
  r )

(6.17)


Bir daha qeyd edək ki, bu ifadədə birinci hədd irəliləmə ətalət qüvvəsini, ikinci mərkəzdənqaçma ətalət qüvvəsini, dördüncü qeyri ətalət sisteminin qeyri müntəzəm fırlanması zamanı yaranan ətalət qüvvəsini (bu nadir hallarda maraq kəsb edir) təyin edir. Üçüncü hədd isə koriolis ətalət qüvvəsi olub digərlərindən fərqli olaraq qeyri ətalət hesablama sistemində cismin hərəkəti ilə əlaqədardır.


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə