Mühazirə kursu а з я р бай ж ан р е с публика


Milyonlarla dərsliklərdə, çoxsaylı məqalələrdə



Yüklə 5,01 Mb.
səhifə33/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Milyonlarla dərsliklərdə, çoxsaylı məqalələrdə, monoqrafiyalarda yüz ildən artıq bir müddətdə təsdiq edilir
94

ki, cismin sürətinin artması ilə onun kütləsi artır müvafiq düsturlar yazılır.
Son illər isə nəzəri fizika ilə məşğul olan bir sıra alimlər xüsusi nisbilik nəzəriyyəsi haqqında, cismin kütləsi haqqında təsəvvürlərin yanlış olduğunu qeyd edir və onu tənqid edirlər. Nisbilik nəzəriyyəsi nöqteyi nəzərincə cismin kütləsi m

onun
E0 sükunət enerjisini xarakterizə edir. Eynşteynə görə

E0 mc2
(8.6)

Yəni cismin sükunət enerjisi onun kütləsi ilə mütənasibdir.
Məhz hərəkətsiz, sükunətdə olan materiyada nəhəng

( c2
 9 1016 м2 / san2
) enerji ehtiyatının olması haqqında

Eynşteynin 1905-ci ildə söylədikləri nisbilik nəzəriyyəsinin əsas praktiki nəticəsidir. Bütün nüvə energetikası və bütün hərbi nüvə texnikası (həmçinin, bütün adi energetika) (8.6) ifadəsinə əsaslanmışdır.
Cismin enerjisi E və impulsu p üçün Lorens çevrilmələri aşağıdakı şəkli alır:

E  E'vp' ,
p p'
vE'  , p p' ,



x x

y y
c2

pz p'z . (8.7)
Əgər sükunətdə olan cismə K ' hesablama sistemində
Lorens çevrilmələrini tətbiq etsək (bu zaman nəzərə almaq
lazımdır ki, E'mc2 , p' 0 ) enerji və impulsun onun sürəti ilə

əlaqəsi alınar:


E mc2 , (8.8)

Burada
p mv
E v . (8.9)
c2

v pc2 / E . (8.10)

(8.8), (8.9) ifadələrindən cismin enerjisi E, impulsu p
kütləsi m arasındakı mühüm ifadəni alarıq:

E 2 
c4
p2
c2
m2

(8.11)


(8.11) ifadəsindən alınır ki, bir inersial hesablama sistemindən
digər inersial hesablama sisteminə keçdikdə cismin kütləsi
dəyişmir. E p üçün Lorens şevrilmələrindən (8.7) istifadə
etsək buna asanlıqla əmin olmaq olar.
Beləliklə, 4 ölçülü vektorun komponentləri olan E p - dən fərqli olaraq kütlə m Lorensə görə invariantdır və beləliklə, o cismin sürətindən asılı deyil. Buna görə də geniş

yayılmış “relyativistik kütlə
mr ”, “sükunət kütləsi m0

ifadələrini işlətmək lazım deyil. Adi cisimlər üçün nisbilik nəzəriyyəsində və Nyuton mexanikasında eyni olan cismin m kütləsi haqqında danışmaq lazımdır. Hər iki nəzəriyyədə kütlə m hesablama sistemindən asılı deyil, yəni kütlə invariantdır.
Qeyd edək ki, elementar zərrəciklər arasında elələri var ki, kütlələri sıfra bərabərdir məsələn, fotonlar, qlüonlar, neytrinonun bəzi tipləri və s.
Kütləsiz zərrəciklər üçün (8.10) və (8.11)-dən alınır ki,

p E / c,
v  c
(8.12)

Nisbilik nəzəriyyəsində Nyuton mexanikasında olduğu kimi impulsun, enerjinin saxlanması qanunları ödənilir.
Nisbilik nəzəriyyəsində enerji impuls additivdir, lakin kütlənin additivliyi qanunu ödənilmir. Bunu isbat edək.
Iki sərbəst cismin yekun enerjisi E onların enerjiləri
cəminə bərabərdir, yəni E E1E2 . Anoloji olaraq

1
p p p2 . Bunları nəzərə almaqla (8.11)-dən taparıq:
96



m2
E1
E2 c4
p
p 2

2
c2
 m m 2



1 2

2
(8.13)


1
Yəni yekun kütlə
p
p→2
impulsları arasındakı bucaqdan


1
asılıdır. Hər birinin enerjisi E olan iki fotondan ibarət sistemin

kütləsi əgər onlar əks istiqamətdə hərəkət edirlərsə
2E / c2 ,

eyni istiqamətdə hərəkət edirlərsə sıfıra bərabərdir. Bu misal nümayiş etdirir ki, nisbilik nəzəriyyəsində kütlə additiv deyil. Qeyd etmək lazımdır ki, zərrəciyin kütləsinin təbiətinin izahı müasir fizikanın ən mühüm problemlərindən biri olaraq qalır.

(8.9)-a əsasən relyativistik impuls
p   mv
E vc2
, bu

zaman hər iki düstur “ağır”, yəni sıfır kütləsi olmayan zərrəciklər üçün doğrudur. Kütləsiz zərrəciklər üçün (m = 0)

p E
c2
v .

Relyativistik dinamikanın əsas tənliyi bu şəkli alır
dp / dt F və ya daha ətraflı:
d E v



dp d mv


c2






dt dt
F
dt
(8.14)

Fəzanın bircinsliyi daxilində relyativistik mexanikada
relyativistik impulsun saxlanması qanunu ödənilir: Qapalı sistemin relyativistik impulsu saxlanılır.
Beləliklə, hadisələrin sürəkliliyi (zaman), cismin ölçüsü
mütləq kəmiyyət olmayıb cismin sürətindən asılıdır, yəni nisbidir. Bundan əlavə kütlə və enerji keyfiyyətcə materiyanın müxtəlif xassələri olsa da bir-biri ilə əlaqəlidir. Nisbilik nəzəriyyəsinin əsas nəticəsi ona gətirir ki, fəza və zaman qarşılıqlı əlaqəlidirlər və materiyanın mövcudluğunun vahid formasını fəza-zamanı əmələ gətirirlər. Fəza-zamanın daha

ümumi nəzəriyyəsi ümumi nisbilik nəzəriyyəsi və ya cazibə nəzəriyyəsi adlanır. Belə ki, bu nəzəriyyəyə görə verilmiş oblastda fəza-zamanın xassələri orada təsir edən cazibə sahəsi ilə təyin edilir.
Yuxarıda təsvir etdiyimiz nəzəriyyədə Eynşteyn cazibənin təsirini nəzərə almayıb. Buna görə də o xüsusi nisbilik nəzəriyyəsi adlanır. Belə ki, o Eynşteynin sonralar, 1915-ci ildə bitirdiyi ümumi nisbilik nəzəriyyəsinin xüsusi halıdır.

98

MÜHAZIRƏ 9

Səlt mühit mexanikasinin elementləri


  1. Qazların mayelərin ümumi xassələri. Maye maddənin aqreqat hallarından biridir. O, qazla bərk cisim arasında aralıq mövqe tutur: qazlar kimi mayenin də forması yoxdur. O olduğu qabın formasını alır, bərk cisimlər kimi sıxılması çox kiçikdir, müəyyən həcmə malikdir və sıxlıqları böyükdür. Maye molekulları bərk cismin hissəcikləri kimi tarazlıq vəziyyəti ətrafında rəqs edirlər, ancaq bərk cisimdən fərqli olaraq onların tarazlıq vəziyyəti yerini dəyişə bilər.

Müəyyən şəraitdə qaz mayeyə çevrilir, hətta elə hal (böhran halı) ola bilir ki, maye ilə qaz arasındakı fərq itir. Bu mülahizəyə istinad edərək maye halını sıxılmış Van-der-Vaals qazı ilə ekvivalent qəbul edərək onun halını həmin tənliklə ifadə etməyə çalışmışlar. Buna əsas verən səbəblərdən biri müəyyən temperaturda Van-der-Vaals izotermlərinin bir hissəsinin təzyiqin mənfi qiymətinə uyğun gəlməsidir. İzotermin bu hissəsi göstərir ki, maye dartıla bilər və bu dartılmaya qarşı müqavimət yarada bilər. Mayenin dartılması təcrübə ilə təsdiq edilmişdir. Mayelərin real qazlara oxşarlıq əlamətləri çoxdur. Onlardan temperaturun artması ilə səthi gərilmənin, buxarlanma istiliyinin azalmasını, qaynama zamanı maye və doymuş buxarın sıxlıqlarının yaxınlaşmasını göstərmək olar. Digər tərəfdən maye qaz kimi axa bilir. Hidro- və aerodinamikada qaz və mayelərin hərəkət qanunları eyni qəbul edilir. Nəhayət, mayenin quruluşunda sonlu məsafədə molekulların nizamlı yerləşməməsi mayenin Van-der-Vaals qazına oxşar qəbul edilməsinə səbəb olmuşdur. Bu səbəbdən, bütün gələcək şərhlərdə, xüsusi ehtiyac olmasa, qaz halından söhbət açmayacağıq.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə