Mühazirə kursu а з я р бай ж ан р е с публика


MÜHAZIRƏ 8 Relyativist dinamikanın elementləri



Yüklə 5,01 Mb.
səhifə31/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

MÜHAZIRƏ 8

Relyativist dinamikanın elementləri





  1. Relyativist mexanikada nisbilik prinsipi. Tarixi olaraq məhz sürətlərin toplanması qanunu fəza və zamanın xassələri haqqında Qaliley təsəvvürlərinin məhdudluğunu göstərdi.

Həqiqətən də, bu qanuna görə işıq sürətinə yaxın sürətlə hərəkət edən hesablama sistemində işıq sürəti, sükunətdə olan sistemdəki işıq sürətindən kiçik olmalı, yəni (c - V)-ə bərabər olmalı, əksinə hərəkət zamanı isə işıq sürəti (c + V )-yə bərabər olmalıdır. Əslində isə bu müşahidə olunmur. Təcrübələr göstərir ki, c- dəyişmir.
Işıq sürətinin sabitliyi ilk dəfə Maykelson və Morlinin 1880-1887–ci illər ərzində apardıqları təcrübələrlə təsdiq edilmişdir. Bu təcrübələrdə hərəkət edən hesablama sistemi

olaraq Günəş ətrafı orbit boyunca
3104 м / san
sürətlə

hərəkət edən Yer götürülmüşdür. İşığın sürəti bu istiqamətə və ona perpendikulyar istiqamətdə işıq sürəti ilə müqayisə edilmişdir. Hər iki istiqamətdə işığın sürəti eyni olmuşdur.
Elektromaqnit hadisələrini təsvir edən Maksvell tənliklərindən də işıq sürətinin sabit olması nəticəsi alınır.
1905-ci ildə Eynşteyn təklif etdi ki, işıq sürətinin bütün inersial hesablama sistemlərində eyni olması səbəbinin axtarışından imtina edilsin. O, belə bir fikir irəli sürdü ki, işıq sürətinin sabit olması təbiətin fundamental xassəsidir, yəni bunu fakt kimi qəbul etmək lazımdır.
Vakuumda, bütün inersial hesablama sistemlərində işıq sürətinin sabitliyi Eynşteyn postulatı adlanır. Postulat da aksioma kimi isbatı tələb olunmayan həqiqətdir. Digər postulat Eynşteynin nisbilik prinsipi adlanır:

92


Təbiət qanunları bütün inersial hesablama sistemlərində eynidir və ya təbiət qanunlarını ifadə edən tənliklər Lorens çevirmələrinə nəzərən invariantdır.
Bu postulatdan belə nəticə alınır ki, verilmiş hesablama sistemi daxilində aparılmış heç bir təcrübə (mexaniki, elektrik, optik və s.) ilə sistemin sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olduğunu müəyyən etmək olmaz.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə