Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə20/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

L konturu boyunca sirkulyasiyası sıfra bərabərdir.
64


Şəkil 5.6
Qeyd etmək lazımdır ki, cazibə və elastiki qüvvələr konservativ qüvvələrdir.
Konservativ olmayan bütün qüvvələr qeyri konservativ qüvvələr adlanır. Bunlara ilk növbədə dissipativ qüvvələr (məsələn, sürtünmə qüvvəsi, qaz və ya maye mühitində hərəkət zamanı yaranan müqavimət qüvvəsi) aiddir. Bu qüvvələr yalnız cismin konfiqurasiyasından deyil, onların nisbi sürətindən də asılıdır. Doğrudan da, bir halda ki, sürtünmə qüvvəsi yerdəyişmənin və ya sürətin əksinə yönəlmişdir, onda qapalı kontur boyunca dissipativ qüvvənin işi həmişə mənfidir və beləliklə sıfra bərabər deyil.
Qeyri konservativ qüvvələrin bir növü də giroskopik qüvvələrdir. Bu qüvvələr maddi nöqtənin sürətindən asılı olub, həmişə bu sürətə perpendikulyar yönəlmişdir. Bu cür qüvvələrin işi maddi nöqtənin istənilən hərəkətində o cümlədən, qapalı trayektoriya boyunca hərəkəti zamanı sıfra bərabərdir. Giroskopik qüvvələrin konservativ qüvvələrdən fərqi ondan ibarətdir ki, onlar yalnız maddi nöqtənin vəziyyəti ilə deyil, həm də nöqtənin sürəti ilə təyin edilir. Bu qüvvələrə yeganə misal olaraq Lorens qüvvəsini göstərə bilərik.

  1. Konservativ qeyri konservativ sistemlər. Konservativ sistemlər elə sistemlərdir ki, daxili qüvvələr yalnız konservativ, xarici qüvvələr isə konservativ və stasionar qüvvələrdir. Konservativ sistem (latınca conservo-saxlayıram) elə fiziki sistemdir ki, qeyri konservativ qüvvələrin işi sıfra

65
bərabərdir və bu sistem üçün mexaniki enerjinin saxlanması qanunu doğrudur, yəni kinetik və potensial enerjilərin cəmi sabitdir. Konservativ sistemə misal olaraq günəş sistemini göstərmək olar. Yer şəraitində mexaniki enerjinin azalması və onun digər enerji formasına, məsələn, istiliyə keçməsinə səbəb olan müqavimət qüvvələri (sürtünmə, mühitin müqaviməti və s.) qaçılmaz olduğundan, konservativ sistem yalnız təqribi yaxınlaşma ilə mövcud ola bilər. Məsələn, havanın müqavimətini və asılma oxundakı sürtünməni nəzərə almasaq, rəqs edən riyazi rəqqası təqribən konservativ sistem hesab etmək olar. Konservativ sistemi, impulsun saxlanması qanununun ödəndiyi qapalı sistemlə qarışdırmaq olmaz, əgər daxili qüvvələr konservativ (potensial) qüvvələr deyilsə qapalı sistem ümumiyyətlə konservativ sistem ola bilməz. Öz növbəsində əgər konservativ sistemin hərəkəti konservativ sistemə daxil olmayan cisimlərin yaratdığı potensial qüvvənin sahəsində baş verirsə o qapalı olmaya da bilər, məsələn, Yerin cazibə sahəsində riyazi rəqqasın rəqsi.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə