8
və HKM-nin iştirakı ilə yazışmalar həyata keçirilir. Bank təşkilatı müvafiq ödəniş
sənədi aldıqdan sonra, növbəti əməliyyat günündən gec olmayaraq, müştərinin
hesabma pul köçürülməsini təmin etməlidir.
Müştərinin hesabma vəsaitin mədaxili və ya hesabmdan vəsaitin köçürülməsi qanuna
uyğun aparılmasa, banklar bu vəsaitlərin məblə- ğinə Azərbaycan Respublikası Milli
Bankmın faiz dərəcəsinə əsaslanan faiz ödəyirlər.
ÖdəniĢ sənədi - nağdsız qaydada pul vəsaitinin kredit təşkilatı vasitəsi ilə ödənilməsi
barədə yazılı şəkildə kağız üzərində (kağız daşıyıcı) və ya elektron formada (elektron
daşıyıcılarda) rəsmiləşdirilən sərəncamdır.
Ödəniş sənədləri standart
tələblərə uyğun olduqda (azərbaycan
RESPUBLĠKASINDA
NAĞDSIZ
HESABLAġMALAR
VƏ
PUL
KÖÇÜRMƏLƏRĠ HAQQINDA
təlĠmat) banklar tərəfmdən qəbul olunur və bu sənədlərdə aşağıdakılar göstərilir:
Ödəniş sənədlərinin adlandırılması;
Ödəniş sənədinin nömrəsi, yazılma ili, ayı, tarixi;
Ödəyicinin adı,
onun bankda hesab nömrəsi, ödəyicinin bank nömrəsi və onun adı;
Yəsait alanın adı, onun
bank hesab nömrəsi;
Vəsait alanm bank nömrəsi və onun adı;
Ödənişin təyinatı (çekdə qeyd olunmur);
Ödənişin məbləği (rəqəmlə).
Ödəniş sənədinin 1-ci nüsxəsi bank hesabma çıxış imkam olan və möhürü olan
vəzifəli şəxs tərəfmdən imzalanmalıdır. Ödəyicinin hesa- bmdan vəsaitin köçürülməsi
yalnız hesabat sənədinin 1-ci nüsxəsinə əsaslanır.
Ödəniş sənədlərinin (çeklərdən başqa) texniki üsullarla surəti çıxa- rılır. Çeklər əl ilə
mürəkkəb və ya diyircəkli qələmlərlə yazılır. Ödəniş sənədləri bankm əməliyyat günü
ərzində qəbul edilir. Təcrübə göstərir ki, bir çox banklarda əməliyyat günü saat 13
00 a
kimi təyin olunur. Əmə- liyyat zamanı müştərilərin təqdim etdiyi sənədlər elə həmin
gün balansa tətbiq olunur.
Banklar hesablar üzrə əməliyyatları qeyd etdiyimiz kimi, ödəniş sənədləri əsasmda
aparır. Kağız daşıyıcılarda və ya elektron formada göndərilmiş ödəniş sənədlərinin
geri çağırılması məsələsi hesablaşma sisteminin iş qaydalarım nəzərə almaqla bank
hesabı müqaviləsi ilə tənzimlənir.
Ödəniş sənədlərinə onların ayrılmaz hissələri olan əlavələr qoşula bilər. Nağdsız
hesablaşmalar müvafıq təlimatda nəzərdə tutulmuş formalarda həyata keçirilərkən
aşağıdakı ödəniş sənədlərindən istifadə edilir:
ödəniĢ tapĢırıqları;
inkasso sərəncamları;
inkasso tapĢırqları;
akkreditivlər.
Ödəniş sənədləri elektron daşıyıcılar vasitəsilə təqdim edildikdə, elektron sənədlərə
dair müştəri ilə bank arasında münasibətlər, o cümlədən elektron imzadan istifadə,
KitabYurdu.az
75
9
elektron imzamn yoxlanılması və elektron sənədin istifadəsi ilə bağlı digər məsələlər
qanunvericiliyə müvafiq qaydada tənzimlənir. Ödəniş sənədində onun tarixi və
nömrəsi göstərilir. Bu sənədlərdə pozub düzəltməyə, düzəliş etməyə və təshihedici
maddələrdən istifadə etməyə yol verilə bilməz. Sənədlərin yazıldığı gündən (yazılma
günü nəzərə ahnmadan) sonra üç iş günü ərzində banka təqdim edilə bilər (“B”
formatlı ödəniş tapşırıqlan istisnadır). Ödəniş sənədləri bir qayda olaraq
hesablaşmanm iştirakçıları saymda banka təqdim edilir. Bankın daxili prosedurları ilə
ödəniş sənədlərinin fərqli sayı da nəzərdə tutula bılər. Ödəniş sənədlərinin bütün
nüsxələri eyni ilə doldurulur. Vəsait ödəyicinin hesabmdan ödəniş sənədinin birinci
nüsxəsi əsasmda silinir. Ödənış sənədini təqdim edən fiziki şəxsdirsə, həmin şəxs onu
imzalayır. Əgər,
sənədi təqdim edən
hüquqi şəxsdirsə, ödəniş sənədi bankda hesab üzərində sərəncam vermək hüququ olan
və imza nümunələri siyahısmda nəzərdə tutulan vəzifəli şəxslər tərəfmdən imzalanır
və möhürlə təsdiq edilir. Hüquqi şəxs admdan filiallar, nümayəndəliklər, habelə digər
struktur bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar barəsində ödəniş
sənədlərini həmin hüquqi şəxsin vəkil etdiyi şəxslər imzalayır və möhürlə təsdiq edir.
Ödəniş sənədlərində banklarm qeydləri onlarm daxili prosedur qaydalarına uyğun
qoyulur və banklarda müəyyən olunmuş qaydada arxivləşdirilir. Bank tərəfmdən
qəbul edilərkən ödəniş sənədləri müvafiq Təlimatla və Azərbaycan Respublikasmm
qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə uyğun
yoxlamlır. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri
qəbul edilmir. İcra vaxtı keçmiş, ödəniş sənədində hər hansı düzəliş aparılmışsa,
rekvizitlərdə uyğunsuzluq olarsa, rəqəmlə və yazı ilə məbləğlər arasmda uyğunsuzluq
olarsa, möhür vurulmamış, ödəniş sənədi qüsurlu hesab edilir.
3.NAĞDSIZ HESABLAġMALARIN FORMALARI
Müasir şəraitdə fəaliyyət göstərən qanuna uyğun olaraq,
nağdsız hesablaĢmaların
aĢağıdakı formalanndan istifadə olunur:
ÖdəniĢ tapĢırıqları;
Ödəmə-tələbnamə taĢırqıları;
Çeklər;
Akkreditivlər.
Alıcı və satıcı arasmda hesablaşma formaları təsərrüfat sazişlərində müəyyən olunur.
Satıcı və alıcı arasmda hesablaşmalarm qarşılıqlı iddia və tələbləri bank təşkilatlarımn
iştirakı olmadan həll olunur. Yalnız mübahisəli məsələlər məhkəmədə həll olunur.
ÖdəniĢ tapĢırığı - hesab sahibinin şəxsi hesabmdan müəyyən pul vəsaitinin digər
müəssisə hesabma köçürülməsi haqqmda banka yazılı göstərişidir. Ödəniş
tapşırıqlarmm tətbiq sahəsi genişdir. Onun köməyi ilə istehsalatda əmtəə və qeyri-
əmtəə əməliyyatları həyata keçirilir. Bununla belə qeyri-əmtəə ödənişləri yalmz
ödəniş tapşırıqlarmm köməyi ilə baş verir. Mal və xidmətlərə görə hesablaşmalarda
ödəniş tapşırıqlarından bu hallarda istifadə olunur:
KitabYurdu.az
76