12
Vəsaitin ödəyicisi və ya vəsait alan şəxs bank hesabı olmayan fıziki şəxs olduqda
ödəniş tapşırığmm A2 və B2 hissəsinin "Adı" sahəsində fıziki şəxsin adı, şəxsiyyətini
təsdiq edən sənəd (sənədin adı, seriyası, nömrəsi, kim tərəfmdən və nə vaxt verilib) və
"Hesab N°"si sahəsində fıziki şəxsin ünvanı göstərilir (şəkil 6.1.). Xarici valyuta ilə
ödənişlər zamanı vasitəçi bank olarsa ödəniş tapşırığmm B1 hissəsinin "Vasitəçi
bank" sahəsində onun adı və S.W.I.F.T BİK kodu göstərilir. Büdcə və büdcədənkənar
dövlət fondlarmm ödənişlərini həyata keçirmək üçün isə ödəyici tərəfmdən sənədin
B1 hissəsində Baş Dövlət Xəzinədarlığmm rekvizitləri, B2 hissəsində vəsaiti alan
büdcə təşkilatmm və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, D3 hissəsində
büdcə
təsnifatmm kodu, D4 hissəsində isə büdcə səviyyəsinin kodu göstərilir.
“B” formatlı ödəniĢ tapĢırıqları ilə hesablaĢmalar. Bu format hüquqi və fıziki şəxslər
tərəfindən kommunal xidmətlərin (su, qaz, elektirik enerjisi, və.s), telefon danışıqları
haqqınm, icarə haqqınm ödənilməsi və s. bu kimi xidmətlərlə əlaqədar nağdsız
ödənişləri həyata keçirmək üçün istifadə olunur və bu xidmətləri göstərən hüquqi
şəxslər tərəfindən doldurularaq ödəyiciyə təqdim edilir. Ödəniş tapşırığmı almış
hüquqi şəxs tapşırığm müvafiq sahəsində öz bank hesab nömrəsini qeyd edir, imza və
möhürlə təsdiq edərək xidmət olunduğu banka təqdim edir. Sonrakı addımda ödəniş
tapşırığmı almış bank hesabı olmayan fıziki şəxs ödəniş tapşırığım istənilən emitent
banka təqdim edə bilər. Bank hesabı olan fıziki şəxs ödəniş tapşırığmda öz bank
hesabmı göstərməklə onu xidmət olunduğu banka və ya bank hesabı olmayan fıziki
şəxs kimi nağd qaydada istənilən emitent banka təqdim edə bilər.
Emitent bankm məsul şəxsi ödəyici tərəfindən təqdim edilən ödəniş tapşırığınm tərtib
olunmasmm düzgünlüyünü və ödənişi təmin edən məbləğin olmasım yoxlayır.
Kənarlaşma olmadıqda emitent bankın məsul şəxsi bankm daxili prosedur qaydalarına
uyğun olaraq "İcra haqqmda bank qeydi" sahəsində ödəniş tapşırığmm icra üçün
qəbul olunmasmı öz imzası və bankm ştampı ilə təsdiq edir. "Ödəyici üçün" nəzərdə
tutulmuş hissə ödəyiciyə qaytarılır və "Bank üçün" nəzərdə tutulmuş hissə isə emitent
bankda saxlanılır.
Emitent bankın məsul şəxsi ödəniş tapşırığmm "Bank üçün" nəzərdə tutulmuş hissəsi
əsasmda Milli Bankın müvafiq normativ aktına uyğun olaraq ödənişi benefısiar banka
göndərir. Benefisiar bankın məsul şəxsi aldığı ödəniş tapşırığmı yoxlayır, kənarlaşma
olmadıqda pul vəsaitini vəsait alanm bank hesabma daxil edir, bankın daxili prosedur
qaydalarına uyğun olaraq təsdiq edir və bank hesabı müqaviləsində nəzərdə tutulmuş
qaydada hesabdan çıxarışla birlikdə vəsait alana təqdim edir. Emitent bank ödəyicinin
tələbi ilə ona ödəniş tapşırığınm icrası haqqmda dərhal yazılı bildiriş verməlidir.
Ödəniş tapşırığmm icra- sı haqqında bildirişin tərtibi qaydası və onun məzmununa aid
tələblər tərəflərin razılaşması ilə nəzərdə tutulur. Əgər tərəflərin razılaşmasmda bu
tələblər nəzərdə tutulmayıbsa, ödəniş tapşırığmm icrası haqqmda yazılı bildiriş
emitent bank tərəfindən sərbəst formada tərtib edilir. Benefisiar bank ödənişi aldığı
günün ertəsi iş günündən gec olmayaraq vəsait alanm bank hesabına mədaxil
etməlidir, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə
tutulmasm.
KitabYurdu.az
79
13
Bazar iqtisadiyyatmda
köçürmə hesablaşmalarm daha geniş yayılmış forması olur.
Beynəlxalq Hesablaşma Bankmm təsnifatma müvafiq olaraq köçürmə:
kredit köçürməsi,
debet köçürməsinə bölünür.
Kredit köçürməsi. Banklarm xidmət göstərdikləri ödəniş dövriyyəsinin böyük bir
hissəsini kredit köçürməsi təşkil edir. Bu təşəkkül tapan ənənələr, həmçinin ödəniş
böhranı şəraitində debet köçürmələrinə dair zəmanətlərin yoxluğu ilə şərtləşdirilir.
Bank sistemində kredit köçürməsinin başlanması ilə bağlı təşəbbüs alıcınm
(kreditorun) hesabmı kreditləşdirmək sərəncammı verən ödəyiciyə (debitora) məxsus
olur. Bu zaman ödəniş aləti debet hesabmdan silinmə haqqında ödəniş sərəncamı olur.
Müştərilərin sərəncamına əsasən köçürmələrin yerinə yetirilməsi zamanı sənəd
dövriyyəsi sxemi sadəliyi ilə fərqlənir. Məhz buna görə də bu forma zamanı ilk
növbədə yeniliklər meydana çıxır. Xüsusilə də, bu istiqamətdə
elektron köçürməsi
daha geniş vüsət almışdır.
Ödəniş sərəncamları ilə bank vasitəsilə həyata keçirilən köçürmələr əmtəə mallarma
və xidmətlərə görə ödənişlər üçün tətbiq olunur:
Müddətli ödəmələr - iri sövdələşmələr zamanı yüklərin boşaldıl- masmdan dərhal
sonra (əmtəə malınm birbaşa aksepti yolu ilə), eləcə də müəyyən ödənişlər zamanı;
Vaxtmdan əvvəl və vaxtı keçmiş ödəmələr - tərəflərin maliyyə və- ziyyətinə zərər
vurmadan müqavilə münasibətlərinin çərçivələri daxilin- də.
Ġnkasso - bank müştərilərin göstərişi ilə digər müəssisə və təşkilatlardan hesablaşma
əmtəə və pul sənədlərinə əsasən pul vəsaitlərini alır. İnkasso xidmətlərində
tədarükçünün bankı, şəxsən xüsusi poçtun əlaqə orqanları vasitəsilə ödəmə tələbnamə
tapşırıqları ödənişçiyə göndərilir. Tədarükçü və alıcı arasında qarşılıqlı sazişə əsasən
sənədlər tədarükçünün bankmdan alıcınm bankma teletayp və telefaks vasitəsilə
göndərilir.
İnkasso üzrə hesablaşmalar zamanı emitent bank (vəsait alan bank) müştərinin (vəsait
alanm) tapşırığı ilə ödəyicidən ödənişin və (və ya) ödəniş akseptinin almması
əməliyyatlarmı vəsait alanm hesabına həyata keçirməyi öhdəsinə götürür. Vəsait
alanm tapşırığım almış emitent bank tapşırığm icrası üçün ödəyicinin müştərisi
olduğu icraçı bankı (ödəyici bankı) cəlb edə bilər. İnkasso tapşırıqlarmdan mallarm
almması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı ödənişlərin almması
üçün, habelə müqavilə ilə nəzərdə tutulmuş digər hallarda istifadə edilir. İnkasso üzrə
hesablaşmalar inkasso tapşırığı əsasında həyata keçirilir.(şəkil 6.2)
Ödəyici ilə vəsait alan arasmda bağlanmış müqavilədə nəzərdə tutulan hallarda
inkasso tapşırığma müvafıq sənədlər əlavə edilir. Bu zaman inkasso tapşırığmda
həmin sənədlərin siyahısı (vərəqlərin sayı ilə birgə) göstərilir. İnkasso tapşırığı
əsasmda ödənişin almması:
akseptli qaydada
akseptsiz qaydada həyata keçirilə bilər.
KitabYurdu.az
80