1
MÖVZU 6 HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN KREDİT ÖDƏMƏ
QABİLİYYƏTİ
PLAN
1.MÜŞTƏRİNİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİ VƏ ONUN MEYARLARI
2.MÜŞTƏRİNİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR MALİYYƏ ƏMSALLARI
3. MALİYYƏ AXINININ TƏHLİLİ KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULU KİMİ
4. MÜŞTƏRİNİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULU KİMİ İŞGÜZAR RİSKİN TƏHLİLİ
5. MÜŞTƏRİNİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN SƏVİYYƏSİNİN
TƏYİN OLUNMASI
6. KİÇİK MÜƏSSİSƏLƏRİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
6.FİZİKİ ŞƏXSLƏRİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
1.MÜŞTƏRİNİN KREDİT ÖDƏMƏ QABİLİYYƏTİ VƏ ONUN MEYARLARI
Kommersiya banklarmm müştərilərinin kredit ödəmə qabiliyyəti - borc alan şəxsin
borc öhdəliyi ilə bağlı (əsas borc və faizlər) ödəməni vaxtmda və bütövlükdə
yerinə yetirmək qabiliyyətidir.
Kreditləşmə prosesi təyin olunmuş müddətdə kreditlərin ödənil- məməsi kimi riskli
faktorlarla sıx bağlıdır. Kredit ödəmə qabiliyyətinin məqsəd və vəzifəsi borcalanm
təyin olunmuş vaxtda və tam şəkildə kredit uzrə borclarmı ödəmək qabiliyyətini
müəyyən etməkdir. Bütün bunlar bankı həm təyin olunmuş müddətdə müştərinin
ödəmə qabiliyyətini qiymətləndirməyə, həm də onun maliyyə sabitliyini müəyyən
etməyə sövq edir. Borclu şəxsin maliyyə sabitliyinin obyektiv qiymətləndirilməsi
və kredit əməliyyatları üzrə mümkün təhlükələri nəzərə almaq banka kredit
ehtiyatlarım idarə etmək və gəlir əldə etmək imkanmı verir. Bazar münasibətlərinin
inkişafı nəticəsində müəssələrin ödəniş qabiliyyətinə və maliyyə sabitliyinə yeni
nöqteyi-nəzərdən baxmaq imkam əldə olunub, və bunun müqabilində mühasibat
balansma yeni formalar daxil edilib.
Borc alan şəxsin kredit ödəmə qabiliyyəti onun tədiyyə qabiliyyə- tindən fərqli
olaraq ötən dövr ərzində və ya hər hansı bir tarixdə ödə- nilməyən məbləği qeydə
almasa da, yaxm gələcəkdə borcun ödənilməsi qabiliyyətini proqnozlaşdırır.
Keçmişdə tədiyyə qabiliyyətsizliyi dərəcəsi rəsmiləşdirilmiş göstəricilərdən biri
olub, onlara müştərinin kredit ödə- mə qabiliyyətinin qiymətləndirilməsi zamanı
istinad edirdilər. Əgər borc alan şəxs vaxtı keçmiş borca malikdirsə, onun balansı
pula çevrilə bilər- sə və onun xüsusi kapitalmm məbləği borcu ödəməyə kifayət
edərsə, o zaman keçmişdə bu müştərinin banka borcunu ödəməsini bir dəfə yu-
batması onun kredit ödəmə qabiliyyətinə malik olmaması haqqmda qə- naətə
gəlmək üçün əsas deyildir. Kredit ödəmə qabiliyyətinə malik müştərilər banka,
KitabYurdu.az
136
2
tədarükçülərə, büdcəyə uzun müddətə ödənişi həyata keçirməmək kimi hallara yol
vermirlər.
Müştərinin kredit ödəmə qabiliyyətinin səviyyəsi konkret kreditin konkret borc
alan şəxsə təqdimatı ilə əlaqədar olaraq bankın fərdi (özəl) risk dərəcəsi haqqmda
şəhadətlik edir.
Müştərinin kredit ödəmə qabiliyyətinin meyarları. Dünya və Milli bank təcrübəsi
müştərinin kredit ödəmə qabiliyyətinin meyarlarmı ayırd etməyə icazə vermişdir:
♦♦♦ müştərinirı xarakterini;
♦♦♦ vəsaitləri iqtibas etmək, əldə etmək qabiliyyətini;
borcun bağlanması üçün cari fəaliyyətin gedişatında vəsaitləri qazanmaq
qabiliyyətini (maliyyə imkanları);
♦♦♦ müştərinin kapitalı;
♦> kreditin təminatı;
♦> kredit əməliyyatının həyata keçirilmə şəraiti;
♦♦♦ nəzarət (borc alan şəxsin fəaliyyətinin qanunverici əsası, kreditin
xarakterinin bankın və nəzarət orqanlarının standartlarına müvafiqliyi).
Müştərinin xarakteri dedikdə, onun hüquqi şəxs kimi nüfuzu və menecerlərin
nüfuzu, müştərinin borcun ödənilməsınə görə məsuliyyət dərəcəsi, onun kreditin
məqsədi haqqında dəqiq təsəvvürləri, bu məqsədin bankm kredit siyasətinə
uyğunluğu başa düşülür. Müştərinin hüquqi şəxs kimi nüfuzu, onun bu sahədə
fəaliyyətinin uzunmüddətliliyi, iqtisadi göstəricilərin orta sahə göstəricilərinə
uyğunluğu, kredit tarixi, onun tərəfdaşlarmm (tədarükçülərin, alıcılarm,
kreditorlarm) işgüzar aləmdəki nüfuzu kimi amillərin təsiri altında təşəkkül tapır.
Menecerlərin nüfuzu onlarm peşəkarlığma (təhsilinə, iş təcrübəsinə), mənəvi
keyfıyyətlərinə, maliyyə və ailə vəziyyətinə, rəhbərlik etdikləri strukturlarm bank
ilə qarşılıqlı münasibətlərinə müvafiq olaraq qiymətləndirilir. Hətta müştəri
tərəfmdən tələb olunan kreditin məqsədinin dəqiq şəkildə dərk olunması zamam
onun təqdimatı təsdiq olunmuş kredit siyasəti ilə ziddiyyət təşkil etdiyi halda,
məsələn kredit portfelinin ayrı-ayrı seqmentlərinin təsdiq olunmuş limitlərini
pozuduğu halda riskli şəkil alır.
Vəsaitləri iqtibas etmək qabiliyyəti müştərilərdə kreditə aid sifariş vermək
hüququnun varlığı, kredit müqaviləsini imzalamaq və ya danışıqlar aparmaq, yəni
təşkilatm nümayəndəsində müəyyən səlahiyyətlərin varlığı, borc alan şəxsin -
fıziki şəxsin həddi-buluğa çatması və ya onun əmək qabiliyyətli olmasmm digər
əlamətlərinin varlığı deməkdir. Müqavilənin səlahiyyətsiz və ya əmək qabiliyyəti
olmayan şəxs tərəfindən imzalanması bank üçün itkilərin böyük ehtimalı deməkdir.
Müştərinin kredit ödəmə qabiliyyətinin əsas meyarlarmdan biri də onun borcların
bağlanması üçün cari fəaliyyətin gedişatmda borcun ödənməsi üçün vəsaitləri
qazanmaq qabiliyyətidir (maliyyə imkanları). Kredit ödəmə qabiliyyətini
daşınmaz əmlaka kapital qoyuluşu dərəcəsi ilə əlaqələndirən və iqtisadi
ədəbiyyatda şərh olunan digər mövqe də yaxşı məlumdur. Bu inflyasiya şəraitində
vəsaitlərin qiymətdən düşməsi riskindən müdafiə forması oisa da, borc alan şəxsin
kredit ödəmə qabiliyyətinin əsas əlamətidir. İş burasmdadır ki, daşınmaz əmlakm
pul vəsaitlərinə keçidi üçün vaxt tələb olunur. Vəsaitlərin daşmmaz əmlaka
KitabYurdu.az
137
Dostları ilə paylaş: |