Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə67/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   128

 

kredit  ödəmə  qabiliyyətinin  ödə-  nilməsi  ötən  dövr  ərzində  faktiki  xüsusiyyətlərə 
istinad  edə  bilər.  Xarici  ölkələrin  təcrübəsində  faktiki  göstəricilər  minimum  üç  il 
üçün götürülür. Bu halda il (rüb, altı ay, ay) ərzində ehtiyatlarm orta qalığı, debitor 
və  kreditor  borcunun  qalığı,  kassada  və  bank  hesablarmda  vəsaitlərin  qa-  lığı, 
səhmdar  kapitalmm  (nizamnamə  fondunun),  xüsusi  kapitalın  məb-  ləğləri  kredit 
ödəmə qabiliyyəti əmsallarmm hesablanmasmm əsasmı təşkil edir. 
Qeyri-sabit  iqtisadiyyat  (məsələn,  istehsalatm  tənəzzülü),  inflyasiy-  anm  yüksək 
templəri şəraitində ötən dövrlər ərzindəki göstəricilər gələ- cəkdə bank kreditlərinı 
da  daxil  etməklə  müştərinin  öz  borc  öhdəliyini  ödəmə  qabiliyyətinin 
qiymətləndirilməsinin  yeganə  əsası,  bazası  ola  bil-  məz.  Bu  halda  sadalanan 
əmsallarm hesablanması üçün ya proqnoz mə- lumatlarmı istifadə etmək lazımdır, 
ya  da  müəssisənin  kredit  ödəmə  qa-  biliyyətinin  qiymətləndirilməsi  ilə  bağlı 
nəzərdən  keçirilən  üsul  (məsələn,  kreditin  verilməsi  və  menecmentin 
qiymətləndirilməsi zamanı) işgüzar riskin təhlili ilə digərlərinə əlavə olunur. 
Kreditlərin nisbətən uzun müddətə (bir il əvə daha çox) verilməsi zamanı da ötən 
dövrlər ərzində təqdim olunan hesabatdan savayı, müştəridən proqnozlu balansm, 
eləcə  də  kreditin  verilməsi  dövrünə  müvafıq  olan  gələn  dövrün  gəlir  və 
məsrəflərinə dair proqnozun almma- sı zəruridir. Proqnoz adətən reallaşmadan ədə 
olunan  gəlirin  artım  (azalma)  tempinin  planlaşdırılması  ilə  müəyyənləşir  və 
müştəri tərəfin- dən ətraflı şəkildə əsaslandırılır. 
Kredit  ödəmə  qabiliyyətinin  təsvir  olunan  maliyyə  əmsalları  hesa-  bat 
təqvimlərində balans üzrə orta qalıq əsasmda hesablanır. 1 təqvimə dair göstəricilər 
işin real vəziyyətini hər zaman əks etdirmir və hesabatda nisbətən asanlıqla təhrif 
olunur.  Buna  görə  də,  dünya  təcrübəsində  nəticələrin  hesablanması  əsasmda 
müəyyənləşən  əmsallarm  daha  bir  sis-  temi  istifadə  olunur.  Bu  hesab  dövr 
ərzində dövriyyələrin hesabat göstə- ricilərindən ibarət olur. Reallaşmadan əldə 
olunan gəlir ilkin dövriyyə göstəricisi olur. Ayrı-ayrı elementlərin (maddi və əmək 
məsrəfləri, faizlə- ri, vergiləri, amortizasiyaları və.s) ondan istisna olunması yolu 
ilə  aralıq  göstəriciləri  və  yekun  nəticədə  dövr  ərzində  təmiz  gəliri  əldə  etmək 
olar. 
 
Nəticələrin  hesablanması  ilə  məlumatlara  əsasən  kommersiya  bankınm 
müştərisinin kredit ödəmə qabiliyyətini əks etdirən əmsalları hesablayırlar. 
Fransa kommersiya banklarmm təcrübəsində bunları nəzərdən keçirək: 
 
Əı =Ümumi istismar gəliri (ÜİG) / Əlavə olunmuş dəyər (ƏOD) 
(8.18) 
Nəticələrin hesablanması sxemindən göründüyü kimi (cədvəl 8.2) ÜİG ƏOD-dən 
əsas etibarilə əmək məsrəfləri məbləği qədər azdır. Əla- və olunmuş dəyər yenidən 
yaradılmış  dəyər  olduğu  üçün  Əı  əmsalı  yeni-  dən  yaradılmıq  dəyərin  hansı 
hissəsinin  əməyin  ödənişinə  «satıldığını»  gö-  stərir.  Əgər  Əı  məsələn  0,7 
bərabərdirsə, o zaman bu yenidən yaradılmış dəyərin 30% «yeyilməsi» deməkdir. 
KitabYurdu.az 
143
 


 

Ə2 = Maliyyə məsrəfləri (MM) Əlavə olunmuş dəyər (ƏOD) 
(8.19) 
Ə2 əmsalının köməyi ilə digər istiqamət üzrə - yəni maliyyə ödəniş- lərinə, yəni 
faizlərə,  vergilərə,  cərimələrə,  pensiyalara  əlavə  olunmuş  «dəyərin»  məbləğini 
qiymətləndirirlər. 
Ə3 = Dövr ərzində kapital məsrəflər / əlavə olunmuş dəyər (ƏOD) 
 
(8.20) 
Ə3 əmsalı müəssisənin yeni yaradılmış dəyərin hansı hissəsini tex- niki təchizata 
yönəltdiyini, müəssisənin inkişafmm qayğısma necə qal- dığmı göstərir. 
Ə4 = Uzunmüddətli borc öhdəlikləri: Özünümaliyyələşdirmə üçünqalan gəlir 
(8.21) 
Əi  əmsalı  müştərinin  uzunmüddətli  borc  öhdəliklərinm  ödənilməsi  ilə  bağlı  real 
müddəti təyin etməyə icazə verir. 
Ə5 = Nağd vəsaitin xalis saldosu / Reallaşmadan əldə olunan gəlir 
 
(8.22) 
Nağd  vəsaitlərin  xalis  saldosu  balansm  aktiv  və  passivlərindəki  nağd  vəsaitlər 
arasmdakı  fərqdir. Aktivlərdə nağd pullar  - kassada və bankm hesablarmdakı pul 
qalığıdır.  Passivlərdə  nağd  pullar  -  cari  isteh-  salat fəaliyyətinə  dair qısamüddətli 
kreditlərdır. Buna görə də, nağd və- saitlərin xalis saldosu kassada və ya hesabda 
oturan müştərinin xüsusi vəsaitlərinin məbləğini göstərir. 
Bizim təcrübəmiz üçün Əı, Ə2 və Ə5 əmsalları şübhəsiz maraq kəsb 
edir. 
Ümumiyyətlə,  nəzərə  almaq  lazımdır  ki,  borcalamn  krediti  ödəmə  qabiliyyəti  ilə 
bağlı  tətbiq  olunan  bank  metodları  müxtəlifdir,  lakin  on-  ların  məcmusu,  qeyd 
etdiyimiz kimi, müəyyən maliyyə əmsal sistemini təşkil edir. Onu da qeyd edək ki, 
bəzi iqtisadi ədəbiyyatlarda bu əmsal- lar aşağıdakı kimi təsnifləşdirilir: 
-Tam likvidlik əmsalı: 
-Ödənişin fasilə əmsalı: 
-Odənişin ümumi əmsalı: 
- Sərbəstlik əmsalı: 
Likvidlik  və  ödəniş  əmsalı  borclunun  passivdəki  öhdəliklərinin  yerinə  yetirilməsi 
üçün onun aktivlərinin pul vəsaitlərinə çevrilməsini xarakterizə edir. Bu məqsədlə 
balans üzrə aktivlər daxil olma müddətlərinə görə aşağıdakılara bölünürlər: 
a)qısamüddətli aktivlər: 
b)uzunmüddətli aktivlər: 
v) daxili aktivlər (daşınmaz əmlak): 
Balans üzrə passivlər isə ödəmə müddətlərinə görə aşağıdakılara ay- rılırlar: 
a)qısamüddətli ödəmələr: 
uzunmüddətli ödəmələr: 
v) daxili passivlər (nizamnamə fondu, xüsusi fondlar və s.) 
KitabYurdu.az 
144
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə