MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə187/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   183   184   185   186   187   188   189   190   ...   196

-

 

iqtisadiyyatın  müxtəlif  subyektlərini  ixtisaslaşdırır, 



differensial  yanaşma  əsasında  görülən  işlərin  səmərəliliyini  və 

operativliyini yüksəldir. 

-

 

İqtisadi və hüquqi nəzarət formalarını asanlaşdırır. 



12.4.

 

İqtisadi tərbiyənin yolları 

İqtisadi  tərbiyənin  ümumtəhsil  məktəblərində  əsasən  iki  yolla 

həyata keçirilməsi mümkün sayılır. Birincisi, fənlərin tədrisi yolu ilə. 

İkincisi  dərsdənkənar  tədbirlər  yolu  ilə.  Ümumtəhsil  məktəblərində 

bütün  fənlərin  tədrisində  şagirdlərin  iqtisadi  tərbiyəsini  inkişaf 

etdirmək üçün geniş imkanlar vardır. Yəni istər humanitar, istər dəqiq, 

istərsə də təbiət elmlərilə bağlı olan fənlərin tədrisində şagirdlərə hər 

cür  iqtisadi  biliklər  vermək  mümkündür.  Bunun  üçün  ibtidai 

siniflərdən  başlayaraq  şagirdlərə  iqtisadi  bikilərin  verilməsinə 

məqsədyönlü,  planlı  və  mütəşəkkil  yanaşmaq  lazım  gəlir.  İbtidai 

siniflərdə  “Oxu”,  “Ətraf  aləmlə  tanışlıq”,  “Riyaziyyat  ”  və  “Əmək” 

dərslərində  şagirdlərə  hər  cür  iqtisadi  biliklər  vermək  mümkündür. 

Yuxarı  siniflərdə  isə  tarix,  coğrafiya,  iqtisadi  coğrafiya,  fizika, 

riyaziyyat və informatika ilə bağlı müvafiq biliklərin verilməsi zamanı 

şagirdlərdə  hərtərəfli  iqtisadi  tərbiyə  elementləri  aşılamaq  olar. 

Dərsdənkənar  tədbirlərdə  iqtisadiyyatla,  əməklə,  işgüzarlıqla, 

halallıqla,  sahibkarlıqla,  bazaar  iqtisadiyyatı  ilə  bağlı  keçirilən 

tədbirlərdə  şagirsdlərin  iqtisadi  tərbiyəsinin  formalaşdınimasma  nail 

olmaq olar. 

Sual və taşırıqlar. 

1.

 



İqtisadi tərbiyə anlayışının mahiyyətini aydınlaşdırın? 

2.

 



Ümumtəhsil məktəblərində iqtisadi tərbiyə hansı 

yollarla həyata keçrilir? 

3.

 

Təlim prosesində şagirdlərə iqtisadi tərbiyə elementləri 



aşılamaq olarmı? Bəs dərsdənkənar tədbirlərdə? 

4.

 



Sahibkarlıq deyəndə nə başa düşülür? Bəs, biznes fəaliyyəti? 

5.

 



Biznes plan haqqında nə deyə bilərsiniz? 

6.

 



İqtisadi tərbiyə barədə praktik nümunələr söyləyin. 

563 


XIII Fəsil. Hüquq tarbiyəsi 

13.1.

 

Hüquq anlayışının və hüquq tərbiyəsinin mahiyyəti 

Hüquq  tərbiyəsi  bir  anlayış  olaraq  elmi-pedaqoji  ədəbiyyatda 

XX əsrin 70-ci illərində daxil olmuşdur. O vaxta qədər elmi-pedaqoji 

ədəbiyyatda 

hüquq 

tərbiyəsi 



mənəvi 

tərbiyənin 

əsas 

komponentlərindən biri kimi təqdim olunmuş və mənəvi norma kimi 



izah olunmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq rus dilində çap 

olunan ənənəvi “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərində hüquq 

tərbiyəsi  müstəqil  olaraq  tərbiyənin  tərkib  hissələrindən  biri  kimi 

təqdim  olunmuşdur.  Məhz  ondan  sonra  Azərbaycan  pedaqoji 

ədəbiyyatında hüquq tərbiyəsi termini işlənməyə başlamışdır. 

“Hüquq” sözünün etimoloji mənası ədəbiyyatda ərəb sözü kimi 

təqdim  olunmuşdur.  Araşdırılan  elmi,  ədəbi,  bədii  ədəbiyyat 

nümunələrinin  əksəriyyətində  “hüquq”  sözü  “haqq”  sözü  kimi 

mənalandırılmış  və  ərəb  mənşəli  söz  kimi  təqdim  edilmişdir.  Lakin 

araşdırılan  ədəbiyyatların  bəzilərində  “Haqq”  sözünün  türk  mənşəli 

söz olmasını sübut edən faktlara da rast gəlmək mümkündür. 

XI  əsrin  elmi  mənbələrindən  biri  olan  və  görkəmli  türk  alimi 

Mahmud  Kaşğari  tərəfindən  qələmə  alman  “Divani  Lüğat-it-Türk” 

adlı  əsərin  türk  alimi  Besim  Atalay  tərəfindən  tərcümə  olunan 

variantında “Haqq” sözü “Hakk” şəklində işlənmişdir. (Bax. “Divani 

Lüğat-it-Türk” tərcüməsi  4 cilddə, Ankara, 1998) Mahmud Kaşğari 

“Hakk”  sözünü  “Allah”  mənasında  vermişdir.  Kitabda  verilən 

“Hakkuk”  sözü  isə  “Allahın  ədaləti”  şəklində  işlənmişdir.  Haqqı, 

ədaləti  özündə  ehtiva  edən  bu  söz  “Türk  ləhcələri  sözlüyü”  adlı 

kitabda da izah edilmişdir. “Hak” şəklində işlədilən bu sözün Türkiyə 

türkcəsilə yanaşı Azərbaycan, Başkurd, Kazak, Kirğız, özbək. Tatar, 

Türkmən,  Uyğur  və  Rus  dillərindəki  qarşılıqlı  mənaları  da 

verilmişdir.  Türkiyə  türkcəsində  “Hak”  (Tanrı),  azəricə  “Haqq”, 

başkurtca  “Allah  Tağala”,  kazax  dilində  “Alla”,  kırğızca  “Ala” 

(Alda),  özbəkcə  “Huda”,  “Allah”,  “Hak”,  tatarca  “Allah  Tağala”, 

türkməncə “Hak”, “Huday”, “Tanrı”, 



564 


uyğurca “Alla”, “Allahi taala” mənalarını verən bu sözlərin amonimi 

kimi  “Hak”  sözünün  ikinci  məna  çaları  verilir.  Türkiyə  türcəsində 

“Hak” (Sahir olunan hak, hukuk), azəricə “Hüquq”, başkurtca “Hak, 

hokuk,  nığız”,  kazaxca  “Haki,  aki,  hukuk”,  kırğızca  “ukuk  aki”, 

özbəkcə “Hukuk, hak”, tatarca “Hak, hukuk, nığız”, türkməncə “Hak, 

hukuk”, uyğurca “Hok, adalat, toğrilik” kimi təqdim olunan bu sözün 

türk  mənşəli  olmasına  heç  bir  şübhə  qalmır.  Nəzərə  almalıyıq  ki. 

Mahmud  Kaşğari  adı  çəkilən  lüğəti  ərəblərə  türkcə  öyrətmək  üçün 

tərtib  etmiş  və  bu  lüğətə  10  min  türk  sözü  daxil  etmişdir.  Ərəb 

ölkələrində  geniş  yayailmış  bu  lüğətdən  bəhrələnən  ərəblərin  yüz

 

illər  boyu 



10 min türk 

sözünün 


bir qismini 

özününküləşdirərək  istifadə  etmələri  də  bir  həqiqətdir.  Belə  olan 

təqdirdə  təkcə  “hukuk”  sözü  ilə  yanaşı  digər  türk  sözlərinin  də 

ərəbləşməsi ehtimal olunur. Adı çəkilən lüğətdə türk  sözü kimi

 

təqdim olunan “hukuk” 



sözü (Bax. 

“Karşılaşdınlmalı  Türk  lehceleri  sözlüyü”  Kultur  Bakanlığı,  1991, 

Ankara, səh. 300-301) dilimizdə “hüquq” şəklində işlədilən bu sözün 

əsas mənası haqqın, ədalətin müdafiəsi kimi başa düşülür. 

Ensiklopedik 

nəşrlərdə 

hüquq-dövlət 

tərəfindən 

müəyyənləşdirilmiş,  yaxud  sanksiyalaşdınimış  ümumi-məcburi 

davranış  qaydalarının  (normalarının)  məcmusu  kimi  şərh  olunur. 

(Bax. ASE. ASE-nin Baş Redaksiyası, 1987, səh.273) 

Dövlət  tərəfindən  müəyyənləşdirilən  hüquq  normaları 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  konkret  maddələrlə 

təsbit  olunmuşdur.  Hüquq  normaları  məhz  konstitusiyada  təsbit 

olunan  maddələrlə  tənzim  olunur.  Əsas  Qanuna  görə  Azərbaycan 

Respublikasında yaşayan hər bir kəs sərbəst yaşamaq, işləmək, təhsil 

almaq,  mənzilə-əmlaka  sahib  olmaq,  istirahət  etmək,  dövlətin  Ali 

Orqanına seçmək, öz şərəf və ləyaqətini qorumaq və s. kimi hüquqlara 

malikdir. Bütün bunlar bu və ya digər maddələrlə konstitusiyamızda 

öz  əksini  tapmışdır.  Deməli,  hüquq  normaları  dövlət  tərəfindən 

müəyyənləşdirilir  və  tənzimlənir.  Hər  bir  vətəndaş  isə  bu  hüquq 

normalarını  bilməli,  onlara  hörmətlə  yanaşmalı,  onlara  əməl  etməyi 

birmənalı olaraq dərk etməlidir. 

565 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə