MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə188/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   184   185   186   187   188   189   190   191   ...   196

Orta  ümumtəhsil  məktəblərindən  başlayaraq  şagirdlər  hüquq 

normalarını  dövlət  direktivləri  kimi  öyrənməli  və  bu  normaların 

pozulmasına qarşı mübarizə etmək ruhunda tərbiyə olunmalıdırlar. 

Hüquq  tərbiyəsinin  mahiyyəti  deyəndə  aşağıdakılar  başa 

düşülür: 

-

 



hüquq barədə biliklərə yiyələnmək

-

 



qanunun  tələblərini  öyrənmək,  onu  başa  düşmək  və  bu 

tələbləri gözləmək; 

-

 

birgəyaşayış qaydalarına hörmətlə yanaşmaq; 



-

 

gənc  nəslin  öz  hüquqlarını  bilməsi,  onları  düzgün 



qiymətləndirməsi. 

Hüquq  tərbiyəsi  məktəblilərin  hüquq  haqqında  bilik  və 

bacarıqlarının  inkişaf  etdirilməsi,  onların  hüquq  mədəniyyətinin 

formalaşdırılması,  cəmiyyətə  yabançı  olan  zərərli  ünsürlərə  qarşı 

nifrət  hissi  yaradılmasından  ötrü  onlara  məqsədyönlü,  planlı  və 

mütəşəkkil təsir göstərilməsi prosesidir. 



13.2.

 

Hüquq tərbiyəsilə bağlı həyata keçirilən işlərin əsas 

istiqamətləri 

Hüquq  tərbiyəsinin  həyata  keçirilməsinin  istiqamətləri  çoxdur. 

Bunlardan  orta  ümumtəhsil  məktəblərində  həyata  keçirilməsi  zəruri 

sayılanları aşağıdakılardır: 

1.

 

Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  olunan 



müvafiq müddəalarla şagirdlərin tanış edilməsi. 

2.

 



Milli  Məclis  tərəfindən  qəbul  olunan  və  şagirdlər  üçün 

məqbul hesab edilən bir sıra qanunlarla şagirdlərin tanış edilməsi. 

3.

 

Azərbaycan  vətəndaşlarının,  habelə  şagirdlərin  özlərinin  bir 



sıra  vəzifələri,  hüquq  və  azadlıqları  barədə  onlara  məlumatların 

verilməsi. 

4.

 

Dövlət-hüquq sahəsində müəyyən məlumatların verilməsi. 



5.

 

Cinayət  hüququ  sahəsində  müvafiq  informasiyaların 



verilməsi. 

6.

 



Mülki hüquq sahəsində yığcam məlumatların verilməsi. 

566 


7.

 

Ailə və mənzil hüququ ilə bağlı şagirdlərin maarifləndirilməsi. 



8.

 

Əmək və vergi hüququ sahəsində şagirdlərin bir sıra bilikləri 



əldə etmələrinə nail olmaq. 

9.

 



Təhsil  hüququ  sahəsində  şagirdlərə  müvafiq  biliklərin 

verilməsi. 

10.

 

 Məktəbin  nizamnaməsi  (əsasnaməsi)  və  təhsil 



sahəsində ən zəruri direktiv sənədlərlə şagirdlərin tanış edilməsi. 

11.


 

Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və 

bu vəzifələrin dövlət əhəmiyyətli iş olduğunu şagirdlərə anlatmaq. 

12.


 

Gələcəkdə  ev  almaq,  əmlak  sahibi  olmaq  və  bu  kimi 

alqı-satqı işlərinin hüquqi əsasları barədə şagirdlərə məlumat vermək. 

13.


 

 Hüquq 


pozuntularının  mahiyyətini

 

şagirdlərə 



anlatmaq 

14.


 

Natariusun  təsdiq  etdiyi  sənədlərin  hüquqi  əsasları  barədə 

şagirdləri maarifləndirmək. 

15.


 

Birgəyaşayış  normaları  və  bu  normaların  pozulması 

hallarının yolverilməz olduğu barədə şagirdləri maarifləndirmək və s. 

13.3.

 

Hüquq tərbiyəsinin vəzifələri 

Hüquq  tərbiyəsinin  qarşısında  duran  bir  sıra  zəruri  vəzifələr 

vardır. Onların bir neçəsini nəzərdən keçirək: 

H

ÜQUQ 


tərbiyəsinin qarşısında duran ən başlıca vəzifələrdən 

biri adamlara, xüsusilə  məktəblilərə hüQuqi biliklərin verilməsi 

və bu sahədə onlara bir sıra bacarın və vərdişlərin aşılanmasıdır. 

Bunun üçün həmin adamların, məktəblilərin hiss və duyğularına təsir 

etmək  lazımdır.  Professor  Nurəddin  Kazımov  göstərir  ki,  hüquq 

tərbiyəsinin  ilk  mərhələsində  hüquqa  aid,  hüquq  normalarına  aid 

uşaqlarda  hissiyyat  yaradılmalıdır.  Uşaqlar  duymalıdırlar  ki, 

cinayətdə, o cümlədən adamlar arasında davranış, əxlaq normaları ilə 

yanaşı  hüquq  normalarına  uyğun  tənzimlənir.  Hər  bir  uşaq  hiss 

etməlidir ki, 



567 


cəmiyyətdə hüquq normaları mövcuddur. (Bax. N. Kazımov. Məktəb 

pedaqogikası, Bakı, Çaşıoğlu, 2005, səh 427) 



HflquQ  tərbiyəsinin  qarşısında  duran  ikinci  vəzifə  birinci 

vəzifənin  məntiqi  davamı  olaraq  htiqua  psixologiyası  sahəsində 

görülən  islərin  əhatə  dairəsinin  genişləndirilməsidir.  Hüquq 

psixologiyası  hüquq  sisteminin  reallaşması  ilə  bağlı  olan  psixoloji 

məsələləri  aydınlaşdırır.  O  cinayət  prosesi  iştirakçılarının 

davranışının  psixi  xüsusiyyətlərini  (şahid  ifadələrinin  psixologiyası, 

təqsirkarın  davranışının  xüsusiyyətləri,  dindirməyə  verilən  psixoloji 

tələblər  və  i.a)  öyrənən  məhkəmə  psixologiyasına,  caninin 

davranışının və şəxsiyyətinin formalaşmasının psixoloji problemləri, 

cinayət motivləri və i.a. ilə məşğul olan kriminal psixologiya, islah- 

əmək  koloniyasında  məhkumun  psixologiyasını,  inandırma  və 

məcburetmə metodları ilə tərbiyənin psixoloji problemlərini öyrənən 

plenitensiyalar  və  ya  əmək-islah  psixologiyasına  bölünür.  (Bax. 

Ümumi  psixologiya.  Bakı,  Maarif,  1983,  səh  54)  Psixologiyanın 

göstərilən  bütün  sahələrində  çalışanlar  tərbiyə  profilaktikası  ilə 

məşğul  olanlarla  birgə  işlədikləri  halda  məktəbliləri,  cinayət 

işlərindən,  cinayət  hadisələrindən,  cinayət  qruplarının  əhatəsindən, 

cinayət  törətməkdən  və  ya  digər  bu  kimi  hallardan  uzaqlaşdırmaq 

mümkündür. 

Ücüncü vəzifə adamların, o cümlədən məktəblilərin hüquq 

normalarına  riavət  etməvə  olan  inam  hisslərinin  artırılmasıdır. 

Hər bir Azərbaycan vətəndaşında belə hisslərin yaradılmasına zəruri 

ehtiyac  duyulur.  Bəzən  yaşlılar  ətrafdakılara  məhəl  qoymadan 

istədikləri  hərəkətlərə  yol  verir,  istədiyi  tərzdə  söhbət  edir,  istədiyi 

adamın  şərəf-ləyaqətinin  alçaldılmasına  səbəb  ola  biləcək  iftiralar 

yağdırır,  söyüş  söyür  və  s.  Bunu  müşahidə  edən  məktəblilər,  belə 

hərəkətləri görən uşaqlar onları adi hal kimi qəbul etməyə başlayırlar. 

Bu  çox  təhlükəlidir.  Çünki  belə  qeyri-adi  davranış  normaları 

məktəbliləri əxlaqsızlığa, cinayət hadisələri törətməyə sövq edə bilər. 

Əgər ziyalılar, ağsaqqallar, ağbirçəklər həmin adamlara yanaşıb, onun 

hərəkətlərində  cinayət  tərkibi  olduğunu  başa  salsalar,  bu  mənzərəni 

seyr  edən  məktəblilər  ictimai  yerdə  artıq-əskik  danışmağın,  hərəkət 

etməyin  lüzumsuz  olduğunu  dərk  edərlər.  Əgər  həmin  adamlar 

məzəmmət olunaraq, başa 



568 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə