MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə191/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   188   189   190   191   192   193   194   195   196

göstərirlər.  Bu  rəqəmin  üstünə  30  mindən  artıq  ali  təhsilli  gəncin 

istehsalata yollanmasmı da gəlmiş olsaq qeyd etməliyik ki, hər il 100 

mindən  artıq  gəncin  istehsalata  yollanmaq  ehtimalı  var.  Onların  da 

demək olar ki, hamısı orta məktəbdən pərvazlanır. Onda belə qənaətə 

gəlmək  olar  ki,  orta  ümumtəhsil  məktəblərində  hüquq  sahələrinin 

vətəndaşlıq  hüququ,  mənzil  hüququ,  ailə  hüququ,  əmək  hüququ  və 

sairlə  yanaşı  yetişən  nəslin  nümayəndələrinə,  onların  hamısı  üçün 

zəruri sayılan vergi hüququ barədə məlumatların verilməsinə ehtiyac 

var. Bu məlumatları isə onlar müzakirəsini tövsiyyə etdiyimiz “Vergi 

hüququ”  kitabının  (dərsliyinin)  müzakirəsi  prosesindən  əldə  edə 

bilərlər.  Kitabın  müzakirəsi  zamanı  məktəblilər  vergi  hüququnun 

aşağıdakı məsələləri barədə ən yığcam məlumatları əxz edə bilərlər: 

- Vergi hüququ anlayışı, predmeti və metodu. Bu zaman şagirdlər 

üçün aydın olur ki, vergilərin qoyulması dövlət və bələdiyyələrin pul 

(maliyyə) fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət 

olan  maliyyə  fəaliyyətinin  mühüm  tərkib  hissəsidir.  Ölkənin 

sosial-iqtisadi  inkişafının,  təhlükəsizliyi  və  müdafiə  qabiliyyətinin 

təmin  olunması  üçün  tələb  olunan  maliyyə  ehtiyyatlarınm  vəziyyəti 

birbaşa vergitutmadan asılıdır.... Vergi hüququnun predmeti hüquqi və 

fiziki  şəxslərə  qanunların  tələblərinə  uyğun  olaraq  vergilərin 

qoyulması,  dəyişdirilməsi,  onlardan  tutulması  və  büdcə  sisteminə, 

habelə  zəruri  hallarda  büdcədən  kənar  fondlara  yönəldilməsi 

prosesində  dövlət  (bələdiyyə)  orqanları,  vergi  büdcələri  və  vergi 

agentləri  arasında  yaranan  ictimai  münasibətlər  (Bax.  D.Vəliyev, 

Y.Balakişiyeva, İ.Rəfibəyli, E.İmanov, E. Qarabalov. Vergi hüququ. 

Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2003, səh. 18-19) 

Deyilənləri  yekunlaşdırarkən  bir  daha  qeyd  etmək  vacibdir  ki, 

yetişən  nəslin  hüquq  tərbiyəsinin  hərtərəfli  inkişaf  etdirilməsi, 

formalaşdırılması  və  təkmilləşdirilməsi  qarşıda  duran  ən 

təxirəsalınmaz vəzifələrdən hesab olunur. 



575 


B^ndl>№ın 

XIV Fəsil: Məktəbşünashğın əsasları 

14.1.

 

Məktəbin idarə olunması 

Elmi pedaqoji ədəbiyyatda “İdarəetmə sistemi” deyilən anlayış 

mövcuddur.  “İdarəetmə  sistemi”,  “İdarəetmə  sistemləri”  şəklində 

ifadə  olunsa  da  mahiyyət  etibarilə  ikisi  də  eyni  mənanı  bildirirlər. 

“Sistem”  ifadəsi  cəmlik  mənasında  işlədildiyi  üçün  bu  sözə  cəm 

şəkilçisinin  artırılması  məntiqə  uyğun  deyildir.  “İdarəetmə 

sistemi”nin  isə  böyük  bir  şəbəkəsi  vardır.  Burada  “Təhsil  sistemi” 

daha  geniş  iş  sistemini  özündə  əks  etdirir.  “Təhsil  sisteminin  idarə 

olunması  anlayış  olaraq  “İdarəetmə  sistemi”  anlayışını  da  özündə 

ehtiva  edir.  Buraya  məktəbəqədər  tərbiyə  müəssisələrinin,  orta 

ümumtəhsil,  orta  ixtisas  məktəblərinin  (litsey-məktəb,  gimnaziya, 

kollec,  texnikum  və  s.)  və  ali  təhsil  müəssisələrinin  (institut, 

universitet,  akademiya  və  s.)  idarə  olunması  daxildir.  Orta 

ümumtəhsil məktəblərinin idarə olunmasından bəhs edən sahəyə, yəni 

pedaqoji elmin sahələrindən birinə “Məktəbşünaslıq” deyilir. 

Məktəbşünaslıq  keçmiş  sovetlər  məkanında  məktəbin  idarə 

olunmasından  bəhs  edən  metodik  iş  kimi  məhdud  bir  çərçivədə 

öyrənilirdi.  Hazırda  ölkəmizdə  həyata  keçirilən  təhsil  islahatlarının 

tələblərinə  uyğun  olaraq  məktəbin  idarə  olunması  dünyəvi  təhsilin, 

Avropa  Təhsil  siteminin  aparıcı  ideyalarına  istinad  edilərək  həyata 

keçirilməsi məqsədəmüvafıq hesab olunur. 

Amerikada, Avropa dövlətlərində, eləcə də Asiyada ümumtəhsil 

məktəblərinin  idarə  olunmasında  çoxçeşidli  idarəetmə  formaları 

mövcuddur.  Bu  ölkələrdə  mövcud  olan  orta  ümumtəhsil 

məktəblərinin  növləri  kimi  fəaliyyət  göstərən  litseylər(lisey  də 

deyilir.),  litsey-məktəblər,  təmayül  məktəbləri,  gimnaziyalar,  kilsə 

məktəbləri,  axşam  məktəbləri,  qiyabi  məktəblər,  distant  məktəblər, 

bazargünü məktəbləri, evdə 



576 


məktəblər, surdo-məktəblər, tiflo-məktəblər, aliqofren-mək- təblər və 

s. müxtəlif idarəetmə formaları tətbiq edilməklə işləyir. Amerika və 

Avropa məktəblərinin bir çoxunda məktəb “Kurrikulum”lar əsasında 

idarə olunur. 

Artıq  Azərbaycan  Respublikasında  da,  Avropa  məkanına 

inteqrasiya  olunmağa  başladığı  hazırki  şəraitdə  orta  ümumtəhsil 

məktəblərinin  yeni  formaları  yaranmağa  başlayır.  Hansı  ki,  həmin 

məktəblərin  hər  biri  yeni  idarəetmə  metodları  tətbiq  etməklə  öz 

işlərini  Avropa  və  dünya  standartlarına  uyğun  olaraq  qurmağa 

üstünlük verirlər. Ona görə də müasir məktəbşünaslığm strukturunda 

aparılan  dəyişikliyin  dinamik  vüsət  alması  və  beləliklə  beynəlxalq 

standartlara uyğunlaşdırılması ən mühüm zərurətə çevrilmişdir. 

Hazırki  şəraitdə  məktəbşünaslığı  metodik  işin  sahəsi  kimi 

məhdudlaşdırmaq da düzgün sayıla bilməz. Çünki müasir məktəblərdə 

artıq  elmi-nəzəri  komponentlərin,  yeni  pedaqoji  texnologiyaların, 

kafedraların, təhsil monitorinqlərinin, yeni innovasiyalarm yaranması, 

təşkili  və  tətbiqi  idarəetmə  sahəsində  də  yeni  formaların  üzə 

çıxmasına imkan yaradır. 

Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun  və 

USESKO-nun  xoşməramlı  səfiri.  Millət  Vəkili  Mehriban  xanım 

Əliyevanın  şəxsi  təşəbbüsü  ilə  yeniləşən  ölkəmizdə  yeni  tipli 

məktəblərin yaradılması ilə bağlı irəli sürülən yeni layihələr məktəbin 

idarə olunması ilə bağlı məktəb rəhbərləri qarşısında ciddi vəzifələr 

qoyur.  Bu  vəzifələrin  layiqincə  yerinə  yetirilməsi  üçün 

məktəbşünaslığm  da  beynəlxalq  standartlara  cavab  verməsi  vacib 

hesab olunur. 



14.2.

 

Məktəbin idarə olunmasının mahiyyəti və məzmunu 

Məktəbin  idarə  olunması  dedikdə  məktəb  rəhbərinin  əsas 

məqsədinə  uyğun  olaraq  təlim,  tərbiyə,  tədris  işlərinin  düzgün 

planlaşdırılması,  planlaşdırılmış  işin  məqsədyönlü  təşkili,  təşkil 

olunmuş  işə  mükəmməl  nəzarəti,  təhsil  direktivlərinin  tələblərinə 

uyğun  olaraq  yeni  pedaqoji  texnologiyaların  tətbiqi  ilə  bağlı 

araşdırmalar  aparılması,  düzgün  nəticələr  çıxarılmasına  yönəldilmiş 

fəaliyyəti başa düşülür. 



577 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə