MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə192/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   188   189   190   191   192   193   194   195   196

idarəetmənin  obvekti  pedaqoji,  psixoloji,  fizioloji,  bioloji, 

texniki və sosial əsaslara söykənən iş sistemidir. İdarəetmənin sosial 

əsaslara söykənməsi günün ən aktual tələblərindən olduğu üçün ona 

xüsusi  diqqət  yetirmək  lazım  gəlir.  Buna  isə  məktəbin  ailə  və 

ictimaiyyətlə  formal  əlaqəsi  kimi  yanaşmaq  idarəetmədə 

uğursuzluqların  yaranmasına  səbəb  ola  bilər.  Ona  görə  də  məktəb 

rəhbəri  ailənin,  sosial  mühitin  diqqət  mərkəzində  saxlanılmalıdır. 

Təcrübə göstərir ki, pedaqoji prosesin ziddiyyətləri içərisində özünü 

ən  qabarıq  göstərən  uyğunsuzluqların  social  mənşəi  mövcuddur. 

Məhz bu səbəbdən məktəb rəhbərliyi “adaptasiya”, “dezadaptasiya”, 

“readapt- tasiya”, “reablitasiya” kimi problemlərin həlli ilə üzləşməli 

olur.  Ölkəmizdə  “sosial  pedaqogika”,  “sosial  pedaqogikanın 

texnologiyası”,  “sosial  pedaqogikanın  metodikası”  və  sair  bu  kimi 

problemlərlə  bağlı  tədqiqatların  demək  olar  ki,  aparılmaması 

səbəbindən məktəb rəhbərləri sosial problemlərlə bağlı heç bir nəzəri 

materiala istinad edə bilmirlər. 

İdarəetmənin predmeti təlim tərbiyə müəssisələrinin 

məqsədyönlü, planlı idarə olunmasının nəzəri və praktik əsaslarıdır. 

İdarəetmənin vəzifələri aşağıdakılardır: 

-tədris-tərbiyə işlərinin düzgün planlaşdırılması, normal təşkili, 

onların  gedişinə  düzgün  nəzarət  edilməsi  və  nəticələrin  yoxlanıb 

qiymətləndirilməsi; 

-bu  işlərin  düzgün  qurulması  üçün  pedaqoji  sahədə  nəzəri  və 

praktik 


cəhətdən 

hazırlığı 

olan 

kadr 


potensialının 

müəyyənləşdirilməsi; 

-fənlərin tədrisi imkanlarının yüksəldiloməsi; 

-fənn  kabinetlərinin,  idman  zalının,  studiyaların,  kütləvi 

tədbirlər üçün otaqların və sair bu kimi otaqların təşkili və tərtibi; 

-sinifdənxaric 

tədbirlərin 

məktəbin 

məktəbdənkənar 

müəssisələrlə əlaqəsinin düzgün planlaşdırılması və təşkili

-müvafiq  dövlət  müəssisələrilə  və  ictimai  qurumlarla  işin 

düzgün təşkili; 

-sosial-pedaqoji  işin  metodikası  və  texnologiyası  üzrə  işi 

planlaşdırmaq və həyata keçirmək; 



578 


-məktəbin  təsərrüfat  və  iaşə  işlərinin  düzgün  qurulmasına 

nəzarət; 

-metodbirləşmələrin  işinin  tədris-tərbiyə  işinin  səviyyəsinin 

yüksəldilməsinə xidmət etməsini təmin etmək

-tədqiqat işinin fənlərin tədrisinə, tərbiyə işinin düzgün təşkilinə 

xidmət  etməsini  təmin  etmək.  Bunun  üçün  tədqiqat  qurumlannın 

zəzurət yarananda kafedraları düzgün formalaşdırmaq; 

-informatika texnologiyaları və kommunikasiya işlərinin sistemə 

salınması; 

-yeni  pedaqoji  texnologiyalarla  işin  təlim-tərbiyə  prosesi  üçün 

yararlı olmasını təmin etmək və görülən işin beynəlxalq standartlara 

uyğun olmasına çalışmaq və s. 



14.3.

 

Məktəbin idarə olunmasının üsulları 

Məktəbin  idarə  olunmasının  üsullarını  şərti  olaraq  beş  qrupa 

ayırmaq olar. Onlar aşağıdakılardan ibarətdir: 

1.

 

Normativ  sənədlərlə  iş  üsulları:  Buraya  məktəbin 

nizamnaməsi,  baza  tədris  planları,  təhsilin  dövlət  standartları,  tədris 

planları,  tədris  proqramları  və  dərsliklərlə  işlərin  həyata  keçirilməsi 

üsulları nəzərdə tutulur. 



2.

 

Təşkilati-inzibati  idarəetmə  üsulları:  Buraya  əmrlərin, 

sərəncamların,  göstərişlərin,  məsləhətlərin,  tövsiyyələrin  verilməsi 

üsulu;  təşkilati-tənzimləyici  üsulları;  göstərişverici və stimullaşdırıcı 

üsullar daxildir. 



3.

 

Pedaqoji təşkilatçılıq üsulu: Bu üsulun köməyi ilə gecələrin, 

görüşlərin,  disputların,  konfransların,  sinif  saatlarının,  maraq 

kurslarının,  fakültativ  məşğələlərin,  fənn  dərnəklərinin,  bədii 

yaradıcılıq  dərnəklərinin,  konsertlərin,  müsabiqələrin,  pedaqoji 

şuraların, şagird təşkilatı qurumlarının və s. təşkili təmin olunur. 

4.

 

Məktəbin məktəbdənkənar tərbiyə müəssisələrilə əlaqəli iş 

aparmaq  üsulları:  Bu  üsulların  köməyilə  şagirdlərin  elmi,  texniki, 

bədii, estetik, əxlaqi, fiziki, fizioloji, psixoloji, ekoloji. 



579 


hüquqi,  iqtisadi  tərbiyəsinin  düzgün  təşkilinə  köməklik  göstərən 

məktəbdənkənar müəssisələrlə həyata keçirilir. 



5.

 

Sosial pedaqogika ilə bağlı həyata keçirilən iş üsulları: 

Buraya  məktəbin  ailələrlə,  çətin  uşaqlarla,  neqativ  işlərə  meylli 

şagirdlərlə,  cinayətkar  şagirdlərlə,  əmək-islah  işlərinə  cəlb 

olunanlarla  həyata  keçirilən  iş  üsulları  daxildir.  Bu  üsulları  tətbiq 

etməklə; 

-

 



intizamı  mütəmadi  pozanlar,  tərbiyə  işinə  xələl  gətirənlər 

müşahidə edilir; 

-

 

çətin  uşaq  kimi  özlərini  göstərənlərlə  fərdi  söhbətlər, 



müsahibələr təşkil edilir; 

-

 



polisin  azyaşlılarla  iş  üzrə  əməkdaşları  ilə  əlaqələr  qurulur, 

müvafiq  sənədləşmə,  anketləşdirmə  işləri  görülür,  eksperimental 

xarakterli işlər həyata keçirilir. 

14.4.

 

Məktəb direktorunun vəzifələri və məsuliyyəti 

Məktəb  direktorunun  bir  sıra  zəruri  vəzifələri  vardır.  O,  eyni 

zamanda bir sıra vəzifələrin həllində ciddi məsuliyyət daşıyır. Onları 

aşağıdakı şəkildə qruplaşdırmaq olar. Məktəb direktoru: 

-təlim,  tərbiyə,  təhsil  və  idarəetmə  sahəsində  mövcud  olan 

dövlət  direktivlərinin  tələblərinə  müvafiq  olaraq  icra  hakimiyyəti 

orqanları  qarşısında  məsuliyyət  daşıyır.  O,  daşıdığı  məsuliyyətin 

fövqündə  təlim-tərbiyə  işlərini  planlaşdırır.  Planlaşdırılan  işlərin 

yüksək  səviyyədə  həyata  keçirilməsinə  nəzarət  edir,  tədris 

müəssisəsində  mövcud  olan  fəaliyyət  növlərinin  keyfiyyətinə 

cavabdehlik daşıyır; 

-Pedaqoji şuranı yaradır, tərkibini təsdiq edir, ona rəhbərlik edir; 

-Məktəbin  ictimai  təşkilatlarla  həmrəyliyini  təmin  edir, 

sosial-pedaqoji  uyğunsuzluqlarm  aradan  qaldırılması  sahəsində 

profilaktik tədbirlər görür; 

-Təhsil 


müəssisəsinin  şərəfini  və  maraqlarını  Dövlət 

orqanlarının maraqları səviyyəsində qoruyur və təmsil edir



580 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə