MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə194/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   188   189   190   191   192   193   194   195   196

III

 

bölmə:  Tərbiyə  işlərinin  təşkili,  ideya  siyasi,  əxlaq,  əmək, 



fiziki, estetik, ekoloji, hüquqi, iqtisadi və s. tərbiyəyə dair tədbirlərin 

həyata keçirilməsi ilə bağlı görüləcək işlər; 

IV

 

bölmə:  Müavinlərin, sinif rəhbərlərinin məktəb 



çuralarmm  və  digər  ictimai  təşkilatlarının  müvafiq  təyinatlar  üzrə 

işlərini  stimullaşdırmaq  və  onlara  metodik  köməkliklər  göstərmək 

sahəsində görüləcək işlər; 

V

 



bölmə:  Məktəbdə  metodik  işlərin  təşkili  ilə  bağlı  həyata 

keçiriləcək işlər; 

VI

 

bölmə: Cari məsələlərin həlli üçün nəzərdə tutulan işlər. 



Göründüyü kimi, hər bir bölmə görüləcək müvafiq işlərin 

əsas  istiqamətlərini  özündə  əks  etdirir.  Bu  istiqamətlərin  əsasında 

“Aylıq  plan”  tutulur,  bu  plan  əsasında  isə  “Həftəlik  plan”  tərtib 

olunur. 


VII

 

bölmə: Xarici əlaqələr sahəsində görüləcək işlər, maliyyə- 



təsərrüfat işləri. 

Məktəb direktorunun illik iş planı məktəbin pedaqoji şurasında 

müzakirə  edilib  bəyənildikdən  sonra  yuxarı  təşkilatların  təsdiqinə 

təqdim  olunur.  Plan  yuxarı  təşkilatlar  tərəfindən  təsdiq  olunduqdan 

sonra hüquqi sənəd statusu qazanır. 

Direktorun müavinlərinin hər biri konkret istiqamətləri özündə 

əks  etdirən  müvafiq  bölmələrdən  ibarət  olan  illik  plan  tərtib 

etməlidirlər. Həmin planları pedaqoji şura müzakirə edib bəyəndikdən 

sonra  məktəb  direktoru  təsdiq  edir.  Müavinlər  təsdiq  olunmuş  illik 

plan əsasında özləri üçün aylıq və həftəlik iş planı hazırlayırlar. 

Sinif rəhbərlərinin, məktəb ictimai təşkilatlarının, habelə məktəb 

şuralarının  rəhbərlərinin  də  iş  planları  tərtib  etmələri  zəruri  hesab 

olunur.  Onların  da  iş  planları  pedaqoji  şurada  müzakirə  edilib 

bəyənildikdən sonra məktəb direktoru tərəfindən təsdiq olunur. 

Məktəbin  idarə  olunması  işində  göstərilən  planlarla  yanaşı 

dövlət  və  ictimai  təşkilatların  müvafiq  göstəriş,  sərəncam, 

tövsiyyələrinin də nəzərə alınması məqsədəmüvafiq hesab olunur. 

584 



14.7.

 

Məktəb şuraları 

Müasir məktəblərdə bir sıra şuralar fəaliyyət göstərir. Onlardan 

ən  başlıcalan  pedaqoji  şura,  təhsil  şurası,  metod-  birləşmə  şurası, 

valideyn  şurası  və  s.  göstərmək  olar.  Bu  şuralar  içərisində  pedaqoji 

şura  elmi,  pedaqoji,  metodik  və  hüquqi  aktları  müzakirə  etmək; 

göstəriş, tövsiyyə, məsləhət vermək; tələblərlə çıxış etmək və müvafiq 

qərarlar çıxarmaq səlahiyyətinə malikdir. 

Pedaqoji  şura  ayda  bir  dəfə  olmaq  şərtilə  təsdiq  olunmuş  plan 

əsasında  fəaliyyət  göstərir.  Pedaqoji  şuranın  müavinlərdən,  sinif 

rəhbərlərindən, məktəbin digər qurumlarına rəhbərlik edən şəxslərdən, 

valideynlərdən  (bir  və  ya  iki  nümayəndə  olmaqla),  ictimaiyyətin 

nümayəndələrindən ibarət tərkibi müəyyənləşdirir. Nizamnaməyə və 

ya  əsasnaməyə  uyğun  olaraq  şuranın  sədri  məktəbin  direktoru 

olmalıdır.  Şuranın  sədri  tərkibi  müəyyənləşdirdikdən  sonra  həmin 

tərkib  şurada  təsdiq  olunur.  Şuranın  üzvləri  demokratik  prinsiplərə 

uyğun olaraq sərbəst çıxış etmək, fikir söyləmək, tövsiyyələr vermək 

açıq  və  gizli formada səsvermə hüquqlarına malikdir. Pedaqoji şura 

məktəb rəhbərlərinin illik iş planlarında nəzərdə tutulan təlim, tərbiyə 

və tədrislə əlaqədardır. Vəzifələrin məqsədyönlü, planlı və mütəşəkkil 

surətdə  həllinə  rəvac  verən  məsələlərin  həlli  ilə  bağlı  müzakirələr 

aparır  və  müvafiq  qərarlar  qəbul  edir.  Şura  həmçinin  məktəb 

rəhbərlərinin hesabatlarını mütəmadi olaraq dinləyir, innovasiyalarm, 

yeni  pedaqoji  texnologiyaların  tətbiqilə  bağlı  mütəmadi  olaraq 

tövsiyyələr verir, pedaqoji kollektivin üzvlərinin rəğbətlən- dirilməsi 

və ya cəzalandırılması ilə bağlı qərarlar qəbul edir. Şuranın sədri isə 

yuxarı distansiyalarda hesabat verir. 

Metodiki  Şura  nəzəri-praktik  cəhətdən  hazırlıqlı  olan,  öz 

sahəsini yaxşı bilməklə yanaşı özünütəhsil istiqaməti üzrə çalışqanlığı 

ilə  seçilən,  pedaqoji  kollektivdə  nüfuz  qazanmış  şəxslərdən  seçilir. 

Məktəbin tədris işləri üzrə direktor müavini bu tələblərə cavab verdiyi 

üçün bir sıra hallarda onu metodik şuranın sədri seçirlər. Metodik Şura 

əsasən aşağıdakı vəzifələrin həllini nəzərdə tutur. 

585 



-Təhsil  sahəsində  Dövlət  siyasətinin  dinamik  inkişafını 

mütəmadi  izləyərək,  yeni  nailiyyətlər,  təhsilin  dövlət  direktivlərinin 

tələblərinə  uyğun  olan  dəyişikliklər,  yeniliklər,  yeni  qanunvericilik 

aktları, yeni təhsil sənədləri, elmi pedaqogikadakı yeniliklər və bütün 

bunlarla  davranmağın,  işləməyin  üsulları,  qaydaları  Şura  üzvlərini 

tanış edir və bu sahədə onlara metodiki köməkliklər göstərir

-Məktəbdə  metodiki  işin  səviyyəsini  gücləndirmək  üçün 

müəllimlərin  peşə  hazırlığını  yüksəltməyə  kömək  edən  tədbirlər 

həyata keçirir; 

-Müəllim-şagird  münasibətlərinin  tənzimlənməsinə  metodiki 

köməklik göstərir; 

-Fənn  metodbirləşmələrini  yaradır,  onların  işinə  rəhbərlik  və 

nəzarət edir; 

-Açıq  dərsləri  təşkil  edir,  nəticələri  barədə  pedaqoji  Şuraya 

hesabat verir; 

-Binar dərsləri təşkil edir və bu dərslərin səmərəsini yüksəltmək 

üçün dəvət olunan mütəxəssislərin təmayülünü müəyyənləşdirir

-Metodist  müəllimlərin  hazırlanmasını  məqsədyönlü,  planlı  və 

mütəşəkkil surətdə həyata keçirir

-Elmi-pedaqoji-metodik  işlərə,  problemlərə  dair  konfranslar, 

seminarlar,  konsiliumlar,  praktikumlar,  sinif  saatları,  pedaqoji 

mühazirələr təşkil edir

-Novator müəllimlər üçün yaradıcılıq gecələri təşkil edir; 

-“Qabaqcıl  təcrübə  tribunası”,  “metodistin  tribunası”,  “ən  fəal 

metodist müəllimi”, “novator müəllim axtarışı uğrunda” və s. bu kimi 

devizlər altında müsabiqələr təşkil edir

-Elmi-tədqiqat  institutları,  metodiki  mərkəzlər,  universitetlər, 

müəllimlər  institutu  və  bu  kimi  müəssisələrlə  mütəmadi  əlaqələr 

yaradır, qabaqcıl metodistlərin söhbətlərini təşkil edir

-Respublikanın  və  Respublikadankənar  tədris  müəssisələri  və 

məktəblərdə təcrübə mübadilələrinin aparılmasını təşkil edir və s. 

Fənn  metodbirləsmələri  evni fəndən dərs deyən müəllimlərin 

həmin fənnin tədrisi metodikasını təkmilləşdirmək 



586 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə