MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə190/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   186   187   188   189   190   191   192   193   ...   196

Azərbaycan Respubliksının Qanunlar külliyyatı. “Qanun” nəşriyyatı, 

2001, səh. 862.) 



13.5.

 

Fənlərin tədrisində hüquq tərbiyəsinin qoyuluşu 

“Azərbaycan Konstitusiyasının əsasları” fənnindən savayı digər 

fənlərin tədrisində də şagirdlərin hüquq tərbiyələrini yüksəltmə üçün 

bir sıra imkanlar vardır. Bu imkanlardan maksimum dərəcədə istifadə 

etməklə dərsdə hüquq tərbiyəsinin qoyuluşuna nail olmaq lazımdır. 

Təlim  prosesində  aşağı  siniflərdən  başlayaraq  şagirdlərə 

hüquq tərbiyəsinin təşkilinə şərait yaradan mövzuların öyrədilməsinə 

xüsusi diqqət yetirmək lazım gəlir. İbtidai siniflərdə elə mövzular var 

ki, şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün daha münasibdir. Yəni 

belə  mövzuların  tədrisində  şagirdlərin  hüquq  tərbiyəsinin  inkişafına 

birbaşa təsir göstərir. Elə mövzular var ki, orada hüquq tərbiyəsinin 

yalnız  elementləri  vardır.  Hər  iki  halda  müəllim  şagirdlərin  hüquq 

tərbiyəsinin  inkişafına  xüsusi  cəhd  göstərməlidir.  İbtidai  siniflərdə 

tədris  olunan  mövzular  içərisində  “Təhsil  hüququ”,  “Azərbaycanın 

Milli Ordusu”, “Azərbaycan torpağı”, “Hərbi xidmətə çağırış”, “Vətən 

nəğməsi”,  “Vətənin  keşiyində”,  “Sərhədçilərin  kiçik  dostu”, 

“Uşaqların  müdafiə  günü”  kimi  mövzular  kiçik  yaşlı  məktəblilərin 

hüquq  tərbiyəsini  inkişaf  etdirmək  baxımından  mühüm  əhəmiyyət 

kəsb edir. Bu mövzular içərisində Vətənin keşiyində, hərbi xidmətlə 

bağlı  olan  mövzuların  tədrisi  hüquq  tərbiyəsi  baxımından  çox 

aktualdır. Vətənimizin torpaqlarının 20 % erməni faşistləri tərəfindən 

işğal  olunduğu  son  onilliklərdə  bəziləri  hərbi  xidmətdən  yayınaraq 

fərarilik  edir.  Fərarilik  haqqında  cinayət  məcəlləsinin  müvafiq 

maddəsinə  əsasən  həmin  adamlar  mühakimə  olunaraq  məhkəmənin 

qərarı  ilə  həbsxanaya  salınır.  Azərbaycan  Silahlı  Qüvvələri  sırasına 

həqiqi  hərbi  xidmətə  çağırılanlar  içərisində  hərbi  xidmətdən  boyun 

qaçıranlar məhkəmənin hokum ilə 5 ildən 8 ilədək azadlıqdan məhrum 

edilirlər. 

Şagirdlər 

Vətəni 


sevməyənlərin, 

onu 


qorumaq 

istəməyənlərin qanun qarşısında cavab verməsini, ağır cəzaya 



572 


məhkum olunmasını öyrənməklə yanaşı Vətənin müdafiəsinə biganə 

qalan belələrini nifrət hissi ilə yad edirlər. 

Yuxarı siniflərdə Cəfər Cabbarlının “Almaz” əsərində Almazın 

məhkəmədəki  qələbəsi,  Mehdi  Hüseynin  “Alov”  pyesində 

müstəntiqin dövlət malına biganə olanlara qarşı cinayət işi aparması, 

Süleyman  Rəhimovun  “Mehman”  povestində  prokurorun  dövlət 

malını mənimsəyənlərə qarşı amansız olması kimi faktların ədəbiyyat 

dərslərində müasir faktlar və hadisələrlə müqayisəli şəkildə şagirdlərə 

çatdırılması, onların hüquq tərbiyəsinin formalaşdırılması baxımından 

çox önəmlidir. 



13.6.

 

Dərsdənkənar tədbirlərdə şagirdlərin hüquq 

tərbiyəsi 

Təlim  prosesində  olduğu  kimi  dərsdənkənar  tədbirlərdə  də 

şagirdlərin  hüquq  tərbiyəsinin  təşkili  və  inkişafı  üçün  rəngarəng 

tədbirlərdən  istifadə  etmək  mümkündür.  Maraq  kurslarında,  fənn 

dərnəklərində,  bədii  yaradıcılıq  dərnəklərində  şagirdlərin  hüquq 

tərbiyəsinin təşkili və inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. 

Bundan başqa kütləvi tədbirlərdə, o cümlədən gecələrdə, görüşlərdə, 

disputlarda, əsər müzakirəsində, bu problemlə bağlı televiziya və teatr 

tamaşalarına  baxdıqdan  sonra  həmin  əsərlərin  müzakirəsinin  təşkili 

zamanı  da  şagirdlərin  hüquq  tərbiyəsinin  inkişafını  təmin  etmək 

mümkündür.  Hüquq  işçilərilə  görüşlər  bu  baxımdan  mühüm 

əhəmiyyət kəsb edir. Bu görüşlərin mütəmadi olaraq həm polis, həm 

prokurorluq,  həm  milli  təhlükəsizlik,  həm  mühafizə  xidməti,  həm 

sərhəd  qoşunları  xidməti,  həm  də  ədliyə  işçilərilə  keçirilməsi  çox 

faydalıdır. 

Belə  görüşlərdə  şagirdləri  hüquq  mühafizəsinin  ayrı-ayrı 

sahələrinin funksiyaları, insanların, vətəndaşların və məmləkətimizin 

hüquqlarını  qoruyan  mütəxəssislərin  nəzəri  və  praktik  söhbətləri 

şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün çox önəmlidir. 

Hüquq  tərbiyəsilə  bağlı  olan  bədii  əsər,  televiziya  və 

kinofilmlərin  müzakirəsi  də  bu  baxımdan  mühüm  əhəmiyyət  kəsb 

edir. Əsər müzakirəsi zamanı M. F. Axundovun “Murafiə Vəkilləri”, 

Ə. Haqverdiyevin “Bomba”, İ.Şıxlınm “Dəli Kür” 

573 



əsərlərində  çar  rusiyasının  hüquq  mühafizəçilərinin  səriştəsizliyi, 

ədalətsizliyi,  özbaşınalığı,  1937-ci  ildə  Hüseyn  Cavid,  Mikayıl 

Müşviq,  Vəli  Xuluflu,  Əhməd  Cavad  kimi  mütəfəkkirlərin 

məhkəməsini  təsvir  edən  əsərlərdə  milis,  prokurorluq,  dövlət 

təhlükəsizliyi komitəsi və ədliyyə işçilərinin bəd əməlləri millətimizə 

ümumxalq  faciəsi  “bəxş  etməsi”  kimi  məsələlərlə  tanış  olmaları 

məktəblilərin  ədalət  və  ədalətsizlik,  cinayət  və  cəza,  haqq  işi  və 

haqsızlıq haqqındakı təsəvvürlərini genişləndirir. 

Məlum  olduğu  kimi,  XI  sinif  şagirdlərinin  bir  qismi  ali 

məktəblərə qəbul olub oranı tibb, bir qismi pedaqoji, bir qismi kənd 

təsərrüfatı, bir qismi sənaye iqtisadiyyatı, bir qismi neft iqtisadiyyatı, 

bir  qismi  ticarətin  təşkili  üzrə  mütəxəssis  kimi  bitirəcəklər.  Onların 

əksəriyyəti isə bazaar iqtisadiyyatı prinsipi üzrə fermer təsərrüfatları, 

sənaye-ticarət  obyektləri,  tikintini,  nəqliyyat,  rabitə  sahələrində 

çalışacaqlar.  Hər  il  ölkəmizdə  30  mindən  artıq  mütəxəssis  belə 

müəssisələrdə  çalışmağa  vəsiqə  alır.  Onların  da  çoxu  sahibkarlıq 

fəaliyyətilə  məşğul  olmağa  üstünlük  verir.  Təşkilati-hüquqi 

formasından asılı olmayaraq bütün müəssisələr dövlətə vergi verirlər. 

Dövlət  tərəfindən  nəzərdə  tutulan  güzəştlər  istisna  olmaqla  bütün 

vətəndaşlar  vergi  ödəyicisi  hesab  olunur.  Bu  mənada  XI  sinif 

şagirdlərinin vergi hüququ ilə yaxından tanış edilməsi çox faydalıdır. 

Qeyd etdiyimiz dərsdənkənar tədbirlərin hər birini müvafiq təmayül 

çərçivəsində vergi hüququ məsələlərinə həsr etmək olar. Yaxud vergi 

hüququ  məsələlərinə  dair  əsərlərdən  birinin  müzakirəsini  təşkil 

etməklə şagirdləri bu problemlə yaxından tanış etmək olar. Nümunə 

təriqiylə  “Vergi  hüququ” dərsliyini  götürmək olar. Respublikamızın 

iqtisadçı və hüquqşünas alimləri və tədqiqatçıları Dünyamalı Vəliyev, 

Yeganə  Balakişiyeva,  İslam  Rəfibəyli,  Elnur  İmanov  və  Elçin 

Qarabalov  tərəfindən  hazırlanan  bu  əsərin  müzakirəsini  keçirməklə 

yeni  həyata  atılan  gənclərə  günün  ən  aktual  məsələsi  olan  vergi 

hüququ barədə ən zəruri informasiyalar, dövlət büdcəsinin ən mühüm 

mənbələrindən  biri  sayılan  vergi  ödəyicilərinin  məzmunu  barədə 

məlumatlar verilir. Nəzərə alsaq ki, hər il orta ümumtəhsil məktəbini 

100 min civarında gənc qurtarır və onların təxminən 70 minə qədəri 

istehsalatda çalışmağa meyl 

574 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə