MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə193/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   188   189   190   191   192   193   194   195   196

-Təlim, tərbiyə, təhsil sahəsindəki yeniliklərin reallaşdırılmasını 

təmin edir; 

-Dərsdənkənar  və  məktəbdənkənar  tədbirlərin  təşkili  və  həyata 

keçirilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir; 

-Direktor  müavinlərinin  vəzifələrini  müəyyənləşdirir  və  bu 

vəzifələrin  yerinə  yetirilməsinə  nəzarət  etməklə  yanaşı,  onlara 

metodiki köməklik göstərir

-Sinif rəhbərlərini müəyyənləşdirir, onların hesabatını dinləyir

-Pedaqoji  kollektivin  gördüyü  məqsədyönlü  və  planlı  işləri 

pedaqoji şurada müzakirə edir; 

-Pedaqoji kollektivin  bütün  üzvlərini işə götürür  və işdən azad 

edir. İşdən azad etmə zamanı həmkarlar təşkilatının rəyini nəzərə alır; 

-Məktəb  üçün  nəzərdə  tutulmuş  büdcə  xərclərinin  istifadə 

olunmasına nəzarət edir

-Pedaqoji 

monitorinq 

keçirir. 

Bu 


zaman 

diaqnostika, 

proqnozlaşdırma və korreksiya mərhələlərinin nəticələrinin hər birini 

ayrı-ayrılıqda müzakirə edir; 

-Yeni pedaqoji texnologiyaların tətbiqinə qayğı göstərir; 

-Məktəbdə pedaqoji eksperimentin aparılmasına şərait yaradır; 

-Kollektivin rəyilə, vahid rəhbərliyin rəyinin əlaqələndirilməsini 

təmin edir; 

-Təhsil 

müəssisəsində 

təhsilin 

demokratikləşdirilməsi, 

humanistləşdirilməsi  və  təhsil  sahəsində  dövlət  siyasətinin  digər 

prinsiplərinə istinad edilməsini təmin edir. 

-Təhsil  sisteminin  idarə  olunması  işinə  rəhbərlik  edən  dövlət 

orqanlarının, yuxarı təşkilatların qarşısında məsuliyyət daşıyır. 

-Müəllimlərin attestasiyasını təşkil edir. 

-Müəllimlərin 

təkmilləşməsi,  ixtisasının  artırılması  və 

özünütəhsil  işlərinə  rəhbərlik  edir  və  bu  işlərin  normal  səviyyədə 

həyata keçirilməsinə mütəmadi nəzarət edir. 

581 



14.5.

 

Məktəb direktorlarının müavinlərinin vəzifələri və 

məsuliyyəti 

Mövcud  əsasnamələrə,  nizamnamələrə  və  digər  təhsil 

direktivlərinə  görə  orta  ümumtəhsil  məktəbinin  direktorunun  tədris 

işləri  (təlim-tərbiyə  işləri  üzrə  direktor  müavini),  tərbiyə  işləri 

(sinifdənxaric  və  məktəbdənkənar  işləri  üzrə  direktor  müavini), 

təsərrüfat işləri (təsərrüfat işləri üzrə direktor müavini), elmi işlər üzrə 

(elmi  işlər  üzrə  direktor  müavini)  müavinləri  olur.  Bu  vəzifə 

sahiblərinin  də  hər  birinin  özünəməxsus  vəzifələri  və  məsuliyyəti 

vardır. Onları aşağıdakı şəkildə ümumiləşdirə bilərik: 

-Dövlət  standartlarının  tələblərinə,  tərbiyə  işlərilə  bağlı 

proqramlara,  elmi-tədqiqat  işlərilə  bağlı  sərəncamlara,  təsərrüfat  və 

kommersiya işlərilə bağlı normativlərə əməl olunması; 

-Tədris 

işləri  üzrə  direktor  müavini  tədris  işlərinin 

planlaşdırılması, ona rəhbərlik etməsi, dərs yüklərinin bölgüsü, dərs 

cədvəlinin tərtibi, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsilə bağlı 

metodik  işləri,  müəllimlərə  təhsillə  bağlı  yeniliklərin  çatdırılması, 

yeni  pedaqoji texnologiyaların  düzgün tətbiqi, açıq  dərslərin təşkili, 

eksperimental işlərə şəraitin yaradılması və s. vəzifələri həyata keçirir. 

-Dərsdənkənar və məktəbdənkənar işlərə rəhbərlik edən direktor 

müavini, məktəb tədbirlərini, şagirdlərin dərsdənkənar tədbirlərə cəlb 

olunmasını,  məktəbdə  mənəvi,  əxlaqi,  ideya-  siyasi,  fiziki,  estetik, 

ekoloji,  hüquqi,  iqtisadi  və  əmək  tərbiyəsilə  bağlı  dərsdənkənar, 

məktəbdənkənar  işləri  planlaşdırır,  təşkil  edir;  sinif  rəhbərlərinə  bu 

sahədə  metodik  köməklik  göstərir;  məktəbin  ailə  və  ictimaiyyətlə 

əlaqəsini  təmin  edir;  sosial-pedaqoji,  profilaktik  tədbirlərin  həyata 

keçirilməsində  iştirak  edir;  uşaq  təşkilatlarını,  orqanlarını, 

qurumlarını,  birliklərini  yaradır;  tərbiyə  işlərinə  mütəxəssisləri, 

görkəmli adamları, örnək şəxsiyyətləri dəvət edir və s. 

-Məktəbin elmi işlərinə rəhbərlik edən direktor müavini alimləri, 

ali  məktəb  müəllimlərini,  tədqiqatçıları  məktəbə  dəvət  edir,  onlarla 

görüşlər  keçirir;  elmi  konfranslar  təşkil  edir,  elmi  tədqiqat 

laboratoriyaları, kafedralar yaradır, elmi-tədqiqatların 

582 



aparılmasını  təşkil  edir;  məktəbin  müəllimlərinin  və  digər 

tədqiqatçıların eksperimental iş aparmasına şərait yaradır, bu işdə həm 

bilvasitə,  həm  də  bilavasitə  iştirak  edir;  elmi  işlər  üzrə  director 

müavini hənçinin kiçik elmi şura, kiçik akademiyaya və  ya bu kimi 

elmi qurumlar da yarada bilər. 

-Məktəbin  təsərrüfat  işlərinə  rəhbərlik  edən  direktor  müavini 

məktəbin  əmlakını  inventarlaşdırma  əməliyyatı  ilə  qeydiyyata  alır; 

yeni inventarların, texniki vasitələrin alınmasını, təmir-tikinti işlərini 

təşkil edir və onlara nəzarəti təmin edir. Məktəb direktorunun sahəyə 

baxan  müavini  sponsorlar,  hami  təşkilatları  məktəbə  cəlb  edib 

büdcədənkənar  maliyyə  gəlirlərinin  əldə  olunmasını  da  təşkil  edə 

bilər. 


14.6.

 

Məktəbi idarəetmənin planlaşdırılması 

Məktəbin  normal  idarə  olunması,  onun  düzgün  planlaşdı- 

rılmasmdan  asılıdır.  Məktəbi  idarəetmənin  planlaşdırılması  məktəb 

haqqında  direktiv  sənədlərin  tələblərindən  irəli  gəlsə  də,  məktəbin 

planlaşdırılması  işini  məktəb  direktoru  özü  tərtib  edir  və  yuxarı 

təşkilatlar  tərəfindən  təsdiq  olunur.  Məktəbi  idarəetmənin 

planlaşdırılması  bir  tədris  ili  üçün  nəzərdə  tutulur.  Bəzən  bu  plana 

“illik  plan”da  deyilir.  Bu  illik  plan  bölmələrdən  ibarət  olur.  Hər 

bölmədə  görüləcək  işin  məzmunu,  icra  tarixi,  icranın  nəticələri 

haqqında qeydlər və əlavə qeydlər üçün qrafalar ayırır. İllik iş planının 

bölmələrinin adlandırılması adətən aşağıdakı kimi olur: 

Giriş 

I

 



bölmə: Dövlət direktiv sənədlərinin və icra strukturlarının 

tələb  və  göstərişlərinə  uyğun  olaraq  müəyyənləşdirilmiş  vəzifələrin 

həllinə yönəldilən işlər; 

II

 



bölmə:  Didaktik  işlərin  təşkili,  təlimin  məzmununun 

yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək işlər



583 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə