MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə195/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   188   189   190   191   192   193   194   195   196

məqsədilə  yaradılmış  birliyidir.  Məsələn,  Azərbaycan  dili  və 

ədəbiyyat fənn birləşməsi, riyaziyyat müəllimlərinin fənn birləşməsi, 

biologiya müəllimlərinin fənn birləşməsi, ibtidai sinif müəllimlərinin 

fənn  birləşməsi  və  s.  Siniflərin  sayından  asılı  olaraq  fənn 

metodbirləşmələrində  təmsil  olunan  müəllimlərin  sayı  da  müxtəlif 

olur.  İbtidai  sinif  müəllimlərindən  təşkil  olunmuş  fənn 

metodbirləşmələrində  daha  çox  müəllim  təmsil  olunur.  Ona  görə  də 

qabaqcıl məktəblərdə belə fənn metodbirləşmələrini bir neçə formada 

təşkil edirlər. Elə məktəblər olur ki, orada I-IV siniflərin hər birindən 

10  və  daha  artıq  sinif  fəaliyyət  göstərir.  Yəni  məktəbdə  sinif 

müəllimlərinin sayı 40-dan artıq olur. Bu zaman həmin məktəblərdə I 

siniflərdə dərs deyənlərin fənn metodbirləşmələri, II sinifdə, yaxud III 

sinifdə  və  ya  IV  sinifdə  dərs  deyənlərin  ayrı-ayrılıqda  fənn 

metodbirləşmələri  təşkil  olunur.  İbtidai  siniflərdə  tədris  olunan 

fənlərin  ümumi  problemlərini  müzakirə  etmək  üçün  ibtidai  sinif 

müəllimlərinin  hamısının  təmsil  olunduğu  geniş  tərkibli  fənn 

metodbirləşməsi də təşkil olunur. 

Vahid  metodbirləşmə  bütün  fənn  metodbirləşmələrinin  də 

fəaliyyətinə şamil edilir. Yəni onlar ildə bir dəfə və ya ildə iki dəfə 

(tədris  ilinin  əvvəlində  və  tədris  ilinin  sonunda)  olmaqla  vahid 

metodbirləşmədə ən zəruri metodik işlərin müzakirəsinə həsr olunmuş 

yığıncaq  keçirirlər.  Fənn  metodbirləşmələrinin  iş  planına  əsasən 

aşağıdakılar daxil edilir: 

-fənn proqramlarının müzakirəsi və müəllimlərə paylanması; 

-dərsliklərdəki yeniliklərlə müəllimlərin tanış edilməsi

-yeni  pedaqoji  texnologiyalardan  istifadənin  müzakirəsi, 

innovasiya yenilikləri ilə onları tanış etmək; 

-təlimin  keyfiyyətinin  yaxşılaşdırılmasına  dair  məsələlərin 

müzakirəsi

-təlimin tərbiyəedici xarakterilə bağlı söhbətin təşkili; -fənnin 

tədrisində şagirdlərin bilik, bacarıq və vərdişlər sisteminin 

formalaşdırılmasma dair məsələlərin müzakirəsi; -təcrübə 

mübadiləsinə dair məsələlərin müzakirəsi; -qabaqcıl təcrübənin 

təbliğinə dair müzakirələrin aparılması; 



587 


-fənn  kabinetlərinin  günün  aktual  tələblərinə  uyğunlaşdırıl- 

masına dair müzakirələrin aparılması; 

-yoxlama yazı işlərinin təşkili və qiymətləndirilməsi

-açıq və binar dərslərin təşkili və müzakirəsi və s. 



14.8.

 

Məktəbdaxili nəzarət 

Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  15  iyun 

tarixli  “Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat 

Proqramının  təsdiqi  haqqında”  adlı  fərmanına  uyğun  olaraq 

ölkəmizdə həyata keçirilən təhsil islahatları məktəbşünaslığm nəzəri 

əsaslarının  yenidən  işlənməsini,  o  cümlədən  məktəbin  idarə 

olunmasının  yeni  modelinin  hazırlanmasını,  məktəbdaxili  nəzarətin 

beynəlxalq standartlara cavab verə biləcək bir məzmunda qurulması 

kimi işlər qarşıda təxirəsalınmaz vəzifələr kimi qoyulur. 

Bu 


vəzifələrin 

müvəffəqiyyətlə 

yerinə 

yetirilməsində 



məktəbdaxili nəzarətin xüsusi yeri var. Çünki məktəbdaxili nəzarətin 

düzgün  qurulması  Azərbaycan  təhsilinin  Avropa  təhsil  məkanına 

inteqrasiyasının  dinamikasını  artıran,  təlim-  tərbiyə  işlərinin 

məzmununu  yaxşılaşdıran  başlıca  amillərdəndir.  Ona  görə  də 

məktəbdaxili  nəzarəti  Təhsil  islahatına  dair  dövlət  direktivlərinin 

tələblərinə müvafiq olaraq aparılması zəruri hesab olunur. 

Məktəbdaxili nəzarətin təhsilin məzmununun yaxşılaşdırılması. 

təlim  fənlərinin  tədrisinin  keyfiyyətinin  yüksəldilməsi  və  tərbivə 

isinin  davranışla  əlaqədar  olan  mənəvi  keyfiyyətlərinin  şagirdlərdə 

hərtərəfli  formalaşdırılması  kimi  ən  başlıca  istiqamətlər  üzrə 

qurulması kimi basa düşülür. 

Təhsilin  məzununun  yaxşılaşdırılmasına  əsas  nəzarəti  Təhsil 

Nazirliyi  həyata  keçirir.  Nazirliyin  müəyyənləşdirdiyi  “Təhsil 

Sistemində Monitorinq və Qiymətləndirmə” qaydalarına uyğun olaraq 

statistik  təhlillər  aparmaqla  pedaqoji  proses  və  onun  iştirakçılarının 

bütün fəaliyyət məzmununun qiymətləndirilməsinin yeni metodlarını 

(üsullarını), prinsip və yollarını, bir sözlə bu işə yeni elmi  yanaşma 

kontekstini müəyyənləşdirmişdir. Ona görə də məktəbdaxili nəzarət 



588 


mexanizmini elə qurmaq lazımdır ki, təhsil monitorinqinin aparılması 

işinə nəinki mane olmasın, hətta onun düzgün tənzimlənməsini təmin 

etmiş olsun. Əslində müasir məktəbdə məktəbdaxili nəzarətin həyata 

keçirilməsində  məktəb  rəhbərliyi  tərəfindən  aparılan  monitorinq  və 

qiymətləndirmə işi ən yeni pedaqoji texnologiyalardan hesab olunur. 

Ona  görə  də  hər  bir  məktəb  rəhbəri  pedaqoii  kvalimetrivanın 

gücündən istifadə etməklə daxili monitorinq apara bilər. Başqa sözlə 

desək,  direktor  kvalimetrivadan  məktəbdaxili  nəzarətin  əsas  meyarı 

kimi  istifadə  edə  bilər.  Kvalimetriya  “kvali”  və  “metro”  sözlərinin 

birləşməsindən əmələ gəlmişdir. “Kvali” latın sözü olub “keyfiyyət” 

mənasını, “metro” isə yunan sözü olub “ölçürəm” mənalarını bildirir. 

Bu  sözün  pedaqoji  yozumu  təhsil  müəssisəsinin  idarə  olunması 

sisteminin  məzmununu,  pedaqoji  prosesin  keyfiyyətini  öyrənən, 

qiymətləndirən, bir sözlə ekspertizadan keçən bir üsul kimi anlaşılır. 

Professor  Abdulla  Mehrabov  yazır  ki,  təhsil  müəssisəsinin 

monitorinqi  -  onun  fəaliyyətinin  təmin  edilməsi,  vəziyyətinin 

izlənməsi, 

vaxtı-vaxtında 

nizamlanması 

və 


inkişafın 

proqnozlaşdırılması  məqsədilə  məlumatların  toplanılması,  təhlili  və 

saxlanılması sistemidir. 

Deməli, məktəbdaxili nəzarəti həyata keçirmək üçün mütəmadi 

olaraq  monitorinqlərin  aparılması  daha  faydalıdır.  Bunun  üçün 

məktəb  rəhbərlərinin  aşağıdakılara  əməl  etmələri  məqsədəmüvafıq 

hesab olunur: 

1.

 



Təhsil  müəssisəsinin  yerləşdiyi  inzibati  ərazinin,  təhsil 

standartlarına  uyğunlaşdırılmasma  və  sosial-mədəni  şəraitin 

yaxşılaşdırılmasına nəzarət olunması; 

2.

 



Təhsilin məzmununun yaxşılaşdırılmasına nəzarət; 

-

 



fənlərin tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət; 

-

 



müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına nəzarət; 

-

 



tədris  proqramlarının  və  dərsliklərdəki  dəyişikliklərin 

izlənilməsi; 

-

 

metodiki işlərin düzgün qurulmasına nəzarət 



3.

 

Şagirdlərin psixoloji inkişafının nəzarətdə saxlanılması; 



589 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə