MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


Radioyayım radioqəbuledicisinin qurulma xüsusiyyətləri



Yüklə 1,39 Mb.
səhifə9/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

Radioyayım radioqəbuledicisinin qurulma xüsusiyyətləri
Səs və televiziya radioyayım qəbulediciləri mövcuddurlar. R/yayım sistemlərində istifadə olunan radiosiqnalların miqdarı r/rabitə sistemlərinə nəzərən xeyli azdır.Əksər r/yayım sistemlərində AM və ya TM harmonik radiosiqnallardan istifadə olunur.
Səs r/yayımının aşağıdakı növlərindən istifadə olunur:
-AM- monofonik radioyayım;
-TM –li monofonik radioyayım;
-TM-li sterofonik radioyayım.
Keyfiyyət göstəricilərinə nəzərən müasir radioyayım qəbulediciləri 5- sinfə bölünürlər: I,II,III,IV,V siniflər.
Ali və birinci sinif radioqəbulediciləri yüksək keyfiyyətli çox pilləli qurğu olub yük­sək seçiciliyə, geniş buraxma zolağına, yüksək canlandırma dəqiqliyinə və böyük çıxış gücünə malikdirlər. Bu qəbuledicilər uzun (f=150-415 kHs), orta (f=520-1600 kHs), bir neçə qısa (f=3,95-27 MHs) və ultra qısa dalğa diapazonlarında siqnalların qəbulunu təmin edirlər.
Qısa dalğalı yayım radio stansiyaları bir neçə dar tezlik intervallarında işləyirlər. Ona görə bir və ya iki geniş qısa dalğalı yarımdiapazon əvəzinə qəbuledicidə bir neçə “uzadıl­mış” yarımdiapazonlar əlavə edilirlər.
Ali və I sinif qəbuledicilərin həssaslığı 50 mkV pis olmur.
Adətən bu qəbuledicilərdə buraxma zolağının enini əllə tənzimləmək mümkün olur. Bu məqsəd üçün zolaq süzgəcinin konturları arasındakı rabitənin dəyişdirilməsi üsulun­dan geniş istifadə edilir.
Güzgü kanalı üzrə yaxşı seçicilik almaq və siqnal-maneə nisbətini yüksəltmək üçün bir və ya iki pilləli yüksək tezlik gücləndiricilərindən istifadə edilir.
Şəkil 1-də ali və I sinif qəbuledicilərin tipik struktur sxemi əks etdirilmişdir.

AM və TM siqnallar üçün radiotezlikli dövrələr (pereselektor) və tezlik çeviriciləri ayrı-ayrı qurulurlar. Belə ki tezlik diapazonları müxtəlif olurlar. Hər iki siqnal üçün aralıq tez­lik gücləndiricisi (ArTG) ümumidir. Alçaq tezliklər müxtəlif olduqları üçün ArTG iki ka­nalı sxem üzrə qurulur. ArTG iki kanallığı iki sistem rəqs konturlardan istifadə etməklə tə­min edilir. Bu sistemlərdən biri 465 kHs ikisi isə 10,7 MHs tezliklərinə köklənirlər (şəkil 2).
Alçaq tezlikli gücləndirici (ATG) müxtəlif sxemlər üzrə qurulur bilər. Adətən tezlik diapazonun aşağı, orta, yüksək tezlikləri ayrılıqda gücləndirilib ayrı-ayrı ucadan danışanlarla canlandırırlar.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə